Erməni portalı Aprel döyüşlərindən yazdı – Səriştəsizlik, korrupsiya…

Aprel döyüşləri Ermənistan ordusunun qəhrəmanlığı haqqında iddiaların əsasının olmadığını göstərdi. Azərbaycan ordusu həmin döyüşlər zamanı Ermənistanın mövqelərinə ağır zərbələr vurdu.

Bu fikirlər Ermənistanın “1in” saytında yayılan məqalədə yer alıb.
Yazıda bildirilir ki, dördgünlük müharibə Ermənistan hərbiçilərinin və siyasətçilərinin səriştəsizliyini ortaya qoydu. Azərbaycan ordusunun uğuru olan bu əməliyyat Ermənistan hərbiçilərinin və siyasətçilərinin fəaliyyətinin boş perspektiv üzərində durduğunu göstərdi. 1994-cü ildə əldə edilən atəşkəsdən sonra Ermənistanda yalnız korrupsiyanın, seçki fırıldaqçılığının inkişafı istiqamətində işlərin aparıldığı ortaya çıxdı. Bu döyüşlər Azərbaycanın üstünlüyə malik olduğunu, həmçinin öz strateji məqsədlərinə çatmaq iqtidarında olduğunu sübut etdi.   /eurasiadiary.com/ 
55 Baxılıb