Fazil Mustafa Monteneqrodan İlham Əliyevə təbrik mesajı ünvanladı

Hazırda xaricdə səfərdə olan millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa dünən Azərbaycanda keçirilmiş prezident seçkisinin nəticələrinə münasibət bildirib.

Turkustan.info xəbər verir ki, millət vəkili Facebook səhifəsində bu sözləri yazıb:  

  • Monteneqroda AŞPA təmsilçisi kimi 15 apreldə keçiriləcək prezident seçkilərini müşahidə etməyə gəlmişəm. Ölkəmizdə prezident seçkilərinin başa çatması barədə məlumatı əldə etdim.
  • Cənab İlham Əliyevi yenidən Azərbaycanın prezidenti seçilməyi münasibəti ilə təbrik edirəm, yeni dönəmdə bütün çalışmalarında uğurlar diləyirəm.