Ramiz Mehdiyev: “Belə halları çox pis qiymətləndirirəm” – AÇIQLAMA

“Azərbaycan son 15 ildə sürətlə inkişaf edib, böyük nailiyyətlər əldə edib”.

Turkustan.info-nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib. 

PA rəhbərinin sözlərinə görə, Azərbaycan beynəlxalq səviyyədə tanınıb: “Azərbaycanda iqtisadiyyat və sosial sahədə bir çox problemlər həllini tapıb. Ona görə də seçicilərin seçkilərdə yüksək səviyyədə iştirakı təbiidir”.

R.Mehdiyev, həmçinin xaricdən Azərbaycana qarşı kampaniya aparılmasına münasibət bildirib: “Təəssüflər olsun ki, Azərbaycanda böyük cinayət törədənlər sonra xaricə gedib qarayaxma kampaniyalarında iştirak edirlər. Belə insanlar yüksək mədəniyyətə malik olmadığı üçün bu yola əl atırlar. Belə halları çox pis qiymətləndirirəm”.   /AzVision.az/