Rusiya Ermənistana hərbi qüvvə göndərir – Kreml ehtiyat tədbiri görür

Rusiya Ermənistanda yeni hərbi birləş.mələr yerləşdirmək qərarına gəlib.

Turkustan.info-nun məlumatına  görə, Ermənistanda dislokasiuaya olunacaq hərbi-polis birləşmələri Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin tabeliyində formalaşdırılır. Ermənistana gətirələcək hərbi-polis birləşmələrinin  Gümrü şəhərində yerləşən 102 saylı Rusiya hərbi bazasında nizam-intizamı, nəqliyyatın hərəkətinin  təhlükəsizliyini  və obtektlərin mühafizəsini təmin etmək məqsədilə gətirldiyi bildirilir. İndiyə qədər bu vəzifəni hərbi hissəyə aid olan ayrı-ayrı patrul dəstələri yerinə yetiridi. 

Mütəxəssislərlə təmin olunacaq  hərbi-polis bölmələri hazırda Vladiqafqazda təlim keçir. Lakin Cənub Hərbi Dairəsinin verdiyi açıqlamadan məlum olur ki, hərbi-polis birləşmələrinin tərkibi kifayət qədər geniş olacaq. Buraya psixoloqlar, çavuşlar, əsgərlər, müddətdən artıq müqavilə ilə xidmət keçən zabirlər daxil olacaq. Cari ilin yay mövsümündə isə İrəvan Hərbi Qarnizonunun tərkibinə Rusiyadan gətiriləcək daha bir hərbi-polis birləşməsinin daxil edilməsi nəzərdə tutulub. 

Hərbi-polis qüvvələrinin ümumi sayı  açıqlanmasa da Rusiyanın  Ermənistanda  geniş miqyaslı hərbi kontingent yerləşdirmək niyyəti açıq görünür. Yəni bu qərarın Gümrüdəki 102 saylı motoatıcı bazada intizam qaydalarına deyil, əslində Ermənistanda  hərbi-siyasi vəziyyətə nəzarəti artırmaq məqsədilə verildiyi açıq görünür. Ermənistanda aprel ayında gözlənilən hökumət və baş nazir seçkiləri, Serj Sarkisyanın prezidentlik  müddətinin başa çatması, Qərbin rəsmi İrəvanla əlaqələrə marağının artması, eyni zamanda Rusiyanın ətraf regionlarda təsirnin azaldılması istiqamətində ABŞ-ın səylərini gücləndirməsi görünür rəsmi Moskvanı əlavə tədbirlərə əl atmağa vadar edib.  /Cebhe.info/

26 Baxılıb