“WhatsApp” dan YENİ FUNKSİYA

Wabetainfo” saytı “WhatsApp” messencerinin “Android” mobil əməliyyat sistemi üçün beta versiyasında yeni funksiyalar haqda məlumat verib.

Turkustan.info xəbər verir ki, messencerin 2.18.71 versiyasına səsli mesajlarla bağlı iki yeni funksiya əlavə edilib.

“Hi-tech.mail.ru” saytına istinadən yazır ki, indi uzun səsli mesajların yazılması vaxtı istifadəçi barmağını düymənin üzərinə sıxıb saxlamalı olmayacaq, barmağı sadəcə olaraq yuxarı “scroll” etməklə səsli mesaj yazmaq mümkün olacaq. Lakin səs yazısını istifadəçi özü dayandırmalı olacaq.

Digər bir yeni funksiya odur ki, indi səsli mesajı göndərməzdən öncə onu dinləmək və yalnız bundan sonra paylaşmaq mümkündür.   /A24.Az/

74 Baxılıb