Gün: Mart 31, 2018

Sankt-Peterburqda ABŞ bayrağı endirildi

Rusiyanın Sankt-Peterburq şəhərindəki ABŞ Baş Konsulluğundakı bayraq endirilib. Turkustan.info xəbər verir ki, buna səbəb ABŞ-ın Sankt-peterburqdakı Baş Konsulluğunun qapadılmasıdır. Qeyd edək ki, bundan öncə ABŞ İngiltərəyə dəstək olmaq məqsədilə ölkəsindəki 60 rus diplomatını qovub və Sietl şəhərindəki Rusiya konsulluğunun bağlanmasını tələb edib. Rusiya buna adekvat cavab verib. /Axar.az /

Bura Volkswagen qəbristanlığıdır

ABŞ-ın Kaliforniya ştatında, Viktorvill şəhərinin yaxınlığındakı səhrada Volkswagen markalı 350 min avtomobil var. Almaniyanın nəhəng avtomobil konserni bu avtomobilləri dizel mühərrikləri ilə bağlı qalmaqala görə satışdan geri çağıraraq satın alıb. CBS bildirir ki, 350 min maşına görə avtokonsern 7,4 milyard dollar ödəyib. 2015-ci ilin sentyabrında qalmaqal qopmuşdu. Bəlli olmuşdu ki, […]

“Bu, təsadüfidir, yoxsa nəyəsə hesablanıb?” – Amaşovdan ATƏT-in Media azadlıgı uzrə nümayəndəsinə etiraz

ATƏT-in Media azadlıgı uzrə nümayəndəsi Harlem Desir özünün twitter hesabında ötən gün Fransada azərbaycanlı Rahim Namazov və həyat yoldaşının güllələnməsi haqda bəyanat yayıb. O hadisəyə belə reaksiya verib: “Muhacirətdə yaşayan Azərbaycan jurnalisti Rahim Namazova qarşı sui-qəsd cəhdi və onun həyat yoldaşının Kolmar şəhərində öldürülməsi məndə dərin hiddət hissi oyatmışdır. Bu […]

Sevgilisinin anası ilə intim əlaqədə oldu, sonra isə öldürdü – Azərbaycanda

Sumqayıt Apellyasiya Məhkəməsində sevdiyi qızın anasını öldürməkdə təqsirləndirilən Samir Hacəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Turkustan.info  “Report”a istinadən xəbər verir ki, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, S.Hacəliyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən […]

Bir bilet aldı — Yarım milyard uddu

ABŞ-ın “Mega Millions” lotereyasında növbəti cekpot qalibi müəyyənləşib. Turkustan.info xəbər verir ki, bu barədə loteyera administrasiyası məlumat yayıb. Məlumata görə, uduşa Nyu-Cersidə satılmış bilet düşüb. Naməlum qalib yarım milyard dollardan çox olan cekpotun, yəni 521 milyon ABŞ dollarının sahibi olub.   /Ölkə.Az/

İlham İsmayılov: “Xaricdə yaşayan azərbaycanlılar lider kimi İlham Əliyevi dəstəkləyirlər”

“Xaricdə yaşayan azərbaycanlılar da prezident İlham Əliyevi özlərinin alternativsiz lideri görür, onun apardığı siyasi kursu birmənalı şəkildə dəstəkləyirlər”. Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının və Avropa Azərbaycanlıları Konqresi Məşvərət Şurasının üzvü İlham İsmayılov bildirib.  […]

“Əjdaha yuvası”nda nələr aşkarlandı – FOTOLAR

Bir qrup alpinistin tapdığı “əjdaha yuvası” görənləri dəhşətə salıb. Xarici KİV xəbər verir ki, alpinistlər dağlıq ərazidə dərin oyuğu gördükdə ora yaxınlaşıblar. Bir saat ərzində növbə ilə oyuğa girən alpinistlər 250-300 metr dərinlikdə yeni keçidlər kəşf ediblər. Burada onlar yeraltı suyu çıxarmaq üçün artezian sistemi ilə qarşılaşıblar. Oyuğun yeraltı mədən […]

Polis Bakıdakı mitinqlə bağlı məlumat yaydı

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın Bakıda keçirdiyi mitinqlə bağlı məlumat yayıb. İdarədən verilən məlumatda bildirilir ki, martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan […]

Saakaşvili Ukraynaya qayıtmağa hazırlaşır

Gürcüstanın eks-prezidenti, keçmiş Odessa qubernatoru Mixayil Saakaşvili Ukraynaya geri dönməyə hazırlaşdığını bəyan edib. Turkustan.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Yaxın zamanda Ukraynaya qayıtmağa hazırlaşdığını deyən Saakaşvili, diaspora üzvləri və ukraynalı tələbələrlə görüşlər keçirdiyini diqqətə çatdırıb. “Mən bir çox Avropa şəhərlərinə səfər edirəm, müxtəlif insanlarla görüşürəm. Yaxın günlərə bir […]

“Pokrovka Məhərrəm” sərbəst buraxıldı

Rusiyada saxlanılan “Pakrov Məhərrəm” adı ilə tanınan iş adamı Məhərrəm Quliyev sərbəst buraxılıb. Turkustan.info xəbər verir ki, bu barədə APA-ya M. Quliyevin yaxınları məlumat verib. Onun saxlanılmasının səbəbləri hələlik açıqlanmır. Bu gün M. Quliyevin həbs olunmasını özündə əks etdirən video “youtube” şəbəkəsində yerləşdirilib.

Serbiya, Monteneqro və Bosniya və Herseqovinada soyqırımın 100-cü ildönümü ilə bağlı tədbirləri keçirilib

2018-ci il 31 mart tarixində azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyində anım mərasimi keçirilib. Tədbirdə Səfirliyin əməkdaşları ilə yanaşı Serbiyada, o cümlədən Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri, Serbiyada yaşayan və təhsil alan azərbaycanlılar, Serbiya ictimaiyyətinin nümayəndələri və Belqrad şəhərinin […]

Son dəqiqə : Putin Qərb ölkələrinin 49 diplomatını ölkədən qovdu – Siyahı

23 ölkənin Rusiya diplomatlarını deportasiya etmə qərarından sonra hərəkətə keçən rəsmi Kreml 49 diplomatı ölkədən qovub. Turkustan.info xəbər verir ki, Rusiya ilə İngiltərə arasında yaşanan gərginliyin ardından 23 ölkə Rusiya diplomatlarını deportasiya etmək qərarı verdi. Tarix kitablarında “Skripal hadisəsi” kimi qalacaq gərginliyin ardından Rusiyadan da cəzalandırıcı cavab gəlib. Kreml 19 […]

Moskvada azərbaycanlı iş adamını diz çökdürdülər – “Pokrovka Məhərrəm”… – VİDEO

Moskvada “Pokrovka Məhərrəm” kimi tanınan azərbaycanlı biznesmen Məhərrəm Həsənov Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Turkustan.info xəbər verir ki, sosial şəbəkələrdə polislərin Məhərrəmi qandallamalarını və dizləri üstə qoymalarını əks etdirən video yayılıb. Məhərrəm Həsənovun tutulmasının səbəbləri məlum deyil. Məhərrəm Həsənov Rusiyada “tərəvəz mafiyası”nın əsas fiqurlarından biridir. Şəmkir rayonundan olan M.Həsənov Azərbaycandan kənd təsərrüfatı […]

Hökumət QƏRAR VERDİ: ölkədə bu tarixdə milli sosial şəbəkə YARADILACAQ

İran ən yaxın həftələr ərzində “Telegram” sosial şəbəkəsini milli messencerlə əvəz etməyi planlaşdırır. Turkustan.info “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu haqda İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Bürucerdi bildirib.Bürucerdi vurğulayıb ki, “Telegram”ın İran alternativinin yaradılması haqqında qərar hakimiyyətdə ən yüksək səviyyədə qəbul edilib. Onun sözlərinə […]

Məşhur professordan daha bir TÖVSİYƏ: “Quyruq yağını əridib içən insanlar…”

Türkiyəli professor Canan Karatay çay və fındığın insan sağlamlığı üçün çox faydalı olduğunu bildirib. Turkustan.info xəbər verir ki, daxili xəstəliklər üzrə həkim, kardioloq Rəcəb Tayyib Ərdoğan Universiteti tələbələrinin iştirak etdiyi “Özünə yaxşı bax” verilişinin qonağı olub. Canan Karatay yaz və yay aylarında sağlam qidalanma ilə bağlı tövsiyələri verib: “Qara Dəniz […]

Əxlaqsız şagirdlə bağlı fikrimi təhrif edənlər… – Millət vəkili

Azərbaycanda mətnin məntiqi təhlili ilə bağlı ciddi problemlər var. Turkustan.info xəbər verir ki, bu sözləri iki ay öncə Bakı şəhərindəki 132-134 nömrəli Təhsil Kompleksində baş verən olayla bağlı mövqeyinin yanlış anlaşılması və ona ünvanlanan tənqidlər haqda danışarkən millət vəkli Fazil Mustafa deyib. Millət vəkili adını çəkmədiyi sayt rəhbərinin onun mövqeyinə […]

Azərbaycan cırtdanları: Onların sayı niyə artır?

Azərbaycanda cırtdanboylu insanların sayı qeydiyyatda olandan çoxdur. Dövlət tərəfindən pulsuz dərman təminatı olmadığı üçün onlar qeydiyyata düşməyə həvəs göstərmirlər. Turkustan.info bildirir ki, bu barədə Azvision.az-a açıqlamasında Respublika Endokrinologiya Mərkəzinin həkim metodisti, endokrinoloq Samirə Xəlilova deyib. Onun sözlərinə görə, cırtdanboyluluq nanizm, subnanizm və tender sindromuna görə ayrılır: “Ötən il tender sindromu […]

“MEK-də 1918-ci il mart soyqırımına həsr olunmuş sərgi təşkil olunub”

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 1918-ci il 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş sərgi təşkil olunub. Sərgidə kitabxananın fondlarında mühafizə olunan “31 Mart soyqırımı 1918-1920-ci illər mətbuatında”, “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım”, “Soyqırım tarixinin dastanı”, “Soyqırım cinayəti”, “Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı”, “1918-ci il qırğınları; Tarixi araşdırmalar”, […]

Azərbaycan Respublikasının İrandakı Səfiri MEK-i ziyarət edib

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı (İİR) Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bünyad Hüseynov AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib. Səfir MEK-in Sərgi salonunda, Akademiklər zalında, eləcə də kitabxananın başqa informasiya təminatı məkanlarında mühafizə olunan Azərbaycan və dünya mədəniyyətini, tarixini əks etdirən sənədlərlə tanış olub. Qarşılıqlı əməkdaşlığın müzakirəsi zamanı Səfir […]

Azərbaycandakı dönərxanalarla bağlı şok açıqlama – “ÖLMÜŞ İNSAN ƏTİ VURURLAR”

“Azad İstehlakçılar Birliyi tezliklə bütün dönər hazırlayan restoran, kafe və obyektlərdə yoxlamalara başlayacaq. Təkcə Bakıda 15 000 dönərxana var. Lakin rəsmi sertifikat yalnız 2 şirkətə məxsusdur. Bu şirkətlərin isə 60 obyekti var. Digər dönərxanalarda istifadə olunan ətin içində mənşəyi məlum olmayan ət, at, eşşək əti, hətta ölü insan ətinin olması […]

Qənirə Paşayeva Bakı Slavyan Universitetində 31 Mart soyqırımı ilə bağlı çıxış edib

Millət vəkili Q.Paşayeva Bakı Slavyan Universitetində 31 Mart soyqırımı ilə bağlı çıxış edib və gəncləri ölkəmiz əleyhinə yalanlara qarşı mübarizədə fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva Bakı Slavyan Universitetində 31 mart – Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü ilə bağlı tədbirdə və tanınmış araşdırmaçı,alim Şəlalə Həsənovanın “İrsimizə atəş açmayın”sənədli filminin […]

Qubada minlərlə insan Memorial Kompleksinə yürüş etdi – FOTOLAR

Martın 31-də 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar Qubada Soyqırımı Memorial Kompleksinə yürüş təşkil olunub. Yürüşdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları və ölkəmizin bütün bölgələrindən vətəndaşlar iştirak ediblər. Azertag.az-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ümummilli […]

Sevgilisinə görə iki qadını vurdu, amma sevgilisi onu atdı – Bakıda ilginc cinayət

Bakıda liftdə iki qadına hücum etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. O, özünü təqsirli bilmir. Turkustan.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən 1990-cı il təvəllüdlü Şəhriyar Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Şəhriyar […]

ADAU-da Antiplagiat İnternet-Sistemi tətbiq olunur

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) aparılan işlərin mühüm istiqamətlərindən biri də hazırlanan tədris vəsaitlərində plagiat hallarının aradan qaldırılmasıdır.  Bu məqsədlə, 2016-cı il iyulun 5-də ADAU ilə Plagiat.pl Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı arasında müqavilə imzalanmışdır. Sistem informasiya xidmətləri sahəsində işləyir və digər sənədlərində yer aldığı strikeplagiarism.com antiplagiat sistemi bazasında və internet-kontentlə çalışan […]

Suraxanı rayonunda körpələr evinin zirzəmisində yaşayan məcburi köçkün, ikinci qrup əlil Mehriban Əliyevaya müraciət ünvanladı

Turkustan.info bildirir ki, Analoq.az-ın mail ünvanına məktub ünvanlayan, əslən Laçın rayonunun Qarakeçdi kəndindən olan,məcburi köçkün,ikinci qrup əlil,hazırda Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsində yerləşən 258 saylı körpələr evinin zirzəmisində məskunlaşan,Həsənzadə Azadə Hüseyin qızı Azərbaycan Respubilkasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.Analoq.az həmin müraciəti olduğu kimi təqdim edir: Çox hörmətli Mehriban xanım, […]

Valideynləri qətlə yetirilən xocalılılar dünya ictimaiyyətinə, Azərbaycan xalqına müraciət etdi – EKSKLÜZİV

Bu gün Xocalı soyqırımı zamanı hər iki valideyni ermənilər tərəfindən qətlə yetirilən “25-lər”  Bakıda “Ana harayı” abidəsini ziyarət ediblər. 31 Mart Dünya Azərbaycanlıların soyqrımının 100 illiyi ilə əlaqədar toplaşan Xocalı soyqırımının canlı şahidləri dünya ictimaiyyətini Xocalı soyqırımını tanımağa səsləyiblər. Onlar 31 Mart azərbaycanlılarının soyqrımından 100 il ötməsinə baxmayaraq, dünyanın hələ də […]

Ankarada 31 Mart soyqırımının 100 illiyi ilə bağlı konfrans keçirilib

Nail Çələbi: “Anadolu, Azərbaycan, Qırğız, Özbək, Türkmən, Qazax türkləri bu ağrını heç unutmayacaq” Bu gün Türk Dünyası Parlament Birliyi 31 Mart azərbaycanlıların soyqırımının 100 illiyi münasibətilə Türkiyənin paytaxtı Ankara şəhərində mətbuat konfransı təşkil edib. Birliyin sədri Nail Çələbi, erməni silahlı dəstələrinint Türklərə qarşı etdikləri soyqırımı lənətləyərək şəhidlərə Allahdan rəhmət diləyib. […]

Moskva elan etdi – Sunami effekti YARADACAQ

Moskva Rusiya diplomatlarının deportasiyası ilə ilə Böyük Britaniyanın qərarına cavab olaraq 50-dən çox Britaniya diplomatını göndərməyə hazırlaşır. Turkustan.info  TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Rusiya və Britaniya diplomatlarının sayı arasındakı fərq 50-dən çoxdur”, – o deyib. Xatırladaq ki, Rusiyanın […]

“Bu müəllimlər işdən azad olunmalıdır”

Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmədə minimum nəticə göstərən müəllimlərlə bağlı sərt addımlar atılacağı, tədbirlər görüləcəyi ilə bağlı cəmiyyətdə gözləntilər olsa belə, ötən müddət ərzində bu baş verməyib. Bu azmış kimi, diaqnostik qiymətləndirmədə hansı müəllimlərin necə nəticə göstərməsi barədə məlumatlar Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanmayıb. Təhsil eksperti Kamran Əsədov Yeniavaz.com saytına […]

1918-ci il Mart Soyqrımının qisasını alan Borçalı bəyi İsrafil bəy Acalov

Erməni generalın başını kəsən İsrafil bəy kim olub? Borçalı türk dünyasına çox igid oğullar verib.İran Türk savaşının qəhrəmanı Nağı xan Borçalı, rus və Polşa ordularının generalları Yadigarov qardaşları, Osmanlı ordusunun Paşası Darvazlı Mehralı Paşa, Nəriman Nərimanov, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Hoyski, Qars islam Cumhuriyyətinin başqanı Emin bəy Acalov (Borçalı) […]

Dəhşət: Qızı maşından düşürüb, yolun ortasında… – VİDEO 18+

Dağıstanlı gənc başqasının avtomobilinə oturan sevgilisini ölümcül döyüb. Turkustan.info xəbər verir ki, hadisə Rostov-Bakı şosesində baş verib. Sevgilisini maşından düşürüb yolun ortasında döyən, daha sonra isə daşla başını əzən gəncin hərəkəti nəzarət kamerasına düşüb. Cinayəti törədən şəxs artıq həbs edilib.   /Axar.az/

MEK-in “Qorqud” viki klubunun könüllüləri 31 martla bağlı vikipediayada məqalələr yaradıblar

AMEA Mərkəzi Elmi Kitabxananın Sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılan “Qorqud” viki klubunun könüllüləri tərəfindən azərbaycanlıların 1918-ci il 31 martsoyqırımına həsr olunmuş məqalələr yaradılıb. Məqalələrdən biri Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 15 iyul 1918–ci ildə yaratdığıFövqəladə Təhqiqat Komissiyası ilə bağlıdır. Burada komissiyanın fəaliyyəti və qərarları əks olunub. “Mart soyqırımı” adlanan başqa […]

Fransa PKK-ya silahlı yardım göndərəcək – Qərar verildi

Fransa hakimiyyət orqanları Suriyanın Menbiç bölgəsindəki kürd terrorçularına kömək məqsədilə qoşun göndərməyə qərar verib.  Turkustan.info-nun məlumatına görə, bu barədə Fransanın “Parisien” qəzeti  PYD  terror təşkilatının bazasında yaradılmış Suriya Demokratik Qüvvələri adlandırılan silahlı təşkilata  istinadən açıqlama yayıb. Xəbərdə qeyd edilir ki, SDQ-nin üzvləri martın 29-da Fransa prezidenti Emmanuel makronla görüşüb.  Nümayəndə […]

“Zeytun budağı” 3800-dən çox terrorçunu ZƏRƏRSİZLƏŞDİRİB

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3820 nəfərə çatıb. Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı […]

Ekoloji MÜHARİBƏ: “Qərb bilərəkdən Azərbaycanda quraqlıq yaradır” – şok AÇIQLAMA

“Azərbaycanda qış aprelin 15-nə qədər davam edəcək”. Turkustan.info bildirir ki, bunu Modern.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov deyib. O bildirib ki, mart dəli-dolu aydır. “Bu ayda ağaclarda xırda yarpaqlar olmalı olsa da, hazırda Azərbaycanda bu nəzərə çarpmır. Çünki ölkəmizdə yaz gecikir. Bunun səbəbi isə, qlobal istiləşmə […]

Qar, yağış, şimşək – Ölkə ərazisində hökm sürən hava

Ölkə ərazisində martın 30-u gün ərzində, 31-i səhərədək hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bəzi rayonlarda, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda güclü şimal-qərb küləyi əsib.  /Bizimyol.info/

Azərbaycanda məmur güllələndi – RƏSMİ AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının ərazisinə brakonyerlərin daxil olması barədə əldə edilmiş məlumat əsasında martın 30-da saat 22:10 radələrində Milli Parkın əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib. Turkustan.info bildirir ki, Nazirliyin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı Milli Parkın 1 saylı sahəsinin 5 saylı postunun […]

Rusiya Ermənistanı silahlandırmağa davam edir

Rusiya 2018-ci ildə yeni 100 milyon dollarlıq müqavilə ilə Ermənistana silah tədarük etməyə başlayacaq. TASS-ın xəbərinə görə, bu barədə ArmHiTec sərgisində jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktor müavini Vladimir Drojjov deyib. “Yeni silah və hərbi texnikanın tədarükü 2018-ci ildə nəzərdə tutulub”, – V.Drojjov deyib. Kredit üzrə […]

Amerikadan daha bir XAİN ADDIM: Türkiyə ABŞ-la dəhşətli savaşın BİR ADDIMLIĞINDA

Türkiyənin Münbiçdə YPG terror təşkilatına qarşı həyata keçirməyi planlaşdırdığı əməliyyata mane olmaq istəyən ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) mahala yeni hərbi qüvvə göndərib. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın “Assoşieyted Press” agentliyi Münbiçə göndərilən yeni Amerika əsgərlərinin fotolarını paylaşıb. ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra […]

Fazil Mustafa hovuzda xaricilərlə “dava” edib

“Ötən günlərdə hovuza üzməyə getmişdim. Bir neçə xarici vətəndaşın da hovuzun ətrafında olduğunu gördüm və danışıqlarından anladım ki, Azərbaycanın güneyindən gələn soydaşlarımızdır. Nədənsə bizlər kimi ictimai yerdə ucadan danışırdılar və istər-istəməz qulağıma çatan sözlərdən rahatsız olmağa başladım”.  Turkustan.info xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib. F.Mustafa iranlılarla arasında baş verən […]

Xərçəng və diabet xəstəliyinin çarəsi! – Təzə fındığın MÖCÜZƏVİ FAYDALARI

Sağlam qidalanma və pəhriz mütəxəssisi Ayça Gülərüz təzə fındığın xərçəng hüceyrələrini məhv etdiyini açıqlayıb. Turkustan.info Türkiyə mətbuatına istinadən dietoloqun fındığın faydaları haqqında fikirlərini təqdim edir. İmmun sistemini gücləndirir Fındıq E vitamini baxımından zəngindir. E vitamini qırmızı qan hüceyrələrinin parçalanmasını qarşısını alaraq qan azlığı riskini azaldır. Qan dövranının düzgün işləməsi isə […]

Prof.dr. Aygün Attar: “Öncəsi və sonrasıyla 1918-ci il 31 mart Bakı soyqırımı”

Azərbaycanlı professor, Giresun universitetinin sabiq rektoru Aygün Attar 31 mart soyqırımının ildönümü ilə bağlı məqalə qələmə alıb. Musavat.com həmin məqaləni orijinalda təqdim edir: Öncesi ve Sonrasıyla 31 Mart 1918 Bakü Soykırımı Ermenistan ve hamilerinin yaklaşık 200 yıl boyunca Türklere karşı giriştikleri acımasız siyaset ve neticesinde Azerbaycan’da ’31 Mart Azerbaycanlıların Soykırımı Günü’ ilan […]

Ermənistan üçün kritik 9 gün – Gerisayım başladı

“Tamahkar, cinayətkar, oliqarx Sərkisyan…” – Ermənistan prezidentinə ev verilməsi və yüksək pensiya kəsilməsi ictimai qəzəbi daha da artırdı; erməni nəşri: “Öz xalqına bunca bədbəxtlik gətirən Sərkisyan…” 9 gün sonra Ermənistanda yeni, formal baş nazir seçkisi keçiriləcək. Ona görə “formal” ki, parlamentdəki hakim çoxluğun namizədi – prezident kimi səlahiyyət müddəti başa […]

Paytaxtda məmur oğlu “qırmızı işıq”dan keçərək qəza törədib, ağır yaralanan var – VİDEO

Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən sürücü qəza törədib. Turkustan.info ”Report”a istinadən bildirir ki, “10-LJ-600” dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili idarə edən 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğlu Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkət olarkən, işıqforun qırmızı işığından keçib. Nəticədə onun 28 May küçəsindən gələn Əsgərov Elvin […]

Azərbaycanda bir gündə 72 nəfər SAXLANILDI

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb. Turkustan.info bildirir ki, Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında […]

Ordumuz bu ölkəyə girə bilər – Yıldırım

İraq əməliyyat aparmasa, Suriyadakı kimi, Sincarda da hərbi hərəkata start verəcəyik. Turkustan.info xəbər verir ki, bu açıqlama ilə Türkiyə Baş naziri Binəli Yıldırım çıxış edib. Yıldırım ölkənin iqtisadi inkişafından da danışaraq bildirib ki, Türkiyə G20 ölkələrini geridə qoyaraq, 7,4 nisbətində sıçrayışa nail olub. Qeyd edək ki, Türkiyə Prezidenti Ərdoğan da […]

Bakı hərbi zərbəyə hazırlaşır – Sabiq nazirin şərhi

Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Axar.az-a müsahibəsini təqdim edirik: – ABŞ Prezidenti Donald Tramp ötən gün Konqres tərəfindən daha əvvəl bəyənilmiş büdcə layihəsini imzalayıb. Gürcüstandan və Ukraynadan fərqli olaraq, Ermənistan maliyyə yardımı almayacaq. Bu, nədən qaynaqlanır? – Tramp seçkiqabağı da belə bir bəyanatla çıxış edirdi ki, ABŞ […]

Faciələrimizi özümüz araşdırmalı, bütün dünyaya da özümüz tanıtmalıyıq

Cavanşir Feyziyev Millət vəkili, fəlsəfə doktoru 30 mart 2018-ci il Milli dövlətçiliyimizin çox əsrlik təkamülü tarixində Azərbaycan ərazisi çoxsaylı savaşların meydanı olub. Bu ərazidə regionun və dünyanın böyük güc sahibləri üz-üzə gəliblər. Lakin 20-ci əsrə qədərki dövrdə heç zaman yerli əhalinin – Azərbaycan türklərinin kütləvi qırğınına, etnik və dini mənsubiyyət […]

Bu gün azərbaycanlıların soyqırımından 100 il ötür

Bu gün, 31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Soyqırım hadisəsindən 100 il ötür. Belə ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni […]

Bakıda böyük təhsil sərgisi keçiriləcək

KÜNİB (Qafqaz Universitetləri Birliyi) Türkiyənin təhsil sahəsində qazandığı uğurları qardaş ölkələrlə paylaşmaq üçün Bakıda böyük bir təhsil sərgisi həyata keçirəcək. Türkiyənin nüfuzlu üniversitetləri təhsil sərgisində iştirak edəcəkdir. Sərgi 31 mart -1aprel tarixlərində Pullman Baku (köhnə Kempinski Hotel Badamdar) da keçiriləcək. Təhsil sərgisində Türkiyənin Universtetləri ilə yanaşı Azərbaycanında məşhur Universtetləri iştirak […]