Rusiyada hərbi geyim əsgəri gözəgörünməz edir

Rusiya ordusunda infraqırmızı diapazonda əsgəri gözəgörünməz etməyə imkan verən kamuflyaj var.

Turkustan.info xəbər verir ki, bu barədə Rusiya ordusunun hərbi geyim və ləvazimatların həyat təminatı üzrə baş konstruktoru Oleq Faustov açıqlama verib.

“Bu artıq mövcuddur. Hal-hazırda həm bizdə, həm də ölkə xaricində infraqırmızı remissiya adlanan belə materiallardan geniş istifadə olunur. Aydın olmaq üçün deyim ki, bu müəyyən uzunluqlarda olan, kamuflyajın müxtəlif elementləri və ya ləkələrində işıq dalğalarının əks olunması intensivliyinin müxtəlifliyidir” deyə tərtibatçı bildirib.

Faustovun sözlərinə görə, bu texnologiyanın sayəsində, gecə müşahidəsi cihazı ilə müşahidə aparan zaman həmin uniformanı geymiş şəxsin silueti müxtəlif hissələrə bölünür və o, demək olar ki, gözəgörünməz olur. Bu texnologiya artıq  “Ratnik” hərbi geyiminin hazırlanmasında tətbiq olunur.

Qeyd edək ki, Rusiya ordusu artıq “Ratnik” hərbi geyim və ləvazimatlar dəsti ilə təchiz olunur. Hər il ordunun 50 minə qədər dəstlə təchizatı nəzərdə tutulub. 2022-ci ildə isə daha müasir hərbi geyim və ləvazimat dəstinin təqdim olunacağı gözlənilir.   /Oxu.Az/