Ay: Aprel 2018

Abituriyentlərə gözəl imkan: Cəmi 3 manata imtahana hazırlaşın

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanı alırlar  Dövlət İmtahan Mərkəzi abituriyentlərə kömək məqsədilə 2013-2017-ci illər ərzində qəbul və sınaq imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanları təşkil edir. Turkustan.info […]

Futbolçu hakimə sarı vərəqə göstərdi – Video

Hollandiya çempionatında keçirilən “Vitess” – “Tvente” (6:0) qarşılaşmasında maraqlı hadisə baş verib. Turkustan.info xəbər verir ki, “Vitess”in oyunçusu Navaron Foor qarşılaşmanın baş hakiminə sarı vərəqə göstərib. Matçın 61-ci dəqiqəsində baş hakim hücumda olan Foorla toqquşub. Bununla da meydan sahiblərinin təhlükəli hücumu yarımçıq qalıb. Ardınca Navaron Foor zarafatla hakimin cibindən sarı […]

Bakıda körpələr evinə gətirilən ərzaqlar hara daşınır? – VİDEO

Bakıda 1 saylı körpələr evi ilə bağlı qalmaqallı görüntülər yayılıb. Turkustan.info bildirir ki, videoda qadınla kişinin valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimləri avtomobilə daşıyaraq başqa yerə apardığı görünür. Görüntüləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun öz İnstaqram hesabında paylaşıb. O bildirib ki, körpələr evindəki bu hadisə […]

Rusiyada Azərbaycan bayrağı səhv asıldı

Rusiya Federasiyasının Kaspiysk şəhərində keçirilən güləş üzrə böyüklər arasında Avropa çempionatında ölkəmizə qarşı diqqətsizlik edilib. Turkustan.info oxu.az-a istinadən xəbər verir ki, turnirin keçirildiyi Əli Əliyev adına İdman Sarayının qarşısında Azərbaycan bayrağı səhv asılıb. Bu, gözümüzdən qaçmayıb. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayevin təşkilatçıları bu səhv barədə məlumatlandırmasından sonra, […]

İsrail və İran arasında müharibə başlayır – İDDİA

İsrail baş naziri Binyamin Netanyahunun xalqına edəcəyi müraciət, sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Turkustan.info  xəbər verir ki, bu barədə İTV telekanlı məlumat yayıb.  İsrailli sosial şəbəkə istifadəçiləri  İranın qarşıdakı 48 saat ərzində İsrailə qarşı hərbi əməliyyatlara başlamağı planlaşdırdığını və hökumətin bununla bağlı kəşfiyyat məlumatı əldə etdiyini iddia edir. İddiaya görə, İsrail baş naziri […]

Fransa ordusu Menbiçdə – Türkiyəyə qarşı… – FOTO

Fransa əsgərləri Suriyanın Menbiç bölgəsində hərbi baza yaradıb.   50 Fransa hərbçisi Menbiç sərhədində qərarlaşıb. Əsgərlər ərazidə patrul yoxlaması aparır.   Demokratik Suriya Qüvvələrinə məxsus rəsmilərdən biri Türkiyə və ASO-nun əməliyyat aparmaması üçün bir müddət öncə Fransa əsgərlərinin Menbiç sərhədinə gəldiyini bildirib.    /eurasiadiary.com/   

Azərbaycan deputatı Türkiyədə cərimələndi – VİDEO

Türkiyənin İstanbul şəhərində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri aparılıb. Turkustan.info xəbər verir ki, ötən həftənin sonu terror təhlükəsizliyi ilə bağlı şəhərin bütün giriş-çıxışlarında ciddi yoxlamalar təşkil edilib. Əməliyyat zamanı helikopterdən də istifadə olunub. Beşiktaş səmtində aparılan axtarış zamanı Azərbaycan dövlət qeydiyyat nişanı olan avtomobil saxlanılıb. Məlumatda bildirilir ki, saxlanılan “Mercedes” S 500 […]

Sosial müavinətlər artırıldı

Əlillik, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə, I qrup əlilliyə görə sosial müavinətin miqdarı artırılıb. Bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi […]

Banklar gücləndirilmiş iş rejiminə keçir – Azərbaycanda

Mayın 1-dən 31-dək Bakı şəhərində növbəti dəfə keçiriləcək ticarət festivalı ilə əlaqədar olaraq banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Yenicag.az-a verilən məlumata görə, 23 bankın 48-dən çox filial və şöbəsi Baku Shopping Festivalda müştərilərə xidmət edəcək. Festival dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən […]

Erməni iqtidarı niyə geri çəkildi? – İrəvanda baş verənlərin PƏRDƏARXASI MƏQAMLARI

Ermənistanda “məxməri inqilab”ın lideri Nikol Paşinyanın  baş nazir postuna namizədliyi rəsmən irəli sürülüb. Parlamentdə təmsil olunan “Yelk”, “Tsarukyan” və “Daşnaksütyun” fraksiyaları Nikol Paşinyanın hökumət başçısı postuna vahid namizəd olması barədə təklifi dəstəkləyib.  Hakim Ermənistan Respublika Partiyası isə Serj Sarkisyanın yerinə öz namizədini təqdim etməyib. Ermənistan Milli Məclisinin mayın 1-də keçiriləcək […]

İlham Əliyev 2 sərəncam, 4 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli–Quşçular–Fəxralı–Qurbanzadə–Alpout avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Turkustan.info sərəncamın mətnini təqdim edir: 1. On iki min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli–Quşçular–Fəxralı–Qurbanzadə–Alpout avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə […]

Poroşenko Donbasda yeni əməliyyatın başladığını elan etdi

Ukrayna prezidenti Pyotr Poroşenko öz “Facebook” səhifəsində  Donbas bölgəsində anti-terror əməliyyatları rejiminin (ATO) başa çatdığını bəyan edib. Turkustan.info xəbər verir ki, bu barədə Ukrayna KİV-də məlumat yayılıb. Onun sözlərinə görə,14:00-dan etibarən ATO-nu Birləşmiş Ukrayna qüvvələrinin əməliyyatı əvəz edib. Ukrayna rəhbərliyi əmin edir ki, əvvəlki əməliyyat formatının potensialı tükənib. Bundan sonra Ukraynanın şərqində […]

Yunanıstanda Azərbaycan diasporunun vəziyyəti

“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovla müsahibəni təqdim edirik. O, Yunanıstanda Azərbaycan diasporunun fəaliyyətindən danışıb. – Rəşid bəy, Yunanıstanda nə zamandan məskunlaşmısını? Bu ölkədə təxminən nə qədər azərbaycanlı yaşayır? Onlar arasında əlaqə varmı? – Artıq 15 ildir ki, ailəmlə birlikdə Yunanıstanın Saloniki şəhərində məskunlaşmışıq. Yunanıstanda təqribən 400-500 nəfər azərbaycanlı […]

“Mən ingilis dilini sevirəm” adlı tədbir keçirilib

Aprelin 27-də Nizami rayonu 210-saylı məktəbdə 7-ci sinif şagirdləri tərəfindən möhtəşəm tədbir keçirilib. “Mən ingilis dilini sevirəm” adlanan tədbir rəngarəng süjetlərlə yadda qalib. “Romeo və Julyeta”, “Arşın mal alan” teatr səhnələrinin nümayiş etdirilidiyi tədbir yüksək səviyyədə keçirilib. Səhnələr tədbir iştirakçıları tərəfindən müsbət qarşılanıb. Tədbirdə həmçinin Nizami rayon İcra Hakimiyyətinin nümayəndələri, […]

ABŞ-dan Nalbandyana ZƏNG – Müharibəni başladın?

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel Ermənistan xarici işlər naziri Edvard Nalbandyana zəng edib.   Ermənistan mediası xəbər verir ki, telefon söhbətində tərəflər İrəvandakı vəziyyəti müzakirə ediblər.   Müzakirələrdə Ermənistandakı daxili siyasi vəziyyətin konstitusiyaya uyğun tənzimlənməsinin vacibliyi qeyd olunub.   Diplomatlar həmçinin, Dağlıq Qarabağdakı vəziyyəti […]

Ruslar ABŞ kəşfiyyatının PLANINI AÇDI – Qarabağda…

Ötən həftə ABŞ Senatı Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) şefi Mayk Pompeonu dövlət katibi postuna təsdiq edib. Pompeo ABŞ-ın xarici siyasətindən məsul şəxs kimi ilk açıqlamalarında İranı və Rusiyanı hədəfə aldı.   M.Pompeo Brüsseldə NATO ölkələrinin XİN rəhbərləri ilə görüşdə “Moskva Minsk razılaşmaları (Ukrayna böhranı ilə bağlı – red.) üzrə öz […]

Hacıdan şok açıqlama: “Hamısı keçmiş həyat yoldaşlarımdır” – FOTO

Tanınmış teleaparıcı Hacı Nuran şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Turkustan.info bildirir ki, Yenicag.az-a danışan Nuran aşiq olduğu qadının da adını açıqlayıb: “Bir il öncə Meray Kerridən çox xoşum gəlirdi. Bakıya gələndə onunla foto çəkdirdim. Selin Dionun da aşiqiyəm, o mənim üçün əlçatmaz qadındır. Kaş onunla görüşə biləydim”. Hacı […]

Rusiya, Türkiyə və İran ortaq pul vahidinə keçəcək

Aleksandr Duqin: “Rusiya, Türkiyə və İranın ortaq valyutası yaxında mümkün olacaq” Türkiyə və digər ölkələrin ABŞ dollarından asılılığı azaltmaq axtarışları davam edərkən məşhur rusiyalı siyasi analitik, Kremlə yaxınlığı ilə tanınan politoloq Aleksandr Duqin maraqlı bir təklif irəli sürüb.  Turkustan.info xarici mətbuata istinadla xəbər verir ki, Duqin Rusiya, Türkiyə və İranın Avrasiya pul vahidinə […]

Rusiya Paşinyanın Qarabağ istəyindən niyə qorxur?

Moskvada başlamış narahatlıq böyüyür. Paşinyanın siyasəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına maneçilik törədəcək. İstiPress-in məlumatına görə, bu barədə Rusiyanın “Vzqlyad” qəzeti Nikol Paşiyanın mayın 1-də keçiriləcək seçkilərdə Ermənistan baş nazirliyinə yeganə namizəd olmasına həsr etdiyi məqaləsində bildirir. Rusiyalı politoloq Aleksey Martınov qəzetə verdiyi müsahibəsində Paşinyanı və yoldaşlarını “provakator” adlandırıb. Onu hakimiyyəti zorla ələ […]

Paşinyandan SOS – Qarabağ lənəti İrəvanı bürüyür

İnsanlar arasında, xüsusən əhalisinin böyük qismi müsəlmanlardan ibarət olan ölkələrdə hələ də yəhudilərin lənətli xalq kimi tanınması öz aktuallığını qoruyur. Məhz “inanclı insanlar”ı vurğulamağıma səbəb bu düşüncənin təzadlı olmasıdır. Düşünün, yaradılışa, Yaradana inanan insanlar həm də o fikirdədirlər ki, Allah ədalətsizdir. Bəli, məhz ədalətsiz! Günah dini mənbələrdə insanın yetkinlik yaşına […]

ADAU komandası 12-ci Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasında iştirak edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 12-ci “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın ilk mərhələsi Bakı Mühəndislik Universitetində keçirilib. Açılış mərasimində Bakı Mühəndislik Universitetin rektoru, professor Havər Məmmədov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini […]

Elçibəyin adı niyə əbədiləşdirilmir? – Eks-prezidentin oğlu narazılıq etdi

“Atamın 80 illik yubileyi ilə bağlı hələ ki iqtidar nümayəndələrindən bizə hər hansı müraciət daxil olmayıb. Güman ki, yaxın vaxtlarda ailəsi olaraq bizimlə əlaqə saxlayarlar. Hələlik qarşılıqlı nəsə yoxdur”.  Turkustan.info bildirir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib. O, müxalifətlə birgə yaratdıqları Təşkilat Komitəsindən də […]

Əlilliyi olan şəxslərə diqqət və qayğı artırılacaq

Tərxis olunmuş hərbiçilərin Gəncləri maarifləndirmə İB-nin ofisinde Əlilliyi olan şəxslərə və sağlamlq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədiylə təbliğat kampaniyasının təşkili layihəsi çərcivəisndə dəyirmi masa keçirilib. Turkustan.info xəbər verir ki, dəyirmi masanı Tərxis olunmuş hərbiçilərin gəncləri maarifləndirmə ictimai birlıyinin sədri Emin Həsənli açaraq bildirib ki, rəhbəri olduğu layihə […]

Saakaşvili üçün imkan: 30% neytral səs var – Sorğu

Gürcülərin 26%-i parlament seçkisində Gürcü Arzusu Partiyasını dəstəkləyəcək. Turkustan.info xəbər verir ki, bu nəticə Milli Demokratiya İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, əhalinin yalnız 8%-i Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının dəstələyir. Ondan sonrakı yeri isə 4% səslə Avropa Gürcüstanı Partiyası tutub. 30% şəxs isə seçkidə kimə səs verəcəyini müəyyən […]

Özbəkistan prezidenti: “Seçkidə Ərdoğanı dəstəkləyirik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan böyük heyətlə Özbəkistana səfər edib. Turkustan.info xəbər verir ki, 25 illik fasilədən sonra iki qardaş ölkə arasında münasibətlər istiləşməyə başlayıb. Və bu, 25 ildən sonra Türkiyə Prezidentinin Özbəkistana ilk səfəridir. Bir neçə ay əvvəl isə Özbəkistan Prezidenti Şevket Mirziyoyev Ankaraya səfər etmişdi. Daşkənddə Ərdoğanla birlikdə […]

Zaxarova: Kremlin İrəvana xüsusi münasibəti var – Video

Rusiya ilə Ermənistan arasında xüsusi münasibətlər var. Turkustan.info xəbər verir ki, bunu “Rossiya 1” televiziyasında yayımlanan “Vladimir Solovyevlə Bazar axşamı” proqramında çıxışı zamanı Mariya Zaxarova deyib. “Efirin imkanlarından istifadə edərək, ermənilərə hikmət, iradə və ilahi nemət arzu edirəm. Bu, diplomatik leksikona uyğun olmaya bilər, amma fərqli zamanlar da olur və […]

Xalq artistinin 18 yaşlı qızı yeriyə bilmir – VİDEO

Xalq artisti Ağadadaş Ağayev “Zaurla Günaydın” verilişində qonaq olub. Turkustan.info xəbər verir ki, övladından danışan sənətçi bildirib ki, qızı Leylanın səhhətində problem var: “Qızım yeriyə bilmir. Amma mənə elə sifarişlər verir ki… Deyir, oğlan hündür boy, mavi gözlü, savadlı və zəngin olmalıdır”.  Qeyd edək ki, Xalq artistinin qızının 18 yaşı var. […]

Ağ xalatın işığında

Həyatın hər ağrı-acısını görsəm də, xəstəxanalar həyatına yaxından bələd olsam da, bu günlərdə özüm ilk dəfəydi ki, xəstəxanaya düşürdüm.   Xırda bir cərrahi əməliyyatla bağlı xəstəxanaya daxil oldum. Əslində isə, narkozla edilən əməliyyatı xırda da hesab etmək düzgün olmazdı. Sanki buraya illərdən bəri tanıdığım doğma bir kollektivə, çöhrələrindən nur yağan […]

Rövşən Rzayev direktoru işdən qovdu – 15 ildir, “Qaçqınkom”da işləyirmiş

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub.  Turkustan.info Report-a istinadən xəbər verir ki, Komitənin Repatriasiya departamentinin direktoru Elman Behbud oğlu İsmayılov vəzifəsindən azad edilib.  Boş qalan departament direktoru vəzifəsinə hələlik təyinat olmayıb. Qeyd edək ki, E.İsmayılov 2003-cü ildən bu vəzifədə çalışıb.

Fuad Muradov komitənin logosunu dəyişir

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) yeni saytı yaradılır. Turkustan.info bildirir ki, DİDK-dən Unikal.org-a bildirilib ki, Komitə bununla bağlı loqo seçimi üçün müsabiqə elan edib. Müsabiqənin şərtləri: 1.Müsabiqədə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı iştirak edə bilər; 2.Loqo harada yaşamasından asılı olmayaraq, hər bir dünya azərbaycanlısının Azərbycana və […]

Nazir daha bir “ASAN”çıya vəzifə verdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) daha bir işçisinə Kənd Təsərrüfatı Nazirliyində vəzifə verilib. Turkustan.info Report-a istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimovun müvafiq əmri ilə Sarvan Elxan oğlu Cəfərov nazirin köməkçisi vəzifəsinə təyin olunub. Qeyd edək ki, S.Cəfərov 1985-ci […]

Anam mənim-Atam mənim – Bizim faciəli taleyimiz

Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr edirəm   Atamda, anamda əsli Cənubi Azərbaycandandı. Atam, Əlioğlu İbrahim Xəlil 1905-ci ildə Xoy şəhərində anadan olmuşdu. Güney qəsəbəsindən köçüblər Xoya. Anamın atasıda Təbrizlidilər. Tale elə gətirdi ki, anam Sara Nurulah qızı 1908-də İrəvan şəhərində anadan olmuşdur – Qərbi Azərbaycanda.    1918-ci il mart ayın 31-də  […]

Erməni qızı Azərbaycan bayrağının fonunda mahnı oxudu – VİDEO

Ukraynanın “Səs” yarışmasının iştirakçısı Srbui Sarqsyan müsabiqənin finalı üçün siyasiləşdirilmiş çıxış hazırlayıb. Ancaq erməni ifaçının prodüserinin ideyası onları pis vəziyyətdə qoyub.  Turkustan.info xəbər verir ki, Sarqsyan “Rag’n’Bone” qrupunun “Human” hitini ifa edib.  Çıxış zamanı müğənninin arxa fonunda müxtəlif ölkələrin daxili siyasi həyatındakı kadrlar nümayiş olunub. Kadrlar arasında Ukraynadakı “Maydan”dan, Ermənistandakı […]

“3 may Türkçülük günü” ilə bağlı mədəni-kütləvi tədbir keçirəcək

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) 2018-cu il may ayının 3-də Salyan rayonunun Qaraçala qəsəbəsində “3 may Türkçülük günü” ilə bağlı mədəni-kütləvi tədbir keçirəcək.  Tədbir Salyan rayon mərkəzində Ümummilli lider Heydər Əliyevin, böyük mütəfəkkir Əli bəy Hüseynzadənin və Türk dünyasının böyük şairi Xəlil Rza Ulutürkün abidələrini ziyarətlə başlayacaq. […]

Paytaxtda 1 ildir qızına təcavüz edən ata saxlanıldı – VİDEO

Ankarada 15 yaşlı öz qızına 1 ildir təcavüz edən doğma atası, məhkəmə zalında həbs edilib. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, manyak atanı linç edən vətəndaşlar həmin anın görüntülərini mobil telefonla lentə alıblar. Məlumata görə, Y.Ç. adlı 35 yaşlı şəxs 15 yaşlı qızı S.Ç.yə təcavüz edirmiş.1 il davam edən […]

Paşinyanın Azərbaycana qarşı ŞOK PLANI ÜZƏ ÇIXDI: “Bakını məcbur etmək lazımdır ki…” – VİDEO

“Avrasiya İqtisadi İttifaqı ilə heç bir problem yoxdur. Biz Emənistanın ittifaqdan çıxışı üzrə məsələni qoymağa hazırlaşmırıq”. Turkustan.info xəbər verir ki, bu haqda Ermənistan parlamentinin lideri Nikol Paşinyan parlamentdə jurnalistlərlə görüşdə bildirib. Paşinyan söz verib ki, Ermənistanda bütün mənfi hadisələrin kökü kəsiləcək. Əks təqdirdə, bu proses heç bir məna daşımayacaq. Bizim vəzifəmiz […]

Büdcəyə yenidən baxıla bilər – Maaş məsələsi qaldırıldı

“Milli Məclisdə may ayında 2018-ci ilin dövlət büdcəsinə yenidən baxıla bilər. Çünki 2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. Hazırda isə neftin qiyməti 75 dollara yaxındır”. Turkustan.info bildirir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat bildirib ki, dövlət büdcəsindən bəzi […]

Azərbaycanda məktəbli yoldan 5 min pul tapdı və…

Tovuz rayonunun Əyyublu kəndində hər kəs Sahib İsgəndərov adına tam orta məktəbin 8-ci sinif şagirdi Abbasov İdris Faiq oğlunun nəcib hərəkətindən danışır. Turkustan.info “Azərtac”a istinadən xəbər verir ki, İdris Abbasov kənddə yerləşən inşaat materialları mağazasının yanından keçərkən pul qabında 5 min manat tapıb və dərhal mağazanın sahibi Eyvaz Qocayevə məlumat […]

Əflatun Amaşov Əli Həsənovun diasporla bağlı fikirlərini şərh etdi

Əflatun Amaşov Millət vəkili, Aəzrbaycan Mətbuat Şurasının sədri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun Avropa Şurası Parlament Assambleyasının ölkəmizlə bağlı hesabatına münasibətdə ifadə etdiyi fikirlər onu göstərir ki, müstəqil Azərbaycan dövləti həm dünya miqyasında, həm də daxildə yeritdiyi siyasi xəttində əmin və qətiyyətlidir. Bu, son dərəcə […]

Peşə təhsili alan gənclər üçün yeni layihəyə start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi “Peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyəti sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək verilməsi məqsədilə maarifləndirmə işinin təşkili” adlı layihənin icrasına 20.04.2018-ci il tarixindən start verib. Layihənin əsas məqsədi peşə təhsili müəssisələrində təhsil […]

ADAU-da çəyirtkələrə qarşı mübarizənin təkmilləşdirilməsinə aid təlim kursu keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsində  BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin təşkilatçılığı ilə “Qafqaz və Orta Asiyada çəyirtkələr əleyhinə milli və regional mübarizənin təkmilləşdirilməsi proqramı”na (GCP/SEC/004/TUR layihəsi) müvafiq olaraq təlim kursu öz işinə başladı. Məlumatların Toplanması üçün Avtomatlaşdırılmış Sistem (MTAS) də daxil […]

Özünü açıb çölə qoyub, maşın sürür, yola da baxmır – VIDEO

Sosial şəbəkələrdə yayılmış bir video ciddi müzakirələrə səbəb olub. Belə ki, sükan arxasındakı qadın sürücü telefonla özünü çəkir. Sağa-sola boylanıb, müsiqiyə sona qədər səs verib, bədəninin ora-burasının açıb kameraya göstərən sürücü “canlarım necəsiniz” deyir.  Sükan arxasında telefonla oynamaq, yola baxmamaq, kəmər taxmamaq kimi qanun pozuntuları edir. Həmçinin yol kənarında dayanan YPX […]

Paşinyan Ermənistanın baş naziri postuna yeganə namizəd oldu

Ermənistan parlamenti “Çıxış” fraksiyası Nikol Paşinyanın baş nazirliyə namizədliyini irəli sürüb. Turkustan.info xəbər verir ki, bu barədə fraksiyanın deputatlarından biri Edmon Marukyan öz “Feysbuk” hesabında məlumat yerləşdirib. Hakim “Respublika” partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan digər qüvvələr vahid namizədlə çıxış edərsə buna maneə törətməyəcəyini bildirib. Hakim partiya mayın 1-də keçiriləcək seçkilərdə namizəd […]

Sürücülərin nəzərinə: Sabahdan cərimələnə BİLƏRSİNİZ

“VAZ”, “QAZ”, “Moskviç”, “ZAZ”, “UAZ” markalı və digər MDB istehsalı olan minik avtomobilləri üzrə baxış müddəti başa çatır. Turkustan.info-nun məlumatına görə, may ayının 1-dən etibarən texniki baxışdan keçməyən həmin markalı nəqliyyat vasitələri cərimələnəcək. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi bu barədə sürücülərə və avtomobil sahiblərinə müraciət edib. İdarədən […]

Bakının yeni meri: Tanınmış astroloq proqnoz verdi

“Yeni həftədə (30 aprel-6 may) xalqımız yeni merin kimliyini biləcək. Bu mühüm posta üç namizəd var. Onlardan ikisi hazırda icra başçısı işləyir, biri isə icra başçısı deyil”. Turkustan.info xəbər verir ki, bunu tanınmış astroloq Səbuhi Rəhimli deyib. Onun sözlərinə görə,  namizədlərdən birinə Rusiya qəti etiraz edir, birini də Türkiyə hökuməti arzulamır: […]

Milli Məclis nazir gedən deputatların yerinə sabah yeni komitə üzvləri seçəcək

Mayın 1-i və 4-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçriləcək. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. Akif Təvəkküloğlu bildirib ki, iclasın gündəliyinə 52 məsələ daxil edilib. “İclasda bir çox qanunlarda dəyişikliklərə baxılacaq”. Bunlar aşağıdakılardır: – Milli Məclisin komitələrinin yeni üzvlərinin […]

Azərbaycan efirində dəhşətli anlar: Məşhur rəqassə yandı – VİDEO

“ARB” telekanlında yayımlanan “Sayqa ilə” verilişində gərgin anlar yaşanıb.   Turkustan.info yenicag.az-a istinadən xəbər verir ki, verilişə qonaq qismində dəvət olunan rəqqasə Simona Amirovanın saçları yanıb. Belə ki, rəqs etdikdən sonra başındakı şamdanı masanın üzərinə qoymaq istəyərkən Simonanın saçları alovlanıb. Yerə yıxılan rəqqasəyə studiya işçiləri kömək edib. Həmin anın videosunu təqdim edirik:

Ermənistan kritik həftəyə girdi – müharibənin “fitil”i çəkilə bilər

Sabah parlament yeni baş naziri seçməlidir; xalq üsyançı deputata mandat verdi, parlament çoxluğu və Kreml də verəcəkmi? Ölkədə siyasi ehtiraslar pik həddə; politoloq: “Rusiya təşviş içindədir və onun Qarabağı alıb bizə verməsi…” Mayın 1-də Ermənistan parlamenti yeni baş naziri seçməlidir. Müxalifət hərəkatının lideri, “Vətəndaş Müqaviləsi” partiyasının rəhbəri, deputat Nikol Paşinyan […]

Vaqif Əsədovdan dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə XƏBƏRDARLIQ

“Paytaxtın yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin etibarlı təminatı, ləngimələri yaradan hallar üzrə müşahidə olunan xətaların aradan qaldırılması diqqət mərkəzindədir. Hər bir hərəkət iştirakçısı təkcə qanun qadağaları ilə yox, həm də mənəvi məsuliyyətini aydın dərk etməlidir ki, dayanma, durma və parklanma qaydalarının pozulması, yollarda sıxlıq, tıxaclar və ləngimələr yaradır. Sürücü və piyadaların […]

Sərkisyan Bakıya da yalvardı: Bu çətin günlərdə Qarabağda…

Ümid edirəm ki, gərgin daxili siyasi vəziyyətdə Dağlıq Qarabağda hər hansı gərginlik olmayacaq. Turkustan.info xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Armen Sərkisyan “Belarus 1” telekanalına açıqlamasında deyib. “Ermənistanda yaşanan bu çətin vəziyyətdə hər kəsə çağırış edib, deyirəm ki, Dağlıq Qarabağda hər hansı provokasiya və ya konflikt olmaması üçün gərginlik məhdudlaşdırılsın”, […]

Ermənistan artıq Qərb üçün maraqlı deyil – Millət vəkili

Azərbaycan və Ermənistanda eyni dövrdə seçkilər keçirilsə də, bu seçkilər arasında böyük fərq var. Turkustan.info bildirir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli bildirib. Millət vəkili deyib ki, Ermənistan seçkidə çox ciddi səhv etdi və bu səhv də xalqın iqtidara qarşı çıxması ilə nəticələndi: “Azərbaycan isə yeni seçkilərlə hakimiyyətini […]

Erkən ölümlərin səbəbi ət yeməkləridir – Alimdən çağırış

Əgər insanlar ətdən imtina etsəydilər, erkən ölümlərin ən azı üçdə birindən qaçmaq mümkün olardı. “A24.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Harvard universitetinin Epidemiologiya və Qidalanma sahəsi üzrə tibb məktəbinin professoru Uolter Uillet çıxış edib. Onun sözlərinə görə, sağlam qidalanma bitki qidasına əsaslandırılmalıdır. Bu halda ətdən birdəfəlik […]

Qadınları necə sevək? – KİŞİLƏRƏ MƏSLƏHƏT

Turkustan.info  ailem.az-a istinadən psixoloq Nataliya Belousovanın qadınları sevməklə bağlı 9 tövsiyəsini təqdim edir. Bütün bu tövsiyələr boşanma və ailə münaqişələri nəticəsində ortaya çıxıb. Onunla sosial rollarla bağlı razılaşın Yəhudi analar kimi kompleksi olan, əbədi uşaq qalan, hətta qəhvə hazırlaya bilməyən, hər kəs ona həsəd apardığı halda model kimi gözəl bədən […]

Arvadbaz kişilərin DƏHŞƏTLİ ƏMƏLLƏRİ: Minlərlə qızla sevişən, bacısına vurulan və…

Qadın gözü ilə baxanda əksər kişilər arvadbazdır. Ya da özləri belə adlanmaqdan qürur duyduqları üçün artıq “damğa”lanıblar. Yerdə qalan sadiqlər də qurunun oduna yanan yaşlardır. Əslində elə onlar da “yaş” işlərdən hali deyillər. Amma hər halda hesabı itirməmiş olarlar. Qadın ətəyinin altından tarixə boylanan kişilər də var ki, adlarını salnamələrə […]

“Qalatasaray” möhtəşəm derbidə “Beşiktaş”ı məğlub etdi: 2:0

Türkiyə Superliqasında XXXI turun oyunları davam edir. Turkustan.info-nun məlumatına görə, oyunlar 4 gün ərzində keçirilir. Çempionluq şansını davam etdirən “Fənərbaxça” “Kasımpaşa”nı məğlub edib.  “Başakşəhər” səfərdə “Osmanlıspor” üzərində əzmkar qələbə qazanıb. Turun mərkəzi görüşü “Türk Telekom Arena”da keçirilib. Lider “Qalatasaray” ən yaxın izləyicisi “Beşiktaş”ı qəbul edib. 2 cavabsız qolla qələbə qazanan “cim-bom” çempionluq […]

Eynulla Fətulleyav Paşinyanla tanışlığından yazdı

“Cəsarətlidir, ağıllıdır… o, Ermənistanın Saakaşvilisi olacaq…” Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev Ermənistanın yeni lideri Nikol Paşinyanı şəxsən tanıyır. Turkustan.info xəbər verir ki, E.Fətullayev bu haqda sosial şəbəkədəki statusunda yazıb. Statusu təqdim edirik: “Nikol Paşinyanla həmkar olmuşuq. 2006-cı ilin noyabrında “Realnı Azərbaycan” qəzetinin baş redaktoru qismində onunla Tiflisdə çox müzakirələr aparmışıq. O […]

“Bakıda Formula 1 yarışları daha 5 il keçirilə bilər” – Nazir oğlu

“İyun ayında Azərbaycan Qran-Prisinin təşkilatçıları qərar verməlidirlər. Formula 1 Azərbaycan Qran-Prisinin Azərbaycanda keçirilməsi 2020-ci ildə bitir. Müqaviləni daha 5 il artırılıb–artırılmamasına təşkilatçılar qərar verməlidir”.  Turkustan.info sputnik.az-a istinadən xəbər verir ki, bunu Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçılarından olan Bakı Şəhər Halqasının rəhbəri Arif Rəhimov bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi yarışı keçirmək üçün […]

SON DƏQİQƏ: I vitse-prezidentdən əhaliyə gözlənilən MÜJDƏ

Ölkənin birinci vitse-prezidentinin də vurğuladıqları kimi YAXIN ZAMANDA 4 min köçkün ailəsi yeni evlərə köçürüləcək İcra başçılarına məcburi köçkünlərlə bağlı tapşırıq verildi “Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 900 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb”. Keçən il 2300 ailə – 12 mindən çox məcburi köçkün yeni […]

Suriyada şok gəlişmə – Əsəd bir neçə kəndi kürdlərdən aldı

Bəşər Əsəd qüvvələri Fərat çayının şərqində YPG kürd terror təşkilatının nəzarətində olan bir neçə kəndi  ələ keçirib. Bu barədə Turkustan.info xarici mediaya istinadən xəbər verir. Röyterin müxbirinin verdiyi məlumata görə, ələ keçirilən kəndlər İraq sərhədi yaxınlığında yerləşir. PYD sözçüsü Kino Qabriel də Əsəd rejiminin onlara hücum etdiyini təsdiqləyib.  /cebhe.info/

Bu adamların gözü ancaq gecələr görür – Aygözlülərin sirri – FOTOLAR

Hindu əfsanələrində qədim zamanlarda yaşayan solğun dərili, aygözlü insanlardan bəhs olunur. Onların Amerikada bir sıra qədim tikililəri inşa etdikləri bildirilir. Turkustan.info-nun Teleqraf.com-a istinadən məlumatına görə, aygözlülər haqqında əfsanənin əsasən qədim hindu tayfası olan çerokluların arasında yayıldığı bildirilir. XVI əsrdə Çeroklar Alabama, Corciya, Kentukki, Şimali Karolina, Cənubi Karolina, Tennessi və ABŞ-ın […]

Azərbaycan himni turistləri heyran qoydu – VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran-prisinin qaliblərini mükafatlandırıblar. Turkustan.info xəbər verir ki, əsas mərhələnin açılışı dövlət himnimizin səsləndirilməsi ilə olub. Himni gənc müğənni Samirə Əfəndi ifa edib, onu royalda müşayiət edən isə məşhur azərbaycanlı cazmen İsfar Sarabski olub. Dünyanın […]

Türkiyədə parlament seçkilərinə azərbaycanlı da qatılacaq

Türkiyədə iyunun 24-də keçiriləcək parlament seçkilərində azərbaycanlı Samir İskəndəroğlu hakim Ədalət və İnkişaf Partiyasından (AKP) deputatlığa namizədliyini irəli sürüb. Bu barədə Turkustan.info-ya açıqlamasında S.İskəndəroğlu bildirib. O qeyd edib ki, bu il Türkiyədə keçiriləcək seçkilər əvvəlki illərdən fərqli olaraq daha əhəmiyyətlidir: “Ümid edirəm ki, builki parlament seçkilərində qalib gələcəyəm”. Qeyd edək […]

Eldar Həsənov: “Azərbaycan bu dəyərlərə hər zaman sadiq olub”

Aprelin 26-da Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın birbaşa təşəbbüsü, Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan dilinin, onun zəngin mədəniyyətinin geniş təbliği məqsədi ilə Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Dillər Universitetinin prorektoru, professor Əfqan […]

Ginekoloq yeni doğulan körpənin cinsi orqanını kəsdi – “Qızınız olacaq” demişdi

Hindistanda qəribə hadisə baş verib. Ginekoloq Anuj Kumar ultrasəs müayinəsi zamanı Guriye Devi və Anil Panda cütlüyünün qız övladının dünyaya gələcəyini bildirib. Lakin doğuş zamanı hamilə qadın oğlan övladı dünyaya gətirib. Proqnozunun səhv çıxdığını həzm edə bilməyən ginekoloq körpənin cinsi orqanını kəsib. Bundan sonra isə anaya qız övladının dünyaya gəldiyini […]

İnsanı kasıb edən SƏBƏBLƏR – Oxuduqca DƏHŞƏTƏ DÜŞƏCƏKSİNİZ

Yoxsulluq təkcə maddi vəsaitin çatışmazlığı deyil, insanın özündə formalaşdıra bilmədiyi yüksək keyfiyyətlər, zamanla ayaqlaşa bilmə bacarığı, özünə yaxşı ətraf yaratması cəhətlərinin olmaması da mənəvi yoxsulluqdur. Əgər fiziki, mənəvi pis vərdişlərdən insan özünü xilas edə bilsə, o zaman zənginlik və firavanlıq özü onun qapısını döyəcək. Psixoloqlar kasıb insanları 12 il müşahidə […]

Saakaşvili hərəkətə keçdi: Tiflisə dönüş

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Amsterdamda bir neçə müxalifət partiyasının liderlərini mövcud hökuməti dəyişdirmək üçün tədbirləri birləşdirmək və koordinasiya etmək məqsədi ilə bir yerə toplamaqla siyasi aktivlik nümayiş etdirib. Turkustan.info xəbər verir ki, görüşün görüntülərini yayımlayan Gürcüstanın Rustavi-2 telekanalı Saakaşvili ilə müxalifət liderləri arasında bir sıra məsələlərdə prinsipial razılaşmaların əldə olunduğunu […]

Sadəcə 3 gün sərf edin və immunitetiniz möhkəmlənəcək

Cənub Karolina Universitetinin (ABŞ) alimləri immun sistemini möhkəmləndirən metod təqdim ediblər. Alimlər sübut edir ki, 3 gün ərzində ac qalmaq immun sisteminin fəaliyyətini xeyli yaxşılaşdırır. 3 günlük aclıqdan sonra yeni immun hüceyrələrinin istehsalı artır ki, bu həm virus və mikroblar, həm də orqanizmdə hər gün əmələ gələn xərçəng hüceyrələri ilə […]

Ermənistanda etirazçılar İrana gedən yolu bağlayıb

Ermənistanda etiraz aksiya iştirakçıları İrana gedən əsas yolu bağlayıblar. Turkustan.info-nun Lenta.ru-ya istinadla verdiyi xəbərə görə, videodan aydın görünür ki, nümayişçilər şüarlar səsləndirir, yoldan keçənləri aksiyalara qoşulmağa çağırır. Etirazçıların lideri Nikol Paşinyan tərəfdarlarını ölkə üzrə bütün küçə və yolları bağlamağa çağırıb. Bununla da o, ölkənin baş nazirinin “xalqdan olan namizəd” seçilməsinə […]

“Prezidentin son təyinatlarının bu işi sürətləndirəcəyinə şübhə yoxdur” – Əli Həsənov Facebookda yazdı

“Bu, Azərbaycana, onun milli maraqlarına qarşı qurulmuş növbəti məkrli oyundur” “Qərbdə Azərbaycana qarşı ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərən dairələr, onların nəzarətində olan təşkilatlar və media ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində daha da fəallaşır və ciddi-cəhdlə həm Azərbaycanı, həm də həmin tədbiri qaralamağa çalışırlar”.  Turkustan.info APA-ya istinadla xəbər verir ki, […]

Azercell daha güclü şəbəkə ilə Formula 1 yarışlarına dəstək verir

Artıq üçüncü ildir ki, ölkəmizdə möhtəşəm “Formula-1” yarışları keçirilir. Uzun illər ərzində ölkənin bütün ərazilərini yüksək keyfiyyətli xidmət və kəsintisiz rabitə ilə təmin edən Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom da bu cür irimiqyaslı tədbirə öz töhfəsini verməkdə davamçıdır. Bu il də Azercell Telekom Forumula 1 oyunlarının keçiriləcəyi […]

Düyü bişirəndə suyu atmayın! Gözəllik üçün İNANILMAZ FAYDALARI

Çin, Yaponiya və bəzi digər Asiya ölkələrində düyü suyu qədim zamanlardan çox effektli kosmetik vasitə kimi istifadə olunur. Düyü suyu dəriyə olduqca müsbət təsir edir. Onun tərkibində olan antioksidant, enzim, ferment, mineral, vitamin və s. faydalı maddələr dərini cavanlaşdırır, tonuslaşdırır, daha təravətli və dartılmış edir, kiçik qırışları yox edir, yaxşı […]

İrəvandan sonra Tiflis qaynayır – Qafqazda nə baş verir?

Bütövlükdə Gürcüstanda yeni bir rəngli inqilab baş verə bilər. Bu sözləri politoloq Qabil Hüseynli gürcü milyarder Bidzina İvanişvilinin siyasətə qayıtmasının pərdəarxası məqamlarına aydınlıq gətirərkən deyib. O bildirib ki, bir neçə gündür ki, İvanişvilinin siyasətə qayıdacağı elan olunub: “Bu, Gürcü Arzusu Partiyası koalisiyasının başçısı İvanişvilinin qorxusundan irəli gəlir. Heç kimə sirr deyil […]

“Ermənistanda yaxşı bilirlər ki, Moskvadan üz döndərsələr Azərbaycan əzəcək…”

Ermənistanda baş verən hadisələr əlbətdə ki, Rusiya prezidenti Vladimir Putin üçün xoşagəlməz xəbərlərdir. Lakin Ermənistandakı situasiya ilə bağlı Kreml, daha doğrusu Putin tamamilə rasional mövqe tutub: rəsmi təbliğat Qərbin növbəti rəngli inqilab həyata keçirdiyi barədə hay-küy salmır, hadisələrə reaksiyalar xeyli təmkinlidir. Bəs bunun sirri nədədir? Rusiyalı politoloq Dmitri Oreşkin “Novoe […]

Tramp Ağalarovla telefonda 11 dəqiqə nədən danışıb?

Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı Amerikanın xüsusi prokurorunun təhqiqatında yer alan kiçik Donald Trampla rusiyalı iş adamı Emin Ağalarov arasında silsilə yazışmaların ilkləri 2016-cı ilin prezident seçkilərindən iki gün sonra göndərilib. Bu barədə özəl mənbəyinə istinadən “BuzzFeed News” nəşri yazıb. Yazışma ən azı 2016-cı ilin dekabr ayına qədər davam […]

Angela Merkel Rusiyaya niyə nifrət edir? – ŞOK SƏBƏB

Almaniyanın baş naziri Angela Merkellə bağlı maraqlı fakt açıqlanıb. Turkustan.info xəbər verir ki, söhbət onun Rusiyaya nifrət hissinin haradan qaynaqlanmasından gedir. Xarici KİV-in iddiasına görə, Merkel uşaq olarkən Sovet əsgəri onun velosipedini oğurlayıb. Bu barədə Rusiya Dəmiryolları İdarəsinin sabiq rəhbəri Vladimir Yakunin “Hiyləgər dəmiyrolu” adlı kitabında bəhs edib. Merkelin Şərqi […]

Çin silahları Qarabağda Ermənistana qarşı tuşlana bilər…

“Hərbi sferada Çinlə əməkdaşlıq daha yaxşıdır, Çin, çox maraqlı partnyordur”. Turkustan.info-nun məlumatına görə, bunu haqqın.az saytına açıqlamasında rusiyalı hərbi ekspert, “Military Russia” saytının rəhbəri Dmitri Kornev Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Çinə səfərini şərh edərkən deyib. Ekspert bildirib ki, Çin hərbi-texniki sferada dünyanın aparıcı dövlətlərindən biridir. “Son illər Çin texnoloji sürətlənmə […]

Paşinyan da Ermənistanı Rusiyanın vassalı edəcək – Özü AÇIQLADI

Ermənistanda etirazçıların lideri, deputat Nikol Paşinyan bildirib ki, Ermənistandakı siyasi proseslərdə Rusiyaya qarşı plan yoxdur. Turkustan.info TASS-a istinadən xəbər verir ki, bu haqda Paşinyan Rusiya Dövlət Dumasının deputatları ilə görüşdən sonra bəyanatla çıxış edib. “Mən düşünürəm ki, Dövlət Dumasından olan həmkarlarımız Ermənistandakı daxili siyasi proseslərdə Rusiyaya qarşı hər hansı bir planın […]

Azərbaycanda narazılıq yaradan pensiya islahatı: Yeni nazir təqaüdçüləri razı salacaqmı?

Hazırda Azərbaycanda əhalinin böyük əksəriyyəti pensiya təminatından narazıdır. Bir insan əgər əmək qabiliyyətini itirmiş hesab olunursa, maddi təminatı o səviyyədə olmalıdır ki, o, ianə kimi pensiya almamalıdır, doğrudan da onun maddi təminatı ödənmiş olmalıdır. Yeni dəyişikliklərdən sonra pensiyalar üçün əvvəllər mövcud olmuş və dövlət büdcəsindən maliyyələşən baza hissəsi ləğv olundu. […]

Gənc anadan dəhşətli cinayət: Azyaşlı uşaqlarını boğaraq öldürdü, iki dəfə yandırdı, sonra…

Bu gün bütün Rusiya Yelena Kərimova adlı qadından danışır. Turkustan.info xəbər verirki, adıçəkilən qadın tətilə gedə bilmək üçün soyuqqanlılıqla 4 yaşlı qızı Cəmilə və 2 yaşlı oğlu Süleymanı qətlə yetirib. Hadisə Rusiyanın Nijnıy Novqorod şəhərində yaşanıb. May ayının əvvəli üçün isti ölkələrdən birində istirahət etmək məqsədilə tətil paketi alan Yelena uşaqlarını […]

Ərdoğan İbrahim Tatlısəsin oğlunu BELƏ XİLAS ETDİ – VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin təbliğat-təşviqat mitinqləri çərçivəsində İzmir şəhərində çıxış edib. Turkustan.info xəbər verir ki, prezident millət vəkilliyinə namizədliyini irəli sürən məşhur müğənni İbrahim Tatlısəsi səhnəyə dəvət edib. Tatlısəs səhnədə Ərdoğanla bağlı xatirələrini bölüşüb: “Mən bu insanın nəyinə tapıram, bilirsinizmi? Ərdoğan İstanbulda bələdiyyə sədri idi. Oğlum İdo yeni […]

Paşinyan Moskva ilə bağlı mövqeyini açıqladı – Kalaşnikov

“Mənim addımım” müxalif hərəkatının rəhbəri Nikol Paşinyan Rusiyaya yaxşı yanaşır və Moskva ilə əlaqələri inkişaf etdirməyə davam edəcək. Turkustan.info xəbər verir ki, bu sözləri İrəvanda səfərdə olan rusiyalı deputatlardan ibarət nümayəndə heyətinin rəhbəri Leonid Kalaşnikov Paşinyanla görüşü barədə danışarkən deyib. “Paşinyan Rusiyaya qarşı öz xoş münasibətini vurğulayaraq Ermənistanda vəziyyətə dair məlum […]

Yerevanda etiraz aksiyaları start götürdü – Canlı

“Mənim addımım” hərəkatının təşəbbüsçüsü Nikol Paşinyan Yerevanda etiraz aksiyalarını bərpa edib. Turkustan.info “news.am”a istinadən xəbər verir ki, müxalifətin lideri, millət vəkili Nikol Paşinyan saat 12:00-da vətəndaşları itaətsizlik hərəkatını davam etdirməyə çağırıb. Baxmayaraq ki, Ermənistanda siyasi vəziyyət hələ də bərpa olunmayıb və irəliləyiş yoxdur. Paşinyanın özü isə 17:00-dan başlayaraq 19:00-a kimi Fransa […]

“Xoşqədəmin verilişinə baxırdım, arvadıma zəng gəldi” – Dəhşətli qətlin TƏFƏRRÜATLARI

Ən acınacaqlısı odur ki, 40 il bir evdə yaşasa da, ömür-gün yoldaşını tanıya bilməyib. Məlum qətl hadisəsi baş verməsəydi, yəqin heç vaxt tanımaq imkanı da olmayacaqdı… Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ittiham olunan Sumqayıt şəhər sakini Firuz Nəsiblinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Turkustan.info Virtualaz.org-a istinadən […]

Hacı İbrahim qardaşı Nazim İbrahimovdan “imtina etdi”: “O adam barəsində mənə sual verməyin!”

Prezident Admnistrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev mətbuata son açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov haqqında narazılığını ifadə edib, onun sərəncamına verilən vəsaitlərin ünvanına çatmadığını və bütün bunlardan ölkə prezidentinin xəbərdar olduğunu vurğulayıb. Son illər mətbuat Diasporla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov, onun qardaşıları […]

Zəfəran – hər dərdə dərman…

Zəfəran bənövşəyi rəngin ən fərqli çalarlarını özündə əks etdirən zərif, gözəl və qiymətli bitkidir. Uzun əsrlərdir ki, ondan məişət və təbabətdə geniş istifadə olunur. Min bir dərdin dərmanı olan zəfəran milli kulinariyada 50-dən çox şirniyyatın hazırlanmasında tətbiq edilir. Tarixi mənbələrə görə 4 min il əvvəl yaşamış qədim xalqlar da zəfərandan […]

Ermənistanda nə baş verir? – Əli Həsənov

Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ekspertlərin tam əksəriyyəti tərəfindən cənab İlham Əliyevə etimad referendumu kimi dəyərləndirildi. Seçkilərdən sonra yeni hökumətin formalaşdırılması istiqamətində atılan addımlar cəmiyyət tərəfindən olduqca pozitiv qarşılandı. Biz ilk müsəlman demokratiyasının qurulmasının 100 illiyini qeyd edirik, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımın bir əsrlik tarixinə beynəlxalq platformalarda hüquqi-siyasi […]

Putin Paşinyanı siləcək, yoxsa seçəcək? – Kremlin şərti

Ermənistanda mayın 1-də keçiriləcək baş nazir seçkiləri ilə bağlı analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik: – Rus deputatların Ermənistana səfər etməsində əsas məqsəd nədir? – Rusiya deputatlarının Ermənistana səfəri və keçirdikləri görüşlər real siyasi vəziyyətin öyrənilməsi və Ermənistanın Rusiyadan başqa seçiminin olmadığı barədə xəbərdarlıq edilməsi məqsədi daşıyır. Bu məqamlar mətbuata […]

Bakıda üçmərtəbəli villa yandı

Bakıda yanğın olub. Turkustan.info-nun  FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Səbail rayonunda ümumi sahəsi 540 m² olan üçmərtəbəli 12 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsinin mətbəxində mətbəx mebeli 15 m² sahədə və məişət avadanlıqları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.  /BakuPost/

Balaca rəqqasəmiz Maksim Qalkini heyrətləndirib – VİDEO

Hind rəqslərinin ifacısı balaca qızcığaz, Moskvada yaşayan azərbaycanlı Elina Məmmədova Rusiyada yayımlanan “Luçşe vsex” verilişinin qonağı olub. Turkustan.info-nun Sputnik Azərbaycan-a istinadla verdiyi xəbərə görə, bu barədə rəqqasə Oksana Rəsulova Instagram səhifəsində qeyd edib: “Balaca Elina Məmmədovanın rəqsinə heyran qaldım. Elina, səni görmək çox xoşdur. Bütün işlərində uğurlar diləyirəm. Həmçinin verilişin […]

“Azərsu”dan FHN generalının iddiasına etiraz: “Heç bir su qıtlığından söhbət gedə bilməz”

Bakı şəhəri, Nəsimi rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada təxminən üç saatdan artıq davam edən yanğınla bağlı fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin günaorta saatlarında verdiyi açıqlama ola bilsin iki dövlət qurumu arasında qalmaqala səbəb olsun. Belə ki, nazir müavini yanğının gec söndürülməsini su qıtlığı ilə əlaqələndirib: “Yanğının […]

Ən çox bu canlılar yaşayacaqlar

Qurdabənzər bu canlı kosmik fəza şəraitinə, şüalanmanın böyük dozalarına tab gətirir, on illər ərzində qidasız-susuz qala bilir, hətta qaynar sudan da sağ çıxır.  Turkustan.info Unikal.org-a istinadən bildirir ki, ərincəklilər və ya su ayıları səkkizayaqlı mikro-heyvanlardır. Lakin onlar alimlərə məlum olan digər canlı varlıqlara bənzəmir. Cəmi 1 mm ölçüsü olan ərincəklilər […]

Bu xəbəri yalnız xanımlar OXUSUN

Turkustan.info kişilərin qadınlarda sevmədiyi 5 davranışı təqdim edir 1. Fil yaddaşı – Qadınların heç nəyi unutmaması, hətta ilk görüşədək xırda detallara kimi hər şeyi xatırlaması və mübahisə zamanı illər əvvəl baş verənləri açıb ağartmalarını kişilər heç xoşlamırlar. 2. İlk addımı həmişə kişidən gözləmək – bu xüsusiyyət, demək olar ki, bütün qadınlara xasdır […]

“Öz yazdığımı oxuya bilmirəm” – Putin iclasda özünü itirdi

Rusiya prezidenti Vladimir Putin Moskvada qatıldığı iclasda öz yazdığı qeydləri oxuya bilməyib. Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, Dövlət Dumasının üzvləri ilə iclas keçirən Putin qanun layihələrinin müzakirəsi zamanı özünü itirib. Toplantı ərzində dayanmadan qeydlər götürən prezident kürsüyə çıxdığı zaman yazdıqlarını oxuya bilməyib. Bir müddət səssizliyə qərq olan Putin […]

Azərbaycanlı transdan şok sözlər: “Əvvəl övladımın atası, daha sonra isə anası olacağam…” – VİDEO

Turkustan.İnfo xəbər verir ki, azərbaycanlı cinsi azlıq nümayəndəsi Xəbərçi.az-a müsahibə verib. Müsahibədə bir çox maraqlı və qəribə məqamlara toxunan müsahib əvvəl övladının atası, daha sonra isə anası olacağını qeyd edib. O, bundan əlavə Azərbaycandakı cinsi azlıq problemlərinə də toxunub. Müsahibənin videosunu təqdim edirik:   /Minval.İnfo/

Rusiyalı deputat Qarabağdan danışdı: “Bu, Azərbaycanın nəyinə lazımdır?”

“Azərbaycan Ermənistanda yaranmış siyasi böhrandan hərbi məqsədlə istifadə etməyəcək”.  Turkustan.info-nun məlumatına görə, bu açıqlama ilə MDB Parlamentlərarası Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin çıxış edib.  “Ermənistanda bənzər hadisələr yaşananda bir müddət belə cəhdlər olmamalıdır. Hesab edirəm ki, Azərbaycanın Ermənistandakı daxili  hadisələrdən hansısa vəzifəni yerinə yetirmək üçün istifadə etməyə çalışmayacaq. Fikrimcə, […]