Qənirə Paşayeva türk dünyasına birlik çağırışı edib

“Ermənistan kimi işğalçılara qarşı daha güclü mübarizə üçün lazım olan güc birlikdən keçir”

Okuklu Holdinqin təşkilatçılığı ilə keçirilən Afrin Zəfəri Festivalında çıxış edən millət vəkili Qənirə Paşayeva Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyib, terroru və arxasında duranları lənətləyirik deyib.

Turkustan.info-nun məlumatına görə, Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Bildirib ki, qardaş Türkiyədə terrorla mübarizədə qazandığı uğurlara harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk övladı sevinir. Millət vəkili Azərbaycanda ön cəbhəni qoruyan əsgərlərimizin, qardaş Türkiyənin terrorla mübarizəsini aparan Mehmetciklərimizin hər zaman yanında olduğumuzu vurğulayıb.