Gün: Aprel 11, 2018

Heydər Əliyevin atasına maraqlı təbriki – Foto

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev “ekzit-poll” nəticələrinin elan olunmasından dərhal sonra sosial şəbəkədə paylaşım edərək, atasını təbrik edib. Turkustan.info xəbər verir ki,  Heydər Əliyev atası ilə birgə fotosunu paylaşaraq yazıb: “Sevimli prezidentimizi və əziz atamı ürəkdən təbrik edirəm. Qoy günəş daim Azərbaycanın və dünyanın üzərinə parlasın”. Qeyd edək ki, yerli […]

MSK prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb: İlham Əliyev 86,09 faiz səs toplayıb

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. Turkustan.info-nun məlumatına görə, MSK sədri bildirib ki, seçkinin ilkin nəticələri aşağıdakı kimidir: İlham Əliyev – 86,09 faiz Qüdrət Həsənquliyev – 3,4  faiz Sərdar Cəlaloğlu – 2,97  faiz Zahid Oruc – 3, 07 faiz Hafiz Hacıyev – 1,51  faiz Araz Əlizadə […]

Qüdrət Həsənquliyevdən ilk reaksiya VƏ…

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev prezident seçkilərinin ilkin nəticələrinə münasibətini açıqlayıb. Turkustan.info xəbər verir ki, BAXCP sədrinin açıqlamasında deyilir: “Prezident seçkiləri ilə bağlı keçirilən “exit-poll”arın nəticələrindən və Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrdən bəlli olur ki, İlham Əliyev növbədənkənar prezident seçkilərində qalib gəlib. İlham Əliyevi təbrik edirəm, […]

Ən aktiv və passiv seçki dairəsi məlum oldu

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə (səsvermə başlayan andan-saat 08:00-dan başa çatanadək-saat 19:00-dək) ən aktiv və passiv seçki dairəsinin adı açıqlanıb. Turkustan.info xəbər verir ki, seçicilərin aktiv olduğu seçki dairəsi Şərur-Sədərək seçki dairəsidir. Bu seçki dairəsidə 38 min 713 nəfərdən 32 min 132 nəfəri (83%) səsvermədə iştirak edib. Passiv seçki […]

“Anam iki oğlundan birinə səs verməliydi, qardaşım İlham Əliyevə səs verdi” – Hafiz Hacıyev

Hafiz Hacıyevlə müsahibə: – Siz İlham Əliyevə səs vermisiniz? Bu, doğrudur? – Mən özüm də bu gün qardaşım İlham Əliyevə səs verdim. Amma digərləri mənə səs verdi. Mənim anamın 85 yaşı var. O, Göygöl rayonunda səs verib, iki öğlundan birini seçib. Mənim anam İlham Əliyevi seçib, ona səs verib. Mən özüm […]

Hillari Klintonun porno videosu yayıldı

“Reddit” sosial paylaşım platformasında ABŞ-ın sabiq xarici işlər naziri Hillari Klintona aid olduğu iddia edilən bir porno video yayılmağa başlayıb. Turkustan.info  “NBC News”a istinadən xəbər verir ki, videonu internetə yükləyən şəxsin Rusiya İnternet Araşdırma Agentliyi ilə əlaqəsi var. “Rubinjer” adlı bu istifadəçinin hesabı olduqca populyardır və paylaşımlarına 100 000-ə qədər […]

Bakıda avtobus yolu keçən qadını vurdu – ANBAAN VİDEO

Paytaxtda yolu keçmək istəyən piyadanın avtobus tərəfindən vurulması anbaan kameraya düşüb. Turkustan.info avtosfer.az-a istinadən xəbər verir ki, Heydər Əliyev prospektində yolu keçmək istəyən qadın qəfil avtobusun qarşısına çıxdığı üçün avtobusun sürücüsü onu vurub. Qəzanı görən sürücülər dərhal xəsarət almış piyadanı götürərək yoldan kənara çıxarıblar. Videodan aydın görünür ki, piyada yolu […]

Ekzit-poll: ilkin nəticələr açıqlandı

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkiləri ilə bağlı ekzit-poll-un ilkin nəticələrini açıqlayıb. Turkustan.info-nun məlumatına görə, mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, prezident seçkilərində 118 dairədə 300 məntəqədə ekzit-poll aparılıb: “80 min anket əsasında biz nəticə çıxardıq. Gün ərzində hər saatdan bir anketlər qutudan anketlər çıxarılır və səslər sayılırdı. Anketdə seçki […]

Yıldırım ABŞ-la Rusiyaya səsləndi: Küçə davasını buraxın

ABŞ və Rusiya bir-biri ilə küçə qoçuları kimi dalaşırlar. Turkustan.info “Sözcü”yə istinadən xəbərinə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım XXI Avrasiya İqtisadi Forumunda ABŞ-la Rusiya arasında mövcud gərginliyə münasibət bildirərkən deyib. B. Yıldırım qeyd edib ki, ABŞ-la Rusiya “Twitter” vasitəsilə bir-birlərini hədələyirlər:  “O deyir, mənim yaxşı raketim var, bu deyir, […]

Mətbuat Şurasının sədri seçkilərlə bağlı mətbuat konfransı keçirəcək

Mətbuat Şurasının sədri Əflatun Amaşov prezident seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək. Turkustan.info xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfrasında prezident seçkiləri ilə bağlı Şuranın KİV-də apardığı monitorinqin nəticələri açıqlanacaq. Mətbuat konfransı sabah saat 15:00-da baş tutacaq.  /Modern.az/  

Saat 17:00-a kimi ən fəal və ən passiv DAİRƏLƏR

Bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində saat 17:00-a kimi seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub. Turkustan.info xəbər verir ki, saat 17:00-a olan məlumata əsasən seçici fəallığının ən yüksək olduğu dairə 14 saylı Xəzər seçki dairəsidir. Bu seçki dairəsidə 51117 seçicidən 40588-i (79.40%) artıq səsvermədə iştirak […]

Seçki günü 103 yaşlı nənənin prezidentdən xahişi

“Padşahdan xahiş edirəm ki, müharibə olmasın”.  Turkustan.info bildirir ki, İstiPress-in şimal bürosunun məlumatına görə, bu sözləri bu gün prezident seçkiləri günündə Qusarın ən uzunömürlü sakinlərindən biri, 103 yaşlı Nazirat Vəlimətova səsvermə hüququndan istifadə edərkən deyib. Səhhətinə görə yaşadığı evə 51 saylı Qusar DSK-nın Düztahir kəndindəki 20 saylı məntəqədən daşınan qutu gələn […]

“Yoldaşım qonşumla mənə xəyanət etdi” – Kriminal avtoritetin qardaşı – VİDEO

Heç vaxt şərəfimi ləkələməzdim” Turkustan.info xəbər verir ki, “Rezonans” verilişində bu dəfə Rəvan Bağırovun həbsxana həyatından bəhs olunub. Rəvan Bağırov (cəzası 11 il 6 ay): “1999-cu ildə hərbi xidmətdə yaralandım. Dizimdə problem var. O gündən bu yana əsa ilə gəzirəm. Həyatda namusdan şərəfli heç nə ola bilməz. Qonşuda Kamal adlı biri qalırdı. Bir gün mənə çatdırdılar ki, […]

Ermənistan Kəlbəcərdə hərbi təlim keçirir

Ermənistanın Hərbi Qüvvələri aprelin 11-də, Azərbaycanda seçki günündə işğal olunmuş Kəlbəcərdə planlaşdırılmamış hərbi təlim keçiriblər. Turkustan.info xəbər verir ki,  bu haqda “Lragir” nəşriyyatı yazır. Ermənistan HQ-nin Baş Qərargahının rəisi Movses Akopyanın sözlərinə görə, təlim ilk dəfə ön xəttə keçib. Həmçinin döyüş atəşi açılaraq, dağ şəraitində döyüş əməliyyatlarının ssenarisi hazırlanıb. Təlim ssenarisinə əsasən […]

Prezidentin dayısı seçkini belə şərh etdi – VİDEOREPORTAJ

Bu gün Azərbaycanda prezident seçkiləridir. Turkustan.info xəbər verir ki, 8 namizəd prezidentlik postu uğrunda mübarizə aparır. Kimin prezident olacağına isə qeydə alınan 5 milyon 300 mindən çox seçici qərar verəcək. Səhər saat 08:00-dan etibarən seçki prosesinə start verilib.Yenicag.az-ın əməkdaşları da 23 saylı Nəsimi-Səbail Seçki dairəsnin 23 saylı seçki mənqətəsində olublar. […]

Bakıda fahişəxananı xatırladan gecə klubu – Striptiz, intim mesajlar… – FOTOLAR

Bakıda fahişəxananı xatırladan gecə klubu fəaliyyət göstərir. Doğurdanmı, bura əyləncə məkanıdır?  Paytaxtda “Hot room” adlanan əndirabadi gecə klub fəaliyyət göstərir. Azərbaycanca tərcüməsi “İsti otaq” olan məkanın loqosu da içəridə nələrin baş verdiyindən xəbər verir. Təbii ki, kluba daxil olacaq müştəri düşünülmüş adı və erotik loqonu görüb buna uyğun “tədarük” görür.  Heç […]

3 milyondan çox seçici səs verib

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə saat 15:00-a olan seçici fəallığı ilə bağlı məlumatı açıqlayıb. Turkustan.info-nun məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzi bu haqda bildirib. Saat 15:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 60,74 faizi, yəni 3 227 817 seçici […]

Trampdan Rusiyaya: “Hazır ol, raketlər gəlir”

ABŞ prezidenti Donald Tramp “Twitter”dən Rusiyaya nota göndərib. Turkustan.info xəbər verir ki, o, Rusiyanı Suriyaya edəcəyi mümkün hücumla bağlı hazır olmağa çağırıb. “Rusiya Suriyaya buraxılacaq bütün raketləri vuracağına söz verir. Hazırlaş Rusiya, çünki raketlər uçacaq. Daha yaxşıları, yeniləri və “ağıllı”ları”.   /BakuPost/

İsrail İranın hücumuna hazırlıq görür

İranın Suriyanın Humus şəhərindəki T-4 hava bazasına hücumda günahlandırdığı rəsmi Təl-Əviv hökumətinə ünvanlanan “Bu hücum cavabsız qalmayacaq” açıqlamasından sonra İsrail hərbi təhlükəsizlik tədbirlərini artırıb. Oxu.Az-ın məlumatına görə, bu barədə “Haaretz” qəzeti xəbər yayıb. “İsrail tərəfi təhdidi ciddi qəbul edib. İranın və ya “Hizbullah”ın intiqam məqsədilə hücum təşkil edəcəyi istisna edilmir”, […]

ABŞ qırıcıları Suriya üzərində göründü

ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları Suriya üzərində patrul uçuşları keçirir. Turkustan.info xəbər verir ki,  Britaniyanın «Sky News» telekanalı qırıcıların Homs əyalətinin sərhədyanı Əl-Tanif şəhəri üzərində alçaqdan uçuşlar keçirdiyini bildirir. Digər məlumata görə ABŞ-ın başçılıq etdiyi koalisiyanın təyyarələri İraq və İordaniya səmalarında da görünüb. Britaniya nəşrləri onu da bildirir ki, İraq-Suriya […]

“Afrini Bəşər Əsədə təhvil verə bilmərik” – Türkiyənin XİN başçısı

“Afrin Suriyadakı rejimə (Bəşşar Əsəd rejimini nəzərdə tutur ) təhvil verilə bilməz”. “Akşam” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu terrorçulardan azad edilən Afrinin kimə təhvil veriləcəyi ilə bağlı sualı cavablandırarkən bildirib. Onun sözlərinə görə, Fransa Suriya məsələsini müzakirə etmək barədə təklif irəli sürüb: “Bu günlərdə təklifi dəyərləndirib, görüş vaxtını təyin edəcəyik”. […]

Seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri

Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub. Turkustan.info xəbər verir ki, saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 51 saylı Qusar seçki dairəsidir. Bu seçki dairəsində 46 600 seçicidən 20 775-i (44.58%) artıq səsvermədə iştirak edib. […]

Elman Rüstəmov manatın devalvasiyasından danışdı

“Azərbaycanda makroiqtisadi sabitlik var. Makroiqtisadi sabitliyin çox ciddi iqtisadi dayaqları var”. Turkustan.info bildirir ki, bunu “APA-Economics”ə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Azərbaycanın tədiyyə balansının müsbət zonada olduğunu xatırladan E.Rüstəmov bildirib ki, ilin əvvəlindən ölkənin valyuta ehtiyatları artıb. “Əsas ixrac potensialı olan neftin qiyməti sabit olaraq qalır. Ötən ilin müvafiq dövrünə […]

Ramiz Mehdiyevin həyat yoldaşı səs verdi – FOTOLAR

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin həyat yoldaşı prezident seçkilərində səs verib. Turkustan.info-nun məlumatına görə,  Qalina Mehdiyeva 29 saylı Səbail Seçki Dairəsinin 7 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib. Xatırladaq ki, bu məntəqənin seçici siyahısında 1 307 nəfərin adı var. Səsvermə başlayandan, təqribən, 500-ə yaxın seçici səs verib. /Unikal.org/

Müharibə qapıda: Müdafiə naziri səfərlərini təxirə saldı

Suriya ətrafında cərayan edən son hadisələr müharibə ehtimalını gücləndirir.  Turkustan.info xəbər verir ki, bu ehtimalı müdafiə naziri Cim Mətisin bəzi daxili səfərlərini təxirə salması da gücləndirir. Prezident Donald Tramp özü Laıtn Amerikasına səfərini təxirə saldıqdan sonra müdafiə naziri də daxili səfərlərdən imtina edib. Yerli mətbuat bunu Suriyaya qarşı hərbi əməliyyatlara hazırlıq […]

Ermənistan parlamentində qiyam ÇAĞIRIŞI – VİDEO

Ermənistan parlamentinin iclas zalında “Çıxış” blokundan deputatlar xüsusi aksiya keçiriblər. Turkustan.info Ermənistan KİV-inə istinadən xəbər verir ki, blokun üzvü Ararat Mirzoyan tribunaya çıxaraq hakim Respublika Partiyasını sərt tənqid edib. “Serj Sarkisyanın üçüncü müddətə hakimiyyətdə qalmasının qarşısını ala, Respublika Partiyasının hakimiyyətinə son qoya və öz arzularımızda olan ölkəni qura bilərik. Bunun üçün […]

Günün sonunda dünya müharibəsi BAŞLAYACAQ – Məsləhətçilərdən Trampa ŞOK MƏSLƏHƏT

ABŞ prezidenti Donald Trampın məsləhətçiləri dövlət başçısına günün sonunda Suriyada bir neçə hədəfə sərt zərbələr seriyasını vurmağı məsləhət görürlər. Turkustan.info xəbər verir ki, bu haqda “The New York Times” qəzetinin elektron versiyasının məlumatında deyilir. Nəşr Ağ Evdəki mənbələrə istinad edib. Məlumata görə, Amerika liderinin müzakirəsinə Suriya barəsində ölçülərin bir neçə variantı […]

Dünya qorxuda: Bu silahlar istifadə edilə bilər – ADLAR

Suriyanın Duma şəhərindəki kimyəvi hücum xəbəri ilə Rusiya və ABŞ arasında münasibətlər yenə kəskinləşib. ABŞ tərəfi bu hücumda rəsmi Dəməşqi günahlandıraraq Əsəd rejiminə qarşı zərbələrin sayını artırmaq istəyir. Rusiya isə belə bir hücumun olmadığını və Suriya hakimməyətinə qarşı hər hansı bir zərbə endirmək haqda iki dəfə düşünməyi məsləhət görür. Bunun […]

Türkiyə və Rusiyada dollar zirvədə

Rusiyada rublun dollara nisbətdə məzənnəsi ucuzlaşmaqda davam edir. Turkustan.info xəbər verir ki, dollar 1,74 rubl bahalaşaraq 64,76 rubl olub. Beləliklə, dollar/rubl məzənnəsi 2016-cı ilin dekabrında qeydə alınan rekordu yeniləyib.  Avronun məzənnəsi isə 2,29 rubl bahalaşaraq 80,14 rubl təşkil edib.  Moskva Birjasının indeksi 0,3% düşərək 2168,31 bənddə qərarlaşıb.  Türkiyədə də dollar zirvədən […]

Seçkilərin saat 12:00-a olan NƏTİCƏLƏRİ

Azərbaycanda prezident seçkilərinin saat 12:00-a olan nəticələri məlum olub. Turkustan.info-nun məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı xəbərə əsasən, saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib. Ümumilikdə Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ […]

YAP Afaq Aslanı mükafatlandırdı – FOTO

Yeni Azərbaycan Partiyası Afaq Aslanı mükafatlandırıb. Şou-biznes nümayəndəsi fəxri fərman diplomu ilə təltif edilib. Buna səbəb A.Aslanın bu gün keçiriləcək prezident seçkilərində sözügedən partiyanın namizədi İlham Əliyevin seçki kompaniyasında fəal iştirak etməsi olub. O, YAP-ın Xəzər rayonu üzrə təşkilatı tərəfindən mükafat alıb.  /Minval.info/

Fədayə Laçın və Akif Çovdarov SƏS VERDİ – FOTOLAR

Bakı İstintaq Təcridxanasında saxlanılan məşhur şəxslər də səsvermədə iştirak edib. Turkustan.info-nun xəbərinə görə, təcridxanada saxlanılan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif […]

Bazarlarda qiymət şoku – Hansı məhsul nə qədər bahalaşıb?

Paytaxt bazarlarında bir çox kənd təsərrüfatı məhsulları kəskin şəkildə bahalaşıb. Səbəb isə mövsümi amillər, yerli istehsal məhsullarının tükənməsi və xaricdən idxalın artmasıdır. Məlum olduğu kimi, qısa müddət sonra əksər meyvə-tərəvəz məhsullarının nübarı bazarlara çıxacaq və bu da ilk günlərdə baha olması ilə seçiləcək. Turkustan.info xəbər verir ki, müsavat.com-un əməkdaşları hazırkı […]

Evlənmək istədiyi qızı dostları ilə qaçırıb zorladı — Balakəndə ŞOK HADİSƏ

Qız qaçırmaqda və zorlamada təqsirli bilinən Balakən rayon sakinləri – 1988-ci il təvəllüdlü Rahib Dibirov, 1995-ci il təvəllüdlü Elşən Hacıyev, 1993-cü il təvəllüdlü Tural Hacıyev, 1988-ci il təvəllüdlü Famil Həbilov Ali Məhkəməyə müraciət ediblər. Turkustan.İnfo “Ölkə.Az”a istinadən xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən məhkəmə prosesi may ayının 1-nə […]

Hafiz Hacıyev: “İlham Əliyevə səs verdim”

Prezidentliyə namizəd Hafiz Hacıyev səsvermə prosesi haqda fikrini bildirib. H.Hacıyevin sözlərinə görə, mütəmadi olaraq proses haqda ona məlumat verilir: “Seçkilər çox demokratik keçirilir, heç bir müdaxilə yoxdu. Amma bəzi qüvvələr görür ki, mən səsvermədə 2-ci yerə çıxıram. Buna görə bəziləri çalışırlar ki, həmin məntəqələrdə seçkilərin nəticələri tanınmaması üçün təxribat törətsinlər”. […]

Ermənistan silkələnir – Polis xəbərdarlıq etdi

“Hamı cəzalandırılacaq” Pensioner Serj Sarkisyanın aprelin 17-də baş nazir təyin ediləcəyi ilə bağlı xəbər bütün Ermənistanı silkələyir. İrəvanda, eləcə də başqa şəhər və hətta kəndlərdə yürüşlər, aksiyalar keçirilir. Aksiya iştirakçıları Sarkisyanın yenidən hakimiyyəti əlinə almasının qarşısını almağa çalışırlar. Bununla əlaqədar Ermənistan polisi də hərəkətə keçib, polis artıq bəyanat yayıb. Bildirilir ki, etiraz aksiyalarının təşkilatçıları […]

Nazirlər Kabineti istefaya göndəriləcək

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. Azərbaycan Respublikasının yeni seçiləcək Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verəcək. Turkustan.info məlumatına görə, bu barədə Azərbayacan Respublikasının Konstitusiyasının 116-cı maddəsində (Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası) qeyd edilib. Konstitusiyaya görə, yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və […]

MSK saat 10:00-a olan seçici fəallığını AÇIQLADI

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə saat 10:00-a olan seçici fəallığı ilə bağlı məlumat açıqlayıb. Turkustan.info-nun məlumatına  görə,  MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, səsverməyə start verilən andan-saat 08:00-dan indiyədək ölkə üzrə 5 milyon 309 min 434 seçicidən 994 […]

İlin sonlarınadək sənədsiz evlərin problemi həll edilə bilər – Hökumət məsələni ARAŞDIRIR

İllərdir Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi problemi gündəmdən düşmür.  Min bir əziyyətlə başa gələn evlərin tam hüquqlu sahibi olmaq və qeydiyyata düşmək sadə vətəndaşın arzusu olaraq qalır.  Prezident İlham Əliyev məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə göstəriş versə də, hələ ki konkret nəticə hasil olmayıb. […]

ABŞ Rusiyanın bank sistemini vurmağa başladı

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Turkustan.info xəbər verir ki, yeni sanksiyalarla bağlı qanun layihəsi artıq Konqresin saytında yerləşdirilib. Yeni qanun layihəsinə əsasən, ABŞ Rusiyanın dövlət borcu ilə bağlı istənilən maliyyə əməliyyatlarına tam qadağa qoyacaq. Sanksiyalara Rusiya Mərkəzi Bankı, Milli Rifah Fondunun buraxdığı qiymətli kağızlarla bağlanan müqavilələr də düşə […]

Bu kənd 24 ildən sonra ilk dəfə səs verir

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin Cocuq Mərcanlı kəndində yeni yaradılan 73 saylı məntəqəsində 24 ildən sonra səsvermə təşkil olunub. Turkustan.info-nun xəbərinə görə, Cocuq Mərcanlıdan olan 121 seçici ilk dəfə öz kəndlərində seçkilərdə iştirak edir. Qeyd edək ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinə daxil olan 73 məntəqədən 72-i 1993-cü ildən respublikanın 58 […]

İlham Əliyev səs verdi

Azərbaycan Prezidenti İlham Əliyev səs verib. Turkustan.info-nun məlumatına görə, prezident 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib. Prezidentin xanımı Mehriban Əliyeva və ailə üzvləri də səs veriblər. Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.   /APA /

MSK sədri: Jurnalistləri heç kim məntəqəni tərk etməyə məcbur edə bilməz

Hər kəs istənilən məsələ barədə MSK və qurumun “qaynar xətti” ilə əlaqə saxlaya bilər.  Turkustan.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.  MSK sədri bildirib ki, səsvermədə hər kəsin hüquqları gözlənilməlidir. Onun sözlərinə görə, axırıncı seçici məntəqəni tərk etdikdən sonra məntəqədə qapı bağlanmalıdır: “Seçki məntəqələri saat […]

Səsvermə başladı – CANLI YAYIM

Bu gün Azərbaycanda növbəti prezident seçkiləri keçirilir. Turkustan.info-nun xəbərinə görə, artıq saat 8:00-dan etibarən ölkənin bütün seçki məntəqələrində səsvermə prosesinə start verilib. Səsvermə prosesi axşam saat 19:00-a kimi davam edəcək.  Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında seçkilərə hazırlıq prosesi barədə məlumat verib, […]

Britaniya qoşunları döyüş hazırlığı vəziyyətinə gətirildi

Britaniyanın Kiprdəki qoşunları Suriyaya zərbə endirmək üçün döyüş hazırlığı vəziyyətinə gətirilib. ABŞ, Böyük Britaniya və Fransa 24 saat ərzində Suriya ərazisinə zərbə endirə bilər. Lakin bu məlumatlar hələ ki, öz rəsmi təsdiqini tapmayıb. Artıq Aralıq dənizi hövzəsində “USS Donald Cook” və “Porter 7” eskadra mina gəmiləri də daxil olmaqla bir […]

ABŞ Suriyaya hücumu İsrailə həvalə edib

İsrailin Suriyanın hərbi-hava bazasına yönəlik son hücumu rejim qüvvələrinin Şərqi Qutadakı uğurlarına kölgə salmaq və bazanın müdafiə gücünü yoxlamaq əhəmiyyəti daşıyırdı. Turkustan.info xəbər verir ki, bu açıqlama ilə suriyalı hərbi ekspert general-mayor Məhəmməd Mulhem çıxış edib. “Amerikalılar Rusiya ilə birbaşa qarşıdurmaya girməmək üçün hücum vəzifəsini İsrailin hərbi-hava qüvvələrinə həvalə edib”, […]

Bu gün Azərbaycanda prezident seçkiləridir

Bu gün Azərbaycanda prezident seçkisi keçirilir. Turkustan.info xəbər verir ki, Mərkəzi Seçki Komissiyası 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən […]