Gün: Mart 25, 2018

Rusiyada ticarət mərkəzində dəhşətli yanğın: 7 ölü, 30 yaralı, 35 itkin

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın lokallaşdırılıb. Turkustan.info yerli KİV-ə istinadən bildirir ki, hazırda Rusiya İstintaq Komitəsinin əməkdaşları tərəfindən yanğın zamanı 35 nəfərin itkin düşdüyü barədə məlumat yoxlanılır. Qeyd edək ki, ticarət mərkəzində baş verən yanğın nəticəsində daha iki nəfərin meyitinin tapıldığı məlum olub. Beləliklə, ölü sayı 7-yə çatıb. […]

Rəhbərlik dəyişdi, müddət uzadıldı, güzəşt olundu — Vəziyyət düzələcəkmi?

Professor: “Vergilər ilə bağlı əsas problemlər vergi siyasətinin formalaşmasında mövcud olan nöqsanlar ilə bağlıdır”   “Azərbaycanda vergi ödəyicilərinin sənədləşmələri qaydasında olmadığı təqdirdə, vergi orqanları onlara müvafiq sanksiyalar tətbiq edəcək”. Turkustan.info  Report-a istinadən xəbər verir ki, bunu vergilər nazirinin müşaviri Xaqani Abdullayev deyib.   “Müəyyən çətinliklər nəzərə alınaraq, vergi ödəyicilərinə ilin sonuna […]

Külək erməni əsgərini öldürdü – QARABAĞDA

Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ ərazisində 19 yaşlı erməni əsgər Armen Amayakoviç Arutyunyan ölüb. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. “24 mart, saat 16:55-də Qarabağın şimal hissəsində yerləşən Ermənistana məxsus hərbi hissələrdən birində 1999-cu il təvəllüdlü erməni əsgər Arçen Arutyunyan ölüb”, – məlumatda deyilir. Məlumata […]

Əsl qiyamət orada QOPACAQ – Türkiyə ilə bağlı yarımçıq qalan planın ŞOK DETALLARI

“Afrin əməliyyatı bir başlanğıcdır. Türkiyə bu əməliyyatla Aralıq dənizi dəhlizini bağlamış oldu, amma dəhlizin digər hissəsi qalır”. Turkustan.info xəbər verir ki, bunu Suriyanın Afrin bölgəsində həyata keçirilən “Zeytun budağı” hərəkatını şərh edən Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazarı, siyasi şərhçi İbrahim Karagül nəşrin internet saytında yayımlanan “Sosial şərh” proqramında bildirib. “Qorxumuz […]

Ukrayna donanması Rusiyaya niyə təslim oldu? – SENSASİYALI İDDİA

“Ukrayna donanması Krımın Rusiyaya birləşməsi zamanı Kiyevə ordunu hazır vəziyyətə gətirməyə vaxt tapması üçün özünü qurban verdi”. Turkustan.info xəbər verir ki, bunu “112 Ukrayna” telekanalına müsahibəsində Ukraynanın Hərbi-Dəniz Qüvvələrinin komandanının köməkçisi Marina Kanalyuk bildirib. “Biz belə vəziyyətdə yuxarı strukturlara Ukrayna Silahlı Qüvvələrinin tətbiqi üçün şərait yaratmağa imkan vermək məqsədi ilə […]

Suriyaya yeni HÜCUM PLANI – İki dünya nəhənginin yeni bəhanəsi

Rusiya yaxın zamanlarda ABŞ-ın Suriyaya hücum edəcəyini iddia edir. Turkustan.info  xəbər verir ki, bu barədə İsrailin “Debka” saytı məlumat yayıb. İddiaya görə, Əsəd rejiminin Şərqi Qutada kimyəvi silahdan istifadə etməsi səbəbilə Tramp hökumətinin qüvvələri Suriyaya girəcək. Rəsmi Vaşinqton, hələ ki, iddialarla bağlı hər hansı açıqlama verməyib.   /Publika.az/

Ərdoğan açıqladı: Növbəti hədəf Tel-Rıfatdır

Qısa zamanda Tel Rıfat bölgəsini nəzarətə götürüb, “Zeytun budağı” hərəkatını hədəfinə çatdıracağıq. Turkustan.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzon konfrasında deyib. “Partnyorlarımızın Menbiçlə bağlı bizə verdiyi sözü yerinə yetirməsini istəyirik. ABŞ tez bir zamanda Menbiçi terrorçulardan almalıdır”, – Ərdoğan bildirib.   /Axar.az/

Ərdoğandan sensasiya: Bir xanımdan məktub aldım…

Türkiyənin düşmənlərinə Osmanlı şilləsi qədər təsirli olan bir qələbəyə doğru irəliləmək istəyirik. Turkustan.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Afrində etdiklərimizi hər kəs gördü. Bəzilərinin bəyənmədiyi ASO “Fərat qalxanı” hərəkatında 614, “Zeytun budağı” hərəkatında isə 302 şəhid verdi. Bu gün səhər Şərqi Qutadan məktub aldım. […]

Sosial məsuliyyətin “DİV”ersantları və nifrət nitqinin elçiləri…

Texnikanın bizə verdiyi imkanlardan yararlanmaq istəyimiz və istifadəsi qaydalarından doymuruq. Əvvəllər müəyyən imeyl qruplarında müxtəlif növ informasiyalardan doymamaq istəyimiz deyə, bir şey var idi. Sonra həyatımıza yeni informasiya texnikası daxil oldu. Bu da əsgərin əlindəki silah texnikasına bənzəyir. Qarşı tərəfə çox ciddi zərbə endirmək və hədəfi məhv etmək üçün qüvvəyə […]

Tramp üç cəbhədə müharibə… – ŞOK XƏBƏRDARLIQ

“ABŞ hazırda öz müasir tarixində ən təhlükəli anı yaşayır”. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, bu haqda keçmiş yüksək vəzifəli Amerika diplomatı, Birləşmiş Ştatların xarici siyasətinin nəzəriyyəçilərindən olan Riçard Haas Tvitter səhifəsində yazıb. “ABŞ Prezidenti Donald Tramp indi 3 cəbhədə müharibə aparmağa köklənib: Robert Müllerə (Rusiyanın 2016-cı ildə ABŞ-da […]

“Azərbaycan heç kimə baxmadan hücuma keçəcək” – Erməni general

Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general Movses Akopyan Qarabağda yeni müharibənin başlanacağını istisna etmir və erməniləri arxayın etməyə çalışır ki, onun ordusu bu müharibəyə hazırdır. Turkustan.info BakuPost-a istinadən xəbər verir ki, Movses Akopyan Ermənistan ictimai televiziyasına müsahibəsində bu haqda danışıb. “Azərbaycan məsələni hərbi yolla həll edə biləcəyinə əmin olan […]

Mədət Quliyev bu gün DTX binasından belə çıxdı – FOTOLAR

Martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 ili tamam olur. Ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il 28 mart Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, peşə bayramı ərəfəsində DTX nəzdindəki […]

Bu ssenarinin reallaşmaması üçün Əli Həsənov deyil, biz çağırış etməliyik

Anar Yusifoğlu Ölkə gündəmini məşğul edən məsələlərdən biri də xaricdə məskunlaşan və Azərbaycan hakimiyyətində təmsil olunanlara qarşı olmazın ifadələr işlədib, sosial şəbəkələrdə “meydan sulayan” şəxslərin ritorikası, onların ölkə siyasətinə gətirməyə cəhd etdiyi naqislikdir. Xüsusilə bu mövzu Azərbaycan Prezidentinin köməkçisi, PA-nın şöbə müdiri Əli Həsənovun Feysbuk səhifəsində reaksiyası və çağırışından sonra […]

Bakıda silahlı qruplar arasında gecəyarısı atışma – Ölən var

Bakıda iki silahlı qrup arasında atışma olub. Turkustan.info “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, ötən gün saat 22 radələrində qeydə alınıb. Belə ki, iki qrup arasında “Makarov” tipli tapançayla silahlı qarşıdurma yaranıb. Nəticədə şəxsiyyəti hələ müəyyənləşdirilməyən 35-40 yaşlı kişi bir neçə güllə yarası alıb. O, aldığı […]