Gün: Aprel 13, 2018

Azərbaycan toyunda biabırçılıq – Sərxoş kişilər qadın müğənnini oxumağına peşman etdilər – VİDEO

Sosial şəbəkədə biabırçı video yayılıb. Turkustan.İnfo xəbər verir ki, bəhs olunan video Azərbaycanda keçirilən toy mərasimlərinin birində çəkilib. Sərxoş vəziyyətdə olan iki ortayaşlı kişi mahnı oxuyan qadın müğənniyə qarşı nalayiq hərəkətlər edib. Onlar hind filmlərindən yaxşı tanıdığımız “Tansor disko” mahnısına oynayıb, müğənninin qabağında atlanıb-düşüblər. Musiqiçilərin arxasına keçən müğənnini kişi həmkarı sərxoşların əlindən qurtarmağa […]

Şəxsiyyət vəsiqəsində qan qrupu təhlükəsi – XƏBƏRDARLIQ

“Şəxsiyyət vəsiqəsində qeyd edilən qan qrupumuz sənəd aldığımız zaman səyyar olaraq təyin olunmuş qan qruplarıdır. Bu qan qrupları adətən anti-qlobulin zərdabları ilə təyin olunur və onlar tam olaraq düzgün olmaya bilər”. Turkustan.info xəbər verir ki, bunu Lent.az-a Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun böyük elçi işçisi Mahmud Mahmudov deyib. Onun sözlərinə […]

“…imkan verilməyəcək” – Generaldan mitinq xəbərdarlığı

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın aprelin 14-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib. Turkustan.info-nun məlumatına görə, İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək: “Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə […]

Prezident və baş nazirin gəlirləri AÇIQLANDI

Rusiya prezidenti Vladimir Putinin gəlirləri 2017-ci ilin yekunlarına görə, (ötən illə müqayisədə)10 milyon rubl artaraq, 18,7 milyon rubla çatıb. Turkustan.info xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunan gəlir bəyannamələrində qeyd olunur. Maraqlıdır ki, Putinin hər il bəyannaməyə daxil etdiyi 1500 kvadrat metrlik torpaq sahəsi bu dəfə daşınmaz əmlaklarının […]

Viaqranın inanılmaz faydası – Buna da qadir imiş…

Alimlər “Viaqra” kimi məşhur olan sildenafil preparatında xərçəng əleyhinə xüsusiyyətlər aşkar ediblər. (Suldenafil “Viaqranın” tərkibində olan təsireici maddədir.) Turkustan.info bildirir ki, yeni kəşf barəsində “Cancer Prevention Research” jurnalında məlumat yayılıb. Sildenafilin təsirini siçanlarda araşdıran alimlər aşkar ediblər ki, preparatın gündəlik kiçik dozası gəmiricilərdə bağırsaq xərçənginin inkişaf riskini 2 dəfə aşağı salır. […]

Elgizin verilişində dəhşətli KADRLAR – İlan rəqqasəni boğdu – VİDEO

Rəqqasə Renkanı efirdə ilan boğub. Turkustan.info xəbər verir ki, ARB TV-də aparcısı Elgiz Əkbər olan “Səhər-Səhər” verlişinin növbəti qonağı oriental rəqqasə Renka olub. Oriental rəqs etmək üçün ilanla efirə gələn rəqqasə olduqca çətin anlar yaşayıb. Belə ki, rəqs əsnasında ilan Renkanın saçına ilişərək, boğazına dolanıb. Efirdə boğulmaq təhlükəsi yaşayan rəqqasəyə anında […]

Yerevanın mərkəzində müxalifəti mitinq keçirir

Ermənistanın paytaxtı Yerevanın mərkəzində, “Azadlıq” meydanında “Vətəndaş Müqaviləsi” müxalifət partiyasının sədri Nikola Paşinyanın tərəfdarlarının mitinqi başlayıb. Turkustan.info Ermənistan KİV-inə istinadən xəbər verir ki, meydan tamamilə dolub. Deputat Nikola Paşinyan vətəndaşları mitinqdə aktiv iştirak etməyə çağırıb. Xatırladaq ki, aksiya Serj Sarkisyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinə etiraz olaraq təşkil edilib.  /Publika.az/

Dünyanı nə xilas edə bilər? – Trampın “ağıllı” raketləri, yoxsa…

Amerika prezidenti Donald Trampın Rusiyanı hədələməsi yenidən bütün dünyada narahatlıq yaradıb. Moskva da cavab verib. Aydın olur ki, iki supergüc bir-biri ilə savaşmağa hazırdır. Hər ikisi hesab edir ki, qalib olacaq. Hər ikisi hesab edir ki, ədalətlidir. Lakin təhlillər göstərir ki, vəziyyət daha mürəkkəbdir və çoxlu sayda təhlükələr meydana gələ […]

Hadı Rəcəbli DSK qarşısında rəqs etdi – VİDEO

Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkilərində prezident İlham Əliyevin yenidən xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilməsi ölkəmizin hər yerində bayram əhval-ruhiyyəsi yaradıb. Turkustan.info yerli KİV-ə istinadən istinadən xəbər verir ki, belə şənliklərdən biri də Xətai rayonu dairə seçki komissiyasının qarşısında olub. Seçkinin nəticələrinin elan edilməsindən sonra ora toplaşanlar şən […]

Lənkəranda qadın ərinin sevgilisi tərəfindən öldürüldü

Lənkəran sakini qətlə yetirilib. Turkustan.info APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərinin Anar Mahmudov küçəsi, 128 ünvanında qeydə alınıb. 1976-cı il təvəllüdlü Sevda Rüstəm qızı Həsənova həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arif Nəhmət oğlu Həsənovun eyni evdə qeyri-rəsmi nikahda yaşadığı Lerik rayon sakini, Gülşən Salayeva tərəfindən odun parçası ilə vurularaq qətlə […]

Əflatun Amaşov: “Heç bir sosial şəbəkəni məhdudlaşdırmaq olmaz”

“Azərbaycan Mətbuat Şurası tərəfindən sosial şəbəkələrdə monitorinq keçirilməsi planlaşdırılmayıb”. Turkustan.info xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib. Ə.Amaşov deyib ki, sosial şəbəkələr sistemi kifayət qədər həssas və ciddi sahədir: “Bəzən bu sistemdə müəyyən problemlər yaranır. Hətta, bu problemlərlə bağlı “Facebbok”-un yaradıcısı da […]

“Rusiya ABŞ-a zərbəyə hazırlaşır” – Titan ixracı

Rusiya ABŞ-a “Boinq” təyyarələrinin istehsalında istifadə edilən titan maddəsinin ixracını dayandıra bilər.   Bu sözləri Rusiya Federasiya Şurasının Büdcə və Maliyyə Bazarları Komitəsinin sədri Sergey Ryabuxin deyib.   “Məhdudiyyət tətbiq edilməsi istənilən metallar arasında Rusiyanın ABŞ-a göndərdiyi və “Boinq” təyyarələri üçün lazım olan titan da var”, – Ryabuxin qeyd edib. […]

ADAU-da “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq layihəsinə statr verilib”

Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatı “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı layihənin icrasına başlayıb. Universitetin mətbuat xidmətinin xəbərinə görə yeni layihənin məqsədi Azərbaycanın ərazi bütövlüyü və müdafiəsi uğrunda canından keçən şəhidlərin, eləcə də qazi və döyüşçülərin hayat və döyüş yolunu öyrənmək, həmçinin onların sücaətini gənc nəslə çatdırmaqdır. Bildirilib ki, […]

ATƏT PA vitse-prezidentindən qurumun müşahidə missiyasına KƏSKİN ETİRAZ -Mətn

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Guliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) seçkiləri müşahidə missiyasının 11 aprel seçkilərinin nəticələri ilə bağlı yayımladığı hesabata konkret faktlara istinad edərək kəskin etirazını bildirib: “Biz dəfələrlə beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in ölkəmizə qarşı haqsız və ədalətsiz münasibətinin şahidi olmuşuq. Azərbaycan ictimaiyyəti 26 […]

Qənirə Paşayeva seçicilərlə görüşdü – Fotolar

Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb.    Bir çox xəstələri ziyarət edən millət vəkili onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq  Bakıda və ya Rayon […]

Azay Quliyev Kopenhagenə gedir – ATƏT PA-nın Büro iclasında iştirak edəcək

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün aprelin 14-də Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfərə gedəcək. Bu barədə Milli Məclisin mətbuat xidmətindən Modern.az-a məlumat verilib.  Bildirlib ki, iclasda ATƏT PA-nın iyulun 7-11-də Berlində keçiriləcək 27-ci yay sessiyasında müzakirə olunacaq mövzular və layihə sənədləri təqdim […]

Şahnazaryanın sərsəm Naxçıvan açıqlamasına azərbaycanlı hərbçidən CAVAB: “İrəvanın mərkəzini vurmaq…”

Son günlər Rusiya və Ermənistan mətbuatında Azərbaycan ordusunun Naxçıvan istiqamətindən hücum edəcəyi barədə xəbərlər dərc olunur. Ermənistan tərəfi isə bundan narahatlığını bildirərək müxtəlif bəyanatlarla çıxış edir və diqqəti öz üzərinə çəkməyə çalışır. Hər dəfə olduğu kimi bu dəfə də erməni politoloq Qrant Melik-Şahnazaryan sərsəm bəyanatla çıxış edib. Onun sözlərinə görə, […]

Baş nazirdən QƏRAR – Yeni tərkib…

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib.   Bununla bağlı Baş nazir Artur Rasizadə qərar imzalayıb.   Qərara əsasən, kollegiya üzvlərinin sayı 12 nəfərdən ibarət müəyyənləşdirilib.   Kollegiyanın sədri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Quluzadə Ramin Namiq oğludur.   Kollegiya üzvləri:   Abdullayev Əli […]

“Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabının təqdimatı keçirilib

Kitabda birinci dünya müharibəsi ərəfəsində, həmçinin 1918-20-ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırımlar elmi mənbələrin əsasında təhlil olunur  Professor Aygün Attarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabının təqdimat mərasimi keçirilib. Turkustan.info-nun məlumatına görə, təqdimat mərasimində millət vəkilləri, ziyalılar, tarixçilər iştirak edib. Tədbiri giriş sözü ilə açan millət vəkili, professor Musa Qasımlı […]

Rusiyadakı azərbaycanlıların RƏZALƏTİ – İki bacını zorladılar, həbsə düşdülər – VİDEO

Rusiyanın Udmurtiya Respublikasında Azərbaycan vətəndaşlarının adının da hallandığı cinayət işi böyük rezonans doğurub. Turkustan.info Rusiya KİV-nə istinadən xəbər verir ki, hələ 2014-cü ildə İjevsk şəhər sakinləri 15 yaşlı Anastasiya və 18 yaşlı Anna qrup halında zorlanıblar. Onları Azərbaycan vətəndaşları olan Nemət və Seymur Rzayev qardaşları və Rusiya vətəndaşı Xəyal Bayramov zorlayıblar. […]

Bakıda fahişəliyi, narkomaniyanı təbliğ edən klip çəkilib – Nəzarət yoxdur – VİDEO 18+

Son zamanlar bəzi azərbaycanlı musiqiçilər yaş məhdudiyyətli işlər ərsəyə gətirməyə başlayıblar. Xüsusilə, reperlər ətraflarına açıq-saçıq geyinmiş qızları toplayıb klip çəkdirir, konsert verirlər. Ötən il Rüzgar “Sex in trap” trekinə çəkdiyi klipdə açıq sevişmə səhnələrinə yer vermişdi. Klipin 18+ olduğu qeyd edilmiş və yalnız elektron ünvanı vasitəsilə ilə qeydiyyatdan keçmiş istifadəçilər […]

Bank kreditləri: Kassada manat, sənəddə dollar?

Məlum olduğu kimi, dollar kreditlərinin qaytarılması ilə bağlı ölkəmizdə ciddi problemlər yaşandı. 2015-ci il devalvasiyasından sonra, manat dollara münasibətdə 30 faiz ucuzlaşdı. Bu zaman banklardan dollarla borc götürən vətəndaşlar çətin vəziyyətə düşdü. İstər Milli Məclisdə, istərsə digər qurumlarda çoxlu müzakirələr aparılsa, təkliflər səslənsə də yaranmış durumun ağrı-acısını çəkmək dövlətin və […]

III Dünya müharibəsində Türkiyənin ROLU – Putinin adamı DƏHŞƏTLİ SSENARİNİ AÇIQLADI

“Üçüncü dünya müharibəsi başlanarsa, ilk növbədə Suriya zərbə altında qalacaq”. Turkustan.info xəbər vevrir ki, bu haqda “Oboz TV”-nin efirində Ukraynanın Ekstremizm Tədqiqatları İnstitutunun direktor müavini Boqdan Petrenko bildirib. Onun sözlərinə görə, III Dünya müharibəsinin başlanması halında, Ukraynanın episentr olması təhlükəsi kifayət qədər aşağıdır. Ekspert həmçinin qeyd edib ki, Türkiyə Suriyada Rusiya […]

Əsəd saraydan qaçıb ORAYA SIĞINDI – Qırıcılar HAVAYA QALXDI

İngiltərə və Amerika mətbuatı Dəməşq rejimin ABŞ-ın hücum etməyəcəyini düşündüyü Rusiyaya aid bazalara qırıcıları və helikopterlərini göndərdiyini iddia edir. Turkustan.info xəbər verir ki, paytaxt sakinləri ilə danışan “The Guardian” qəzetinin müxbiri hərbi konvoyların Dəməşqin qərbindəki Livan sərhədinə doğru irəlilədiyini yazıb. İkinci bir iddia isə Bəşər Əsədin yeri ilə bağlı qaldırılıb. Xəbərə […]

Polis ərini “döyən” qadın DANIŞDI: “Onun 120, mənim 67…” – FOTO

“Onun 120, mənim isə 67 kiloqram çəkim var. Mən onu necə döyə bilərəm!?”. Turkustan.info bildirir ki, bunu “Report”a açıqlamasında Sumqayıtda arvadı tərəfindən döyüldüyünü iddia edən sabiq polis əməkdaşı Nəsib Abışovun keçmiş həyat yoldaşı Natavan Abışova deyib. Onun sözlərinə görə, hazırda Əmək və Əhalinin Sosial Müdafisəsi Nazirliyində (ƏƏSMN) baş müfəttiş vəzifəsində […]

Bakıda dolların satışı dayandırıldı? – Bankların cavabı

Paytaxt Bakıda yerləşən banklarda dolların satışının dayandırılması ilə bağlı məlumatlar yayılıb. Sakinlər 2 gündür ki, banklardan dollar əldə edə bilmədiklərini deyiblər. Mərkəzi Bankdan Axar.az-a bildirilib ki, dolların satışının dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bank əməkdaşı dolların satışında heç bir problemin olmadığını, satışın davam etdiyini deyib. “Kapital Bank”ın mətbuat xidmətinin […]

Əli Mirəliyev SOSİAL MEDİA FENOMENİNİ ÖZÜNDƏN ÇIXARDI: “Dünən çıxmısan, cip-cip öyrədirsən mənə?!”- VİDEO

Sosial mediada məşhur olan rəqqas Ramin Həsənov söylədiyi fikirlərə görə Əli Mirəliyevin tənqidinə tuş gəlib. Turkustan.info xəbər verir ki, gənc istedadın ifaçı Dana ilə bağlı tənqidlərinə cavbsız qala bilməyib. “O rəqs edə bilmir. Ayaq döyür sadəcə” deyən Raminə Əli Mirəliyev sərt cavab verib. İfaçı “Dünən çıxmısan, mənə cip-cip öyrədirsən?” sözləri onlar […]

Müharibə alovu böyüyür

“Əgər İran hücum eləsə….” Dünyanı təşvişə salan müharibə hədələrində İsrail də qoşuldu. İstiPress-in məlumatına görə, ABŞ və Rusiyadan sonra İsrail də Suriyanı vurmaqla hədələyib. Ölkənin müdafiə naziri Aviqdor Liberman bölgədəki gərginliyi daha da artıran bəyanat verib. O, İranın İsrailə hücum edəcəyi halda Suriya prezidenti Bəşər Əsədi aradan götürəcəklərini açıqlayıb. Nazir […]

Milli Şuranın mitinqinə kimlər qoşulacaq?

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şurasının aprelin 14-ə təyin etdiyi mitinqlə bağlı məktubu cavablandırıb və müsbət cavab verib. Müxalifətin aprelin 14-də saat 15.00-dan 17.00-dək Yasamal rayonunda yerləşən “Məhsul” İdman Sağlamlıq Mərkəzinin stadionunda mitinq keçirməsinə etiraz edilməyib. Maraqlıdır, mitinqə başqa hansı qüvvələr qoşulacaq? Turkustan.info bildirir ki, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının […]

ADAU-da “Elektron kənd təsərrüfatı” ilə bağlı tədbir keçirilib

Ölkədə “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılmasının mövcud vəziyyəti, qarşıda duran vəzifələr, layihənin icrasında digər qurumlarla yanaşı Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) potensial imkanlarından istifadə ilə bağlı təhsil müəssisəsində  tədbir keçirilib. ADAU-nun mətbuat xidmətinin xəbərində bildirilib ki, tədbiri giriş sözü ilə rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb.  Rektor […]

Rusiyada ”zon”u ayağa qaldıran azərbaycanlı ”VOR ZAKON” Bakıya göndərildi

Kriminal aləmdə ”İlqar Dmanisskiyi” kimi tanınan ”qanuni oğru” İlqar Əliyev Bakıya deportasiya edildi. Turkustan.info Rusiya KİV-nə istinadən xəbər verir ki, aprelin 12-dəo, Moskva şəhərinin Vnukovo hava limanından Bakıya göndərilib. DİN rəhbəri Vladimir Kolokoltsev onun deportasiyasına imza atıb. Sənədə görə, Əliyevə Rusiya ərazisinə daxil olmaq ömürlük qadağan olunur. Bəzi məlumatlara görə, […]

Skripallar niyə ölmədi? – Zəhərin yaradıcısı açıqladı

Böyük Britaniyanın Solsberi şəhərində Rusiyada işlənib hazırlanan “Noviçok” adlı kimyəvi silah tətbiq olunmaqla zəhərlənən keçmiş QRU polkovniki Sergey Skripalın və qızı Yuliyanın ölümdən dönməsi bu zəhərin daha bir xüsusiyyətini ortaya çıxarıb. Turkustan.info-nun Virtualaz.org-a istinadən xəbəribə görə, vaxtilə “Noviçok”u işləyib hazırlayanlardan biri, tanınmış sovet kimyaçı alimi Vil Mirzəcanov Kommersant FM radiosuna müsahibəsində […]

32 generalı məhv edən Putini öldürmək haqqımız var – General

Ukraynanın istənilən vətəndaşı Rusiya Prezidenti Vladimir Putini fiziki məhv etmək haqqına sahibdir. Turkustan.info xəbər verir ki, bunu Obozrevatel TV-yə müsahibəsində ukraynalı deputat, ehtiyatda olan general-leytenant Qriqori Omelçenko deyib. “2014-cü ilin aprelində televiziyalardan birindəki birbaşa efir zamanı bəyan etdim ki, Putin mənim və ya mənim komandam tərəfindən kiçik bir imkan olacağı halda […]

Ermənistanda 17 aprel həyəcanı: Parlament indidən silahlı hərbçilərlə qorunur

Ermənistan parlamenti silahlı əsgərlərlə mühafizə olunur. Turkustan.info erməni mətbuatına istinadən xəbər verir ki, bu haqda “Qraparak” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, silahlı əsgərlələ mühafizə olunmanın səbəbi aprelin 17-də ölkəyə baş nazir seçilməsi ilə bağlıdır. Silahlı mühafizəçilər bildirirlər ki, bunda qeyri adi heç nə yoxdur, həmişə belədi. Respublika partiyasının nümayəndələri nin […]

Türkiyə daha bir DÖVLƏT ÇEVRİLİŞİNİN qarşısını alıb – Nyu-York qəzeti yazdı

Qətərdə “Körfəz böhranı”nın başladığı gün, yəni 2017-ci ilin 5 iyun tarixində Əmir Şeyx Təmimin sarayında çevrilişə cəhd olunub. Bu barədə Amerikanın “The New Yorker” dərgisində çap olunan bir məqalədə bəhs edilib. “Bir Səudiyyə şahzadəsinin Orta Şərqi yenidən inşa etmək macərası” başlıqlı məqalənin müəllifi Dexter Filkins bir amerikalı diplomatın açıqlamalarını qələmə […]

Ermənilərin ən məşhur lotusunu həbxana rəisi “sındırır”

Rusiyadakı lotulardan heç kim Suxobezvodnoe adlanan həbsxanaya düşmək istəmir. Buradakı qaydalar başqa həbsxanalardan tamam fərqlidir. Yəni oğru qanunları burada işləmir. Həbsxana rəisi Aleksandr Kolqanov ən qatı cinayətkarları belə ram etməyə qadir olan prinsipial zabit sayılır. Bugünlərdə həbsxana məşhur erməni qanuni oğru Sergey Asatryan etap olunub. Kriminal aləmdə “Seryoja Bentli” ləqəbi […]

“İki oğlum arasında püşk atdım, birini terrorçulara verdim” – Atanın etirafları həqiqəti ortaya çıxardı – VİDEO

“PYD istədiyi üçün iki oğlum arasında püşk atdım, birini göndərdim” Məhmətçiyin  qoruduğu Afrində PYD/PKK-nın bir övladını dağa aparmaq üçün gəldiyini deyən bir ata, “Qızlarımı verə bilməzdim, iki oğlum arasında püşk atıb birini göndərdim” deyib. Afrin xalqı Türk Silahlı Qüvvətlərinin bölgəyə sakitlik gətirdiyini və ağrı-acılarının bir az da olsa, keçdiyini sözlərinə […]

Cəbhədə erməni TƏXRİBATI – Şiddətli atışma oldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 110 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Berkaber, Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı və Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz […]

Məscidin minarəsinə çıxdı, insanlara atəş açdı

Türkiyənin Bursa şəhərində Küba məscidində hadisə baş verib. Turkustan.info xəbər verir ki, Murad Tahsin adlı şəxs tüfənglə məscidin minarəsinə qalxıb və ətrafdakılara atəş açıb. Məlumata görə, həmin şəxs haqqında borcu səbəbindən həbs qərarı çıxarılıb. O, həbsxanaya girmək istəmədiyi üçün belə bir addım atdığını deyib. Hadisə yerinə cəlb edilən polislər M.Tahsinlə […]

Acı bibər yeyərkən orqanizmdə BAŞ VERƏN DƏYİŞİKLİKLƏR

34 yaşlı Nyu-York sakini şiddətli boyun və baş ağrılarından şikayət edərək xəstəxanaya müraciət edib. Müayinə zamanı bəlli olub ki, həmin şəxs bir neçə gün öncə ard-arda acı bibər istehlak edib. Turkustan.info xəbər verir ki, həkimlər müalicə zamanı acı bibərin “Carolina Reaper” növünün insan orqanizminə ciddi ziyan vurduğunu müəyyənləşdiriblər. Analiz zamanı bəlli […]

Britaniya Rusiyadan üzr istədi

Britaniyanın Uçuş Təhlükəsizliyi Mərkəzi “Aeroflot”a məxsus təyyarənin göyərtəsində axtarış aparılmasının səbəblərini açıqlayıb. Turkustan.info xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat naziri Maksim Sokolov deyib. Nazir mərkəzin “Aeroflot”dan martın 30-da aparılan axtarışa görə üzr istədini də qeyd edib. Qeyd edək ki, martın 30-da Londondan Moskvaya səfərə hazırlaşan “Aeroflot” hava yollarına məxsus təyyarənin […]

Tramp zərbəni niyə gecikdirir? – Hücumun sensasion təfərrüatı

Rusiyalı hərbi ekspert Pavel Felgenhauerin “Novaya qazeta” qəzetində dərc olunan məqaləsində yer alıb. Turkustan.info məqaləni təqdim edir: 7 ildir davam edən qətliam Suriya cəmiyyətinin dəhşətli dərəcədə radikallaşması və bütün tərəflərin insanlığa qarşı çoxsaylı cinayətləri ilə nəticələnib. Bütün bunlar Tramp üçün o qədər də maraqlı deyil. Bir neçə həftə əvvəl o, ictimai […]

ABŞ Türkiyəyə Rusiya “S-400″nə alternativ təklif edib

Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettis Türkiyə ilə Ankaranın Rusiya “S-400” kompleksləri almasına dair danışıqların detallarına aydınlıq gətirib. Pentaqon rəhbəri ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə bildirib ki, Vaşinqton Rusiya silahlarına alternativ təklif etmək niyyətindədir. “Biz Türkiyə ilə bu barədə, o cümlədən NATO (standartlarına) uyğun sistemlər əldə etmək imkanı verəcək […]

“Pierre Cardin” Mebel indi ən prestijli ünvanda – Video + Foto

Dünyaca məşhur “Pierre Cardin” mebel şəbəkəsinin Bakıdakı salonu yeni ünvana daşınıb. Mağazanın yeni ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 25d-dir. Bu ünvan həm daha çox məhsulun təqdim olunmasına, həm də müştərilərin rahatlığına hesablanıb. Mağazadan bildiriblər ki, yeni məkan üç qatdan ibarətdir: “Bu da bizə daha çox məhsulu sərgiləməyə, müştərilərin rahat seçim edə […]

“11 Aprel seçkiləri xalqın iradəsini tam ifadə edib”

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi növbədənkənar prezident seçkilərilə bağlı bəyənat yayıb.  Turkustan.info bəyanatı təqdim edir: “Azərbaycanda seçkilərin demokratik mühitdə keçirilməsi üçün seçki ərəfəsində və seçkilər elan olunduqdan sonra, ölkədəki ictimai-siyasi mühit, söz və mətbuat, sərbəst toplaşmaq  azadlığı sahəsində vəziyyət, seçki komisiyalarının fəaliyyəti və seçkilərə hazırlıq səviyyəsi azad, ədalətili, […]

Bakı ilə Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu – Video

İran ərazisində Bakı və Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu xəttinin çəkilməsi ilə bağlı iş aparılır. Turkustan.info Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov deyib. Sədr bildirib ki, çatışmayan 167 km yolun tikintisi üçün kredit ayrılmasına qərar verilib. Cavid Qurbanov deyib ki, rəhbərlik etdiyi qurum […]

Aprel qəhrəmanlarının ailələri ilə görüş – Video

Millət vəkili Qənirə Paşayeva və “Aprel 2016: Şəhid ailələrinə dəstək” İB Xızı, Xaçmaz və Neftçalada Aprel döyüşlərinin qəhrəman şəhidlərinin ailələrini ziyarət ediblər. Turkustan.info xəbər verir ki, Q.Paşayeva Xaçmazda qəhrəman şəhidlərimiz Elvin Mirzəyev və Elvin Qayıbovun, Xızıda Ravil Novruzovun, Neftçalada Elimdar Səfərovun ailəsini ziyarət edən zaman şəhidlərimiz kimi, onların ana-atalarının da ölkə […]

Suriya bombalanacaq – Hökumət icazə VERDİ

Böyük Britaniyanın Nazirlər Kabineti krallığın Suriyaya mümkün zərbə endirilməsi aksiyasında iştirakına icazə verib. Turkustan.info xəbər verir ki, bu barədə baş nazir Tereza Meyin sədrliyi ilə keçən iclasda qərar qəbul olunub. Çərşənbə axşamı Britaniyanın baş naziri Tereza Mey bildirib ki, ABŞ prezidenti Donald Tramp və Fransa lideri Emmanuel Makron belə bir […]