Gün: Aprel 14, 2018

İrəvanda radio ələ keçirildi: Paşinyan xalqa müraciət etdi – Video

Vətəndaş Müqaviləsi Hərəkatı Partiyasının lideri Nikol Paşinyanın rəhbərlik etdiyi və ötən gün İrəvanın Fransa meydanında oturaq aksiya keçirən etirazçılar bu gün İctimai radionun binasını ələ keçiriblər. Turkustan.info xəbər verir ki, Paşinyan bunu növbəti uğur kimi qiymətləndirib. “Hazırda biz İctimai radionun binasındayıq. Bu, bizim növbəti uğurumuzdur. Siz gördünüz ki, əli silahlı polislər […]

Yeməkdən dərhal sonra çay içirsinizsə, bu xəstəliklərə yoluxa bilərsiniz

Yeməkdən dərhal sonra çay içmək insanlar tərəfindən vərdiş halını alıb. Lakin bu vərdiş dəmiri bədəndən xaric edir, bu da öz növbəsində sürətlə kökəlməyə səbəb olur. Turkustan.İnfo Medicina.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli mütəxəssis Sinan Akkurt danışıb. O bildirib ki, dəmir əksikliyi kökəlməyin başlıca səbəblərindəndir. Onun sözlərinə görə, səbəbsiz yorğunluq, […]

Amerikalı cütlük Bakıda Azərbaycansayağı toy etdi – VİDEO

Azərbaycanda yaşayan məşhur amerikalı Marta Laurinin bir müddət əvvəl Bakıda toyu baş tutub. Turkustan.İnfo xəbər verir ki, o, öz həmyerlisi ilə ailə həyatı qurub. Bakının məşhur restoranlarından birində keçirilən məclisdə cütlük Azərbaycan adətlərinə uyğun t0y edib. Hətta amerikalı gəlin “Aynada gözəl”i də oynayıb. Həmin maraqlı anları sizlərə təqdim edirik:   /Minval.İnfo/

Basqal abidələri məhv olur – Məmur məsuliyyətsizliyi ilə bağlı ÇAĞIRIŞ EDİLDİ – Fotolar

“7 ildir ki, qədim Basqalin antik abidələrinin bərpası barədə çox sayda məktublar yazdıq və cavablar aldıq. Hamısı nəticəsiz və boş sözlər, boş vədlər…”. Turkustan.info xəbər verir ki, İsmayıllı rayonunun Basqal kəndinin sakinləri sosial şəbəkədə müaciət ediblər. Müraciətdə bildirilir ki, yaxın vaxtlarda əlaqədar dövlət qurumlarından tarixi abidələrin qorunması ilə bağlı konkret […]

Bakının dollar bazarında canlanma: KİMLƏR VƏ NƏDƏN YARADIB?

Kommersiya bankları dollar alışını artırıb. Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata görə banklar fevral ayında əhaliyə satdığı dollardan 71.272 milyon dollar çox alıb ki, bu da əvvəlki ayla müqayisədə 2 dəfə çoxdur. Hesabata əsasən, fevral ayında banklar əhalidən 222,427 milyon dollar alıb, əhaliyə  isə 151,155 milyon nağd dollar satıb. Qeyd […]

Kişilərlə görüşmək üçün ailəsini atıb rayondan Bakıya gəldi və… – Uşağının gözü qarşısında DƏHŞƏTLİ ƏMƏL

Qəbələ şəhərində arvadını öldürməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Vasif Ağababayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info xəbər verir ki, Vasif Ağababayevin rəsmi nikah münasibətində olduğu arvadı Afət Baxşalıyeva mütəmadi olaraq azyaşlı uşağını qoyub və Bakı şəhərinə qaçıb. Afət Baxşalıyeva paytaxtda yüngül həyat tərzi keçirib. Sonradan Vasif Ağababayev […]

“7 ildir ki, qədim Basqalin antik abidələrinin bərpası barədə çox sayda məktublar yazdıq və cavablar aldıq. Hamısı nəticəsiz və boş sözlər, boş vədlər…”. Turkustan.info xəbər verir ki, İsmayıllı rayonunun Basqal kəndinin sakinləri sosial şəbəkədə müaciət ediblər. Müraciətdə bildirilir ki, yaxın vaxtlarda əlaqədar dövlət qurumlarından tarixi abidələrin qorunması ilə bağlı konkret […]

Rusiya geri addım atdı: Əməkdaşlığa hazırıq

Rusiya ABŞ və digər ölkələrlə əməkdaşlığa hazırdır. Turkustan.info xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. Xarici İşlər Nazirliyindən verilən məlumatda Rusiyanın ABŞ və digər ölkələrlə dialoq mühitinin yaradılması üçün də hərəkətə keçdikləri bildirilib. Qeyd edək ki, ABŞ və müttəfiqlərinin Suriyaya zərbə endirməsinə Rusiya çox sərt […]

Suriya ilə bağlı təcili iclas çağırıldı – Putinin təşəbbüsü ilə

Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, iclas ABŞ, Böyük Britaniya və Fransanın Suriyadakı addımlarını müzakirə etmək məqsədi daşıyır.  Müttəfiqlərin Suriyaya raket zərbələri endirməsi müzakirə ediləcək. Qeyd edək ki, bu gün səhər saatlarına yaxın üçlük Suriyada hərbi əməliyyata başlayıb. Türkiyə bu […]

ABŞ Suriyanı yenidən bomalamağa hazırdır

Əgər lazım gələrsə, ABŞ Suriyanı yenidən bombalaya bilər. Turkustan.info RİA Novosti-yə istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli bildirib: “Əgər Suriya rejimi qərarlarımızı sınamaq istəyərsə, təzyiqlərə hazırıq. Prezident Trampla söhbət etdim. O bəyan etdi ki, Suriya rejimi kimyəvi silahları yenidən tətbiq edərsə, ABŞ da zərbələrə hazırdır”.   /Oxu.Az /

Gərginlik artır: Rusiya Türkiyənin addımlarını “səhv” adlandırdı

Rus senator Konstantin Kosaçov Türkiyənin ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Suriyadakı hərbi obyektlərə təşkil olunan hücumu dəstəkləməsinin səhv olduğunu bildirib   Rus senator Konstantin Kosaçov Türkiyənin ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Suriyadakı hərbi obyektlərə təşkil olunan hücumu dəstəkləməsinin səhv olduğunu bildirib. Turkustan.info Sputnik Türkiyə-yə istinadən xəbər verir ki, Suriyaya […]

Ərdoğan yaranmış vəziyyətdən çıxış yolu axtarır: Təcili zəng…

Danışıq zamanı Suriyadakı son hadisələr müzakirə olunub   Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub. Turkustan.info “Anadolu” agentliyinə istinadla xəbər verir ki, danışıq zamanı Suriyadakı son hadisələr müzakirə olunub. Mey Suriya rejiminə qarşı təşkil etdikləri əməliyyat haqqında məlumat verib. Ərdoğan da kimyəvi […]

Sənədsiz ev problemi tezliklə həllini tapacaq – Deputatdan AÇIQLAMA

İllərdir Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi problemi gündəmdən düşmür.   Min bir əziyyətlə başa gələn evlərin tam hüquqlu sahibi olmaq və qeydiyyata düşmək sadə vətəndaşın arzusu olaraq qalır.  Prezident İlham Əliyev məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə göstəriş versə də, hələ ki konkret nəticə hasil […]

Polis Milli Şuranın mitinqi ilə bağlı məlumat yaydı

Aprelin 14-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Turkustan.info bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və […]

Azərbaycanlı insan alverçisi belə tutuldu – VİDEO

Belarus xüsusi təyinatlıları Vyetnamdan olan 11 qeyri-leqal miqrantı Avropa İttifaqı ərazisinə keçirmək üçün aparan beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmaya qarşı Minsk yaxınlığında əməliyyat keçirib. Turkustan.info-nun məlumatına görə, sərhəd xidmətinin xüsusi təyinatlıları Minsk vilayətinin Rakova rayonunda silah tətbiq etməklə qruplaşmanın üzvlərini yaxalayıblar. Əməliyyat-axtarı tədbirlərinin nəticəsi olaraq Minsk ətrafındakı şosse yolda içərisində miqrantlar […]

Azərbaycanda 26 yaşlı gəlin güllələndi

Qazax rayonunda güllələnmə hadisəsi baş verib. Turkustan.info-nun xəbərinə görə, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Kənddə yaşayan 1992-ci il təvəllüdlü Mehriban Məsimova güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə M. Məsimova 2 il əvvəl başqa kənddən Yuxarı Salahlıya gəlin köçüb və bir övladı var. Onun gecə saat 3-4 radələrində […]

Vanqanın şok Rusiya falı – “Onu heç kim dayandıra bilməyəcək”

“Geriyə ancaq Vladimirin təntənəsi qalacaq” “Rusiyanı heç kim dayandıra bilməyəcək. O, dünyanın tək super gücü olacaq”. Turkustan.info Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu sözləri dünya şöhrətli Vanqa kimi tanınan bolqar baxıcı deyib. Rusiyanın siyasi və iqtisadi gücününü artdığı bir dövrdə vanqanın sözləri yenidən gündəmə gəlib. Vanqanın 1979-cu ildə dediyi iddia […]

Suriya gecə hücumundan sonra: Dağılan İran bazaları, yerlə yeksan olan kimyəvi silah mərkəzi – FOTOLAR

Bu gün gecə saatlarında ABŞ, Fransa və Britaniyanın birlikdə aviazərbə endirdiyi Suriyanın Dəməşq bölgəsindən fotolar yayılıb.  Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, Dəməşqin şərqindəki  Barza Elmi Araşdırma Mərkəzinə raket zərbələri endirilib və fotolar həmin ərazidə bu gün səhər saatlarında çəkilib.  Hərbi mənbələrin iddiasına görə, Əsədin tapşırığı ilə bu bazada kimyəvi silahlar […]

“Rusiya boş-boş guruldadı, raketlər isə uçdu” – “III Dünya Müharibəsi heç vaxt olamayacaq”

“ABŞ-ın Fransa və Böyük Britaniya ilə birlikdə Suriyada əməliyyatlara başlaması təsdiq etdi ki, Üçüncü Dünya Müharibəsi heç vaxt olmayacaq”. Turkustan.info bildirir ki, bu sözləri BakuPost-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Rusiyanın əməliyyatlara heç bir cavab verməməsi onun hərbi-texniki cəhətdən Amerikadan qat-qat aşağı olduğunu göstərib: “Rusiya gur-gur guruldayırdı […]

Kanalizasiya quyusundan 5 erməninin meyiti tapıldı – RUSİYADA

Rusiyada kanalizasiya quyusunda işləyən beş Ermənistan vətəndaşı ölüb. Bu barədə Rusiya Federasiyasının FHN xilasetmə xidməti məlumat yayıb. Qeyd olunub ki, Ufa şəhərində kanalizasiya quyusunda işləyərkən Kamo Petrosyan (1983-ci il təvəllüdlü), Merujan Afanikov (1962-ci il təvəllüdlü), Surik Afanikov (1981-ci il təvəllüdlü), Robert Akopyan (1962-ci il təvəllüdlü) və Rafiq Qriqoryan (1989-ci il […]

Türkiyə kiminlə olmalıdır? ABŞ-la, yoxsa Rusiyailə?..

Hətta Rusiya prezidentinin yaxınlardakı Ankara səfərini və burada üç ölkənin – İranın, Türkiyənin və Rusiyanın dövlət başçılarının bir araya gəlməsini nəzərə almasaq belə Türkiyə son vaxtlarda dünya çapında adı ən çox hallanan ölkələrdən idi. Yaxın Şərqdə aparılan fəal siyasət, kürd silahlılarının neytrallaşdırılmasına yönəlik uğurlu hərbi əməlliyyatlar, Rusiya ilə getdikcə dərinləşən […]

Tanınmış iş adamı Azərbaycandakı islahatlardan yazdı: “Qarabağ probleminin həllindən daha vacibdir”

Xeyriyyəçi iş adamı, “Dünya Azərbaycanlıları İttifaqı” və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun Prezidenti, “Avropa Azərbaycan Konqresi”nin birinci vitse-prezidenti Fizuli Məmmədov məqalə ilə çıxış edib və öz yazısını musavat.com saytına yollayıb. Həmin məqaləni geniş oxucu kütləsinə təqdim edirik: **** Tarixi yaddaş və vətənpərvərlik ideyalarından məhrum edilmiş xalq öz müstəqil, milli dövlətinin təhlükəsizliyinə […]

İŞİD-i kim yaradıb – İddialar, ehtimallar və gerçəkliklər

21-ci əsrin, eləcə də 20-ci əsrin qanlı təcrübəsi göstərdi ki, bu cür terror təşkilatlarının arxasında hər zaman qüdrətli dövlətlər və kəşfiyyat orqanları dayanır Rusiya XİN sözçüsü ABŞ hökumətini İŞİD terror qruplaşmasını yaratmaqda ittiham edib. ABŞ prezidenti Trampın Rusiyanı hədəfə alan “tvit”lərində İŞİD-in məğlub edilməsində Amerikanın roluna işarə etməsini Moskva cavabsız […]

Rusiya səfiri: “ABŞ, Britaniya və Fransanın Suriyaya endirdiyi zərbələr nəticəsiz qalmayacaq”

ABŞ, Böyük Britaniya və Fransanın Suriya ərazisinə zərbələri nəticəsiz qalmayacaq. Turkustan.info xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun bəyanatında deyilir. “Qorxduğumuz reallaşdı. Xəbərdarlıqlarımız diqqətə alınmadı. Əvvəlcədən hazırlanan ssenari həyata keçirilir. Və yenə bizi təhdid edirlər. Daha əvvəldən belə hərəkətlərin nəticəsiz qalmayacağına dair xəbərdarlıq etmişdik”, – bəyanatda deyilir. […]

İsveçdə 11 yaşlı azərbaycanlı uşaq şahmatda birinci yerə çıxdı – FOTOLAR

İsveçdə yaşayan azərbaycanlı uşaq şahmat turnirində birinci yerə çıxıb. Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib. “Turnirdə qələbə qazanan Məhəmməd Əli Nəzərli 25 ildir ki,Stokholmda fəaliyyət göstərən İsveç-Azərbaycan Kültür Dərnəyi ODLAR YURDU-nun kiçik üzvlərindən biridir. Məhəmməd Əli İsveçin “Dagens Nyheter” qəzetinin təşkil etdiyi “Şahmat 2018” yarışmasının 11 yaşlılar […]

Ankaradan Putini qəzəbləndirəcək AÇIQLAMA: “Əməliyyatı məmnunluqla qarşılayırıq”

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Suriyaya hərbi zərbələr endirilməsinə münasibət bildirib. Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi açıqlamasında qeyd edilib ki, aprelin 7-də Dumada mülki insanların ölmünə səbəb olmuş kimyəvi silahla hücumun qarşılığında ABŞ, İngiltərə və Fransanın aprelin 14-də Suriya rejiminə […]

ABŞ Suriyanı niyə vurduğunu açıqladı

ABŞ Əsəd rejiminin Dumada kimyəvi silah istifadə etdiyinə “əmin” olduğunu açıqlayıb. Turkustan.info-nun xəbərinə görə, Ağ Ev sözçüsü Sara Sanders bildirib ki, keçən həftəsonu Dumada dinc əhaliyə qarşı təşkil edilən hücumun Əsəd rejimi tərəfindən həyata keçirildiyindən əmindirlər. “Rusiyanın Suriyaya əngəl olmaması da problemin bir parçasıdır”. Ağ Evin hücumla bağlı yaydığı məlumatlar […]

Yatdığınız çarpayının üzərində minlərlə bakteriyanın olduğunu BİLİRDİNİZMİ? – VİDEO

Gün ərzində evdə, işdə, küçədə keçirdiyimiz vaxt ərzində havada olan bütün görünməz mikroblar, viruslar üzərimizə hopur. Bununla heç bir mübarizə aparmırıq. Edəcəyimiz ən yaxşı iş hər gün duş qəbul etmək, geyimlərimizi dəyişmək, təmiz geyimlərdən istifadə etməkdir. Bəs heç düşünmüsüzmü ki, insan bədənində, dəri ilə təmasda olan mikroblar bəzən dərinin incə […]

NASA “Tanrının əli”ni yayımladı – Qalaktikadan əsrarəngiz FOTOLAR

Amerikanın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 12 aprel Dünya Kosmos Günü münasibətilə qalaktikadan möhtəşəm fotolar yayımlayıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, fotolar NASA-nın “Hubble” və “Spitzer” teleskopları vasitəsilə çəkilib. Yer kürəsindən 23 milyon işıq ili uzaqlıqda olan və dəyərli bir yumurtasını qorumağa çalışan pinqvinə bənzəyən qalaktikanın görüntüsü. Günəşdən 100 […]

Hücum başladı: ABŞ Suriyanı vurdu – VİDEO

ABŞ Prezidenti Donald Trampın əmri əsasında ABŞ, Fransa və İngiltərə aviasiyası Suriyada Bəşər Əsəd rejiminə məxsus hərbi obyektlərə zərbə endirib. Turkustan.info xəbər verir ki, hücum zamanı Dəməşq, Xama, Xüms, Dera və Seveyda şəhərlərində yerləşən hədəflər bombalanıb. Məlumata görə, paytaxt Dəməşq şəhərində də bir çox mövqe zərbəyə tuş gəlib. Mezze hava limanı, […]

Avropadan Prezidentə yüksək səviyyəli TƏBRİK məktubu: “Əziz İlham…”

Avropa İttifaqı Şurasının prezidenti İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib. Turkustan.info APA-ya istinadla xəbər verir ki, təbrik məktubunda deyilir: “Hörmətli Prezident, əziz İlham. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm. Ümidvaram ki, yeni prezidentliyiniz müddətində ortaq fundamental dəyərlərə və prinsiplərə, eləcə də […]

Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Komitəsi fəaliyyətini genişləndirir

Azərbaycanda fəaliyyət göstərdiyi 22  il ərzində daim kimsəsiz, müxtəlif problemləri olan uşaqların sağlam həyat tərzi keçirməsi naminə çalışan Azercell Telekom MMC Uşaq Paralimpiya Komitəsinə dəstəyini davam etdirir. Yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəsini artırmaq üçün yaradılan və Azercell-in dəstəyi ilə fəaliyyətini uğurla davam etdirən Uşaq Paralimpiya Komitəsi hal-hazırda 200-dən […]

Bakıda “protiv” gedən daha bir sürücü kameraya düşdü – 10-AA-250 – VİDEO

 Paytaxtda qayda pozan sürücünün görüntülərini oxuculardan biri redaksiyamıza göndərib. Avtosfer.az xəbər verir ki, martın 29-da Azadlıq prospektində hərəkətdə olan 10-AA-250 qeydiyyat nişanlı “Wolksvagen” markalı avtomobilin sürücüsü 1.3 qoşa xəttin tələbini pozaraq hərəkət istiqamətinin tam əksinə çıxıb. Avtomibilin qeydiyyat nişanından məlum olur ki, həmin avtomobil ya hüquqi şəxsə, ya da hansısa […]