Rusiya üçün çətin günlər başlayır – 20 ölkədən HÜCUM QƏRARI

Avropanın 20 dövləti “Sripal işi”nə görə, rusiyalı diplomatları ölkəsindən göndərməyə hazırdır.
Turkustan.info “Report”a istinadən xəbə verir ki, “The Times” qəzetinin yazdığına görə, Rusiyaya qarşı tədbirlər martın 26-da həyata keçiriləcək.
Qərb kampaniyası Avropa İttifaqının Moskvadakı səfirinin geri çağırılması ilə başlayacaq.
“İndiyədək misli görünməmiş və əlaqələndirilmiş şəkildə ölkə ərazisindən çıxarılma mərhələsi bazar ertəsindən Avropa İttifaqının Moskvadakı səfirinin 4 həftəlik geri çağırılması ilə başlanacaq”, – deyə “The Times” yazıb.
Müvafiq qərar martın 22-də Aİ-nin Brüsseldə keçirilən sammitində qəbul olunub. Britaniyanın baş naziri Tereza Mey yenidən Rusiyanı Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın zəhərlənməsində günahlandırıb və preparatın adını açıqlayıb.
Litva, İrlandiya, Fransa və Almaniya Londondan nümunə götürərək rusiyalı diplomatları ölkədən göndərməyə razılıq veriblər.
Bununla yanaşı, rusiyalı diplomatları Çexiya, Niderland, Bolqarıstan, Danimarka, Estoniya, Latviya və digər Avropa ölkələri də çıxarmağa hazırdır.
ABŞ da bu variantı nəzərdə keçirir.

85 Baxılıb