Gün: Aprel 7, 2018

“Günorta saat 1-də yuxudan dururlar və istəyirlər yaxşı yaşasınlar” – Hadi Rəcəbli

Milli Məclisin komitə sədri, deputat Hadi Rəcəbli ilə müsahibədən bir hissəni təqdim edirik: -Hadı bəy, Leyla Məmmədzadə yazır ki, sizi heç narahat etmirmi, 200 manat maaşla necə dolanırlar? – Leyla xanıma belə bir sual vermək istəyirəm. Azərbaycanda bütün adamlarmı 200 manat maaş alır? Axı Azərbaycanda hamı 200 manat maaş almır. […]

Ağcabədidə minlərlə sakininin təmiz su sevinci… JTI şirkəti Azərbaycanda səkkizinci su təchizatı layihəsi həyata keçirdi

Japan Tobacco International (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib. Bu barədə Turkustan.İnfo-ya şirkətdən verilən məlumatda bildirilir. Məlumatda daha sonra qeyd olunur ki, sayca doqquzuncu olan layihə Ağcabədi rayonunun Pərioğullar kəndində Mili Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Ağcabədi rayon icra hakimiyyəti ilə birlikdə […]

“Bu iftiralar hakimiyyəti və şəxsən məni ləkələmək məqsədlidir” – Əli Həsənovdan ETİRAZ

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sosial şəbəkələrdə milli mənəvi-əxlaqi dəyərlərə zidd kampaniyanın həyata keçirilməsində Azərbaycan hakimiyyətinin və özünün adının hallandırılmasına münasibət bildirib. APA-nın məlumatına görə, Ə. Həsənov deyib ki, son günlər virtual şəbəkədə milli mənəvi-əxlaqi  dəyərlərə zidd,  söyüş və təhqir dolu şərhlər, çıxışların təşkili ilə bağlı Azərbaycan hakimiyyətinin və […]

Səbuhi Xanlarov əqli məhdudiyyətli gənci ələ saldı, təhqir etdi – VİDEO 18+

Tez-tez kimisə ələ saldığı, hətta təhqir etdiyi videoları ilə gündəmə gələn, bəzilərinin “aktyor” adlandırdığı Səbuhi Xanlarov yeni video paylaşıb. Turkustan.İnfo xəbər verir ki, başqalarını ələ salmağı özünə əyləncə üsulu seçən Xanlarov bu dəfə əqli məhdudiyyətli gənci ələ salıb, alçaldıb və təhqir edib. Bu video sosial şəbəkələrdə sərt reaksiyaların yaranmasına səbəb olub. […]

DİQQƏT: Azərbaycandakı toyuq ətində TƏHLÜKƏLİ MADDƏ

Azərbaycan mətbəxində toyuq ətindən geniş istifadə olunur. Toyuq əti və yumurta son dərəcə doydurucu qidalardır. Toyuq əti sağlam qida sayılır. Amma bir şərtlə ki, bu ət keyfiyyət baxımından lazımi standartlara cavab versin. 2017-ci ildə Azərbaycanda toyuq əti istehsalı 17 faiz artıb. Bu artım əvvəlki illə müqayisədə 3 faiz çoxdur. Bunu […]

Dünyanın ƏN GÜCLÜ orduları: Azərbaycan da SİYAHIDADIR – FOTOLAR

Beynəlxalq hərbi qüvvələrin bilgilərini toplayan “Global Fire Power” 2018-ci ilin ən güclü hərbi gücə malik ölkələrinin adlarını açıqlayıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, siyahının tərtib edilməsi zamanı texnologiya baxımından inkişaf edən, insan gücü, meydanda uzun müddət qalma və hərəkət qabiliyyəti kimi 50-dən çox faktor nəzərə alınıb. Azərbaycan siyahının 58-ci pilləsində […]

Türkiyə İraqa qoşun yeritdi – Terrorçulara qarşı əməliyyatlar başladı

Türkiyə Silahlı Qüvvələri Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbil şəhərinə bağlı Sidekan nahiyəsindəki dağlara əsgərlər göndərib. Turkustan.info xəbər verir ki, bu iddia Ərbildə fəaliyyət göstərən “Rudav” qəzeti tərəfindən irəli sürüüb. Türkidəkan nahiyəsinin Şapan kəndinin nümayəndəsi Fariz Rəsulun verdiyi məlumata görə, Türkiyənin hərbi təyyarələri dünən gecədən bəri bölgəni bombalayır. Türkiyəyə aid 8 […]

“WhatsApp” dan YENİ FUNKSİYA

Wabetainfo” saytı “WhatsApp” messencerinin “Android” mobil əməliyyat sistemi üçün beta versiyasında yeni funksiyalar haqda məlumat verib. Turkustan.info xəbər verir ki, messencerin 2.18.71 versiyasına səsli mesajlarla bağlı iki yeni funksiya əlavə edilib. “Hi-tech.mail.ru” saytına istinadən yazır ki, indi uzun səsli mesajların yazılması vaxtı istifadəçi barmağını düymənin üzərinə sıxıb saxlamalı olmayacaq, barmağı sadəcə […]

Almaniyada dəhşət: Avtobus insanların üzərinə sürüldü – VİDEO

Almaniyanın Münster şəhərində naməlum şəxs mikroavtobusu insanların üzərinə sürüb. Turkustan.info xəbər verir ki, qəza nəticəsində 3 nəfər həlak olub. Almaniya mediası hadisənin turistlərin sıx toplaşdığı ərazidə baş verdiyini yazıb. Bəzi qəzetlər isə yaralıların sayının 30 nəfər olduğunu qeyd edib. Polis böyük etimalla hadisənin terakt olduğunu bildirib. *** Almaniyada yük avtomobilini […]

“Aprel zəfəri böyük qələbənin başlanğıcıdır” – FOTOLAR

Aprel döyüşlərinin ikinci ildönümü ilə bağlı tədbir keçirilib  Azərbaycan Beynəlxalq Dostluq Mərkəzinin təşkilatçılığı ilə “Aprel zəfəri – Böyük qələbəyə gedən yol” adlı tədbir keçirilib.  Aprel döyüşlərinin ikinci ildönümünə həsr olunmuş tədbirdə bu döyüşlərin iştirakçısı olmuş qazilər, ehtiyatda olan zabitlər, QHT təmsilçiləri iştirak edib. Tədbirdə çıxış edən Azərbaycan Beynəlxalq Dostluq Mərkəzinin sədri […]

Bəxtiyar Vahabzadənin oğlu: “15 aydır işsizəm”

“Hərbi zavodun açılışında Şahı 18 dəqiqə tərcümə elədim” Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu ilə kim həmsöhbət olmaq istəməz ki? Bu mənada Azərbaycanın Belarusdakı sabiq səfiri İsfəndiyar Vahabzadə redaksiyamıza telefon açıb “Sizin qəzetə danışmaq istəyirəm” deyəndə bunu sürpriz zəng olaraq qəbul etdik. Çöl-bayıra çıxmaqla o qədər də arası olmayan İsfəndiyar müəllimlə […]

Əsədə bağlı qüvvələr ABŞ ordusuna hücum etdi: 15 ölü, 26 yaralı

Əsəd rejiminin dəstəklədiyi Xalq Müqaviməti Təşkilatı ABŞ əsgərlərinə hücum edib. Turkustan.info xəbər verir ki, “Pravdareport.com” hücumun martın 30-da gerçəkləşdiyini yazıb. Təşkilat üzvlərinin ABŞ-a məxsus avtomobillərdən birini vurduğu və nəticədə altı ABŞ əsgərinin öldüyü vurğulanıb. Hücum zamanı 8 amerikalı hərbçi də yaralanıb. “Wargonzo” adlanan Teleqram kanalında isə təşkilatın eyni gün ABŞ […]

WhatsApp üçün 2 möhtəşəm YENİLİK GƏLDİ

WhatsApp son yeniləmə ilə iki yeni xüsusiyyətlə daha istifadəçilərlə görüşür. Turkustan.info xəbər verir ki, WhatsApp səs qeydi kilidi və tətbiqi içindən YouTube videosu oynatma xüsusiyyətləriylə tətbiq çox daha funksional hala gəlir. Bu yeni xüsusiyyətlər iOS üçün App Store-da təqdim edilib. Digər tərəfdən, Android istifadəçiləri bunlara hələlik yalnız Android beta versiyası […]

Avropa ikinci cəbhə açır: Türkiyəyə qarşı 7 min hərbçi göndərilir

Yunanıstanın milli müdafiə naziri Panos Kammenos bəyan edib ki, Türkiyə ilə sərhəddə nəzarət gücləndirilib. Egey dənizində, Evros rayonunda yerləşən adalara 7 min hərbi qulluqçu göndərilib. Nazirin sözlərinə əsasən, bu qərar Türkiyə ilə münasibətlərin pisləşməsindən sonra qəbul olunub:“Hazırkı vəziyyəti nəzərə alaraq, biz Egey dənizinə və Evrosa hərbçilər göndəririk. Yaxın günlərdə adalara […]

Feysbuk yoxlanışa start verir: Diqqətli olun

Feysbuk sosial şəbəkəsinin rəhbərliyi sosial şəbəkələrdə olan məşhur səhifələrin yoxlanışına başlayacaq.  Turkustan.info xəbər verir ki, məlumatı BBC yayıb. Məlumata görə, şirkətin əsas məqsədi saxta səhifələrin yayılmasına qarşı mübarizə aparmaqdır. “Bütün məşhur səhifələr yoxlanışdan keçəcək. Kiminsə səhifəsində hər hansı narazılıq yaranarsa, həmin şəxsə və ya səhifəyə mesaj yerləşdirmək qadağan olunacaq”.   /Realliqinfo.org/

Azərbaycanda QİÇS qurbanlarının sayı açıqlandı

Hazırda Azərbaycanda  qeydə alınmış  HİV-ə yoluxmuş insanların sayı 570 nəfər təşkil edir.   Turkustan.info xəbər verir ki, bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin rəhbəri Natiq Zülfüqarov “VİÇ-ə yoluxmuş insanlara qarşı diskriminasiya ilə mübarizədə KİV-in rolu” mövzulu tədbirdə çıxışında bildirib. Onun sözlərinə görə, yoluxmuş insanlardan 559-u Azərbaycan vətəndaşı, 11-i ölkədə yaşayan […]

Qayınata qızının ərinə aşiq oldu – ”Səni dəlilər kimi sevirəm…”

İstanbulda baş verən olay eşidən hər kəsin heyrətinə səbəb olub. Turkustan.info  Milli.Az -a istinadən xəbər verir ki, qayınata qızının yoldaşına aşiq olub, iddiaya görə hətta bunun üçün 3 yaşlı nəvəsindən də istifadə edib. M.K. ilə sevgilisi E.K. 2012-ci ildə evlənib və bir il sonra da bir qız uşaqları olub. Ancaq qısa zamanda cütlük arasında münaqişələr yaranmağa başlayıb. İddiaya […]

“Erməni-rus qoşun qruplaşmasını Qarabağa yeritsəm Putin mənə dayan əmri verə bilməz” – General Makaryan

Ermənistan-Rusiya birgə qoşun qruplaşması Qarabağda vəziyyətin gərginləşməsi halında ləngimədən tətbiq edilə bilər. Belə bəyanatla həmin qoşun qruplaşmasının komandanı, Ermənistan ordusunun general-mayoru Andranik Makaryan keçirdiyi mətbuat konfransında çıxış edib. Eyni zamanda Ermənistan ordusunun Naxçıvan və Türkiyə ilə sərhəd istiqamətinə cavabdeh olan 4-cü ordu korpusunun komandanı olan general Makaryan bildirib ki, Ermənistan-Rusiya […]

Deputat Orduxan Teymurxanı rinqə çağırdı

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Milli Məclisin İntizam komissiyasının sədri, 80 yaşlı deputat Ağacan Abiyev Hollandiyada yaşayan və Azərbaycan əleyhinə kampaniya aparan videobloqer Orduxan Teymurxanla döyüşmək üçün onu rinqə çağırıb.  Turkustan.info-nun sfera.az-a istinadən xəbərinə görə, deputat bildirib ki, Orduxan Teymurxan özünü idmançı kimi təqdim etsə də, onun idmanla heç bir əlaqəsi […]

Qənirə Paşayeva gənclərə çağırış etdi – Video+Fotolar

Millət vəkili Q.Paşayeva “ADA” Universitetində qəhrəman şəhidimiz polkovnik-leytenant R.Orucovla bağlı anım tədbirində gəncləri Azərbaycan həqiqətlərinin yayılmasında fəal olmağa çağırıb “ADA” Universitetinin Tələbə Şurası və “Aprel şəhidləri 2016: şəhid ailələrinə dəstək” İctimai Birliyinin birgə təşkil etdiyi anım tədbirində  çıxışı zamanı  millət vəkili Q.Paşayeva Aprel zəfərini xalqımıza yaşadan qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək […]

Baramada daha bir yenilik

Azərbaycanda müxtəlif xidmət növlərinin hədiyyə olaraq satışını təşkil edən ilk portal fəaliyyətə başladı Azercell Telekom və PAŞA Bankın dəstəyilə fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ölkədə sahibkarlığın inkişafına yönəlik layihələri davam edir. Belə ki, Barama Mərkəzində yaradılan startap və hazırda təklif etdiyi xidmət növünə görə ölkədə ilk və yeganə […]

“Türkiyə Azərbaycana kömək edərsə, biz nə edəcəyik?” – Ermənilər təlaş içində

Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması, bu günlərdə Ankaradan səslənmiş bəyanatlar erməni tərəfini ciddi narahat etməyə başlayıb. Buna erməni politoloqu Ayk Martirosyanın fikirləri şahidlik edir. Turkustan.info erməni KİV-nə istinadən xəbər verir ki, politoloq Martirosyan prezident Ərdoğanın və Putinin Ankara görüşünü şərh edərkən maraqlı məqamlara toxunub. O, qeyd edib ki, bu görüş Rusiya-Türkiyə münasibətlərinin […]

Nüfuz agentlərinin kütləyə təsiri: Yalnış yolda olan siyasətçilərin beyinləri necə işləyir?

Sənan Nəcəfov Sosial şəbəkələrdə son vaxtlarda başlanan söyüş yağışı, xaricdə yaşayanlardan bir qrupunun mənəviyyatsız davranışı, psixoloji basqılar, yersiz ittihamlar, təzyiqlərdə təkrarçılıq, ola bilsin ki, çoxlarına nizamsız hücum, yöndəmsiz fəaliyyət, başıpozuqların özfəaliyəti kimi gələ bilər. Amma əminliklə deyirik ki, bu sadalananlar nizamsız döyüş deyil, bu başıpozuq insanların çərənləməsi deyil, özünə imic […]

Rusiya-Ermənistan hərbi ittifaqına cavab: “Naxçıvanda Türkiyənin hərbi bazası qurulsun”

Azərbaycan və Türkiyə arasında hərbi-siyasi müttəfiqliyin daha da dərinləşdirilməsinə yönəlik çağırışlar intensivləşib. Turkustan.İnfo xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) xarici əlaqələr üzrə sədr müavini Mehti Eker bölgənin təhlükəsizliyi üçün Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əməkdaşlığın gücləndirilməsinə çağırıb. İki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi, xüsusilə hərbi […]

Bu layihəyə reallaşsa, Rusiya-Ukrayna savaşı başlayacaq

“Şimal axını-2” qaz kəmərinin istifadəyə verilməsi Rusiya hərbçilərini Ukraynaya genişmiqyaslı hücuma təhrik edə bilər. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bunu “Ukrayna milli təhlükəsizlik sistemində islahatlar” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı Ukrayna Radasının spikeri Andrey Parubiy deyib. “Şimal axını-2 birbaşa hərbi təhdidlər yarada, Rusiya hərbiçilərini Ukraynaya genişmiqyalı hücuma təhrik edə […]

Əsəd sazişi pozdu: ordu hücuma keçdi

Suriya ordusu Şərqi Qutanın Duma şəhərində Ceyş əl-İslam qruplaşmasına qarşı hərbi əməliyyata başlayıb. Turkustan.info xəbər verir ki, SANA agentliyi əməliyyatın başlanmasına səbəbin paytaxt Dəməşq ətrafındakı rayonların qruplaşma tərəfindən raket atəşinə məruz qalması olduğunu yazıb. Qruplaşmanın bir müddət əvvəl əldə edilən razılaşmanın şərtlərinə əməl etmədiyi və girov götürülən insanları buraxmadığı vurğulanıb. Qeyd […]

Bakıda subasma sahələri aktivləşdi – Nazirlik

Bakının subasma sahələrində vəziyyət açıqlanıb. Turkustan.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Binəqədi birinci mədən yaşayış sahəsində və Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında atmosfer yağıntılarının təsirindən aktivlik baş verib. […]

Türk polisi öldürən azərbaycanlı mafioz məhkəmə qarşısında – VİDEO

Türkiyədə 4 il türk polis zabiti Hüseyn İmrağı öldürməkdə ittiham olunan Azərbaycan vətəndaşı Mahir Şükürov hadisənin baş verdiyi yerdə istintaq araşdırmasına cəlb edilib. Turkustan.info “Sanalbasın” portalına istinadən xəbər verir ki, 41 yaşlı azərbaycanlı Mahir Şükürov Ədirnədə azərbaycanlı və rus mafiya üzvləri arasında baş vermiş silahlı qarşıdurmaya müdaxilə edən türk polisi, 33 yaşlı Hüseyn İmrağı ürəyindən vurularaq öldürməkdə […]

Deputat Prezidentin xəbərdarlığını təsadüf saymır: “Bəzi nazirlərin hətta köməkçisi adamı rədd edir”

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bir daha məmur özbaşınalığına toxunub. “Mən regionlarda çox tez-tez oluram. İlk vaxtlar yerli rəhbərlər fikirləşirdilər ki, Prezident gəldi, tapşırıqlar verdi, bir də haçan buraya gələcək. Mən isə yarım ildən sonra bir də, daha yarım ildən sonra […]

Yeni dünya müharibəsi başlasa, dəniz döyüşləri belə OLACAQ

ABŞ-ın hərbi dəniz qüvvələrində döyüş gəmilərinin arsenalını təkmilləşdirmək üçün xüsusi eksperimental komandalar təşkil olunub. Bu komandalar əsasən silah ekspertlərindən ibarətdir. Onlarn əsas fəaliyyət istiqaməti gəmiləri quru qoşunlarının silahları ilə təhciz etməkdir. Bu kimi silahlara artilleriya, radioelektron mübarizə qurğuları, raket yaylım atəşi sistemləri, hədəfə köklənən “ağıllı mərmilər” aiddir. Gəmilərin arsenalının genişləndirilməsi […]

Qədim Yunanıstanın qeyri-adi MÜALİCƏ ÜSULLARI – Hamilə qalmamaq üçün… – FOTOLAR

Məlum məsələdir ki, Qədim Yunanıstan yalnız filosofların vətəni deyil. Yunanıstan eyni zamanda çox mistik və mifologiya ilə zəngin tarixə məxsusdur. Bu ölkə qeyri-adi ənənələri ilə tarixə düşüb. Bəs görəsən, bu günə qədər tətbiq edilən bir çox təbabət, mifologiya, mistik ritualları qədim yunanlar haradan qazanıb? Onlar bunları hansı üsullarla aşkarlayıblar? Turkustan.info Qədim […]

Yer kürəsində BÖYÜK ÇAT – Qitələrdən biri iki hissəyə AYRILACAQ – FOTO+VİDEO

Afrika qitəsinin şərq istiqamətindəki ərazilərdə, daha dəqiqliklə desək, Keniyada meydana gələn sürüşmələr və torpaqda yaranan irimiqyaslı çatlar qitənin 2 yerə ayrılması ilə xarakterizə edilir. Turkustan.info xəbər verir ki, Afrika qitəsinin şərqində meydana gələn böyük çatların Afrika qitəsini iki hissəyə ayıracağına dair seminarlar keçirən London Universiteti məsələnin hansı səbəbdən yaranmasını araşdırır. Universitetdə […]

Hədəfimiz bu əraziləri Rusiyaya birləşdirməkdir – Separatçı

Donbas Rusiyanın bir parçası olmalıdır. Turkustan.info xəbər verir ki, bunu Donetsk separatçılarının “nazirlər şurasının” keçmiş sədri Aleksandr Boroday deyib. “Əslində indiyə qədər çox şey edilib. Donetsk və Luqansk “xalq respublikaları”nın yaradılmasından sonra nəzərdə tutulan yekun hədəfə hələ çatmamışıq. Bu hədəf təkcə Donbasın sərhədlərinə çatmaqdan ibarət deyil. Məqsəd bu regionları Rusiyanın bir […]

Nazirlər Kabinetinin ləğvi yenidən gündəmdə

Nazirlər Kabinetinin daha bir səlahiyyəti əlindən alınıb. Belə ki, qurum “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edib. Əgər əvvəllər dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin yerli gəlir və xərclərinin tənzimlənməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin məbləği Nazirlər Kabineti tərəfindən 20 faizədək artırıla və yaxud yerli gəlirlərin […]

Ermənilər Qafqazda “İkinci Qarabağ”a cəhd edir – Açıqlama

Ermənilər harada cəm halda yaşayırlarsa, orada mütləq separatizm meyilləri, milli üstünlük prinsipləri qabarıq şəkildə özünü göstərir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, əgər Sovet vaxtında Cavaxetiyaya muxtariyyət verilsəydi, bu ərazi də indi Cənubi Osetiya və Abxaziya kimi qondarma quruma çevriləcəkdi: “Ancaq Cavaxetiyaya heç […]

Adi noutbuk ekranını sensorluya çevirməyin asan yolu – VİDEO

ABŞ-ın Massaçusets texnologiya institutunun mühəndis qrupu adi noutbuk ekranını toxunuşa həssas ekrana çevirməyin sadə və ucuz yolunu tapıb. Turkustan.info xəbər verir ki, bu barədə “N+1” məlumat yayıb. Mühəndislərin təklif etdiyi vasitə adi qapı həncaması və ona bərkidilmiş güzgüdən ibarət  başlıqdır.  Kustar üsulla hazırlanan bu başlıq noutbukun veb kamerasına taxılır. Güzgü elə bucaq […]