Gün: Aprel 9, 2018

Donald Trampın yaxın saatlarda Suriya ilə bağlı qərar verəcəyi gözlənilir

ABŞ prezidenti Donald Tramp Suriyanın Duma şəhərində kimyəvi silahların istifadəsi ilə bağlı yayılan məlumatlarla əlaqədar 24-28 saat ərzində bu ölkənin hakimiyyətinə qarşı hərbi güc tətbiq edib-etməyəcəyinə dair qərar verəcəyini bildirib. Bu barədə “Report” TASS-a istinadən xəbər verir. “Bu, barbar, dəhşətli bir hücumdur. Bu baş verməməli idi. Biz aydınlaşdıracağıq ki, bunu […]

İbrahim Tatlısəsin Hadisəyə sataşdığı biabırçı kadrlar YAYILDI – VİDEO

İbrahim Tatlısəsin illər əvvəl onun “İbo Show” verilişində qonaq olan Hadisəyə sataşdığı biabırçı görüntüləri sosial şəbəkədə izlənmə rekord qırıb. Turkustan.info xəbər verir ki, müğənninin bu görüntüləri Yutubda 1 milyondan çox izlənib. Hadisə Türkiyədə yeni-yeni populyarlaşmağa başladığı dövrlərdə İbarhim Tatlısəsin verilişinin qonağı olmuşdu. İbo verilişdə Hadisədən sevgilisi olub-olmadığını soruşanda o, cavabında “Özəl […]

Türkiyədə öldürülən “qanuni oğru” kimdir?

Dünən axşam Türkiyədə qətlə yetirilən “qanuni oğru” 59 yaşlı Qayoz Zviadadze (Qiya Kutaisski) ilə bağlı bəzi məqamlar orta çıxıb. Turkustan.İnfo Lent.az-a istinadən xəbər verir ki, 59 yaşlı “qanuni oğru” dünən Antalyanın Kəmər qəbəsində oğlu Giga Zviadadze ilə birlikdə güllələnib. Hadisə avtoritetin evinin yaxınlığında baş verib. Qiya Kutaisski aldığı güllə yarasından ölüb, lakin […]

“Əgər hüquqlarımız bərpa edilməzsə, prezident seçkilərindən sonra özümüzü yandıracağıq”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti nəticəsində əziyyət çəkən şəxslərin etirazı davam edir. Turkustan.info bildirir ki, Şikayəti ilə Minval.info-a müraciət edən Sevda Süleymanova həyat yoldaşı Qüvvətəli Süleymanovun keçmiş MTN işçisi “Akula” ləqəbli Akif Mustafayev tərəfindən həbs elətdirildiyini bildirib. Sevda xanım söyləyib ki, 21 mart 2013-cü ildə həbs edilən həyat yoldaşı […]

“Üçüncü Dünya Müharibəsi MÜTLƏQ olacaq: ABŞ-ın əsas şəhəri raketlə vurulacaq və…”

Alois İrlmaier öz ölümü də daxil olmaqla bir çox mühim hadisəyə qarşı düzgün proqnozları ilə dünyada tanınır. Turkustan.İnfo Metbuat.az-a istinadən xəbər verir ki, almaniyalı mədənçi bir çox insan üçün düzgün proqnozlarına görə böyük bir dahi kimi qəbul edilib. Ölkəsində sehrbaz və şarlatan olmaqla günahlandırılan və 1959-ci ildə həyatını itirən İrlmaierin […]

Ermənistanın yeni prezidenti Qarabağda sülhə hazırdır

Bu gün vəzifələrinin icrasına başlamış Ermənistanın yeni prezidenti Armen Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu vacib sayır. Turkustan.info TASS-a istinadən xəbər verir ki, öz müsahibəsində prezident bildirib: “Artıq 25 ildən çoxdur ki, münaqişənin tənzimlənməsi üzrə danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində həmsədr ölkələr – Rusiya, ABŞ və Fransanın təklif etdikləri […]

İsveçdə Azərbaycan romanı

Vahid Qazinin “Çöl Qala“ romanı İsveçdə nəşr olunub. “Kirayənişinlər” (“Hyresgäster”) adı ilə “Diktonius Text” nəşriyyatında çapdan çıxan kitabı İsveç dilinə Umeo Universitetinin dosenti Səadat Kərimi çevirib. “Belə gözəl, təsirli hekayəti oxumağa imkan yaratdığınız üçün Sizə təşəkkür edirəm”. Bu sözləri kitabın naşiri, yazıçı Ulf Diktonius tərcüməçi Səadət Kərimiyə məktubunda yazıb. Bu, […]

Düşmən Qarabağda təxribat törətdi və itki verdi

Bu gün Qarabağda atəşkəs rejimini pozan erməni tərəfinə ordumuzun açdığı cavab atəşi nəticəsində bir erməni əsgər məhv edilib. Turkustan.info erməni mediasına istinadla xəbər verir ki, bu gün saat 14:20 radələrində Qarabağın cənub istiqamətində Ermənistan ordusunun əsgəri 1998-ci il təvəllüdlü Narek Gevorkoviç Arutyunyan məhv edilib. Qarşı tərəf araşdırma aparır.   /Axar.az/

Azərbaycanda satılan “dəvə qutabı”na nə əti vurulur? – “Biz kəsim üçün dəvə yetişdirmirik”

Abşeron mətbəxinin vazkeçilməz dadı sayılan dəvə qutabına Bakının müxtəlif yerlərində rast gəlmək mümkündür. Əsasən “Corat qutabı” kimi tanınan təam müxtəlif qiymətlərlə alıcılara təklif edilir. Coratda təxminən 70 qəpiyə olan qutab, Bakıda 1 manat 20 – 1 manat 50 qəpiyə satılır.  Bəs bu qədər dəvə əti haradan alınır, dəvələri kimlər, necə […]

Əflatun Amaşov: “Onların hədəfi 11 aprel prezident seçkiləridir”

“Söyüş kampaniyası cəmiyyətin mütərəqqi kəsiminin, xüsusən də media ictimaiyyətinin sərt reaksiyası nəticəsində iflasa uğradı. Lakin bu çirkin işi özünə hobbi, siyasi məqsədlərini gerçəkləşdirməyin yeganə vasitəsi kimi müəyyənləşdirmiş şəxslər yenə də fəaliyyətdədirlər”. Turkustan.info-nun məlumatına görə, bu sözləri Mətbuat şurasının sədri Əflatun Amaşov deyib. Ə.Amaşovun sözlərinə görə, söyüş kampaniyasını təşkil edənlərin hədəfi 11 […]

Qərbin iki üzü: Niyə Avropa yumşaq, ABŞ isə sərt siyasət yürüdür? – TƏHLİL

Qərb sivilizasiyasında dövlətlərarası münasibətlərdə gücdən istifadəyə münasibət birmənalı deyil. ABŞ və Avropanın yollarının haçalandığı ən mühüm məsələ də elə gücün tətbiqi və onun səmərəliliyinə olan münasibətdəki fərqlərdir. Avropa gücdən istifadəyə ikrahla yanaşır və əməkdaşlığın hökm sürə biləcəyi bir aləmdə onu lazımsız hesab edir. Bu, Kantın “əbədi sülh” konsepsiyasının hakim olduğu […]

İbrahim Tatlısəs Təbrizdə konsert verəcək? – Valilikdən açıqlama

İranda – Şərqi Azərbaycan vilayətinin siyasi işlər üzrə vali müavini mətbuatda türkiyəli müğənnilərin Təbrizə dəvət edildiyinə dair yayımlanan xəbərləri təkzib edib. “İslami İran və əziz Azərbaycanımız mahir və bacarıqlı sənətkarlar ilə doludur. Xarici sənətkarın sənətinə ehtiyacımız yoxdur,” Rəhim Şöhrətifərin sözləri Nasr News internet portalında dərc edilib. Keçən gün xəbər və […]

Sarkisyan 5 rayonu Azərbaycana bu cür qaytaracaq?

Ermənilərin ən çox qorxduğu 8 gün. Ermənistanın dördüncü prezidenti Armen Sarkisyanın bu gün baş tutan inaqurasiyası ilə Serj Sarkisyan və rəhbərlik etdiyi hökumət səlahiyyətlərini itirdi. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, beləliklə, Ermənistan aprelin 17-də yeni baş nazir seçilənə qədər icra hakimiyyətsiz qaldı. Yəni bu gündən aprelin 17-ə kimi Ermənistanda heç […]

Elman Rüstəmovdan manatla bağlı önəmli açıqlama

“Azərbaycan manatının zəifləməsi üçün heç bir fundamental fakt yoxdur”.   Turkustan.info xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.“Biz əhəmiyyətli profisit gözləyirik. Neftin qiyməti ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz yüksəkdir. Bu ilin birinci rübündə valyuta hərraclarında təklif tələbi üstələyib. Manatın zəifləməsi üçün hər hansı bir fundamental fakt yoxdur. […]

“Putin Yaxın Şərq neftini buraxıb, oradan getməz” – The Washington Post

“Rusiyanın Yaxın Şərqdəki mövcudluğu genişlənməkdə davam edəcək, çünki dövlət büdcəsi demək olar ki, neftdən asılıdır”, – Sankt-Peterburqun Avropa Universitetinin Rusiya və Avrasiya araşdırmaları üzrə eksperti Nikolas Triketin “The Washington Post”dakı məqaləsində yazılıb. Müəllif Vladimir Putinin genişmiqyaslı daxili islahatlar aparmaq yerinə, neft gəlirləri və yığımlarına köklənəcəyini qeyd edir: “Bu, o deməkdir ki, Rusiya […]

Ağsuda Aprel şəhidlərinə həsr olunan tədbir keçirildi

Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Ağsu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində Aprel zəfərinin ikinci ildönümü ilə əlaqədar tədbir keçirilib.   Tədbirdən öncə iştirakçılar Ağsu rayon Bico kəndində Aprel şəhidi Toğrul Fərəczadənin məzarını ziyarət ediblər. Şəhidin ailə üzvlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, Qarabağ […]

Putin Afrini türklərdən almaq istəyir: Kimə verəcək?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Afrin məsələsi haqqında mövqeyi barədə danışıb. Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, Lavrov Moskvada keçirilən mətbuat konfransında bu barədə açıqlamanı verib. Jurnalistlərdən birinin Türkiyənin Suriyanın şimalında keçirdiyi “Zeytun budağı” əməliyyatı barədə sualına xarici işlər naziri belə cavab verib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan […]

Azercell III Buktreyler Festivalına dəstək verir

Mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra uğurlu layihələrə imza atan Azercell Telekom bu dəfə ölkəmizdə keçirilən III Buktreyler Festivalına dəstək verib. Şirkət AR Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının!” sloqanlı Buktreyler Festivalının tərəfdaşı qismində iştirak edir. Kitab və mütaliənin cəmiyyətimizdə […]

Ərdoğanın anonsunu verdiyi Münbiç əməliyyatının İLK MƏRHƏLƏSİ BAŞLADI

“Münbiç əməliyyatının ilk mərhələsi başlayıb”. Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Konyada keçirilən bir konfransda təhlükəsizlik üzrə mütəxəssis Mete Yarar bildirib. “Bu prosesdə ən əhəmiyyətli hazırlıqlardan biri siyasi danışıqlardır, yəni diplomatiya fəaliyyətin bir hissəsidir. Əgər amerikalılarla, Rusiya, İran və digər tərəflərlə görüşürüksə, bu, əməliyyatın ilk mərhələsinin başlanması deməkdir”, – […]

Məşhur alimdən növbəti VACİB AÇIQLAMA: “Qoyun və keçi pendiri yeyən insanlar…”

Daxili xəstəliklər üzrə mütəxəssis, kardioloq və məşhur professor Canan Karatayın sözlərinə görə, təzyiqi yüksəldən duz yox, şəkərdir. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor iştirak etdiyi seminarda dəniz duzunun faydalarından danışıb. “Həqiqi tibbin 10 şifrəsi” adlı kitabın müəllifi bildirib ki, dəniz duzu sağlamlıq mənbəyidir: “Əsrlərdən bəri istifadə edilən dəniz duzu […]

Səddamın sağ əli “dirildi” – Müharibə anonsu

İraqın keçmiş lideri Səddam Hüseynin sağ əl İzzət İbrahim Duri sosial şəbəkədə yaydığı videoda Ərəb ölkələrini İrana qarşı birləşməyə çağırıb. Turkustan.info xəbər verir ki, o, dövlətləri Səudiyyə Ərəbistanının qurduğu Ərəb koalisiyasına qoşulmağa dəvət edib. “İran İraq, Yəmən və Suriyanı işğal edib. Buna “dur” demək lazımdır. BAAS Partiyasının həbsdə olan üzvləri […]

Lavrov Türkiyəni şoka saldı: Ərdoğan belə söz deməyib…

Türkiyə “Zeytun budağı” əməliyyatından sonra Afrinin idarəsini Suriyaya geri verməlidir. Turkustan.info xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Zeytun budağı” əməliyyatından sonra Türkiyə ordusunun Afrində qalacağını heç vaxt deməyib və əməliyyat bitdikdən sonra bu bölgənin idarəsini Suriya hökumətinə […]

Bakıda səfirliyin maşını kül oldu – VİDEO

Bakıda maşın yanaraq kül olub. Turkustan.info xəbər verir ki, hadisə Qəbələ dairəsinə çatmamış Yasamal Polis İdarəsinin yaxınlığında baş verib. Belə ki, nömrə nişanından səfirliyə məxsus olduğu görünən BMW X5 markalı maşın qəfildən alışıb. Hadisə yerinə FHN çağırılsa da, onlar gələnə kimi maşın tamamilə yanaraq yararsız vəziyyətə düşüb.    /BakuPost/

“Kapital Bank”dan əleyhqazlı oğurluqla bağlı AÇIQLAMA

“Kapital Bank” bankomatlardan birindən oğurluq hadisəsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Turkustan.info bildirir ki, Post-a daxil olan məlumata görə, ötən həftə “Kapital Bank”ın Yasamal filialında (Landau küç., bina 6) bankomata müdaxilə edilib. “Faktla bağlı cinayət işi açılıb və hazırda istintaq gedir. İstintaq gedişatına mane olmamaq üçün, istintaq yekunlaşanadək bu […]

Suriyaya İsrail təyyəralərini vurmaq üçün bu sistem mane olur – VİDEO

İsrailin “Rafael Advanced Defense Systems” şirkəti hava platformalarında rəqibin hava hücumundan sistemini yayındıra biləcək yeni nəsil radioelektron mübarizə sistemi (Air EW Systems) hazırlayıb. Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, yeni sistem Rusiyanın S-400 “Triumf” və “Pantsir-S” komplekslərinə qarşı istifadə oluna bilər. İstehsalçı şirkətin mütəxəssislərinin sözlərinə görə, radioelektron sistemi 3 komponentdən […]

Bəzi “JEK”lər niyə işləmir? – Süpürgəçinin ölümü sizi güldürür? – VİDEO

Teleaparıcı Amil Xəlil bu dəfə mənzil kamunal təsərüfatı birliyinə (MKTB) üz tutub. Turkustan.info xəbər verir ki, Space Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində süpürkəçilərin yolu süpürərkən hər hansısa avtomobilin zərbəsinə tuş gələrək, dünyasını dəyişməsinin səbəblərindən danışılıb. Amil Xəlil bir neçə MKTB-yə üz tutub. İşçilərin təhlükəsizliyi nə dərəcədə qorunur, hansı qaydalar tədbiq […]

Məzahir Pənahov prezident seçkilərinə müdaxilə cəhdləri barədə

Azərbaycan MSK başçısı bildirib ki, Azərbaycanda prezident seçkilərinə müdaxilə cəhdlərinin olmamasından danışmaq sadəlövhlük olardı. Turkustan.info-nun məlumatına görə, M.Pənahov RİA “Novosti”yə müsahibəsi zamanı deyib: “Müdaxilə cəhdlərinin olmamasını demək bir qədər, yumşaq desək, bir qədər sadəlövhcəsinə görünərdi. Böyük təəssüf hissi ilə bildiririk ki, müdaxilə cəhdləri, arzusu bugünkü dünyamızın gerçəkliyidir, az qala normasına çevrilib”. Eyni zamanda, […]

ADAU-nun tələbələri İsmayıllı və Qəbələdə olub

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Baytarlıq Təbabəti Fakültəsində Yeni Zelandiyalı mütəxəssis, doktor Brain Milestone semestirin əvvəlindən praktiki dərslər aparır və prezentasiyaları müəllim və tələbələrə təqdim edir. Layihə çərçivəsində xarici mütəxəssisin tələbələrlə birlikdə […]

Zaur Kamalın azyaşlıya qarşı bu hərəkəti sərt tənqid olundu – VİDEO

Aparıcısı Zaur Kamalın öz verilişində azyaşlı uşaqla davranışı birmənalı qarşılanmayıb. Turkustan.info xəbər verir ki, o, Məhəmmədəli adlı uşaqla danışmaq istəsə də, azyaşlı reaksiya vermir. Sonda isə Zaur Kamal uşağı ağladır. Aparıcının azyaşlıya qarşı bu davranışı sosial mediada tənqidlə qarşılanıb.  /Yenicag.az/  

Prezidentliyə hansı namizəd daha çox dil bilir… – MARAQLI

2 gün sonra, aprelin 11-i Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Ölkə prezidenti postu uğrunda 8 namizəd mübarizə aparacaq. Seçki prosesində namizədlər Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən müəyyən olunan zamanda təbliğat-təşviqat işlərinə zaman ayırıblar. Namizədlərin xarici əlaqələrlə bağlı səsləndirdiyi fikirlər də önəmlidir. Bəs görəsən prezidentlik uğrunda mübarizə aparan namizədlər hansı xarici […]

NATO Rusiya sərhədinə qoşun topladı – TƏHLÜKƏ

NATO-nun 7 ölkəsinin Litvada tank-əleyhinə qüvvələrinin 8-ci “Ovçu-2018” (Medziotojas-2018) təlimi keçirilir. Turkustan.az xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi xəbər yayıb. Təlimlərdə 700 hərbçi tank əleyhinə silahlardan atəş və manevr etmə məşqlərini həyata keçirəcəklər. Bu təlimlərdə ilk dəfə olaraq havadan yardım alınacaq. Hava dəstəyini Litvanın və ABŞ-ın Hərbi Hava Qüvvələrinin […]

“İt dəftəri” ifadəsi haradan yaranıb? – Maraqlı səbəb

Adı “it dəftər”ində olanlar və olmayanlar Müasir dövrdə hörmətsiz, heç kimin adamdan saymadığı insanlar haqqında “adı it dəftərində yoxdur” deyirlər. Görəsən, tarixdə ilk adı it dəftərində olmayanlar kimlər olub? Bəs bu it dəftəri ifadəsi haradan gəlir? Turkustan.info “it dəftəri” anlayışının necə meydana gəldiyi barədə məlumat verir: Bəzi mənbələrdə bu ifadənin Qafqaz […]

Rayondan gələn tələbə qızlara “prezervatriv” verib müştəriyə göndərirlər – Masaj salonunda gizli çəkiliş – VİDEO

İş elanları arasında yəqin ki, qarşınıza “Masaj salonuna masajçı qız tələb olunur. İş öyrədilir. Təcrübə olmasa da, olar. Yaş həddi 30-a qədər. Yalnız qızlar müraciət etsin. Əmək haqqı 900 Azn. Tələbələr də müraciət edə bilər” məzmunlu elanlar çıxır. Çox maraqlı və cazib iş təklifidir elə deyilmi? Bəs bu masaj salonunda […]

Küçədə yaşayan dörd övlad atası: “Dədəm hər gün bir zənbil pul qazanıb, amma…”

Onu yayın istisində də, qışın soyuğunda da küçədə görmək olar. Bərdənin Poçt və Statistika İdarəsinin qarşısında məskunlaşıb. Halına acımamaq isə mümkün deyil. Axı o da insandır, bu ölkənin vətəndaşıdır, onun da bir damın altında yaşamaq, yatmaq haqqı var… Təəssüf ki, hər kəs onun yanından sakitcə ötüb keçir. Vəzifəlilər də, vəzifəsizlər […]

Qənirə Paşayeva şəhidin anım tədbirində iştirak edib

Millət vəkili Qənirə Paşayeva Qusarda şəhid qəhrəman Əmiraslan Xeyirbəyovun anım tədbirində və xatirəsinə Şəhid Bulağın açılışında Ali Baş Komandanımızın ətrafında daha sıx birləşməliyik çağırışı edib.   Qusarda Çağar Kışlak kəndində Aprel döyüşləri, Aprel zəfərinin qəhrəman şəhidlərindən Əmiraslan Xeyirbəyovun anım tədbiri və onun xatirəsinə açılan Şəhid Bulağının açılışında çıxışı zamanı  millət vəkili Q.Paşayeva Aprel […]

Almaniya bu ölkələrdən gedənlərə daha tez sığınacaq verəcək: Azərbaycan da varmı? – YENİ SİYAHI

Almaniya vətəndaşlarının tezləşdirilmiş qaydada sığınacaq alması mümkün olan ölkələrin siyahısını genişləndirmək niyyətindədir. Turkustan.info xəbər verir ki, bu barədə DİN-də artıq iş aparılır. Belə ki, nazirlik “təhlükəsiz ölkə” siyahısında dəyişiklik edəcək. Bu ölkələrdən Amaniyaya gedən miqrantlar daha tez sığınacaq ala bilirlər. Belə ki, yeni siyahıya bir sıra ölkələrin adları daxil ediləcək. Əgər […]

Pişik polis şöbəsinə İŞƏ GÖTÜRÜLDÜ

ABŞ-da Troy şəhər polisi qeyri-addım atıb. Turkustan.info xəbər verir ki, bu barədə “MLive” nəşri məlumat yayıb. Belə ki, müsabiqə əsasında 6 pişik arasından biri polis orqanına işə götürülüb. Hələ ki, 450 qram çəkisi olan pişik fəaliyyətə başlamayıb. Bir neçə həftədən sonra çəkisi 1 kiloqrama yaxınlaşacağı təqdirdə o, işə başlayacaq. Pişik əhaliyə […]

Rusiya və ABŞ Şərqi Qutanı müharibə zonasına çevirəcək – MÖVQELƏR DƏYİŞDİ

Əsəd rejiminin Şərqi Quta bölgəsinə kimyəvi silahla hücum etməsindən sonra Rusiya ABŞ-ın raket hücumu və ya digər şəkildə müdaxiləsinə qarşı Suriyada hərbi mövqeyini dəyişməyə qərar verib. Turkustan.info xəbər verir ki, Suriyada yerləşdirilən S-400 havadan müdafiə sistemi aktiv fəaliyyətə keçirilib. İkimotorlu yüksəkdən uça bilən MİG-31-lər də 24 saat uçuşlar həyata keçirir. ABŞ […]

İsrail aviasiyası Suriyanı BOMBALADI

İsrail aviasiyası Suriyanın Homs vilkayətində yerləşən T-4 aviabazasını bombalayıb. Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb. “T-4 aviabazası bir neçə raketlə atəşə tutulub və biz istisna etmirik ki, bu ABŞ-ın hərbi təcavüzüdür”-deyə açıqlamada deyilir. Suriya hava hücumundan müdafiə qüvvələri təyyarələrə atəş açıb. Aksiyanı hadisə barədə […]

“Vətən çağırır” layihəsi başa çatıb

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi “Vətən çağırır” layihəsi başa çatıb. Layihənin əsas məqsədi gənclər arasında multikultural və tolerantlıq dəyərlərinin təbliği, onlara vətənpərvərlik ruhunun aşılanması olub. Layihə çərçivəsində Zaqatalada saxur, İsmayıllıda lahıc, Qəbələdə udin, Qusarda ləzgi və Lənkəranda talış etnik qruplarının nümayəndələrinin iştirakı ilə çəkilişlər […]

Cins şalvarı dondursanız… – Nəticə inanılmazdır

Paltaryuyan maşında tez-tez yuyulan cinslər zamanla yıpranır və xarab olur. Buna görə sizə çox fərqli bir məsləhət veririk. Bu məsləhət sayəsində cins şalvarlarınızı su və yuyucu vasitə istifadə etmədən təmizləyə biləcəksiniz. Bir cins firmasının səlahiyyətlisi istehsal etdikləri şalvarların tez-tez yuyulmasına ehtiyac olmadığını özünün də artıq bir ildir ki geyindiyi şalvarın yuyulmadığını […]

Ermənilərin “II qara aprel”i: Bu gün savaş anonsu verilə bilər

Bu gün Ermənistanda yeni baş nazirin adı bəlli olacaq. Bu seçki ilə işğalçı ölkə rəsmən parlamentli üsul-idarəyə keçəcək, yəni Ermənistan hökumət və onun başında duracaq şəxs tərəfindən idarə olunacaq. Möcüzə baş verməsə, yeni posta iki 5 illik prezidentlik müddəti bitməkdə olan Serj Sərkisyan yiyələnəcək. Hərçənd, erməni ictimai fikri, əksər erməni […]

Əlehqazda gəlib Kapital Bankı yardılar: Üç nazirliyin ”gözü qarşısında” oğurluq

Bakıda bu günə qədər görünməmiş oğurluq baş verib. Turkustan.info-nun criminal.az-a istinadən məlumatına görə, şəhərin tən ortasında, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Vergilər nazirliklərinin yerləşdiyi ərazidə inanılmaz olay qeydə alınıb. Günün günorta çağı üzlərinə əlehqaz taxmış iki nəfər Vergilər Nazirliyi yaxınlığındakı Kapital Bankın bankomatına yaxınlaşıblar. Həmin vaxt şübhəliləri görən kassir onlara yaxınlaşıb, […]

Yunan nazirdən ŞOK AÇIQLAMA – “Türkiyə ilə müharibə qaçılmazdır “

Türkiyə ilə Yunanıstan arasında müharibə qaçılmazdır. Bu sözləri Yunanıstan Xarici İşlər naziri Nikos Kocias “Der Şpigel” nəşrinə müsahibəsində deyib. “Biz daim problemlərin həllini nəzərdən keçiririk. Bütün qonşuların və ən yaxşı ailələrin belə problemləri var. Problemlər sülhə söykənən qərarlarla, diplomatik yollarla həll edilməlidir”. Jurnalistin “Ciddi böhran yaşayan Yunanıstan Türkiyə ilə silahlanma […]