Gün: Aprel 4, 2018

Qardaşı ilə əlbir olub ərini öldürdü, qoxusu bilinməsin deyə tualetə atdı – Dəhşətli hadisənin təfərrüatları – VİDEO

Qəbələdə itkin düşmüş şəxslə bağlı aparılan araşdırmalar hadisənin qətl olduğunu üzə çıxarıb. Turkustan.İnfo xəbər verir ki, həyat yoldaşı və qardaşı birləşərək Qəbələ sakinini öldürüb, sonra itkin düşmüş kimi qələmə verməyə çalışıblar. Ancaq hadisə tez bir zamanda gün üzünə çıxıb. Qəbələdə itkin düşmüş şəxsin arvadı tərəfindən öldürüldüyü məlum olub. Ağaməmməd Rəfiyev – Mərhumun […]

Sumqayıtda aprel şəhidləri anıldı – (FOTOLAR)

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin açıb. Sonra tədbirə dəvət olunan qonaqlar: Azərbaycanın Milli Qəhrəmanı Qoxmaz Eyvazovun oğlu Asəm Eyvazov, yazıçı Hafiz İmamnəzərli, şairlər Namiq Dəlidağlı, Müqəddəs Şahbazov, Elbrus Qayalı, […]

Bu silaha yalnız Türkiyə sahibdir – Dünyanın KABUSU OLACAQ – VİDEO

Bir-birinin ardınca hərbi-müdafiə sənayesinin ən müasir məhsullarını hazırlayan qardaş Türkiyə qürurlandırmaqda davam edir. Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” hərəkatında milli silahların üstünlüyünü nümayiş etdirən Türkiyə silahlı pilotsuz dəniz vasitəsi ilə dünyanı növbəti dəfə heyrətləndirmək niyyətindədir. Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, Albayrak Müdafiə Sənayesi və Qara Dəniz Texniki Universitetinin […]

Qarabağda yeni müharibə, Ermənistanın İŞĞALI və… – Rusiya SİYASƏTİNİ DƏYİŞİR

“Rusiya üçün təhlükəsizlik sahəsində problemlər, əvvəlki kimi, Erməntan üçün təhlükə təşkil edir. Ermənistan hakimiyyəti bu gün təhlükəsizlik sisteminin qəfil dəyişikliyinə hazır deyil və ya, ola bilər ki, təhlükəsizliyin başqa sistemləri buna hazır deyil”. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bunu “Birinci İnformasiya” saytına müsahibəsində beynəlxalq münasibətlər üzrə mütəxəssis Ağasi Yenokyan deyib. […]

İlham Əliyev 5 sərəncam, 5 fərman imzaladı

Prezident İlham Əliyev “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 996-VQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Turkustan.info xəbər […]

Prezidentdən Könül Xasıyeva ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev aprelin 4-də Könül Xasıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.  Turkustan.info-nun məlumatına görə, sərəncamla Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Könül Kazım qızı Xasıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.   /A24.Az/

Azərbaycanda DƏHŞƏT: Bərbərə işgəncə verib videoya çəkdilər — VİDEO (18+)

Hadisə 7 ay əvvəl Lahıc qəsəbəsində baş verib. Turkustan.info “Ölkə.Az”a istinadən xəbər verir ki, Lahıc qəsəbəsində yaşayan bir neçə nəfər bərbəri iş yerində döyüb, sonra isə başına təbii ehtiyaclarını ödəyiblər. Bununla da hirsi soyumayan şəxslər ”şikarları” üzərində seksual xarakterli hərəkətlər ediblər. İsmayıllı rayon Polis Şöbəsindən bildirilib ki, tərəflər arasında qarşılıqlı münaqişə […]

Azərbaycanda yeni növ sürücülük vəsiqələri veriləcək

Yaxın vaxtlarda Azərbaycanda da beynəlxalq sürücülük vəsiqələrinin verilməsinə başlanılacaq. Turkustan.info bildirir ki, bu sözləri Oxu.Az-a açıqlamasında BDYPİ-nin polkovniki Kamran Əliyev Azərbaycanın sürücülük vəsiqələrinin yol hərəkəti haqqında Vyana konvensiyasına 29 mart 2011-ci ildən dəyişiklik edilməsindən sonra tələblərə cavab vermədiyi məsələsi haqqında danışarkən deyib. K.Əliyev bildirib ki, yeni beynəlxalq sürücülük vəsiqələri tam olaraq […]

Tarif Şurasının səlahiyyətləri artırılıb

İstehlakçı tərəfindən texniki şərtlərə uyğun olaraq layihələndirilmə və tikinti-quraşdırma işləri yerinə yetirildikdən sonra sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə fiziki qoşulmağa görə məbləğ Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdiriləcək. Turkustan.info-nun məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Qaz təchizatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi və “Qaz təchizatı haqqında” […]

ADAU-da tələbə təşkilatlarının fəaliyyəti müzakirə olunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) bütün təhsil pillələləri üzrə 5000-dən çox tələbə təhsil alır. Universitetdə tələbə təşkilatlarının fəaliyyətinin genişləndirilməsi istiqamətində xeyli işlər görülüb. Bu işlərə tələbələrin akademik hüquqlarının qorunması, maddi vəziyyəti ağır olan tələbələrin müəyyənləşdirilərək onlara müvafiq yardımların verilməsi, sosial fəaliyyətlərin genişləndirilməsi, tələbələrin elmi yaradıcılıq potensialının gücləndirilməsi və digər tədbirlər […]

Düşmənə böyük zərbə vurmuş xüsusi təyinatlılarımız MEK könüllüləri

Vikipediyada Aprel döyüşlərinin ildönümü münasibəti ilə məqalələr yaradıblar. AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən Aprel döyüşlərinin ildönümü münasibəti ilə məqalələr yaradılıb. Azərbaycanca Vikipediyada yerləşdirilmiş məqalələr 2015-ci il əməliyyatlarında və 2016-cı il Aprel döyüşlərində fədakarlıq göstərmiş hərbçilərimizə həsr olunub. Məqalələrdə hərbi şücaətinə görə orden və mükafatlarla təltif […]

“Bəsdir daha, sanki Mübariz İbrahimov ölüb…” – Jurnalistdən ginekoloqun ölümünə reaksiya

Azərbaycanın tanınan cərrah mama-ginekoloqu Səbinə Mirzəyevanın ötən gün qəfil ölümü onu sevənləri dərin kədərə boğdu. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, istər sosial şəbəkədə, istərsə də mətbuatda Mirzəyevanın ölümü ilə bağlı xeyli məlumatlar, statuslar paylaşıldı. Onun yaxşı həkim olduğu, xeyli qadına kömək etdiyi bildirildi. Kimisi profil şəklinə Səbinə Mirzəyevanın fotosunu qoydu, […]

Bermud üçbucağından sağ qayıdan azərbaycanlı alimlər: “Nə zaman qurtulacağımızı düşünürdük…”

Bermud və ya digər adı ilə Şeytan üçbucağı hələ də haqqında əsl gerçəkliklərin bilinmədiyi bir yerdir. Son 27 ildə mindən çox insan burada həlak olub. 100-dən çox təyyarə, gəmi itkin düşüb və nə qalıqlar, nə də meyitlər tapılıb. Bermuda üçbucağı haqqında yayılan fikirlərin bir çoxu mif olsa da, oradan xilas […]

Sənan Nəcəfov uğur hekayəsini danışıb – Video

Aprelin 4-də Bakı Mühəndislik Universitetində Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı komitəsinin birgə təşkilatçılığı ilə bir çox uğurlu layihələrə imza atan tanınmış təlimçi Sənan Nəcəfovun iştirakı ilə “Mənim uğur yolum” adlı seminar keçirilib.  Öncə seminarda Sənan Nəcəfov özünü təqdim edərək həyat və uğur hekayəsini danışıb, gənclərin inkişafı, motivasiyası, karyera […]

Şura rəhbərliyindən QHT-lərə SON XƏBƏRDARLIQ

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov Şura tərəfindən maliyyələşdirilən QHT-lərə müraciət edib. Müraciətdə deyilir:  Hörmətli QHT rəhbərləri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il birinci qrant müsabiqəsinin qalibləri ilə müqavilə bağlanması prosesinin təkmilləşdirilməsi, QHT-lər üçün daha rahat və operativ […]

ADAU-da “Heydər Əliyev və yol-nəqliyyat infrastrukturunun inkişafı” mövzusunda seminar keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) mühəndislik fakültəsi “yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrasının tələbə elmi dərnəyinin Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan “Heydər Əliyev və yol-nəqliyyat infrastrukturunun inkişafı” mövzusunda seminarı keçirilib. Seminarda Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında Ümumilli lider Heydər Əliyevin misilsiz rolundan danışılaraq, ölkə başçısı […]

“Qüdrət Həsənquliyev Rusiyanın Azərbaycandakı “5-ci kalon”unun sözçüsüdür” — Sərdar Cəlaloğludan deputata SƏRT CAVAB

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin ittihamlarına sərt cavab verib. Turkustan.info bildirir ki, S.Cəlaloğlu “Ölkə.Az”a açıqlamasında deyib ki, Qüdrət Həsənquliyev cəfəngiyyat danışır: “Qüdrət Həsənquliyev iddia edir ki, guya mən Prezident Administrasiyasından hər ay 10 min […]

Qüdrət Həsənquliyev Sərdar Cəlaloğlunu biabır etdi: “Özü dedi ki, Administrasiyadan ayda ona 10.000 dollar verirlər”

Dünən axşam İctimai Televiziyanın efirində prezidentliyə namizədlərin debatının sonunda Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevi Azərbaycanı Rusiyanın təsirinə salmaq barədə fikirlər səsləndirməkdə suçladı. Seyrçilər üçün gözlənilməz olan bu açıqlamanı Q.Həsənquliyevin özünün necə qarşılaması cəmiyyət üçün ciddi maraq doğurur. Modern.az saytına eksklüziv açıqlamasında prezidentliyə namizəd, […]

Qənirə Paşayeva Sumqayıtda qəhrəman şəhidlərimiz Raquf Orucov və Murad Məmmədovun anım tədbirində çıxış edib – FOTOLAR

Sumqayıtda Şəhidlər Xiyabanında qəhrəman şəhidlərimiz Raquf Orucov və Murad Məmmədovun anım tədbirində çıxışı zamanı  millət vəkili Q.Paşayeva Aprel zəfərini xalqımıza yaşadan qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək  Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından ətraflı danışıb və belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik deyib. Ali Baş […]

Tramp: “Çinlə ticarət müharibəsini çoxdan uduzmuşuq”

ABŞ prezidenti Donald Tramp ölkəsinin Çinlə ticarət müharibəsini çoxdan uduzduğunu deyib. Turkustan.info xəbər verir ki, “Twitter”də bu barədə yazan prezident məğlubiyyətə görə ABŞ-ın əvvəlki hakimiyyətini pisləyib. “Biz Çinlə ticarət müharibəsi aparmırıq. Bu müharibəni uzun illərABŞ-a rəhbərlik edən axmaq və səriştəsiz administrasiya uduzub”. Tramp Çinin ABŞ-dan 300 milyard dollar dəyərində intellektual oğurluq […]

Bakı metrosunda yenilik – “Telefonlarınızı…”

“Bakı Metropoliteni” QSC Rusiyanın “Metrovaqonmaş” ASC şirkəti ilə 2 yeni qatarın alınmasına dair müqavilə imzalayıb. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib ki, artıq qatar depodadır. Nəsimi Paşayev bildirib ki, Rusiyadan gələn mütəxəssislər yerli mütəxəssislərlə birgə qatarın hazır vəziyyətə gətirilməsi üçün çalışırlar: “Bəzi avadanlıqlar quraşdırılmalıdır, daha sonra sınaq olunacaq və […]

Maaş artımları ilə bağlı mühüm qərar gözlənilir

“2018-ci ilin dövlət büdcəsinə yenidən baxılmasının əsas səbəblərindən biri məhz neftin qiymətidir”  “Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinə yenidən baxıla bilər”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, dövlət büdcəsinə yenidən baxılması bu ilin I rübünün nəticələrindən asılı olacaq. Komitə sədri […]

Dəhşətli faktın üstü açıldı – Azərbaycanda təhlükəli siqaretlər istehsal edilir – VİDEO

Azərbaycanda təhlükəli saxta siqaretlər istehsal edilir. Bu barədə “El bizim, sirr bizim” verilişinə qonaq kimi qatılan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O bildirib ki, may ayından Şəkidə təhlükəli siqaretlərin istehsalına başlanılıb: “Biz sevinirdik ki, filtirsiz siqaret istehsal edən müəssislər bağlandı. May ayından isə Şəkidə bu təhlükəli siqaretlərin […]

İsraildən Azərbaycana radikal Qarabağ çağırışı

Azərbaycan kəşfiyyatı üçün yeni vəzifə borcu Xolokostun günahkarlarının əksəriyyəti cəzasını alsa da, Xocalı soyqırımını törədən Ermənistan rəhbərləri azadlıqdadırlar və onların heç biri cəza almayıblar. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, bunu Xocalı faciəsi barədə yazılmış “Ağrı” romanının müəllifi, israilli yazıçı Arye Qut Rusiyanın “Vestnik Kavkaza” portalına verdiyi müsahibədə bildirib. Xocalı qaçqını olan […]

Tanınmış aparıcı “oğru aləmi” tərəfindən ÖLÜMLƏ HƏDƏLƏNDİ

Əməkdar artist Baloğlan Əşrəfovla tanınmış aparıcı Elçin Əlibəyli arasında qalmaqal getdikcə dərinləşir. Baloğlan Əşrəfovun açıqlaması hədələnən tərəfi dilə gətirib. Saytımıza bu haqda məlumat verən E.Əlibəyli qorxub-çəkinmədiyini deyib: “Üzeyir bəyə görə başım kəsiləcəksə, qoyun, kəsilsin!” O, baş verənlərə belə aydınlıq gətirib: “Məsələ əvvəllər aparıcısı olduğum “El içində” verilişində üzakirə olunub və Baloğlan […]

“Azərbaycan jurnalistləri bu məsələlərdə vətəndaş təəssübkeşliyi nümayiş etdirirlər” – Vüqar Səfərli ilə MÜSAHİBƏ

 Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının 9-cu ildönümü tamam olur. Turkustan.info xəbər verir ki, Fondun icraçı direktoru Vüqar Səfərli bununla əlaqədar AZƏRTAC-ın suallarını cavablandırıb. – Vüqar müəllim, aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının 9-cu ildönümü tamam olur. Fondun […]

Canlı efirdə aparıcını hədələyən Baloğlan Əşrəfov: “Sənin başını kəsmək lazımdır” – QALMAQAL

Space Tv-də canlı yayımlanan “Onda başladıq” verilişində qonaq olan müğənni Baloğlan Əşrəfov sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəylinin başını kəsməklə hədələyib. Turkustan.info bildirir ki, bu barədə Yenicag.az-a açıqlama verən B.Əşrəfov bu sözlərə görə peşman olmadığını deyib: “Elçinlə 10 il əvvəl qalmaqalımız olub. Artıq yaddan çıxan o söhbəti Elçin yenidən gündəmə […]

“YouTube”-un baş ofisinə hücum edən azərbaycanlı qadın imiş – VİDEO

Kaliforniyada “YouTube” şirkətinin qərargahında atışmanı 39 yaşlı Nasim Aqdam həyata keçirib. Turkustan.info xəbər verir ki, San Bruno polis şefi Ed Barberini N.Aqdamın atəş açdıqdan sonra intihar etdiyini deyib. Yeşil Nasim adı ilə tanınan bu qadın “Youtube”a yerləşdirdiyi videolar ilə diqqət çəkirdi. Cənubi azərbaycanlı Nasim Azərbaycan dilində çəkdiyi videolarda insanları veqan olmağa […]

İrəvandan növbəti ümidsiz Qarabağ açıqlaması

Ermənistanda Qarabağ savaşına Rusiyanın müdaxilə edə bilməyəcəyi ilə bağlı növbəti etiraf səsləndirilib. Turkustan.info xəbər verir ki, bu dəfəki etirafın müəllifi Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan olub. İrəvanda jurnalistlərə açıqlama verən eks-nazir cəmiyyətdə Rusiyanın əsas söz sahibi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rolunun yanlış qəbul edildiyini bildirib: “Qarabağdakı situasiyaya KTMT-nin […]

Kamran Əliyev başqa işə getdi – DYP-də dəyişiklik

Baş DYP-nin İctimai əlaqələr şöbəsinə yeni rəis təyin edilib. DİN Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi edilib. Avtosfer.az xəbər verir ki, uzun illərdir mətbuatla sıx əlaqələr qurmağı bacaran polkovnik Kamran Əliyev Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad edilib. Daxili işlər nazirinin əmri ilə Kamran Əliyev BDYPİ-nin Yol-Patrul […]

Rekordlar kiabına düşən Bakıdakı bayraq dirəyi niyə söküldü?

Baş nazirin müavini açıqlama verdi. Bayraq meydanındakı bayraq dirəyinin sökülmə səbəbi bilindi. Sökülmə küləyə davamlılıqda nöqsanların üzə çıxması ilə bağlı olub. Bunu baş nazirin müavini Abid Şərifov bildirib. “Yəqin ki, bayraq dirəyi zavodda hazırlanarkən küləyə davamlılıqla bağlı müəyyən nöqsana yol verilib. Buna görə də xarici ekspertlər də dəvət olundu və bayraq dirəyi söküldü. Bu məsələ […]

“The Washington Times”-da Kəlbəcərin işğalı ilə bağlı məqalə dərc edilib

Nüfüzlu “The Washington Times” qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun Kəlbəcərrayonunun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinin 25 illiyinə həsr olunmuş “Atamın dağları” (“My Father’s mountains”) adlı məqaləsi çap edilib. Azərbaycanın Vaşinqtondakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə qeyd olunur ki, Ermənistan və Azərbaycan arasında Minsk qrupunun vasitəçilik fəaliyyəti ilə davam edən […]

“Aprel döyüşlərindən sonra Ermənistan güzəştlərə hazır olmalıdır” – Amerikalı EKSPERT

“Ermənistan güzəştlərə hazır olmalıdır”. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Vaşinqtonda Vudro Vilson Mərkəzinin eksperti Kenet Yalovits müzakirələr zamanı deyib. Amerikalı ekspertin fikrincə, Ermənistan qarşısında dayanan əsas məsələ Qarabağ münaqişəsinin həllidir. “Münaqişə həll olunmamış nə Azərbaycan, nə də Ermənistan öz potensiallarını reallaşdıra biləcək. Aprel döyüşlərindən sonra 2 yüksəkliyi […]

Namizədlərin bənzəmək istədikləri siyasi xadimlər – Heydər Əliyev, Çörçil, Makron, Hilari Klinton…

Dünya ölkələrinin liderləri hər zaman diqqət mərkəzində olublar. İstər şəxsi, istərsə də siyasi-sosial fəaliyyətləri, atdıqları digər addımlarla dünya əhalisinin marağını cəlb etməyi bacarıblar. Maraqlıdır, Azərbaycanda prezidentliyə namizədlər hansı dünya liderinin və ya prezidentliyə iddialı olan siyasətçinin xəttini izləyir və bəyənir, ona bənzəməyə çalışırlar? Turkustan.info bildirir ki, Modern.az saytı bu sualla prezidentliyə […]

Qaynı ilə birləşib ərini öldürdü, meyitini tualetə atdı – Qəbələdə dəhşət

Qəbələdə itkin düşmüş şəxsin arvadı tərəfindən öldürüldüyü məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə […]

Ankarada kritik Suriya zirvəsi

Bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında görüş keçiriləcək.  Turkustan.info Türkiyə mediasına isinadən xəbər verir ki, görüşdə müzakiə olunacaq əsas məsələ Suriya münaqişəsi olacaq. Prezidenlər Suriyanın yeni konstitusiyasını müzakirə edəcəklər. Məlumata görə, Suriyada  illik 5 illik keçid dövrü müəyyən ediləcək.  […]

Nərimanov parkında intim xidmət – “Yaxşı masaj edirəm, bəlkə gedək?” (FOTOLAR)

Bu gün Bakıda yaşıllıqların ən çox rast gəlindiyi yer, sözsüz, uşaqların səsini eşitməyə doymadığımız parklardır. Asudə vaxtını ailəsi ilə birlikdə keçirməyi düşünən insanların çoxu məişət qayğılarından uzağa – bu parklara üz tutur, ağacların arasında özlərinə rahatlıq tapırlar. Amma parklar da insanların dağıdıcı təsirindən kənarda qalmır, elə onların özləri tərəfindin zibillənir, […]

Ermənistan Rusiyadan çoxlu “İsgəndər” alıb Azərbaycanla sərhəddə yerləşdirəcəkmi?!

Ermənistan müdafiə naziri Vigen Sərkisyan Rusiyanın bu ölkəyə silah almaq üçün üçüncü kredit tranşı ayıracağı və həmin kredit çərçivəsində xeyli “İsgəndər” raketləri alınaraq guya Azərbaycanla sərhəddə yerləşdiriləcəyi haqda xəbərlərə münasibət bildirib. Sərkisyan bu xəbəri təkzib etməyib və deyib ki, Ermənistan “İsgəndər” komplekslərinin alınması çərçivəsində rusiyalı partnyorları ilə işi davam etdirir. […]

Jirinoviski: “Ne mutlu Türküm diyene” – ŞOK VİDEO MÜSAHİBƏ

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Türkiyənin A-Haber televiziyasına müsahibə verib. Turkustan.info xəbər verir ki,  Jirinovski Orta Şərqdə baş verənlər, Türkiyə-Rusiya münasibətləri haqqında fikirlərini bölüşüb.  Jirinovski müsahibənin sonunda türk dilində Türkiyə ilə bağlı xoş fikirlər səsləndirib: “Mən Türkiyənin dostuyam. Nə mutlu türkəm deyənə. Sevəməz kimsə səni mənim sevdiyim qədər, […]

İsa Qəmbər müalicə üçün Almaniyaya getdi

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müalicə üçün Almaniyaya gedib. Turkustan.info-nun report-a istinadən xəbərinə görə, o, oğlu Turtuq Qəmbərlə birgə yola düşüb. Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Orada İ.Qəmbərin ürəyinə stentlər qoyulub.  O, fevralın 23-də yenidən Mərkəzi […]

Azərbaycanda sürücülük vəsiqələriylə bağlı BİABIRÇILIQ – Heç biri qüvvədə deyil!

Tanınmış teleaparıcı, yol hərəkəti qaydalı üzrə ekspert Tural Yusifov Azərbaycanda verilən sürücülük vəsiqələri ilə bağlı ilginc məlumat yayıb. Turkustan.info xəbər verir ki, T. Yusifov Azərbaycan Respublikasının sürücülük vəsiqəsinin 7 ildir, keçərli olmadığını deyib. Buna səbəb isə Azərbaycanın 2011-ci ildə yol hərəkəti haqqında Vyana konvensiyasını qəbul etməsidir. Bu konvensiyaya uyğun olaraq konvensiya […]

Ziya Məmmədov indi də əmlaklarını itirir – TƏFƏRRÜAT

Sabiq nəqliyyat naziri Ziya Məmmədov ailə biznes-imperiyasına daxil olan aktivləri itirməkdə davam edir. 2018-ci il aprelin 1-dən belə obyektlərdən biri olan Qubadakı beşulduzlu “Quba Rixos” hoteli rebrendinq edib. Hoteli Ziya Məmmədovun əlindən əslində 2015-ci ildə almışdılar. O dövrdə hakimiyyətdə Ziya Məmmədova inamsızlıq yaranmışdı və nəqliyyat naziri olaraq səlahiyyətləri çox ciddi […]

Gürcüstana səfərə gedən sürücülərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi Gürcüstana səfərə gedən sürücülərə müraciət edib. Turkustan.info-ya daxil olan müraciətdə deyilir ki, Gürcüstan Respublikasının Azərbaycandakı Səfirliyinin məlumatına əsasən, 15 dekabr 2017-ci il tarixdə Gürcüstan ərazisində hərəkət edən xarici ölkədə qeydə alınmış nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası haqqında qanun qəbul olunub, 26.01.2018-ci il tarixdə isə […]

Prezidentin yeni komandasında kimlər olmayacaq?

Azərbaycan hökuməti prezident seçkilərindən sonra yenidən formalaşdırılacaq. Aparılan müzakirələr göstərir ki, bu proses konstitusiya tələbi ilə formal xarakter daşımayacaq, komandada ciddi bir yenilənmələrlə yadda qalacaq. Onu da qeyd edək ki, bu barədə danışan prezidentliyə namizəd, Milli Məclisin üzvü Zahid Oruc ciddi məqamlara toxunub, bəzi mesajlar verib. İqtidar mətbəxinə bələd olan […]

“YouTube”-ın binasında atışma: Ölən var – VİDEO + YENİLƏNİB

“YouTube”-nin Kaliforniyadakı mənzil-qərargahında atışma törədən qadın öldürülüb.   Turkustan.info-nun Oxu.Az-a istinadən xəbərinə görə, atışma qara geyimli, üzü bağlı qadın tərəfindən törədilib.   Stenford xəstəxanasına 5-dək  yaralı yerləşdirilib. San-Fransisko mərkəzi xəstəxanasına da “YouTube”nin bir neçə işçisinin daxil olduğu bildirilir.   Bəzi mənbələr binaya silahlı hücum etmiş qadının intihar etdiyini bildirir. Digər təfərrüatlar açıqlanmır. 01:17 […]

Erməni ekspert İrəvanı silkələdi: Rusiya bizə və Bakıya nə satıb?

Rusiyanın Azərbaycana intensiv silah satışı 2010-cu ildən başlayıb. Turkustan.info xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Ermənistanın İnformasiyalı Vətəndaşların İttifaqı proqramının koordinatoru Daniel İoanisyan deyib. “Rusiya Azərbaycana S-300PMU2, T-90 tankları, “Smerç” səyyar raket sistemləri, “Solntsepek” və “Buk” sistemlərini verib. Ermənistana isə Rusiya silahları daha gec, İrəvanın Bakıya qarşı duruş gətirə bilməsini […]

“II Testene Art-Baku” Beynəlxalq İncəsənət Festival müsabiqəsi keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Mətbuat xidmətindən Turkustan.info-ya verilən xəbərə görə, Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdi “II Testene ArtBaku” Beynəlxalq İncəsənət Festival müsabiqədə uğurla çıxış edib.  27-30 mart 2018-ci il tarixlərində Bakıda keçirilən “II Testene Art-Baku” Beynəlxalq İncəsənət Festival müsabiqə keçirilib. Müsabiqədə Sumqayıt Regional Mədəniyyət və […]

“Ağıllı olun, gəlib sizi evinizdən apararlar” – “Lotu Quli” İsgəndər Həmidova nə demişdi?

Azərbaycanın sabiq daxil işlər naziri İsgəndər Həmidov 1992-ci ilin avqust-oktyabr aylarında 701 məhbusu həbsdən azad etdiyinə,”İstiqlal” qəzetinin redaktor və əməkdaşlarını döydüyünə, 400 min dollarlıq mənimsə ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. Turkustan.info xəbər verir ki, o, 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb. Sabiq məhkumun söhbəti: “Lotu Quli” […]