ABŞ qırıcıları Krım səmasında

ABŞ Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarələr Rusiyanın nəzarətində olan Ukraynanın Krım bölgəsi üzərində kəşfiyyat uçuşları həyata keçiriblər.

Turkustan.info Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, manevrlərdə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “RQ-4A Global Hawk” Pilotsuz Uçan Aparat (PUA) və “P-8A Poseidon” sualtı gəmilərə qarşı döyüş təyyarəsi iştirak edib. Uçuşlar Krım sahillərində baş tutub. Kəşfiyyat qırıcıları İtaliyanın Sicilya adasındakı “Sigonella” hərbi hava bazasından qalxıblar. Təyyarələrin 16 min km kündürlükdə saatda 600 km sürətlə uçduqları bildirilir.

“RQ-4A Global Hawk” kəşfiyyat təyyarəsi Sevastopol, Alupka, Soçi, Krasnodar sahillərinə təxminən 40 km-dək yaxınlaşıb.   /Cebhe.info/

30 Baxılıb