İraq Müdafiə Nazirliyi: “Türkiyə Sincara müdaxilə edərsə…”

İraq Müdafiə Nazirliyi: “Türkiyə Sincara müdaxilə edərsə, əlimizi əlimizin üstə qoyub oturmaycağıq”

Turkustan.info xəbər verir ki, İraq Müdafiə Nazirliyi İraqın şimalındakı Sincar şəhərində Türkiyənin hərbi əməliyyat keçirməsi xəbərinə reaksiya verib.

Nazirlik bildirib ki, əməliyyatlar qarşısında səssiz qalınmayacaq.  “İraq öz ərazisində hər hansı bir xarici təcavüzə qarşı əlini əlinin üzərinə qoyub oturmayacaq”, – deyə İraq MN tərəfindən verilən açıqlamada qeyd olunur.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin İraqın Sincar bölgəsində bazar günü əməliyyatlara başladığını bildirib.   “Biz Sincara gedəcəyimizi demişdik. İndi orada əməliyyatlar başlayıb. Döyüşlər daxildə və xaricdə aparılır”, – Ərdoğan Trabzonda çıxışında deyib.

İraqın Birgə Əməliyyatlar Komandanlığı hər hansı xarici qüvvənin sərhədi keçərək İraqa daxil olduğunu inkar edib. Sincardakı mənbələr ərazidə qeyri-adi hərbi əməliyyatların olmadığını bildirib.

Xatırladaq ki, PKK Türkiyə dövlətinə qarşı on illərdir silahlı üsyan aparır. Ərdoğan keçən həftə bildirib ki, Sincarda yeni baza yaradılır və Türkiyə qüvvələri lazım olarsa, hücuma keçəcək. İraqın şimalındakı mənbələr cümə günü PKK-nın Sincardan çəkiləcəyini bildirib.

PKK 2014-cü ildə İŞİD militantlarının hücumlarına məruz qalmış yəzidi icmasına kömək məqsədilə bölgəyə gəldikdən sonra burada mövqelərini möhkəmlədib. PKK Türkiyə, Avropa İttifaqı və Birləşmiş Ştatlar tərəfindən terrorçu qrup kimi tanınır. Qrupun istinadgahı on illərdir İraqla İranla sərhədindəki Qəndil dağlıq bölgəsində yerləşir.  /eastnews.org/