Avropadan Prezidentə yüksək səviyyəli TƏBRİK məktubu: “Əziz İlham…”

Avropa İttifaqı Şurasının prezidenti İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Turkustan.info APA-ya istinadla xəbər verir ki, təbrik məktubunda deyilir: “Hörmətli Prezident, əziz İlham.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm.

Ümidvaram ki, yeni prezidentliyiniz müddətində ortaq fundamental dəyərlərə və prinsiplərə, eləcə də qlobal siyasi və iqtisadi maraqlarımıza əsaslanan yeni geniş ikitərəfli saziş üzrə aparılan danışıqlar vasitəsilə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər daha da dərinləşəcək.

Mən, həmçinin regionda sabitlik və rifah kimi ümumi məqsədlərimizə nail olmaq, Avropa İttifaqının iştirakını və dəstəyini daha da gücləndirmək məqsədilə Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığımızı inkişaf etdirmək naminə Sizinlə fəaliyyətimizin davam etməsini səmimiyyətlə arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.