Qida Təhlükəsizliyi Agentliyindən dönər XƏBƏRDARLIĞI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakının bir çox yerlərində 1 manata satılan dönərin insan orqanizmi üçün təhlükəli olub-olmamasına aydın gətirib.

Turkustan.info bildirir ki, agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən A24.Az-a verilən məlumata görə, qiymət baxımından tənzimləməni bazar həyata keçirdiyi üçün hər bir fiziki və hüquqi şəxs sahib olduğu məhsulu istədiyi qiymətə sata bilər: “Satılan məhsulun qiymətinin aşağı olması heç də həmin məhsulun insan sağlamlığı üçün təhlükəli olduğu mənasına gəlmir. Yalnız aparılmış laborator müayinələrin nəticələri əsasında hər hansı bir məhsulun insan qidası üçün yararlı olub-olmaması haqqında rəy vermək olar”.

Qeyd olunub ki, QTA qida məhsullarının təhlükəsizliyinə nəzarəti həyata keçirən dövlət orqanı kimi hər hansı məhsul haqqında yalnız rəsmi faktlara əsaslanaraq rəy verir: “Belə rəylər laborator müayinələrin nəticələrinə əsaslanır. Hazırda qurum qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı olaraq, struktur bölmələrinə ixtisaslaşmış kadr potensialının cəlb edilməsini, qida məhsullarının təhlükəsizliyinə dair normativ hüquqi bazanın hazırlanmasını həyata keçirir”.

63 Baxılıb