Gün: Mart 28, 2018

Azərbaycanda İnteraktiv Elm Muzeyi qurulub

Növbəti tədris ilində fəaliyyətə başlayacaq Hədəf STEM liseyində tədris qabaqcıl ölkələrdə getdikcə kütləviləşən STEM konseptinə əsaslanır. Bu konseptə görə elm, texnologiya, mühəndislik və riyaziyyatın “toxunaraq və edərək”, disiplinlərarası inteqrasiya, təcrübələr və layihələr vasitəsilə öyrədilməsi nəzərdə tutulur. Hədəf STEM liseyindən AZƏRTAC-a bildiriblər ki, muzeyin ideya müəllifi, liseyin qurucusu və direktoru, filologiya […]

Musa Quliyev: ”Ölən süpürgəçini heç kim işləməyə məcbur etməyib”

Bu gün sosial şəbəkələrdə küçəni süpürərkən avtomobil vurması nəticəsində dünyasını dəyişən yaşlı qadının fotosu yayılıb. Həmin foto böyük etirazlara və müzakirələrə səbəb olub. İstifadəçilər yolların texnika ilə deyil, belə yaşlı qadın süpürgəçilər tərəfindən təmizlənməsinə etiraz edərək, aidiyyəti qurumları qınayıb. Bəziləri isə bu məsələdə yaş məhdudiyyətini gündəmə gətirərək, Azərbaycanda əmək qabiliyyətinin 65 […]

Rusiyada növbəti böyük yanğın başladı – VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində böyük yanğın baş verib. Turkustan.info xəbər verir ki, “Rolf” adlı avtosalon yanmağa başlayıb. Yanğının hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib. Qeyd edək ki, Kemerovoda “Qış almalısı” ticarət mərkəzində martın 25-də baş vermiş yanğın nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər ölüb. Ölənlərin sayının 78 olması barədə səslənən […]

Jurnalist Aida Eyvazlının şəhidlərlə bağlı yeni kitabı çıxdı

Aprel döyüşlərində qəhrəmanlıqla həlak olan şəhidlərin və qazilərin həyatını və həmin döyüş günlərini qələmə alan publisist-jurnalist Aida Eyvazlının (Göytürk) “Qalibiyyət: şahidlər və şəhidlər” kitabının ikinci cildi işıq üzü görüb. Turkustan.info xəbər verir ki, iki illik əməyin nəticəsi olan kitabın birinci cildi ötən il, Aprel döyüşlərinin 1 illiyi ərəfəsində çap olunub. […]

“Dul qadınla görüşün, savabdır” – Aktrisadan kişilərə “məsləhət”

Azərbaycanlı aktrisa, aparıcı Könül Yusifqızı son paylaşımı ilə diqqət çəkib. Turkustan.info xəbər verir ki, o, kişilərin 18-25 yaşlı qızlarla sevgili olması haqda yazıb: “Ay kişilər, siz allah sevgili kimi görüşəndə boşanmış, dul və ya yanı uşaqlı xanımla görüşün. Savabdır, balasının əlini çörəyə çatdırın, arxa-dayaq olun, dəstək olun. Onsuz da görüşürsünüz.. […]

Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 28-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib və hərbi sənaye sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.    /A24.Az/

Azərbaycanda uşaqları izləyən təhlükəli “RUS VİRUSU”

Əli Quliyev: “Rusiyada epidemiya təhlükəsindən bizim uşaqlar sığortalanmayıb” Rusiyada qrip virusu və ARVI epidemiyası artıb. Real TV “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə “Rospotrebnadzor” xidməti məlumat yayıb. Bildirilib ki, Rusiyanın 30-a yaxın ərazisində epidemiya yayılıb. “Bu ilin 12 həftəsi ərzində ölkədə qrip virusu və ARVI epidemiyası sürətlə […]

Qənirə Paşayeva Türkiyədə Qarabağ problemi və 31 Mart soyqırımı ilə bağlı konfrans keçirib – FOTOLAR+VİDEO

Yüzlərlə tələbə və müəllimin iştirak etdiyi konfransda millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Türk dünyasına, dünyanın hər yerində yaşayan Türk diasporuna  və diaspor təşkilatlarına çağırış edib. O,  bir sıra ölkələrin qondarma erməni soyqırımını tanıyan ədalətsiz qərarlarından danışıb və dünyanın hər yerində yaşayan türk insanının bunlardan narahat olması gərəkdiyini bildirib, bu ədalətsizliyə […]

Bakıda iyrənc hadisə: Pişiklə cinsi əlaqəyə girən zaman tutuldu – “Yaxınlaşmayın, vuracam” VİDEO 18+

“Yaxınlaşmayın, vuracam” Turkustan.info xəbər verir ki, bu sözləri iyrənc əməli ortaya çıxdığı üçün əlinə daş götürüb, ətrafdakıları hədələyən gənc deyib. Sosial şəbəkələrdə yayılan görüntülərdə iddia edilir ki, 20-25 yaşlarında gənc Bakı sakini pişiklə cinsi əlaqəyə girmək istəyən zaman tutulub. Onu ətrafda yaşayan gənclər iyrənc əməli üstündə tutublar və həmin anları telefonları […]

Azay Quliyev seçicilərlə növbəti görüş keçirib – FOTOLAR

Milli Məclisin deputatı Azay Quliyev bu gün YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib. Deputat seçicilərini ayrılıqda dinləyərək onların problemləri ilə maraqlanıb. Müraciətlər əsasən məşğulluq, mənzil-kommunal, hüquq, təhsil, əfv, əmlak məsələləri və digər mövzuları əhatə edib. Azay Quliyev seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxladığını və […]

Lotu Qulidən üzr istəyən gəncdən yeni video: “Dilini tikə-tikə edib sənə yedirəcəm” – VİDEO 18+

“Hərə bir söz yazıb. Guya məni sındırıblar” Turkustan.İnfo xəbər verir ki, bu sözləri bi müddət əvvəl “Lotu Quli” ləqəbli Nadir Səlifovdan üzr istəyən Yeraz Əli adlı şəxs yeni video paylaşıb. Əli bu videosunda onu çəkdiyi videoya görə söyənlərə səslənib, onları öldürəcəyini deyib: “Hərə bir söz danışır. Guya məni sındırıblar, öldürüblər […]

Söyüşü silah kimi vətənə və dövlətə tuşlayanları qınayaq!

Emin HƏSƏNLİ QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, politoloq “…Bu və ya digər yad təsirlər, şəxsi və ya siyasi uğursuzluqlar üzündən yaranmış hər hansı kin-küdurət hissi azərbaycanlıların öz dövlətinə düşmən kəsilməsi üçün səbəb ola bilməz… Unutmaq olmaz ki, biz azərbaycanlıyıq, öz adət-ənənəmiz, əxlaq və şərəf ölçülərimiz var. Siyasi mübarizəni də həmin […]

İşsiz qalanlar sosial yardım alacaq

Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınan şəxslər sosial yardım almaq hüququna malik olacaq. Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, bununla bağlı “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 3-cü maddəsinə (Sosial yardım almaq hüququ olan ailələr) dəyişiklik […]

Valideyn himayəsindən məhrum olmuş şəxslərə iş veriləcək

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin, peşə hazırlığı və işə düzəldilməsi həyata keçiriləcək. Turkustan.İnfo-nun Modern.az-a istinadən məlumatına görə, bununla bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”qanuna dəyişiklik edilir. Dəyişikliyə görə, qanunun 8-ci maddəsinin (Əmək hüququ üzrə təminatlar) 5-ci hissəsinin birinci cümləsi – İlk […]

“O butulkaya layiq sən idin, onu da…” – Hafiz Hacıyev efirdə coşdu – VİDEO

“Bu gün görülən işlərə kölgə salmaq istəyən xüsusi qruplar var. Bu qüvvələr hakimiyyətin daxilində də var. Onlar xalqı narazı salırlar və meydan uşaqlarına pas verirlər”. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri prezidentliyə namizəd Hafiz Hacıyev ödənişsiz efir vaxtında səsləndirib. Cəmil Həsənlini “yiyəsiz” adlandıran Hafiz Hacıyev bildirib ki, Milli Şura […]

Sən demə, çayı qənd, bal və limonla içmək olmaz – SƏBƏBLƏR

Çayı qənd, limon, süd və balla içmək olmaz. Turkustan.info xəbər verir ki, qaynar çay balın və limonun faydalı xassələrini öldürür. Qənd Çayı qəndlə içmək klassik üsuldur. Lakin araşdırmalar nəticəsində məlum olub ki, çayı şəkərsiz içən xalqlar onkoloji xəstəliklərdən daha az əziyyət çəkir. Bəzi həkimlər əlavə edirlər ki, bu fakt yalnız […]

Dünya elmində mühüm kəşf: İnsanın yeni orqanı tapıldı

Amerikalı alimlər insanın yeni orqanını – orqanların birləşdirici toxumalarını dəlib keçən və maye ilə dolu mikroskopik kanallar şəbəkəsini kəşf ediblər. Turkustan.info xəbər verir ki, bu barədə alimlər “Scientific Report” jurnalına danışıblar. Həkimlər təsadüfən endoskopiya zamanı pasiyentin mədə-bağırsaq yolunu daxildən müayinə edərkən kanallar şəbəkəsini aşkar ediblər. Öd axarının müayinəsi zamanı əvvəllər […]

Hadı Rəcəblinin “facebook bağlansın” təklifinə Mətbuat Şurasından CAVAB

Millət vəkili, parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli böhtan, təhqir və dövlət atributlarına qarşı təxribat yayan sayt və sosial şəbəkələrin bağlanmasını təklif edib. O, bu praktikanın bir çox inkişaf etmiş ölkələrdə mövcud olduğunu xatırladıb. Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan internetin azad […]

Qapalı yerlərdə siqaret çəkmə qadağası ləğv olundu? – VİDEO

Ölkə ərazisində qapalı məkanlarda tütün məmulatları ilə bağlı qadağa qüvvəyə minsədə, ancaq bəzi obyektlər buna məhəl qoymur. ARB TV xəbər verir ki, bir çox yerlərdə qadağanı bildirən elan lövhələri vurulsada obyekt sahibi müştərinin rahatlığı üçün icazəni verir. İnzibati xəta növü kimi qiymətləndirilsə də cəmiyyətdə bu qadağaların mövcudluğuna rast gəlinmir. Bəziləri […]

“Mənim nəzir qutuları ilə nə işim var?” – Allahşükür Paşazadə

“Mənim çoxlu mülküm olması ilə bağlı deyilənlər iftiradır, təxribat məqsədi ilə yayılır”. Turkustan.info-nun APA-ya istinadən məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə idarədə 31 Mart – Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbirdə bildirib.  O qeyd edib ki, bununla bağlı ölkə başçısı ilə də söhbəti olub: […]

“Hafiz Hacıyevə zəng edib xahiş etmişəm ki…” – Əli Həsənov

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər prezidentliyə namizəd Hafiz Hacıyevlə telefon əlaqəsinə dair sosial şəbəkələrdə irəli sürülən iddialara münasibət bildirib.  Turkustan.info xəbər verir ki, Ə. Həsənov APA-ya açıqlamasında bildirib ki, son günlər bəzi mənfi reputasiyaya malik internet saytları və “Facebook” istifadəçiləri onun prezidentliyə namizəd Hafiz Hacıyevlə telefon […]

Bakıda güclü və təhlükəli külək olacaq – Xəbərdarlıq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, […]

ADAU-da 100 bal toplayan tələbələrə əlavə təqaüd verildi

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2017/2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında yüksək bilik nümayiş etdirərək müxtəlif  fənlərdən 100 bal toplayan tələbələrlə görüş olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək dövlətin bütövlükdə aqrar təhsilə olan qayğısının daim artması, təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən müasir təhsil sistemi […]

Amerika və Rusiya arasında birbaşa hərbi toqquşma riski yarandı – General Danfort təcili Moskvaya zəng vurdu

Suriyada yenidən ABŞ qoşunları ilə Rusiya qüvvələri arasında birbaşa hərbi toqquşma riski yaranıb. Turkustan.info xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis martın 27-də bəyan edib. General Mettisin bildirdiyinə görə birbaşa toqquşma riski ABŞ Hərbi Hava Qüvvələrinin fevralın əvvəllərində Deyr-əz-Zor əyalətində Rusiya muzdularının qaz emalı zavoduna hücumunun qarşısını alması […]

Ərdoğandan bozqurd açıqlaması

Türkiyə prezidenti Ərdoğan Manisa vilayətində keçirilən mitinq göstərdiyi bozqurd işarəsi barədə jurnalistlərin sualına cavab verib. Turkustan.info xəbər verir ki, “Milliyet” qəzetinin jurnalisti Serpil Çevikcanın “Mersində göstərdiyiniz bozqurd işarəsi ilə bağlı Baxçalı ilə heç söhbət etdinizmi?” sualına Ərdoğan belə cavab verib: “O işarə Rabianı sayarkən spontan şəkildə oldu. Hətta mən fərqində […]

İcra başçı ilə nazirliyin saxta tender oyunu: Avtobusla göndərilən sənəd və nağdlaşdırılan 2 milyon…

Həbsdə olan keçmiş MTN-çilərlə bağlı istintaq və məhkəmə araşdırmaları nazirlikdə baş verənlərlə yanaşı, başqa dövlət orqanlarında da bir sıra qanunsuzluqları üzə çıxarıb. Məsələn, tender fırıldağı… Daşkəsən Rayon İcra Hakimiyyətinin memarı Elman Məmmədovun tutulub MTN-ə gətirilməsi məsələsi araşdırılarkən bu rayonda yol və körpü tikintisi üçün büdcədən ayrılmış 2 milyonla bağlı gizlədilən […]

Azərbaycanlı müğənni Rusiyada yanaraq ölənlərin ailələrinə 5 milyon ayırdı

O, 5 konsertinin gəlirini yardım fonduna köçürüb. Azərbaycanalı iş adamı, müğənni və bəstəkar Rusiyanın kemerova şəhərində ticarət mərkəzindəki yanğın zamanı zərərçəkənlərin ailələrinə jest edib. istiPress-in məlumatına görə, söhbət Emin Ağalarovdan gedir. O, yanğında həlak olan 64 nəfərin ailəsinə maddi yardım edəcək. Biznesmen bu barədə özü açıqlama verib. O, 5 şəhərdə […]

Bako Saakyan kimdir?

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda yazan müəlliflərin əsas problemi yanlış terminlərdən istifadədir. Bu münaqişə haqda danışarkən yanlış terminlərdən istifadə edən müxtəlif qruplar var. ABŞ-ın Ermənistandakı sabiq səfiri Con Evans kimi bəzi müəlliflər isə bu terminləri qəsdən işlədir.   C.Evans Dağlıq Qarabağı “qanuni quruluş”, Bako Saakyanı isə “qanuni nümayəndə” kimi təqdim […]

Türkiyə Münbiçi silahsız alacaq – PYD-nin ŞOK PLANI

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun 2 ayda Suriyanın Afrin bölgəsində nəzarəti ələ keçirməsindən sonra diqqətlər PYD-YPG terror təşkilatının nəzarətində olan Münbiçə toplanıb.  Turkustan.info xəbər verir ki, Afrindən sonra sıranın Münbiçə gələcəyini bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı əsgərlərin bu bölgədən çəkilməsini istəmiş və Türkiyənin bölgəyə girərək Münbiçi […]

“Zeytun budağı”nın başladığı gün Pentaqondan ŞOK HƏRƏKƏT – İncirlik bazasını…

ABŞ “Zeytun budağı” hərəkatının başladığı gün – 20 yanvar 2018-ci il tarixində Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinə və Suriyadakı PKK-çılara dəstək verən İncirlik hərbi bazasını boşaldıb. Turkustan.info xəbər verir ki, yanvarın 19-da gecə radələrində bazadakı F-16, F-15 və A-10 qırıcıları çıxarılıb. ABŞ ordusunun İncirlikdə sadəcə pilotsuz təyyarəsi və 3 […]

Araz Əlizadə: “… Azərbaycana bomba atsaydılar hakimiyyətə gələrdik” – VİDEO

“Mən belə adamlarla həmrəy olsam deməli mən də onların tayıyam “ Turkustan.İnfo xəbər verir ki, bu sözləri prezidentliyə namizəd Araz Əlizadə deyib Araz Əlizadə deyib ki, o, dövlət çevrilişi edənlərlə həmrəy ola bilməz: “Mən burada oturan bütün namizədlərlə həmrəyəm. Çünki mən onların Azərbaycan xalqını sevdiyini bilirəm. Amma burada oturan bir […]

Azərbaycanın kriminal aləmində qanlı hesablaşma…

O, günahkar hesab etdiyi adamdan intiqam almaq istəyirdi, lakin bu, ona öz həyatı bahasına başa gəldi. Martın 23-də Masallıda başlayan və ayın 24-də Bakıda ölümlə başa çatan silahlı insidentin ilkin təfərrüatı məlum olub.  Turkustan.info bildirir ki, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Martın 24-ü axşam Bakının Nərimanov rayonu […]

Kremlin İrəvana göndərdiyi əsas mesaj – Bakı tələb etsə…

Rus emissarlarının Ermənistana intensivləşən səfərləri işğalçı ölkədə anti-Rusiya ovqatını səngitmək əvəzinə yeni suallar yaradıb; Moskva Qarabağı Azərbaycana qaytarır?.. Son vaxtlar Ermənistana Rusiya rəsmilərinin səfərləri çoxalıb. “Yeni Müsavat” xatırladır ki, Federasiya Şurasının Xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçevin başçılıq elədiyi böyük bir nümayəndə heyətinin İrəvan səfəri bitər-bitməz, bu günlərdə Rusiya Dumasının […]

İrəvanın hədə bəyanatının səbəbi – Sensasiyalı açıqlamalar

Aprel döyüşləri Azərbaycan ordusunun böyük üstünlüyünü nümayiş etdirdi və ordumuzun Qarabağı azad etməyə qadir olduğunu ortaya qoydu. Turkustan.info xəbər verir ki, bu sözləri Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov “Yeni Müsavat”a geniş müsahibəsində deyib. O bildirib ki, bu fakt Azərbaycan diplomatiyası üçün yeni imkanlar yaratsa da, təəssüf ki, […]

ABŞ göstərdi: gələcəyin müharibəsi – Video

ABŞ Hərbi Hava Qüvvələrinin laboratoriyası (AFRL) yaxın gələcəkdə gözlənilən aviamüharibələrlə bağlı video yayımlayıb.  Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, “Hərbi Hava Qüvvələri 2030 – Əməliyyat çağırışı” adlı videoda AFRL araşdırmalarının qısa tarixçəsi açıqlanır və milli təhlükəsizliyin qorunması üçün araşdırmaların davam etdirilməsinin vacibliyi qeyd edilir. Videoda göstərilir ki, aviasavaşlar zamanı ABŞ […]

Qərbin təhlükəli ssenarisi işə düşdü: Putin məcbur edilir…

Dünyanın əksər dövlətləri, xüsusilə də Qərb tərəfindən Moskvanın təklənməsi prosesi özünü ən çox Rusiyaya qarşı sanksiyalarda göstərir. Bu, çox ciddi hadisədir. Turkustan.info xəbər verir ki, bu sözləri Axar.az-a Skripal olayı fonunda Qərbin Rusiyaya qarşı sərt tədbirləri və bunun mümkün nəticələri ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun […]

“Məğlub olsaydıq belə, oyundan razı qalacaqdım” – Qurbanov

Belə bir oyunun keçirilməsini çox istəyirdim. Futbolçuların bu cür qarşılaşmalara uyğunlaşması vacibdir. Bu gün meydanda çox istəkli idilər. Hətta məğlub olsaydıq belə, oyundan razı qalacaqdım. Turkustan.info xəbər verir ki, bu sözləri martın 27-də Antalyada Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirən Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib. Baş […]

Şimali Koreya və Çin liderləri görüşüb

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüş keçirib. Turkustan.info verdiyi xəbərə görə, bu barədə Çinin rəsmi KİV-ləri məlumat yayıb. Görüşün Kim Çen Inin Çinə qeyri-rəsmi səfəri çərçivəsində baş tutduğu bildirilir. Məlumata əsasən, səfər zamanı Kim Çen Inı həyat yoldaşı müşayiət edib. […]