Gün: Aprel 5, 2018

Süd alarkən diqqətli olun! – Sizində başınıza gələ bilər – VİDEO

Paytaxt sakinlərindən biri bazardan süd alıb. Üstəlik, bu süd ona kənd südü adından satılıb. Ancaq evdə bişirildikdə ortaya fərqli mənzərə çıxıb. Südü qatılaşmış mayeyə çevrilib. Bazardan süd aldı, ancaq bişirildikdən sonra bu hala düşdü. İlk baxışdan hər hansı bir kimyəvi maddəyə bənzəsə də, paytaxt sakini Aydın Laçınov bunu bazardan “kənd […]

“Ən çox Mehribanın hazırladığı yeməkləri sevirəm” – Prezident Əliyev

Prezident İlham Əliyev “Rusiyanın qəzeti”nə müsahibə verib. Müsahibəsində milli mətbəximizdən danışan ölkə başçısı yeməklərimizin çox dadlı, lakin həm də təhlükəli olduğunu deyib: “Hər xalqın mətbəxi onun mədəniyyətinin göstəricisidir. Azərbaycan mətbəxi də həmçinin çoxçeşidlidir, çox dadlıdır, lakin təhlükəlidir”. İ. Əliyev “təhlükə nədədir” sualına belə cavab verib: “Çəkiyə nəzarət baxımından. Buna görə […]

Hafiz Hacıyev: “Prezident olsam Allahşükür Paşazadəni çıxarıb, yerinə Razi Nurullayevi təyin edəcəm”

“Mən hakimiyyətdə olsam Razı Nurullayevi Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəhbəri edərəm” Turkustan.info xəbər verir ki, bu sözləri prezidentliyə namizəd Hafız Hacıyev qonağ olduğu verlişdə deyib. O, aparıcının “Razı Nurullayevi hökümətdə vəzifə verərsizmi?” sualını belə cavablayıb: “Yəqin mən Razı Nurullayevi Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəhbəri edərəm. Allahşükür Paşazadə […]

ABŞ qoşunları bu ölkənin sərhədlərinə yerləşdirilir

Günlərdir müzakirə mövzusu olan sərhəddə əsgərlərin yerləşdirilməsi ilə bağlı açıqlama verilib Turkustan.info türk mediasına istinadən xəbər verir ki, Vaşinqtonda günlərdir müzakirə mövzusu olan Meksika divarı inşa edilənədək sərhəddə əsgərlərin yerləşdirilməsi ilə bağlı ilk açıqlama verilib. istinadla xəbər verir ki, ABŞ-ın daxili təhlükəsizlik naziri Kirstyen Nielsen Donald Trampın cənub-qərb sərhədlərinə daxili […]

Qara dəliklər “şəhəri” aşkarlandı

ABŞ-ın  Kolumbiya universitetinin alimləri Süd Yolunun mərkəzində, daxilində 20 minə qədər qara dəliyin olduğu ehtimal edilən onlarla ulduz qrupu aşkarlayıb. Turkustan.info xəbər verir ki, bu barədə “Science Alert” nəşri məlumat yayıb. Alimlər qalaktikanın nüvəsində mövqe tutan super-nəhəng qara dəliyin yaxınlığında kiçik ölçülü qara dəliklərin çoxalmasını kosmik nöqteyi-nəzərdən qanunauyğun bir hal sayır. Tədqiqatçılar […]

PREZİDENT YANINDA APELLYASİYA ŞURASI YARADILDI – Yeni tərkib təsdiqləndi + Siyahı

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası yaradılıb. Turkustan.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman verib. Fərmana əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamə” yeni redaksiyada verilib. Eyni zamanda, Şuranın yeni tərkibi aşağıdakı kimi formalaşdırılıb: Şuranın sədri Eldar Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti […]

Saakaşviliyə yeni missiya: QAYIDIR

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Gürcüstana dönəcəyini deyib.Qeyd edək ki, bir müddət öncə Ukraynada siyasi iddia ilə çıxış edən Saakaşvili nəticədə prezident Poroşenko tərəfindən vətəndaşlıqdan xaric edildi.Artıq onun Ukraynaya girişi mümkün görünmür.  Saakaşvili artıq bir dəfə qadağa qərarını pozaraq Ukraynaya geri dönüb, lakin  hakimiyyətin onu həbs etmək  cəhdləri boşa çıxıb. […]

Azərbaycanda 5 min nəfəri işsiz qoyan monopoliya

Devalvasiyadan sonra Mərkəzi Bankın qərarı ilə ölkədə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin fəaliyyəti qadağan edildi.Bu qadağa əhali arasında ciddi narazılıqlara səbəb olsa da, lakin problemə əncam çəkilmədi. 2017-ci ildə Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü – valyuta mübadiləsi fəaliyyətinin yaradılması məqsədi ilə “Valyuta tənzimi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli […]

İlham Əliyevdən Təhsil Nazirliyi ilə bağlı sərəncam

Prezident İlham Əliyev Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, sərəncama əsasən Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında cəmi 756 şagird yerlik modul tipli 15 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası […]

Türkiyə: Afrini Suriya rəhbərliyinə verməyəcəyik

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Afrin şəhərini Suriya rəhbərliyinə təslim etməyəcəklərini açıqlayıb. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, həftəlik mətbuat konfransında İran prezidenti Ruhaninin Afrinin Suriya rəhbərliyinə təslim edilməsi istiqamətindəki tələbini dəyərləndirən Kalın, Afrin şəhərinin Afrin xalqı tərəfindən idarə ediləcəyini, bu şəhəri heç kimə təslim etməyəcəklərini bildirib. Qeyd edək […]

Fazil Məmmədov infarkt keçirdib? – Belə deyirlər…

Dünən axşam saatlarında sabiq vergilər naziri Fazil Məmmədovun qəfildən ürəyi tutub. Sabiq nazir Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Fazil Məmmədovun vəziyyəti barədə heç bir məlumat verilmir. Qeyd edək ki, sabiq nazirin özündən əvvəl qardaşı da Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Onun hansı səbəbdən xəstəxanaya çatdırılması barədə heç bir məlumat yoxdur.   /A24.az/

Sərkisyan biabır oldu: Ermənilər qarabağlıdan imtina etdi

Ermənistanda baş nazir seçkisindən öncə maraqlı nəticələr ortaya çıxıb. Turkustan.info xəbər verir ki, “Qallup” şirkətinin keçirdiyi sorğuda hazırkı prezident Serj Sərkisyanı ermənilər baş nazir postunda görmək istəmirlər. Ölkə əhalisinin cəmi 24,8%-i Sərkisyanı baş nazir kimi arzulayırsa, Karen Karapetyanı əhalinin 27,3%-i dəstəkləyib. Maraqlı məqam odur ki, Sərkisyan bu göstərici ilə heç ikinci […]

İlham Əliyev 3 sərəncam, 2 fərman imzaladı

Prezident İlham Əliyev Şirvan-Salyan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Yüz iyirmi iki min nəfərdən artıq əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Şirvan-Salyan […]

Bakıda keçirilən “II Testene Art-Baku” Beynəlxalq İncəsənət Festival müsabiqəsində Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbin şagirdləri uğurla çıxış edib

Müsabiqədə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbini təmsil edən fortepiano ixtisası üzrə I sinif şagirdi Məmmədov Fərid Elman oğlu (müəllimi: Abdullayeva Tamella) I dərəcəli diploma layiq görülüb. Fərid Məmmədov G.F.Hendelin “Çakona” d moll, A.Stoyanov ” Variasiyalar” h moll və C.Hacıyev “Marş” əsərlərini ifa […]

Aşıq Şəmşirin oğlu Prezident İlham Əliyevə təşəkkür etdi

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, Aşıq Şəmşirin oğlu Qənbər Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir: “Möhtərəm cənab Prezident, Sizin Azərbaycan mədəniyyətinin, incəsənətinin və xalqımıza məxsus olan dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması istiqamətində atdığınız addımlar ölkə əhalisinin, sənətsevər insanların böyük rəğbəti ilə qarşılanır. Sizin uzaqgörən siyasətiniz və […]

Jirinovski: “Bakı? Onun yanında Qarabağ var…”

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Yekaterinburq şəhərində EKSPO-2025 sərginin keçirilməsi ideyasını dəstəkləyib. Turkustan.info xəbər verir ki, Beynəlxalq Sərgi Bürosunun komissiyasının qarşısında çıxış edən Jirinovski əsas diqqətin təhlükəsizliyə yönəldilməsini istəyib. “EKSPO-2020 Dubayda olacaq. Orada Yaxın Şərqin bütün terrorçuları istirahət edirlər. ESKPO üçün Yaponiyanın Osaka şəhəri də iddialıdır. Orada isə […]

Arzu Pənahlı: “Düzgün musiqi ruhun qidasıdır, musiqinin irqi, dini, dili, cinsi, yaşı olmaz” – deyirlər

“Düzgün musiqi ruhun qidasıdır. Musiqinin irqi, dini, dili, cinsi, yaşı və s. olmaz” – deyirlər. Doğrudur! Hər musiqi əsərinin özünə məxsus yeri var. Hər kəsin mütləq özünü tapdığı, öz tərzində dinlədiyi bir musiqi parçası əlbət vardır. Musiqi hər ölkənin milli mənəvi dəyərlərindən ən yüksək səviyyədə olandır. Və hər bir kəs […]

Bu da Azərbaycan və İranın birgə istehsal etdiyi avtomobilin ilk nümunəsi – Foto

Neftçala sənaye zonasında yerləşən “Xəzər” Azərbaycan-İran birgə avtomobil zavodunda ilk avtomobillərin istehsalına başlanılıb. Turkustan.info Trend-ə istinadən xəbər verir ki, zavodda “Dena”, “Rana”, “Soren”, “Samand” markalı avtomobillər, eləcə də “Peugeot”un bir sira modelləri istehsal ediləcək. Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir. Gələcəkdə istehsal edilən həmin avtomobillərin Ukrayna, Rusiya və […]

Zauru verdiyi suala görə efirdə BİABIR ETDİ: Ərimin yanında idin? – VİDEO

Müğənni Yeganə Mürsəliyeva qonağı olduğu “5/5”-də Zaurun suallarına hazırcavablığı ilə diqqət çəkib. Turkustan.info Milli.Az-a istinadən xəbər verir ki, müğənni belə cavablardan birini aparıcının “Kişini Türkiyədə çox bezdirdin, deyib get Azərbaycanda klip çəkdir. Pulum yoxdur” sözlərinə verib. Yeganə “Nə bildin, kişinin yanında idin?” sözləri ilə Zaura cavab verib. Verilişdən o kadrları təqdim […]

MEK-ə erməni terrorizmi haqqında yeni kitab daxil olub

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) erməni terrorizmindən bəhs edən “Erməni terrorçularının və erməni bandit qruplaşmalarının insanlıq əleyhinə cinayətləri (XIX-XXI əsrlər)” adlı yeni kitab daxil olub. Kitabın ideya müəllifi AMEA İnsan Hüquqları İnstitutunun mərhum direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayevdir. Beynəlxalq terrorizm qurbanlarının xatirəsinə ithaf olunmuş kitabı Azərbaycan və Türkiyə türklərinə […]

MEK-ə “Rus və erməni mənbələri işığında erməni problemi və meydana çıxma prosesi” kitabı daxil olub

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) “Rus və erməni mənbələri işığında erməni problemi və meydana çıxma prosesi” adlı 1678-1914 və 1915-1923-cü illəri əhatə edən iki cildlik kitab daxil olub. Kitabın müəllifi Türkiyə Cümhuriyyəti Prezidentinin müşaviri, tarixçi alim, professor Seyyit Sertçelikdir. Kitab Türkiyə Cümhuriyyətinin milli neft şirkəti “Türkiyə Petrolları” şirkəti tərəfindən Azərbaycan […]

Səlim Müslümov: “Borcların silinməsi prosesinə artıq başlanılıb”

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sahibkarlığın inkişafının dəstəklənməsinə yönələn tədbirlər sırasında məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsini də xüsusi qeyd etmək olar. Artıq bu prosesə başlanılıb. Proses çərçivəsində özəl sektorun müxtəlif sahələrində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borclardan ibarət 155,3 milyon manata qədər […]

Məşhurlarla görüşdən XATİRƏLƏR: “Elçibəy dedi ki, sən mütləq ali məktəbə daxil olmalısan”

Azərbaycan Milli Məclisinin deputatları tez-tez müxtəlif xarici səfərlərdə olur, dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəsmi şəxsləri, digər sahələrdən olan məşhur simalarla görüşlərdə iştirak edirlər. Belə görüşlər mütəmadi olaraq elə ölkəmiz daxilində də gerçəkləşir. Sözsüz ki, həmin görüşlərdən, məşhur simalarla ünsiyyətdən nələrsə deputatların yaddaşında ilişib qalır. Bu, gözləmədikləri hadisə, maraqlı […]

Qənirə Paşayeva Aprel zəfəri şəhidlərinin ailələri ilə görüşüb – FOTOLAR

Millət vəkili Qənirə Paşayeva Aprel zəfəri şəhidlərinin ailələri ilə görüşüb. Aprel zəfəri şəhidlərinin ailələri ilə görüşdə millət vəkili şəhidlərimiz kimi, onların anaları, xanımları, övladları da bizim üçün çox qiymətlidir və onlar bütün məclislərdə bu gün burada olduğu kimi xüsusi diqqətimizdə olmalıdır deyib və şəhidlərimizin və onların ailələrinin qəhrəmanlığından geniş danışıb. […]

General Mayis Bərxudarov: “Lələtəpədən Zəngilana gedən yolu nəzarətimizdə saxlayırıq” – MÜSAHİBƏ

“Döyüşlərdən öncə digər istiqamətdə Lələtəpə yüksəkliyinə qədər olan ərazini görürdük, lakin geri bölgəni görə bilmirdik. Amma bu gün Lələtəpədən duraraq Cəbrayıl rayonunu, Qubadlının bəzi dağlarını, hətta Zəngilana gedən yolu – böyük əməliyyat sahəsini – atəşin təsir edə biləcəyi sahəni nəzarətimizdə saxlaya bilirik. Bu isə ondan xəbər verir ki, gələcək əməliyyatlarda […]

Türkiyə-Rusiya-İran üçlüyünə qarşı Səudiyyə-İsrail-ABŞ bloku yaradılır

“Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi üçün İrana qarşı ittifaqda köhnə düşmənçiliklər, hətta dini fərqliliklər arxa plan keçir; Səudiyyənin gələcək kralı bunun üçün Fələstini İsrailə satmağa belə, hazırdır” Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Yaxın Şərq kartlarını qarışdırmaq niyyətindədir. Bütün bunların nəyə gətirib çıxara biləcəyi Almaniyanın “Tagesspiegel” qəzetinin icmalçısı Tomas Zaybertin məqaləsində qələmə alınıb. […]

Yunanıstan Türkiyəyə MEYDAN OXUDU: “Əsgərlərimizi göndərdik, cəsarətiniz varsa…”

Yunanıstan və Türkiyə arasındakı gərginlik hər keçən gün artmaqdadır. Turkustan.info “Haber7” saytına istinadən xəbər verir ki, Yunanıstanın müdafiə naziri Panos Kammenos sonuncu bəyanatı ilə Türkiyəyə meydan oxuyub. Türkiyəni “Yunanıstanı təxribata çəkməyə davam edən düşmən” adlandıran yunan nazir Egey dənizindəki adalara və Türkiyə ilə sərhəd bölgəsinə 7 min əsgər göndərdiklərini bildirib. “Cəsarətləri […]

Azərbaycanlı oğlanlar erməni qızın BAŞINA OYUN AÇDI – VİDEO

Nadir Qafarzadənin “Maral”ını erməni xalq mahnısını kimi təqdim edən Anjelika Abramyan adlı vizajisti azərbaycanlı hakkerlər cəzalandırıb. Turkustan.info xəbər verir ki, paylaşdığı videoda “Maral” oxuduğu və onu erməni xalq mahnısı adlandırdığı üçün Nadir Qafarzadəni özündən çıxaran erməni qızın instaqram səhifəsini yerli hakkerlər ələ keçirib. Hakkerlər onun paylaşdığı videonu siliblər, həmçinin Azərbaycanla bağlı […]

“Rusiya ilə 300 illik müharibə davam edəcək” – ŞOK PROQNOZ

Ukrayna və Rusiya arasında müharibə artıq 300 ildir davam edir. Turkustan.info xəbər verir ki, bunu “112 Ukrayna” telekanalının efirində müvəqqəti işğal edilmiş ərazilər üzrə nazir müavini Yuri Qrimçak deyib. Məmur vurğulayıb ki, Rusiya əvvəlki kimi Ukrayna ərazisində qeyri-stabillik yaratmağa çalışır. Qrimçak Rusiyanın 2014-cü ildə hazırladığı “Troya” əməliyyatını xatırladıb. “Ölkə daxilində vəziyyəti […]

Generalın həbsdə olan oğlu qərardan narazıdır: “Əvvəlcə sürücü məni söydü”

Avtobus sürücüsünü döyən general oğlu yenidən məhkəmə önünə çıxarılıb. Turkustan.info Musavat.com-a istinadən xəbər verir ki, Bakıda xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov aldığı cəzadan narazı qalıb. Binəqədi rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilən general oğlu apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır. Məhləmədə zərərçəkmiş, avtobus sürücüsü […]

Bakıda süpürgəçilərə yeni geyim paylanıldı

Bakı şəhərində təmizlik işləri aparan şəxslər üçün yeni geyim hazırlanıb. Turkustan.info xəbər verir ki, bunu “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov qeyd edib ki, yeni geyimlər Daxili İşlər […]

Attestat ala bilməyənlər üçün YENİ ŞANS

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şəxslər üçün 15-16 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək. Turkustan.info bildirir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuPost-a verilən məlumata görə, qeydiyyat və sənəd qəbulu 5-30 aprel tarixlərində (yalnız iş günləri saat 14:00-dan 17:30-dək) Bakı Şəhəri üzrə Təhsil İdarəsində […]

Millət vəkili ölən süpürgəçi qadının övladlarına baş çəkdi, icra başçısı isə ev tikməyə söz verdi – FOTOLAR

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə magistral yolu təmizləyərkən avtomobil qəzası nəticəsində həyatını itirən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçisi Cəmilə Salahovanın iki körpə qız övladı Zümrüd və Jalə Məmmədovalar yetim qaldı. Ataları da illər öncə onları tərk etdiyindən hazırda qızlar xalaları Tünzalə Salahovanın himayəsindədirlər. […]

Ordumuz dünyada neçənci yerdədir? – Yeni reytinq

2017-ci ilin nəticələrinə görə, Azərbaycan dünyanın 58-ci ən güclü ordusuna sahibdir. Turkustan.info xəbər verir ki, bu nəticə Qlobal Atəş Gücü şirkətinin hazırladığı reytinq cədvəlində yer alıb. Yeni reytinq cədvəlində Azərbaycan keçən il tutduğu mövqeni dəyişməyib. Bu göstəricisinə görə ölkəmiz Cənubi Qafqazda lider, postsovet məkanı ölkələri arasında beşinci yeri tutub. Belə ki, […]

Sürücülərin DİQQƏTİNƏ: VƏSİQƏLƏRİNİZ DƏYİŞDİRİLİR

Dünən “AvtoStop” verilişinin aparıcısı “Facebook” səhifəsində Azərbaycanda verilən sürücülük vəsiqəsinin xarici ölkələrdə etibarlı olmaması barədə status yazmışdı. Turkustan.info ölkə.az-a istinadən xəbər verir ki, Turalın statusu sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bir neçə saat sonra isə, Bakı Dövlət Yol Polisinin rəsmisi “AvtoStop” verilişinə məsələ ilə bağlı rəsmi açıqlama verib. Açıqlamaya əsasən, Vyana […]

Zeynəb Xanlarova ilə bağlı 60 illik SİRR AÇILDI – VİDEO

Əməkdar artist, xanəndə Süleyman Abdullayev tələbə yoldaşı dünyaşöhrətli sənətkar, xalq artisti Zeynəb Xanlarova ilə bağlı maraqlı faktlar açıqlayıb.  Turkustan.info bildirir ki, Yenicag.az-a danışan S.Abdullayev 60 illik sirlərini bölüşüb: “İlk dəfədir ki, bunu sizə danışıram, Zeynəb özü də oxusa kövrələcək. 1960-70-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində Seyid Şuşinskinin sinfində oxuyanda, […]

Əziz Orucov azadlığa buraxıldı

Bu gün Ali Məhkəmədə “Kanal 13” İnternet Televiziyasının rəhbəri Əziz Orucovun kassasiya şikayətinə baxılıb. Vəkili Cavad Cavadov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Ə.Orucovun ittiham edildiyi qanunsuz sahibkarlıq (192-ci maddə) maddəsinə xitam verilib və bu epizod üzrə günahı olmadığı bildirilib. Cinayət Məcəlləsinin 308-2-ci maddəsi üzrə […]

Ağstafa stansiyasının yolları təmir olunacaq

Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Turkustan.info-ya verilən xəbərə görə,  Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Aprelin 6-da Ağstafa stansiyasında 2,2 km baş yolların əsaslı təmirinə başlanılacaq. Təmir işləri 2 gün davam edəcək. Əsaslı təmir işlərini […]

3 prezident Qarabağ münaqişəsinə də “əl uzadacaq”? – POLİTOLOQ ŞƏRHİ

“Rusiya prezidenti Vladimir Putin 3-4 aprel tarixlərində Ankarada səfərdə oldu. Səfərin iki məqsədi var idi. Birinci məqsəd Türkiyədə atom elektrik stansiyasının tikintisinə start vermək, ikinci məqsəd Rusiya-Türkiyə-İran formatında Suriyadakı vəziyyəti müzakirə etmək idi”. Turkustan.info xəbər verir ki, bunu“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Putin 18 mart […]

AMEA-da təxribat, yoxsa şəxsi-qərəzlik?

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynova qarşı təzyiqlər davam edir.“ Turkustan.info xəbər verir ki, saytımızda AMEA-nın kağız üzərində apardığı “qazıntı”ya etiraz edən alimə qarşı “HÜCUM”” başlıqlı yazıdan sonra institutun elmi işçisi Səbuhi Hüseynovun həyat yoldaşı Gülüstan İsayevaya da qarşı həm mənəvi, həm də fiziki təzyiqlərə məruz qalıb. Səbuhi […]

Ana hamı üçün anadır: Bala kərgədan həkimləri qovmaq istədi – VİDEO

Xəstə ana kərgədan isə sakit uzanaraq nə həkimlərə, nə də öz balasının onlara hücum etməsinə reaksiya verməyib  Balaca kərgədanın xəstə anasını müalicə edən həkimlərlə mübarizəsinin videogörüntüsü yayılıb. Turkustan.info xarici mətbuata istinadla xəbər verir ki, videoda baytarların ana kərgədanın zədə nəticəsində çıxmış barmağını yerinə salması görünür. Onların bu əməliyyatı bala kərgədanın xoşuna gəlmir. […]

Türkiyənin NATO-dakı və NATO-nun İncirlikdəki taleyinə aydınlıq gətirildi

ABŞ Müdafiə Nazirliyindən Türkiyəyə yönəlik mühüm açıqlama verildi “Türkiyənin NATO-dakı əhəmiyyətli üzvlüyü və İncirlikdəki hərbi hava bazasının NATO üçün önəmli rolu davam edir”. Turkustan.info “Milliyet”ə istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Coni Maykl (Johnny Maykl) deyib. O, ABŞ-ın İncirlik bazasında yerləşən bir silah anbarını başqa ölkəyə daşıması ilə […]

Avropaya köçən bəzi azərbaycanlılar dinini dəyişir

Avropa ölkələrinə üz tutan mühacirlər arasında dinini dəyişənlər az deyil. Bu sırada azərbaycanlıların da olduğu deyilir. Bəziləri səmimi olaraq İslamdan imtina etsə də,  ancaq oturum almaq üçün bu cür  addım atanlar da var. İsveçrədə mücirə həyatı yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli də bu haqda məlumat verib. “Almaniya mətbuatı yazır ki, […]

Elman Rüstəmovun 750 milyonluq sükutu

Bu səssizliyin arxasında biznes maraqlarının dayandığı iddia olunur Azərbaycanda bir sıra məmurlar var ki, barələrində mətbuatda gedən məlumatlara çox həssas yanaşırlar. Hər hansı bir məlumat yayılan kimi reaksiya verir, onun doğru olub-olmadığına aydınlıq gətirirlər. Bu, bir çox hallarda yazılan məlumatların həqiqət payını müəyyənləşdirməyə imkan verən bir haldır: məlumat yanlış olduqda […]

Putin Kim Çenə nə təklif edib? – ABŞ kəşfiyyatı

Şimali Koreya lideri Kim Çen İn Rusiyaya gəlməsi ilə bağlı Moskvadan dəvət alıb. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Milli Kəşfiyyatının direktoru Dsniel Kots deyib. “Düşünmürəm ki, biz hazırda söhbətin getdiyi konkret mərhələlər haqqında məlumatlıyıq. Biz bilirik ki, o, Çinə Szinpinlə danışıqlar üçün getdi. Biz onun Rusiyaya dəvət edildiyini […]

ABŞ Putinin dostlarına qarşı sanksiyalar tətbiq edir

Rəsmi Vaşinqton həftənin sonuna qədər bir sıra rusiyalı biznesmenə qarşı sanksiya tətbiq edəcək. Turkustan.info-nun xəbərinə görə, bu barədə “Reuters” etibarlı mənbələrə istinadən yazır. Bildirilir ki, “Vladimir Putin və Rusiya hökumətinə yaxın iş adamlarına” qarşı sanksiyalar barədə cümə axşamı, aprelin 5-də elan ediləcək. Ağ ev və ABŞ Maliyyə Nazirliyi məsələyə şərh […]

Süpürgəçi qadının “hekayəti”

Hər kəsin içində bir Allah nuru vardır. Onun adı VİCDANDIR… Lev TOLSTOY Həyatımız boyu bir çox gözlənilməz hadisəylə qarşılaşa bilərik. Bu hər zaman mümkündür. Bəzən ölümlə həyat, xoşbəxtliklə bədbəxtlik arasında bir saç tükü qədər məsafə olur. İnsan beşikdən məzara qədər daim bir çox şeylə- xəstəliklə, yoxsulluqla, paxıl insanlarla mübarizə aparır. […]

Azay Quliyev ABŞ və Fransanı sərt dillə qınadı – FOTOLAR

Azay Quliyev ABŞ və Fransa rəsmilərini separatçı rejimlə qanunsuz əlaqələrə görə qınadı: Helsinki aktının kobud şəkildə pozulmasıdır.  ATƏT PA-nın vitse-prezidenti Fransa və ABŞ rəsmilərinin Dağlıq Qarabağ separatçıları ilə qanunsuz əlaqələrini və onların səfərlərinin təşkil etmələrini Helsinki aktının kobud şəkildə pozulması və vasitəçiliyik missiyası ilə bir araya sığmayan pozuntu kimi qiymətləndirib. […]