ABŞ Suriya ilə bağlı qərar verdi

ABŞ Suriyadakı hədəflərinə çatana qədər bu ölkədən əsgərlərini çıxarmayacaq.

Turkustan.info-nun xəbərinə görə, bu barədə Birləşmiş Ştatların BMT-dəki səfiri Nikki Heyli bəyan edib.

“Biz qarşıya qoyulan bütün hədəflərə çatmayınca Suriyadan getməyəcəyik”, –  diplomat izah edib.

O qeyd edib ki, bu hədəflər arasında İŞİD terror qruplaşması üzərində qələbə, ABŞ üçün kimyəvi silah riskinin tam aradan qaldırılması və İranın fəaliyyətinin izlənilməsi var.    /oxu.az/