Ərdoğan Zakir Həsənovu iqamətgahında qəbul etdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Azərbaycan müdafiə naziri general Zakir Həsənovu qəbul edib.

Turkustan.info xəbər verir ki, Prezident İqamətgahında keçirilən görüşdə iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə Türkiyənin müdafiə naziri Nurettin Canikli iştirak edib.