Gün: Aprel 10, 2018

Soyuna-soyuna əməkdar artist olan Röya – Keçmişdən bu günə – FOTOLAR, VİDEO 18 +

Hazırda məşhur olanların keçmişi barədə məlumatlar bir çoxlarını maraqlandırır. Xüsusilə şou-biznes sahəsində fəaliyyət göstərənlərin əvvəlki illərə aid görüntüləri ictimaiyyətin diqqətini çəkir. Sosial şəbəkələrdə və ya mediada onlar barədə foto, həmçinin video yer alarkən müzakirələ səbəb olur. Qaldı ki, şou-biznes nümayəndələrinin keşməkeşli yolu haqqında yazıya olan marağa… Turkustan.İnfo Minval.info-ya istinadən bildirir ki, […]

Ərdoğan Lavrovun bəyanatını tənqid etdi: “Heç kimin haqqı yoxdur!”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatını tənqid edib. Turkustan.info-nun məlumatına görə,  S.Lavrovun bəyanatının yanlış olduğunu bildirən R.T.Ərdoğan qeyd edib ki, heç kimin Türkiyəyə Afrində necə hərəkət etmək barədə göstəriş verməyə haqqı yoxdur. Bundan əvvəl Rusiyanın xarici işlər naziri bəyan etmişdi ki, Türkiyə Afrini Suriya […]

5 qardaşa ərə gedən 20 yaşlı qızın AQİBƏTİ – Hamısı ilə… – VİDEO

Hindistanda yaşayan Raco Verma adlı xanımın 5 əri var. Turkustan.info  xəbər verir ki, maraqlısı onların hamısının qardaş olmasıdır. Yerli ənənəyə görə, 20 yaşlı qız evləndiyi oğlanın qardaşları ilə də evlənmək məcburiyyətindədir. Üstəlik onların hamısı ilə cinsi əlaqəyə girir. Vermanın anası da 3 qardaşla evlidir.   /Publika.az/

“İsrail Bakıya kömək etməyə hazırdır”

İsrail ərəb ölkələri ilə dostluq etsə də, Tel-Əviv məhz Azərbaycanı strateji tərəfdaş sayır. Bunu Bakıda keçirilən mətbuat konfransında İsrailin tanınmış politoloqu Yuriy Boçarov bildirib. Onun sözlərinə görə, İsrail dəfələrlə  Azərbaycanın yəhudi dünyasında və yəhudi diasporunda bələdçisi olmağa hazır olduğunu bəyan edib. “İsrail Azərbaycana öz maraqlarını təbliğ etməkdə yardım göstərməyə hazırdır. […]

Bakıda “Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabının təqdimatı olub – VİDEO

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor Aygün Attarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabının təqdimatı olub. Turkustan.info xəbər verir ki, tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov kitabın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. O, A.Attarın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında rolunu yüksək dəyərləndirib, […]

Müharibə qaçılmaz oldu: Altıncı donanma hücuma hazırlaşır: 22 hədəf vurulacaq

ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı bir neçə hərbi variantı nəzərdən keçirdiklərini deyib. Ağ Evin rəhbəri bildirb ki, Suriyanın Duma bölgəsində kimyəvi silahdan istifadə faktı araşdırılır. Ancaq son hadisələr ABŞ-ın Suriyanın kimyəvi silahların yerləşdirildiyi deyilən 22 hərbi bazasına  raket zərbələri endirməyə hazırlaşdığını göstərir.  Çünki BMT Təhlükəsizlik Şurasında Suriyanın Şərqi Quta […]

Bankomatların qarşısında pensiya növbəsi: Günahkar bankdır, yoxsa… – FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq  təqaüdlərin  köçürülməsinə başlayıb.  Turkustan.info xəbər verir ki, pensiyaların köçürülməsi xəbəri bankomatların qarşısında sıxlıq yaradıb. Belə ki, bu gün axşam saatlarında təqaüdlərin karta köçürülməsi əhalinin bankomatlara axın etməsinə səbəb olub. Bankomatlarının sayının az olması ciddi narazılıqlar yaradır. Məsələn, Suraxanı rayon, Hövsan qəsəbəsində Beynəlxalq Bankın ümumilikdə […]

Dollar kreditlərinə güzəştlər: REALLAŞIR

Dollar krediti olanlar üçün yeni güzəştlər gözlənilir.Maliyyə Bazarlarına Nəzarət Palatasının manatın devalvasiyasından sonra yaranmış problemli kreditlərin azaldılması istiqamətində müxtəlif təkliflər hazırladığı ortaya çıxıb.Hazırda həmin təkliflər müzakirə olunur.Qeyd edək ki, dollar kreditləri ilə bağlı məsələ hələ də mübahisə mövzusudur.Banklar manatın dollar qarşısında devalvasiyaya uğramasından sonra kredit borclarını ABŞ valyutasının yeni məzənnəsi […]

Gündə 1 kivi yesəniz, orqanizmdə nə baş verəcək? – İNANILMAZ NƏTİCƏLƏR

Kivi populyar olsa da, çox sevilən sitrus meyvələri siyahısına daxil deyil. İnsanlar adətən alma, banan, portağal və digər meyvələrə üstünlük verir. Və çox nahaq yerə, çünki bu məhsul orqanizm üçün faydalı xassələrlə zəngindir. Turkustan.info Publika.az-a istinadən oxucuları kivinin və qabığının faydaları ilə tanış edir: Kivinin tərkibi, kalorisi və enerji dəyəri Orta […]

ABŞ-dan növbəti həmlə: Daha bir gəmi Aralıq dənizinə göndərilir

ABŞ Hərbi Dəniz Donanması daha bir gəmini – “Harri Trumen” təyyarədaşıyan esminesi Aralıq dənizinə göndərir. Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Ətraflı məlumat yoxdur. Qeyd edək ki, dünən ABŞ-ın “Donald Kuk” hərbi gəmisinin Suriya sahillərinə yaxınlaşdığı deyilmişdi.  /Axar.az/

Tramp üç ölkəyə meydan oxudu: “Bunu kimin etdiyini araşdırırıq”

ABŞ prezidenti Tramp bir iki gün ərzində Duma hücumuna necə reaksiya verəcəkləri barədə qərar verəcəyini açıqlayıb. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, Tramp Dumada kimyəvi hücum iddiasından sonra Bəşər Əsədə təhqir etmiş, İran və Rusiyanı əvəz verməklə təhdid etmişdi. Tramp indi yenə daha bir bəyanat verərək sonunda bu hücumun İran, […]

Dollar kəskin bahalaşdı – Tarixi REKORD

Türkiyədə dollar bahalaşıb. Turkustan.info türkiyə mediasına istinadən xəbər verir ki, bahalaşma nəticəsində 1 dolların dəyəri 4,11 türk lirəsinə, 1 avronun qiyməti isə 5,07 lirəyə , 1 funt sterlinq isə artaraq 5.82 lirəyə yüksəlib. Bu isə tarixi rekord hesab olunur. Qeyd edək ki, ötən həftə 1 dolların dəyəri 4,06 türk lirəsinə bərabər […]

Ermənilər Kəlbəcər-Zod yoluna görə təlimlər keçirib

Ermənistan Baş Qərargah rəisi Movses Akopyan ötən həftə ölkə ərazisində keçirilən təlimlərin detalları ilə bölüşüb. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2-ci korpusun həyata keçirdiyi təlimlər zamanı dağlıq şəraitdə döyüş üsulları yoxlamadan keçib. Hərbi təlimlərdə hərbi aviasiyadan da aktiv şəkildə istifadə olunub. “Təlimlər ilk dəfə idi ki, təmas xəttinin […]

“Hakimiyyətə öncə Heydər Əliyev, sonra Xalq Cəbhəsi gəlməli idi” – Sabir Rüstəmxanlı

“AZƏRBAYCANDA FİKİR MÜSTƏVİSİNDƏ XAOTİK MÜNAQİŞƏ  VAR” Azərbaycan publisistikasının ağsaqqalı, xalq şairi Sabir  Rüstəmxanlıya yönəlik sosial sifariş nəhayət ki, cavablandırıldı. Ancaq cavablandırılması mümkün olmayan bir çox suallar,  yəqin ki, dövlətçiliyimizin və millətimizin, Sabir bəyin öz partiya maraqlarının  naminə açıq olaraq qaldı. Onun söylədiyi BU GÜNÜN MANİFESTİNdə dost biganəliyinin nə zaman  ifşa […]

Bəşər Əsəd ABŞ-la müharibə hazırlığına BAŞLADI

Suriyanın hökümət qüvvələrinə aid bəzi hərbi bazalar ABŞ-ın ehtimal edilən raket zərbələri ilə əlaqədar boşaldılır. Turkustan.info xəbər verir ki, bu haqda Almaniyanın DPA informasiya agentliyi məlumat yayıb. Amerika ordusunun sözcüsü polkovnik Patrik Rider hərbi variantın qəti şəkildə dəyərləndirildiyini deyib. “Bu, qorxunc hadisənin işığında olduğumuz nöqtə budur: potensial hərbi variantlara baxırıq və […]

10 yaşlı uşağı zorla zirzəmiyə saldı, qeyri-təbii yolla əlaqəyə girdi, sonra… – Siyəzəndə ŞOK OLAY

Siyəzən şəhərində seksual xarakterli zorakılıq hərəkətləri törətməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Mehrac Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info xəbər verir ki,  Mehrac Əsgərov 2016-cı ilin mart-may aylarında yaşadığı Siyəzən şəhəri, H.Talıbov küçəsi, 10 nömrəli yaşayış binasının zirzəmisində 2006-cı il təvəllüdlü Rasim Əliyevə (ad və soyad şərti verilib […]

Space Tv-nin əməkdaşlarına hücum çəkildi – Kamera qırıldı – VİDEO

Space Tv-nin “Olar? Olmaz!” verilişinin bu dəfə ki buraxılışı dönər ətləri ilə bağlı olub. Turkustan.info Minval.İnfo-ya istinadən xəbər verir ki, aparıcı Amil Xəlil dönər satılan məntəqələrə üz tutaraq  ətin haradan gətirildiyini və həmin əraziyə yollanmaq istədyini bildirib. Aparıcı dəfələrlə satıcılara dönər sexlərinə görə yaxınlaşdıqını bildirir. Çox təssüff ki, dönər satışı ilə […]

Xoşqədəmin verilişində dava düşdü – Şikayətçilər təhqirə keçdilər – VİDEO

Xoşqədəm Hidayətqızı efirinə gələn iştirakçıları sakitləşdirə bilməyib. Turkustan.info xəbər verir ki, ötən gün “Səni Axtarıram” proqramına Şirvandan gələn qadınları aparıcı sakitləşdirə bilməyib. İştirakçılar canlı yayımda bir-birilərini təhqir ediblər. Təhqirlərə görə, onların səsi yayıma verilməyib. Xoşqədəm hər iki tərəfə acıqlanıb: “Siz buraya davaya gəlmisiniz? Mən sizi idarə edə bilmirəm. Sakitləşin, verilişi […]

Qənirə Paşayeva milli qəhrəman Samid İmanovun anım tədbirində çıxış etdi – VİDEO

Millət vəkili Q.Paşayeva Milli Qəhrəmanımız Samid İmanovun anım tədbirində gəncləri bu cür qəhrəmanlarımızdan örnək almağa çağırıb.  Neftçalada Həsənabad kəndində Aprel döyüşləri, Aprel zəfərinin qəhrəman şəhidlərindən, Milli Qəhrəmanımız Samid İmanovun anım tədbiri keçirilib. Neftçala rayon icra hakimiyyəti başçısı İ.Vəliyev, yerli bələdiyyə nümayəndələri, rayon ziyalıları, Milli Qəhrəman Samid İmanovun təhsil aldığı məktəbin […]

“Mən xaricə getmişəm ki, orada da biznez quram?!”

Cavanşir Məmmədov: “Sabah yazsalar ki, “Eyfel” qülləsini də mən almışam, heç təəccüblənmərəm…” “Mən öz gərgin və qaynar ömrümün sakit baba dövrünü yaşayıram…” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi,polis general-mayoru Cavanşir Məmmədovun haqqında son günlər haqda ayrı-ayrı saytlarda yazılar dərc olunur. Həmin yazılarda iddia olunur ki, general Məmmədov Fransaya köçüb və həmin ölkədə 20 milyon avro miqyasında biznes […]

Mahir Quliyev olmasaydı Kəlbəcərdə qırğın olacaqdı – ŞOK FAKTLAR…

Uzun illər torpaqlarımızın azadlığı uğrunda döyüşmüş, könüllü olaraq öz işini buraxıb Vətənə hərbçi kimi xidmət etməyi hər şeydən üstün tutmuş Qabil Rəhimov 24 ildən sonra “KƏLBƏCƏR İŞÄžALINDA MÜƏMMALAR AÇILMALIDI” yazısını redaksiyamıza təqdim edib. Turkustan.info həmin yazını olduğu kimi təqdim edir.  Hər şeyi açıq göstərəcəm Düz 24-il bundan əvvəl, mart ayının […]

Azərbaycan Xalq Cumhuriyyəti dövründə dövlət-din münasibətləri

Azərbaycan dövlətçiliyi tarixinə ilk respublika kimi düşmüş Azərbaycan Xalq Cumhuriyyəti qısa müddətli fəaliyyəti (28.05.1918- 27.04.1920-ci illər) dövründə Milli İstiqlal Bəyannaməsi ilə dövlət müstəqilliyini elan etmiş və onun dünyanın aparıcı dövlətləri tərəfindən tanınmasına  nail olmuşdur. Bununla da xalqın milli mənlik şüurunu özünə qaytarmış,  Şərqdə, Türk dünyası və İslam aləmində ilk demokratik, […]

Erməni Cəllad ukraynalıları Qarabağa görə öldürür – VİDEO

Qondarma “Donetsk Xalq Respublikası”nın Ermənistandan olan “Cəllad” ləqəbli muzdlusu separatçıların tərəfində döyüşməsinin səbəbini izah edib. Terrorçunun sözlərinə əsasən, o, Donbasa “ukraynalılardan Qarabağda Azərbaycan tərəfində Ermənistana qarşı döyüşdüklərinə görə qisas alır”. Bildirilir ki, “Cəllad” Donbasa 2016-cı ildə gəlib. Bundan əlavə, erməni muzdlusu iddia edir ki, Ukraynaya çoxlu sayda ABŞ və Avropa […]

“ABŞ Rusiyanı məhv edəcək” – Rus politoloq

Rus politoloq Andrey Piontkovski prezident Vladimir Putinin rəhbərliyi ilə Rusiyanın yaxın 6 ili üçün proqnozlarını açıqlayıb. Bununla bağlı o, Rusiyanın “Şərhçi” jurnalına müsahibə verib: – Putinin prezidentliyinin növbəti 6 ilində geridə qalan 18 ildən fərqli nəsə baş verəcək? – Birincisi, mən 6 rəqəminə qarşıyam. Putin 6 il haqqında düşünmür. O, […]

İsrailin Rusiyadakı səfiri XİN-ə çağrıldı

İsrailin Rusiyadakı səfiri Hari Koren Xarici İşlər Nazirliyinə çağrılıb. Turkustan.info Report-a istinadən bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib. Onun sözlərinə görə, səfirlə bu gün keçiriləcək görüşdə bütün aktual məsələlər, o cümlədən Suriyanın hərbi bazasının bombalanması məsələsi müzakirə olunacaq. Bununla yanaşı, diplomat deyib ki, Moskva […]

Qiyamətin yeni tarixi – 11 aprel

Proses 7 il davam edəcək Saysız qiyamət ssenarilərinə daha biri əlavə edildi. Müntəzəm olaraq dünyanaın sonu ilə bağlı proqnozlar hazırlayan numeroloq Devid Mead aprelin 11-ni – yəni sabahı növbəti qiyamət başlanğıc olduğunu elan edib. Onun sözlərinə görə, sabahdan etibarən qiyamət prosesi başlayacaq və itkin planet “X Nibiru” dünyaya çırpılacaq. O, […]

“Obama kraldan sonra mənimlə görüşmək üçün İsveçə gəldi” – DÜNYANIN ƏN GƏNC AZƏRBAYCANLI LİDERİ

Turkustan.info bildirir ki, Publika.az-ın müsahibi Azərbaycan əsilli gənc aktivist, dünyanın nüfuzlu jurnallarından olan “Forbes”in siyahısına düşən ən gənc lider Siyavuş Derextidir. – Barak Obama kimi nəhəng liderin sevgisini qazanmış Siyavuş Derexti kimdir? – İsveçdə təbrizli ailəsində doğulmuşam. Hər iki valideynim azərbaycanlıdır. Atam da uzun illər diasporumuzun İsveçdə lideri olub. Evimizdə […]

Mətbuat Şurası seçki günü “Qaynar xətt” təşkil edəcək

11 apreldə keçiriləcək prezident seçkilərində “Els” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə “exit-poll” keçirəcək. Seçkiləri 1000-ə yaxın beynəlxalq, 60 minə yaxın isə […]

Azərbaycan üçün arzuolunmaz hal: Rubl və lirə “uduzur”

“Azərbaycanda son 3 ayda dollara tələbin artması müşahidə edilir. Rəsmi statistikaya əsasən, bu ilin əvvəlindən başlayaraq valyuta bazarında dollar satışı daha da artıb”. Turkustan.info xəbər verir ki, bunu iqtisadçı-alim Vüqar Bayramov deyib. İqtisadçı qeyd edib ki, valyuta bazarında dollar satışının artması Dövlət Neft Fondunun valyuta hərraclarında təklifinin artmasına səbəb olub: “Fondun […]

Arvadını hamamda qonşusu ilə tutdu, bıçaqladı, sonra onunla barışdı – Şəmkirdə

Arvadını hamamda qonşusu ilə tutan Şəmkir rayon sakini Gəncə Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət edib. Cinayət məcəlləsinin 29.120 (ölümə cəhd) maddəsi ilə məhkumluq həyatı yaşayan Mövlan Məmmədovun məhkəmə prosesinə hakim İmran Hacıqyıbov sədrlik edəcək. İttiham aktına görə, Mövlan Məmmədov 12 avqust 2015-ci il tarixdə qayınatası Könül Əliyev ilə birlikdə […]

ABŞ-dan hücum əmri: Hədəflər açıqlandı, donanma hərəkətə keçdi

Vaşinqton Suriyada vurulacaq yerlərin xəritəsini hazırlayıb – 22 hərbi obyekt  Suriyanın Şərqi Quta bölgəsində kimyəvi silahdan istifadəyə cavab olaraq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Müdafiə Nazirliyi (Pentaqon) Bəşər Əsədin ordusuna aid olan 22 kritik hərbi obyektin xəritəsini hazırlayıb. Turkustan.info “Haberler”ə istinadla xəbər verir ki, vurulacaq bazalar arasında, əsasən şiə […]

Azərbaycanlı iş adamı 1 gündə 1,3 milyard dollar itirdi

Ötən gün ABŞ-ın tətbiq etdiyi sanksiyalar Rusiyanın fond bazarının çökməsinə səbəb olub. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, “Bloomberg” agentliyi rusiyalı milyarderlərin 16 milyard dollar pul itirdiyindən yazır. Onlar arasında Azərbaycan əsilli iş adamı, “Lukoyl”un prezidenti Vahid Ələkbərov da var. İş adamının sanksiyalara görə, 1 gündə 1,37 milyard dollar sərvətini itirdiyi […]

İşğal olunmuş Zəngilandan yeni görüntülər yayıldı – VİDEO

Erməni terrorçuları tərəfindən işğal olunan torpaqlarımızdan yeni görüntülər yayılıb. Turkustan.info xəbər verir ki, görüntülər rusiya vətandaşı tərəfindən çəkilib. Videoda 29 oktyabr 1993-cü ildən bəri üzünə həsrət qaldığımız Zəngilan rayonu əks olunub. Görüntülərdə həmçinin rayonun dağıdılmış əraziləri yer alıb. Zəngilanın şəhər tipli qəsəbəsi Mincivan və burada yerləşən məktəb lentə alınıb. Rayon […]

Azərbaycanda ərzaq məhsulları bahalaşıb

2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 4,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,9 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, cari ilin mart ayında fevral ayına nisbətən istehlak məhsullarının […]

İsgəndər Həmidovun 70 yaşı tamam oldu

Bu gün xalq hərəkatının liderlərindən biri, Elçibəy hakimiyyətində daxili işləri naziri postunda çalışmış İsgəndər Həmidovun 70 yaşı tamam olur. İsgəndər Məcid oğlu Həmidov 1948-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1965-ci ildə Tərtərdə orta məktəbi bitirib. 1988-ci ildə başlanan Azərbaycan milli-azadlıq hərəkatının liderlərindən olub. 1990-cı ildə AXC üzvü olaraq deputat seçilib. […]

Azərbaycanda məktəbdə şagird öldürülüb? – ŞOK İDDİALAR – FOTO

Bir neçə gün əvvəl Şəmkir rayonu, Çənlibel kəndindəki məktəbdə şagirdin ölümü ilə bağlı yeni iddialar səsləndirilib. Məktəbdə qəfil vəfat edən 6-cı sinif şagirdi, 2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlunun yaxınları onun döyülərək öldürüldüyünü deyiblər. Belə ki, E. Məhərrəmovun Güleyşə adlı bibisi criminal.az saytına açıqlamasında qardaşı oğlunun yıxılaraq dünyasını dəyişmədiyini, […]

ABŞ Suriyada 22 kritik nöqtəni DARMADAĞIN EDƏCƏK – Hücumun xəritəsi hazırlandı

Suriyada Əsəd rejiminin həyata keçirdiyi kimyəvi silah hücumuna hərbi qarşılıq verməkdə israr edən ABŞ rejimə aid 22 kritik nöqtəni hədəfləyib. Turkustan.info xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon rejimə aid 22 nöqtənin xəritəsini tərtib edib. Hədəflər arasında İran dəstəkli şiə milis mərkəzləri və içində Rusiya əsgərləri olan Xüms və Tarus […]

Evlərə dövlət reyestrindən çıxarış BİR GÜNƏ VERİLƏCƏK – Əhaliyə şad xəbər

Nazirlər Kabineti “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na dəyişikliklər edib.  Turkustan.info xəbər verir ki, dəyişikliyə əsasən Qaydaya “Ərizənin sürətləndirilməklə icra edilməsi” başlıqlı yeni hissə əlavə edilib. Beləliklə, ərizəçilərin təqdim etdikləri ərizə onların istəyi əsasında icra müddəti sürətləndirilməklə qəbul ediləcək. İcra müddəti sürətləndirilməklə […]

Türkiyə Afrindən çıxacağı vaxtı açıqladı: “O tapılan kimi…”

Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ türk qoşunlarının Suriyanın Afrin şəhərindən çıxarılacağını vaxtı açıqlayıb. Turkustan.info “Anadolu”ya istinadən xəbər verir ki, o, Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, “biz ora işğalçı kimi getməmişik və Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq, orada qalmaq niyyətimiz yoxdur”. “Afrini terrorçulardan təmizlədik, indi də minalardan təmizlənmə […]

Yeni Sərkisyanın Qarabağa baxışı “dəyişəcək” – Türk ekspert

Ermənistanın yeni prezidenti Armen Sərkisyanın Qərb dövlətlərini tanıyan və avropalılar tərəfindən tanınan bir siyasətçi kimi Dağlıq Qarabağ məsələsi ilə bağlı ölkəsinə yönələn yanaşmalara təsir edəcəyini düşünürəm. Başqa sözlə desək, Ermənistan sanki daha mülayim bir görüntü yaratmaq istəyəcək. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri, Cənubi […]

ABŞ gəmisi Suriyaya çatdı – “Şayrat”ı dağıdan raketlərlə…

ABŞ-ın “Donald Kuk” hərbi gəmisi artıq Suriya sahillərinə yaxınlaşıb. Turkustan.info xəbər verir ki, Aralıq dənizində hərəkət edən gəmi Tartusdakı Rusiya hərbi dəniz bazasının 100 kilometrliyində özünə yer edib. Artıq Rusiya hərbi təyyarələri ən azı 4 dəfə gəmi üzərindən uçuş həyata keçiriblər. ABŞ mətbuatı bu gəminin Suriyaya Kiprdən gəldiyini bildirib. Hərbi gəmi […]

“Xalq onun mənafeyini qoruyan namizədi – İlham Əliyevi seçəcək” – Elməddin Behbud yazır…

Elməddin Behbud İnternetin yaranması, sosial şəbəkələrin meydana gəlməsi insanların ünsiyyət imkanını önəmli ölçüdə artırdığı, bütün həyat sahələrinə ciddi təsir etdiyi kimi, ictimai-siyasi platformanı da xeyli dərəcədə yeni ünvana daşımış oldu. Bəli, artıq sosial şəbəkələr aid olduğu sahədən asılı olmayaraq hər bir qurum və şəxs üçün yeni, effektiv ictimai meydan rolu […]

Milli mənəvi dəyərlər və gənclik

Bu ərəfələr elə tarixlər, zamanları yaşayırıq ki, milli bir məfkurə, milli – mənəvi dəyərlərimiz uğrunda bir olmağın, bir yumruq kimi bu dəyərlər ətrafında birləşməyin nə qədər zəruri əhəmiyyət daşıdığı bizə bir daha əyan olur. Belə ki, bu yaxınlarda biz Azərbaycan xalqının qan yaddaşı olan, xalqımıza qarşı erməni vandallarının törətdikləri 31 […]

“Mən dəhşətə gəldim: bu qədər alçaqlıq olar?” – Prezident

Biz indi elə bir şərait yaratmışıq ki, Azərbaycanı dünyada çox yaxşı tanıyırlar, bizim çox gözəl beynəlxalq imicimiz var. İndi Azərbaycana gələnlərin sayı artır. Biz beynəlxalq tədbirlər keçiririk. Bu sözləri Prezident İlham Əliyev aprelin 9-da Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında […]

Dünyanın gözü Nyu-Yorkda – BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirilir

Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirilir. Turkustan.info xarici mediaya  istinadən xəbər verir ki, görüşün mövzusu Suriyadakı vəziyyətdir. Bundan əvvəl bir neçə internet portalı yaraqlılara istinadən Suriya ordusunun Duma şəhərində xlor bombasından istifadə etməsinə dair xəbərlər yayıb. Həmçinin bombardıman nəticəsində 25-70 nəfərin öldüyü bildirilib. Eyni zamanda Dumadan olan həkimlər xəstəxanaya kimyəvi […]