Azərbaycanlı milyarder: Əliyevin tapşırıqlarına hazırıq

Türkiyədə yaşayan azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan İlham Əliyevi təbrik edib.

Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, M.Mənsimov İlham Əliyevin bu təmiz və şəffaf qələbəsinin Azərbaycan xalqının öz liderinə etimadının nəticəsi olduğunu vurğulayıb.

“Həm Azərbaycanda, həm də xaricdə yaşayan insanlarımız Sizin – Prezidentimizin ətrafında sıx birləşməyimizin vacibliyinin fərqindəyik. Biz ölkəmizdə sabitliyin və sürətli inkişafın təmin olunmasına görə Sizə borcluyuq. Bütün xalqımız kimi, “Palmali” kollektivi də əmindir ki, Sizin həyata keçirdiyiniz düzgün siyasi xətt ancaq bir ali məqsədə – Azərbaycanımızın daha gözəl, daha da qüdrətli olmasına xidmət edir”, – təbrik məktubunda qeyd edilib.

M.Mənsimov sonda qeyd edib ki, bir azərbaycanlı kimi öz prezidentinin yanındadır:

“Biz hər an Sizin yanınızdayıq, bütün tapşırıq və tövsiyələrinizi yerinə yetirməyə hazırıq”.