Gün: Aprel 6, 2018

Mahmudovun pulları və hesabları: Latviya bankları qapılarını korrupsionerlərin üzünə bağlayır

Latviya bankları ABLV Bank ətrafında yaranan qalmaqaldan sonra xarici əmanətçilərə dair tələblərini sərtləşdirməyə başlayıb. Turkustan.info xəbər verir ki, ölkənin 5 ən iri bankından biri olan “Rietumu banka” may ayından etibarən 4 mindən yuxarı xarici korporativ müştərinin hesablarını bağlayacağını elan edib. Bu, bankın xarici əmanətçilərinin üçdə ikisindən çoxdur. Xəbər verildiyi kimi ABŞ-ın […]

Qəddafinin tərcüməçisi ŞOK DETALLARI açıqladı: “Sarkozini prezident edən sənəd…”

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin tərcüməçisi Miftaxı Missurin onun Fransanın sabiq prezidenti Nikolya Sarkozinin seçki kampaniyasını necə maliyyələşdirdiyindən danışıb. Onun sözlərinə görə, 2005-ci ildə Fransanın o vaxtkı daxili işlər naziri Nikolya Sarkozi Liviyaya səfəri zamanı bu barədə Qəddafi ilə söhbət edib. Turkustan.info xəbər verir ki, Qəddafinin şəxsi tərçüməsinin sözlərinə görə, N.Sarkozi […]

Ermənistan Azərbaycanla sərhədə “İsgəndərləri” göndərməyi planlaşdırır

Bakı Yerevanın Azərbaycanla sərhəddə “İsgəndər” komplekslərini yerləşdirmək planları ilə bağlı informasiyanı araşdıracaq. Turkustan.info xəbər verir ki, bunu Azərbaycanın XİN-i Elmar Məmmədyarov bildirib. “Bu informasiyanın hərtərəfli araşdırılması tələb olunur” deyə E.Məmmədyarov “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi  açıqlamada qeyd edib. Xatırladaq ki, bundan əvvəl Ermənistanın MN-i Viqen Sarkisyan, Yerevanın silah tədarükü baxımından Rusiyalı tərəfdaşları ilə […]

Elza Seyidcahan: “Növbəti seçkilərdə deputatlığa namizəd olacağam”

“Növbəti seçkilərdə deputatlığa namizəd olacağam” Turkustan.İnfo xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan deyib.  O, növbəti seçkilərdə namizəd olacağını bildirib: “Deputatlığa namizəd ola bilərəm. Hələ cavanam, gücüm var. Dövlətimizi, prezidentimizi, xalqımızı sevirəm. Niyə də olmasın? Təbii ki, hər şeyi gələcək göstərəcək”.   /Minval.İnfo/

Rusiyanı kimlər “yandırır”?- İZLƏR

Son günlər Rusiyada baş verən yanğın hadisələri təsadüfə oxşamır. Bir müddət öncə Kemerovodakı ticarət mərkəzində çoxu azyaşlı olmaqla 64 nəfərin həlak olması ilə nəticələnən yanğın baş verdi. Cinayət işi çərçivəsində yanğının baş verdiyi binanın icarədarı  və mərkəzə xidmət edən idarəetmə şirkətinin rəhbəri də daxil olmaqla dörd nəfər saxlanıldı.  Bundan əvvəl […]

Dünya üçün ən böyük TƏHLÜKƏ açıqlandı

Dünya iqtisadiyyatı üçün ən böyük təhlükə açıqlanıb.  Turkustan.info xəbər verir ki, ekspertlər bu təhlükənin Çin və ABŞ arasındakı ticarət savaşı olduğuna dair ortaq fikirdədirlər. Bu barədə CNBC telekanalı Amerikanın investisiya bankı olan “JP Morgan Chase International”ın İdarə Heyətinin sədri Ceykob Frenkelə istinadən xəbər yayıb. “Biz 1931-ci il böhranını xatırlamalıyıq. Amerikada işçi […]

Aprelin 12-də ilin ən güclü təlatümü olacaq və… – Azərbaycanlı ALİM AÇIQLADI

Biz Günəşdəki dəyişiklikləri NASA-nın saytından izləyə bilirik. Müşahidələrimizə görə, hazırda Günəşdə vəziyyət stabildir. Aprelin 12-də zəif həyəcanlaşma gözlənilir, həmin günlərdə vəziyyət qırmızı xətlə göstərilir. Turkustan.info bildirir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından direktoru Namiq Cəlilov Publika.az-a aprel ayında Günəşdə güclü qasırğaların olacağı xəbərlərini şərh edərkən deyib. N.Cəlilovun sözlərinə […]

İraq sərhədində partlayış: 2 türk əsgəri şəhid oldu

Türkiyənin İraqla sərhədində yerləşən Çukurca qəsəbəsinin Şəntəpə hərbi bazasının ərazisində terrorçular tərəfindən yerə döşənən partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 hərbçi yaralanıb, 1-i isə yaralanıb. Turkustan.info xəbər verir ki, bu barədə “Hüriyyət” məlumat yayıb. Bildirilib ki, partlayış hərbçilərin ərazidən keçidi zamanı baş verib. Bölgədə genişmiqyaslı əməliyyatlar başladılıb.   /Axar.az/

Prezident büdcədən 12 milyon ayırdı

Prezident İlham Əliyev aprelin 6-da “Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait […]

Aprelin 10-u Azərbaycanda “sükut günü”dür

Aprelin 11-nə təyin edilən Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar aprelin 10-u, növbəti həftənin çərşənbə axşamı “sükut günü”dür. Turkustan.info xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır. Seçkiqabağı təşviqat aprelin 10-da saat 08:00-da dayandırılacaq. Xatırladaq […]

İlham Əliyev 2 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Salman Musayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında dini-mənəvi dəyərlərin qorunub saxlanmasında xidmətlərinə görə Salman Musa oğlu Musayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. *** Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Lənkəran […]

Akademik bütün jurnalistlərdən üzr istədi – “O gün çox əsəbi idim”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun martın 30-da Modern.az-ın hava şəraitilə bağlı suallarını cavablandırmaq əvəzinə bütün jurnalistləri təhqir edərək, “küçük” adlandırması bir həftədir ki, mətbuatın və sosial şəbəkələrin gündəmindən düşmür.    Bu gün akademik daha bir açıqlama yayaraq, bildirib ki, guya onu yuxudan oyadıb “pardon”suz açıqlama […]

Xanımların diqqətinə! – Bakıda manyak “ginekoloq”lar peyda olub – FOTOLAR

Son zamanlar internetin verdiyi imkanlardan müxtəlif fırıldaqçılıq əməlləri üçün istifadə edənlərin sayı artmaqda davam edir. İndi də bəzi şəxslər xanımlara ginekoloji məsləhət verdiklərini və ya masaj xidməti təklif etdiklərini iddia edərək xanımları aldatmağa başlayıblar. Belə ki, “İnstagram” sosial şəbəkəsində ginekoloq adı ilə qeydiyyatdan keçən bəzi şəxslər istənilən məsləhət üçün onlarla […]

Ziya Məmmədovun qudası yola salınır: “Vurulma” növbəsi Heydər Əsədova çatdı

Kənd təsərrüfatının inkişafdan qalması ölkə iqtisadiyyatına  təsir göstərən başlıca amillərdən biridir. Baxmayaraq ki, dövlət bu sahənin inkişafını prioritet elan edib və ötən iki il ərzində kifayət qədər maliyyə vəsaiti ayırıb. Ancaq aqrar sektordan gözlənilən nəticələr əldə edilməyib. Bəs problem nədədir? Niyə bu qədər münbit şərait və və potensiala malik olan […]

Afaq Aslan sevgilisi “Lotu Quli” üçün… – Müsahibə

“Bədənim bu şəhərdədir, ruhum başqa şəhərdə. Elə gün gələcək ki, həmişəlik uçacam”. Turkustan.info “Publika.az”a istinadən xəbər verir ki, bu sözləri müğənni Afaq Aslan “İnstagram” səhifəsində qeyd edib. Türkiyəyə köçməyə hazırlaşdığı deyilən müğənni məsələ ilə bağlı fikirlərini bölüşüb. – Afaq xanım, “Bədənim bu şəhərdədir, ruhum başqa şəhərdə. Elə gün gələcək ki, mən də […]

ADAU tələbələri Yeni Zellandiyalı mütəxəssislə birgə müayinə aparırlar

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələrin praktik bilik və bacarıqlarının inkişaf etdirilməsi  daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində universitetdə çalışan Yeni Zelandiyalı mütəxəssis, doktor Brain Milestone fakültənin aparıcı müəllimləri və “baytarlıq” ixtisası üzrə təhsil […]

Sərkisyanın planı: “İrəvanda erməni qalmayacaq”

Ermənistan əhalisi 2040-ci ildə, Serj Sərkisyanın dediyi kimi, 4 milyon nəfərə çatmayacaq. Turkustan.info xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında Ermənistanın müxalif Yelk Blokundan olan deputat Ararat Mirzoyan deyib. “Bunların hamısı yalan və boş yerə verilmiş vədlərdir. O, əvvəldən bilir ki, vəd verdiyi heç nə yerinə yetirilməyəcək. Serj Sərkisyan və […]

Ərdoğan-Putin layihəsinin Qafqaza təsiri – Martınov

Rusiyanın Türkiyədə “Ağquyu” nüvə elektrik stansiyasını tikməsi yalnız iqtisadi deyil, həm də siyasi layihədir. Enerji sahəsində ən böyük rus-türk layihəsi olan “Ağquyu” “Rosatom”un inşa etdiyi ən böyük nüvə elektrik stansiyası və bütün Avrasiya məkanında ən böyüklərdən biri olacaq. Turkustan.info xəbər verir ki, bu sözləri rusiyalı politoloq Aleksey Martınov söyləyib. “Həm Rusiya, […]

Ərdoğanın ABŞ-da erməniləri döyən mühafizəçiləri azadlığa buraxıldı

ABŞ-ın Kolumbiya dairəsi üzrə ali məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ilin mayında Vaşinqtona səfəri zamanı erməniləri və terrorçu PKK tərəfdarı olan kürdləri döyən iki türk vətəndaşı barəsində hökm oxuyub. Turkustan.info xəbər verir ki, Ərdoğanın iki mühafizəçisi olan Əyyup Yıldırım və Sinan Narin həbsdən buraxıldıqdan sonra üç il ərzində […]

Birinci demokratik respublikanın əsasını qoyanlar bugünkü Azərbaycanı görə bilsəydilər, onlar bizim ölkəmizlə fəxr edərdilər – Prezidentlə MÜSAHİBƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibə verib.Turkustan.info  AZƏRTAC-a istinadən həmin müsahibəni təqdim edir. -Cənab Prezident, İlham Heydər oğlu, Sizinlə görüşmək imkanına görə çox sağ olun. Biz Sizinlə Azərbaycanda prezident seçkilərinə bir neçə gün qalmış görüşürük. Bu beş ilə yaxın müddət çox […]

Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti

Araz Aslanlı, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi 2018-ci il Azərbaycan üçün digər vacib məqamlarla yanaşı həm də Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ili deməkdir. Təxminən 1 il əvvəl, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında”16 may 2017-ci il tarixli sərəncamda qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin 100 […]

Bişkekdə Mir Cəlalın 100 illiyi qeyd olundu – FOTOLAR

4 aprel 2018-ci ildə Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi və Azərbaycanın bu ölkədəki Səfirliyimizin birgə təşkilatçılığı ilə Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrında görkəmli Azərbaycan ədibi və mütəfəkkiri Mir Cəlalın 110 illiyi münasibətilə təntənəli yubiley gecəsi və qala-konsert keçirilib. Qırğız Respublikasının A.Maldıbayev adına […]

Prezidentdən məmur özbaşınalığı ilə bağlı XƏBƏRDARLIQ

“Mən regionlarda çox tez-tez oluram. İlk vaxtlar yerli rəhbərlər fikirləşirdilər ki, Prezident gəldi, tapşırıqlar verdi, bir də haçan buraya gələcək. Mən isə yarım ildən sonra bir də, daha yarım ildən sonra bir də gedirdim”. Turkustan.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini […]

Elşad Mirinin qadağan olunan kitabı Türkiyədə çapdan çıxdı – FOTOLAR

İlahiyyatçı Elşad Mirinin çapı qadağan olunmuş “İslamda yoxdur” kitabı çapdan çıxıb. Turkustan.info xəbər ki, bu barədə ilahiyyatçı özü məlumat verib. Elşad Miri bildirib ki, ölkəmizdə qadağan olunan kitabı Türkiyədə çapdan çıxıb: ” “İslamda yoxdur” adlı kitabım Tükiyənin İstanbul Yayınları tərəfindən çapdan çıxdı. Bu işdə əməyi keçən bütün dostlarıma dərin təşəkkürlərimi bildirirəm. […]

Ərdoğan “bitdi” demişdi – ABŞ-dan Ankaraya SENSASİYALI TƏKLİF

Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksinin almaqdan imtina etdirməyə çalışan ABŞ-ın Ankaraya sürpriz bir təklif etdiyi ortaya çıxıb. Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki,  ABŞ “Patriot” hava hücumundan müdafiə sisteminin Türkiyəyə satışı, birgə istehsalı və modernləşdirilməsini nəzərdə tutan “niyyət memorandumu”nun layihəsini Ankaraya təqdim edib. Layihəni Ankaraya ötən həftə ABŞ Dövlət Departamentində […]

Bakıda intihar – Özünü 11-ci mərtəbədən yerə atdı

Bakıda 35 yaşlı kişi intihar edib. Turkustan.info “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Məlumata görə, 1983-cü il təvəllüdlü Anar Bəxtiyar oğlu Cəbrayıllı özünü Məhəmməd Hadi küçəsində yerləşən 16 mərtəbəli binalardan birinin 11-ci mərtəbəsindən ataraq intihar edib. Faktla bağlı araşdırma aparılır.

Tütün çəkmək üçün ayrılmış yerlərlə bağlı tələblər

Nazirlər Kabineti tərəfindən “Tütün çəkmək üçün xüsusi ayrılmış yerlərə dair Tələblər” təsdiq edilib. Turkustan.info xəbər verir ki, tütün çəkmək üçün xüsusi ayrılmış qapalı yerlər (bundan sonra – xüsusi qapalı yerlər) yalnız tütün çəkənlər üçün nəzərdə tutulur.  Bu yerlər aşağıdakı tələblərə cavab verməlidir: 1. xüsusi qapalı yerlər bina daxilində insanların ümumi gediş-gəliş […]

Bakıda satılan suvenir – Xəritədə Qarabağ yoxdur – FOTOFAKT

Paytaxt Bakıda turistlərə satılan süvenirdə əksini tapan Azərbaycan xəritəsində Qarabağ ərazisi təsvir edilməyib. Turkustan.info bildirir ki, bu barədə tanınmış jurnalist Sənan Nəcəfov məlumat yayıb. Fotonu paylaşan S.Nəcəfov bunu xəyanət adlandırıb. Mədəniyyət və Turizm Nazirliyindən “Kult.az”a bildirildi ki, artıq araşdırma başlayıb və qısa müddətdə araşdırmanın nəticəsi elan olunacaq. Mövzu diqqətdə saxlanılır.

Azərbaycanlı cütlük sevginin əngəl tanımadığını sübut etdi

“Biz ailə həyatı quracağıq və sübut edəcəyik ki, sevgimiz əngəlləri aşmağa nail oldu”  Bəzən ümidsizliyin içində cücərər bir tumurcuq. Bəzən tam bitdi deyərkən başlayar həyat. Biri gələr, əlindən tutub, ayağa qaldırar ümidlərini. Biri gələr, hiss etdirər sənə dəyərli olduğunu. Onu tanıyana qədər yaşadığın acıları da unudarsan, hətta özünü də. Sevərsən […]

İŞİD-in Avropaya qayıtmaq xəbərdarlığı: Bakı da hazırlıqlı olmalı

Arzu Nağıyev: “Azərbaycanın şimal sərhədləri daha güclü mühafizə olunmalıdır” “İŞİD Suriya və İraqda məhv edildikdən sonra terrorçuların Afrikada aktivliyi artıb, cihadçılar Avropa və Asiyaya geri qayıdırlar”. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada keçirilən beynəlxalq təhlükəsizlik üzrə konfransda çıxışı zamanı  belə deyib.  Göründüyü kimi, Sergey Şoyqu İŞİD-in Avropa və Asiya qitələrinə […]

Azərbaycanın Qarabağ şərti – Prezident açıqladı

“Konkret fəaliyyət gözləyirik” “Qarabağ probleminin tənzimlənməməsinin başlıca səbəbi ondan ibarətdir ki, Ermənistan status-kvonu dəyişmək istəmir. Ermənilər sözdə danışıqlar aparmaq arzusunu bildirir, əslində isə danışıqları imitasiya etməklə məşğul olur və əllərindən gələni edirlər ki, hər şey dairə boyunca təkrarlansın və bu prosesin sonu olmasın. Bu isə istər bizim üçün, istərsə də […]

Azərbaycan Aşıqlar Birliyinin Aşıq Şəmşirlə bağlı planları var

Bu il Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, respublikanın əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyi tamam olur. Bununla bağlı prezident İlham Əliyev sərəncam verib. Azərbaycan  Aşıqlar  Birliyinin sədri  Məhərrəm Qasımlı Modern.az saytına görüləcək işlərdən danışıb: “Biz Aşıq Şəmşirin 125 illiyi ilə bağlı artıq böyük bir tədbirimizi […]

ABŞ-dan Türkiyəyə gündəmi dəyişəcək sürpriz

Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemlərini almaqdan imtina etdirməyə çalışan ABŞ rəhbərliyinin Ankaraya sürpriz bir təklif təqdim etdiyi ortaya çıxıb. Turkustan.info xəbər verir ki, ABŞ rəhbərliyi “Patriot” hava hücumundan müdafiə sistemi ilə bağlı ortaq istehsal və ortaq inkişaf üsullarını özündə ehtiva edən bir “niyyət memorandum”unu Ankaraya təqdim edib. ABŞ Dövlət […]

Nazirlər Kabinetinin səlahiyyəti azaldıldı – Dəyişiklik

Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edib.  Turkustan.info-nun məlumatına görə,  Qaydaya əsasən, dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin yerli gəlir və xərclərinin tənzimlənməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin məbləği Nazirlər Kabineti tərəfindən 20 faizədək artırıla və yaxud yerli gəlirlərin proqnozuna nisbətən əlavə daxil olan vəsait qədər azaldıla […]

Ev almaq istəynlərin NƏZƏRİNƏ: “Güzəştli mənzil”lər SATIŞA ÇIXARILDI – QİYMƏTLƏR

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başlayır.  Turkustan.info-nun Trend-ə istinadən verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı 7 may 2018-ci il tarixində saat 10:00-da başlayacaq […]

“İlham Əliyevin adını qızıl hərflərlə Azərbaycanın tarixinə yazdıracağı gün uzaqda deyil”

Azərbaycanın növbəti onilliklərdə hərtərəfli inkişafının barometri hesab olunacaq taleyüklü prezident seçkilərindən bizləri sayılı günlər ayırır. Hətta telekanallarda artıq başa çatmış debatları izləmədən belə, sadəcə qeydiyyatdan keçmiş namizədlərin siyahısını qısaca nəzərdən keçirmək kifayət edər ki, Prezident İlham Əliyevin bu seçkilərdə böyük səs çoxluğu ilə qalib gələcəyi çılpaqlığı ilə görsənsin. İlham Əliyev […]

Dünya bu dəhşətli görüntülərdən danışır – Bu yenə də baş verəcəkmi..? – VİDEO

Afrikada Keniyanın cənub-qərbində meydana gələn nəhəng çat, Nairobi-Narok avtomagistralının bir hissəsinin zərər görməsinə səbəb olub. Elm adamları Keniyada yaranan çatı, Afrika qitəsinin ikiyə parçalanması kimi şərh edirlər. London Universitetinin tədqiqatçısı Lusiya Perez Diaz məqaləsində Afrika qitəsində baş verən həmin hadisəni açıqlayıb və hər ehtimalın dəyərləndirilməli olduğunu bildirib. Alimlər bu çatın getdikcə genişləndiyini və yaxın […]

Şəhid Etibar Əliyevin doğum günüdür

Bu gün Azərbaycan torpaqlarının azadlığı uğrunda canını fəda etmiş şəhid Etibar Allahverdi oğlu Əliyevin doğum günüdür. Etibar Əliyev 1975-ci ilin 6 aprelində anadan olub. 1994-cü ilə Azərbaycan torpaqlarının erməni qəsbkarları tərəfindən işğalına qarşı gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Hazırda təhsil aldığı 162 nömrəli tam orta məktəb şəhid Etibar Əliyevin adını daşıyır. […]