Fəhlələr 300 milyon dollarlıq zümrüd tapdılar – 272 kq

Braziliyada 272 kilo ağırlığında zümrüd tapılıb.

Turkustan.info saytı publika.az-a istinadla xəbər verir ki, Braziliyanın şimal-şərqindəki bir mədəndə 1.3 metr uzunluğunda 272 kq ağırlığında zümrüd tapılıb. Zümrüd 20 gün öncə Bahia əyalətində mədənçilər tərəfindən aşkarlanıb.

Həmin bölgədə 2001-ci ildə 300 milyon dəyərində 292 kq tapılan zümrüddən sonra bu tapıntı 2-ci ən böyük tapıntı kimi qiymətləndirilir. Bu zümrüdün də təxmini qiyməti 300 milyon dollar civarındadır.

Zümrüdün bölgədəki bir mədən sahibinə satıldığı bildirilir.