Gün: Aprel 16, 2018

Türkiyənin Qarabağın həllinə baxışı – Sensasion analiz

Türkiyənin bölgədəki rolu getdikcə artır. Türkiyə Avrasiya bölgəsinin əsas dövlətlərindən birinə çevrilib. Qardaş dövlət Azərbaycanın strateji müttəfiqidir. Ona görə də Türkiyə ilə bağlı baş verən hadisələr Azərbaycanda da diqqətlə izlənir. Bu sözləri Türkiyə BMM-də və Xarici İşlər Nazirliyində görüşlər keçirən və yenicə Bakıya qayıdan“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan […]

Dünya nə olduğu bilinməyən bu qorxulu varlıqdan danışır – Sadəcə gecələri peyda olur və… – VİDEO

Argentinada dəhşətli hadisə yaşanıb. Şəhərdə qəribə varlıq peyda olub və küçə itlərini öldürməyə başlayıb. Sakinlərin sözlərinə görə, bu varlıq sadəcə gecələr peyda olur və insanlara dəymir. Yarı insan, yarı it formasında olduğu deyilən heyvan 2 metr hündürlüyündədir. Artıq aidiyyatı üzvlərə hadisə ilə bağlı məlumat verilib. Hər kəsi qorxuya salan həmin […]

“Azərsu” rəhbəri doktorant və dissertantlarla görüşüb

“Azərsu” ASC-də “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun (ETLİ) fəlsəfə doktorluğu üzrə doktorantura və dissertanturasına qəbul olunan namizədlərlə görüş keçirilib.  Turkustan.info-ya Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “Azərsu” ASC sədri Qorxmaz Hüseynov elm , təhsil və istehsalat müəssisələri arasında əməkdaşlığın əhəmiyyəti barədə məlumat verərək Səhmdar Cəmiyyətin elmi potensialın gücləndirilməsi, kadr […]

Əli Həsənovun nəvəsi yenidən məhkəmə qarşısında

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev yenidən məhkəmə qarşısına çıxarılacaq. Turkustan.İnfo-nun xəbərinə görə, Nail Allahverdiyevin vəkili apellyasiya şikayətinin müddətinin bərpa edilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət ünvanlayıb. Ancaq fevral ayının 13-də keçirilən məhkəmə prosesində hakim müddəti bərpa etməyib. Vəkil müddətin […]

Azay Quliyev Kopenhagendə separatçıların ABŞ və Fransaya qanunsuz səfərinə kəskin etiraz etdi

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun bu gün Kopenhagendə keçirilən Büro iclasında Dağlıq Qarabağ separatçılarının ABŞ və Fransaya qanunsuz səfərinə kəskin etirazını bildirib: O, çıxışında deyib: “TATƏT PA-nın vitse-əsdiqlənmiş məlumatlara görə, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində, Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin təmsilçisiləri bu yaxınlarda ABŞ və Fransaya […]

Lavrov BBC-yə danışıb: “Soyuq Müharibədən daha ağır vəziyyətlə üz-üzəyik”

Rusiya, Suriyada bu ölkəyə Qərbin hərbi zərbəsinə səbəb olmuş güman edilən kimyəvi silah hücumunun izləri ört-basdır edilsin deyə heç bir hərəkət etməyib, bunu BBC-yə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Mən sizi əmin edirəm ki, Rusiya orada heç nəyi ört-basdır etməyib”, – BBC-nin Hardtalk proqramına danışan nazir Sergey Lavrov […]

“Elçibəy” restoranı – Bunu da “yapdılar” – FOTOLAR

Türkiyədə Azərbaycanın eks-prezidenti, milli azadlıq hərəkatının lideri, mərhum Əbülfəz Elçibəyin adına restoran açılıb. Turkustan.info xəbər verir ki, İstanbulda – Aksaray səmtində, Elçibəy prospektində fəaliyyət göstərəcək restoranda daha çox gənclərin toplanacağı gözlənilir. Belə ki, xidmət menüsündə daha çox çay, sulu qəlyan və digər tütün məmulatlarının təqdimatı göstərilir. Restorandan çəkilmiş fotoları təqdim […]

Yunanlar türk adalarına BAYRAQ SANCDI: komandolar HƏRƏKƏTƏ KEÇDİ – DƏHŞƏTLİ MÜHARİBƏ

Egey dənizində bir qrup yunanın qayalıqlara Yunan bayrağını sancması Ankara-Afina xəttində gərginliyi artırıb. Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, bundan xəbər tutan SAT komandoları yunan bayraqlarını qaldıraraq oradan ayrılıblar. Hadisəyə şərh verən Baş nazir Binali Yıldırım Yunanıstana lazımi cavab verməyə hazır olduqlarını bildirib. Yunanıstana növbəti xəbərdarlıq türkiyənin xarici işlər naziri […]

Baş pediatr peyvəndlə bağlı BÜTÜN SİRLƏRİ AÇDI: “Bunu açıqlasaq…” – SENSASİYALI MÜSAHİBƏ

Uşaqlar arasında müşahidə edilən yüksək hərarət, boğaz ağrısı son vaxtlar ailələri ən çox narahat edən məsələyə çevrilib. Günün aktual problemi, ondan qorunmaq yolları, eləcə də, uşaqların gec danışması, yeriməsi, peyvənd vurdurmaqla bağlı ikili yanaşma kimi valideynləri narahat edən suallara Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib […]

Kürdlər Suriyaya hücuma qarşı çıxdı: Problem dərinləşəcək

ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya qarşı hücumuna bu ölkənin kürd partiyaları qarşı çıxıb. Turkustan.info xəbər verir ki, Paşveri Partiyasının rəhbəri Mustafa Hənif müttəfiqlərin hücumunu qınadıqlarını bildirib. PYD rəsmisi Fəthi Məhəmməd isə hücumun Suriya problemini dərinləşdirəcəyini söyləyib.  /Axar.az /  

Kəlbəcərli girovların vəziyyəti pisləşdi – Video

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyev ailəsinə məktub göndərib. Turkustan.info bildirir ki, bu barədə Real TV-yə girovun qardaşı İlham Quliyev məlumat verib. “3 gün bundan əvvəl məktub göndərib. Vəziyyətinin pis olduğunu, dərmanla yaşadığını yazıb. Ödündən əməliyyat olunub. Dərmanla yaşayan adam necə olacaq?”, – deyə İlham Quliyev bildirib. Digər kəlbəcərli girov […]

Qəlbi min bir mahnı olan şair-Vüqar Əhməd

17 aprel V.Əhmədin 55 illik yubileyidir Aynurə Əliyeva – F.Köçərli adına Respublika Uşaq Kitabxanasının metodisti   Taleyin min rəng, min naxışı var, Dumanı, çəni var, qar, yağışı var. Bütün sevənlərin xoş alqışı var, Hər kəssin dünyaya öz baxışı var.         Günəş min illər bundan əvvəl də beləcə doğur, şəfəqiylə-baxışıyla […]

Azərbaycanda tabuların yaratdığı “BAKİRƏLİK BAZARI” – QİYMƏTLƏR

Azərbaycanda tabuya çevrilmiş mövzulardan biri də bakirəlikdir. Demək olar ki, milli mentalitetin təməli qadınların bakirəliyi üzərində qurulub. Ancaq maraqlıdır ki, bu vəziyyət ölkədə yeni bir bizness sahəsinin yaranmasına gətirib çıxarıb. Belə ki, bu gün bir çox gənc qız toydan əvvəl bakirəliyi rahat şəkildə bərpa etdirə bilir. Bakıda bəzi ginekoloqlara zəng […]

“Bu haqsızlığa səssiz qala bilməzdim” – Azay Quliyevdən ATƏT PA-nın Büro iclasında etiraz dolu çıxış

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Büro iclasında aprelin 11-də Azərbaycanda keçirilmiş Prezident seçkilərində ATƏT/DTİHB-nin müşahidə missiyasının fəaliyyətinə dair çıxış edib.  Turkustan.info xəbər verir ki, Azay Quliyev Büro üzvlərinin nəzərinə çatdırıb ki, Azərbaycanda prezident seçkiləri uğurla təşkil edilmiş və burada iştirak edən 8 namizədin hər birinə […]

Yunanıstandan Türkiyəyə daha bir ZƏRBƏ: FETÖ-çü hərbiçililər sərbəst buraxılacaq

Türkiyədən Yunanıstana qaçan “Fətullahçı” terror təşkilatının (FETÖ) üzvləri olduğunu deyilən 8 hərbiçi gələn ayın ortası sərbəst buraxılacaq. Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan ədliyyə naziri Stavros Kontonis, ölkələrindəki 8 FETÖ-çü hərbiçinin may ayında sərbəst buraxılacağını bəyan edib. Kontonis bəyan edib ki, 18 aydan sonra Yunanıstanda saxlanılan 8 […]

Beynəlxalq Türk Akademiyasından İlham Əliyevə təbrik məktubu

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Azərbaycan xalqının Sizə yüksək etimad göstərməsi bir daha sübut edir ki, zəngin təcrübəniz, yorulmaz fəaliyyətiniz və müdrik siyasətinizlə dövlətçiliyin möhkəmlənməsi, […]

Mətbuat Şurasından Prezidentə TƏBRİK

Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Turkustan.info-nun xəbərinə görə, məktubda bildirilib ki, 11 aprel Prezident seçkiləri Azərbaycanın taleyində son dərəcə mühüm əhəmiyyət daşıyan hadisədir. Xalqımız bu prosesdə nəinki dövlət başçısını seçdi, eyni zamanda Vətənimizin daha da qüdrətlənməsinə aparan yolun davamına səs verdi. Azərbaycan jurnalistlərinin Prezident seçkilərinin nəticələrinə […]

Həm əfv, həm amnistiya: Minlərlə insanı sevindirəcək 2 qərar: NƏ VAXT VERİLƏCƏK?- AÇIQLANDI

“Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası yekunlaşmayıb. Bir neçə iclas olub. Yəqin ki, yaxın zamanlarda işə davam edəcəyik”. Turkustan.info bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında komissiya üzvü Mehdi Mehdiyev deyib. O bildirib ki, daxil olan müraciətlərə tam baxılana qədər komissiyasının iclasları davam edəcək. Əfv fərmanının hansı ərəfədə verilməsinə gəlincə, komissiya […]

Adanada AXC-nin 100 illiyi bağlı tədbir keçiriləcək

Adanada AXC-nin 100 illiyi bağlı tədbir keçiriləcək 19 aprel 2018-ci il tarixində Türkiyənin Adana şəhərində Adana Yüregir bələdiyyəsinin və Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində Azərbaycan-Türkiyə qardaşlığı və erməni məsələsi” mövzusunda tədbir keçiriləcək. Tədbirdə millət vəkili Adil Əliyevin,Gerusun Universitetinin sabiq rektoru,prof.Aygun Attarın, Yüregir bələdiyyə başqanı Mahmut […]

“Qarabağ bizim üçün müqəddəs addır”

Azərbaycan Kikboksinq Federasiyasının “Qarabağ” Kikboksinq Klubu daha bir zalını istifadəyə verir. Bu barədə məlumatı klubun prezidenti Emin Seyidov verib. “Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev çıxışlarında daha çox idman zallarının açılmasını tövsiyyə edir. Bunun nəticəsidir ki, kikboksinq ölkədə kütləvi idman növünə çevrilib. Cənab prezident İlham Əliyev ölkədə idmanın […]

Millət vəkilinin dəhşətli ailə dramı: Öləndən sonra da…

Dünən Feysbukda mərhum millət vəkili Astan Şahverdiyevin vəfat xəbəri ilə bağlı bir status paylaşdım. Üzüntümü ifadə etməyə çalışdım. Deputat haqqında bildiklərimi, eşitdiklərimi yazdım. Azərbaycan ictimaiyyətinin onu yanlış tərəfdən tanıdığını izah etmək istədim. Ki, Astan müəllim əslində bu xalqa, onun dəyərlərinə nifrət edən, xalqa yuxarıdan aşağı baxan bir insan deyildi. Xalq […]

Anarın vəziyyəti pisləşdi: “Xəstəxanaya güclə çatdırdım” – Qardaşından AÇIQLAMA

Reper Anar Nağılbaz xəstəxanaya yerləşdirilib. Turkustan.info bildirir ki, qardaşı Yenicag.az-a açıqlamasında Anarın halının qəfilətən pisləşdiyini bildirib: “Qardaşımın halı qəfildən pisləşdi, maşınımla onu xəstəxanaya güclə çatdırdım. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir. Hazırda sistem altındadır, ürəyində ciddi problemlər var”. Qeyd edək ki, son vaxtlar Anar Nağılbaz keçmiş həyat yoldaşı ilə problemlər yaşayır.

Türkiyədən daha bir acı xəbər: Ölənlər və yaralanan var

Terrorçular hərbi bazaya iriçaplı silahlardan atəş açıblar. PKK terrorçularının Türkiyənin Şırnak vilayətində hərbi bazaya hücumu nəticəsində 3 əsgər şəhid olub, 1 əsgər isə yaralanıb. Turkustan.info “Haber7″ə istinadla xəbər verir ki, hücumdan sonra təhlükəsizlik qüvvələri bölgədə genişmiqyaslı əməliyyata başlayıb. Terrorçular hərbi bazaya iriçaplı silahlardan atəş açıblar. Şəhid olanların cəsədi və yaralı əsgər […]

Qarabağda erməni əsgər ölüb

 İşğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrdən birində erməni əsgər ölüb.  Turkustan.info erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 19:15 radələrində, Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birində 1998-ci il təvəllüdlü Alek Nveri Karapetyan ölüb.  Hadisənin fövqəladə hal nəticəsində baş verdiyi bildirilsə də detallar açıqlanmır.  /Ordu.az/

Azərbaycanda sosial şəbəkələr bağlana bilərmi? – CAVAB

Sosial şəbəkələri bağlamaq nə dərəcə mümkündür? İnteqrasiyanın genişləndiyi bir dövrdə sosial şəbəkələrin imkanları danılmaz faktdır. Lakin cəmiyyətimizdə sosial şəbəkələr haqqında fikirlər birmənalı deyil. Son günlərdə isə tez- tez vəzifəli şəxslərdən sosial şəbəkələr haqqında tənqidi fikirlər eşidirik. Milli Məclisin deputatlarından tutumuş, müğənnilərə qədər bir çox insan sosial şəbəkələrin bağlanmağını istəyir. Turkustan.info […]

NATO-dan gündəmi dəyişdirəcək BƏYANAT: “Bu, Rusiya və İrana…”

“Suriyanın hökumət güclərinə qarşı keçirilən əməliyyat Rusiya və İrana açıq bir mesaj idi”. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, bu haqda NATO-nun baş katibi Yens Stoltenberq bildirib. “Əməliyyat Rusiya və İrana açıq mesaj idi və beynəlxalq ictimaiyyətin kənarda səssiz qalmayacağını göstərdi. Bu, kimyəvi silahların potensialını azaltmaq üçün keçirilən bir […]

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: “Ağsaqqalar zeytun yağı içərsə…”

“Zeytun yağı hər dərdə dərmandır, hətta ana südü ilə eynidir”. Turkustan.info xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən “Zeytun Yağı Günləri” proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiyi təbii […]

17 yaşlı oğlan bacısı ilə görüşən tələbəni öldürdü – Ağdaşda QƏTL

Ağdaş şəhərində qətl törətməkdə təqsirli bilinən 17 yaşlı Tərlan Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.   Turkustan.info  Teleqraf.com-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İttihama görə, ötən il dekabrın 14-də Ağdaş şəhəri Bəkir Nəbiyev küçəsində, mərkəzi […]

Ermənilər qarabağlılara qarşı açıq savaşa çıxdı – ŞƏRH

Bu gün Ermənistan qaynayan qazana bənzəyir. Sabah bu qazan partlayış səviyyəsinə gəlib çıxacaq. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a aşıqlamasında politoloq Qabil Hüseynli İrəvanda bir neçə gündür davam edən aksiyalara münasibət bildirərkən deyib. O bildirib ki, uzun müddətdir, Ermənistanda hakimiyyət başında Qarabağ klanı əvvəlcə Köçəryanın, daha sonra isə Sərkisyanın timsalında […]

Əsəd hücuma keçdi: Dumada şiddətli döyüş gedir

Şərqi Qutanın Duma ərazisində rejim qüvvələri ilə müxaliflər arasında şiddətli döyüş gedir. Turkustan.info xəbər verir ki, bu barədə hadisə yerində olan RİA-nın müxbiri informasiya yayıb. Şiddətli döyüşlər Dumanın Rəhmani ərazisində gedir. Qarşıduma nəticəsində ölənlər və yaralalanların olduğu bildirilir. Qeyd edək ki, şəhərin yerli sakinləri hazırda döyüşlər gedən Rəhmani ərazisində yaraqlılara məxsus […]

Bakıda “Lukoil”ə oyuncaq tapança ilə basqın – Pulları apardılar

Aprelin 16-da gecə saat 02:31 radələrində Əhmədli metrostansiyası yaxınlığındakı “LUKoil” yanacaqdoldurma məntəqəsində soyğunçuluq hadisəsi baş verib.  Turkustan.info Movqe.az-a istinadən xəbər verir ki, üzünə maska taxan iki nəfər şəxs “LUKoil” yanacaqdoldurma məntəqəsinə daxil olublar. Soyğunçular həmin vaxt yanacaqdoldurma məntəqəsində gecə növbəsində olan üç nəfər əməkdaşa əllərindəki oyuncaq tapança ilə hədə-qorxu gələrək 800 […]

Müşahidənin ATƏT örnəyi, yaxud demokratiya və insan haqlarının qərəz təsisatı

Əflatun Amaşov Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Ondan başlamaq istəməzdim ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda daha əvvəl keçirilmiş seçkilərlə bağlı rəyləri indikindən fərqlənmirdi. Az qala eyni preambula, eyni davamlılıq, eyni ton, eyni ittihamlar. Yalnız bir-iki cümlənin fərqli quruluşu. Bəs indi fərqlilik nədədir? Azərbaycan fərqlidir. […]

Dünyaya “erməni” kimi sırınan həmşinlilər kimlərdir? – MÜSAHİBƏ

Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Araz Qurbanov ötən ay Türkiyə – Qara Dəniz bölgəsinə səfər edərək orada ekspedisiya aparıb. Ekspedisiyanın əsas məqsədi bölgədə yaşayan və Həmşinlilər kimi təbir olunan türk etnosunun qədim tarixi köklərini araşdırmaq və ermənilərin bu topluma vurmaq istədiyi “müsəlman ermənilər” iddiasının qarşısını almaqdır. Turkustan.info bildirir ki, Araz […]

İtkin düşən alpinistlərlə bağlı – ÜZÜCÜ XƏBƏR

Qubanın Xınalıq qəsəbəsi ərazisinə yağan güclü qar itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarını yenidən çətinləşdirib. Axtarışlarda iştirak edən alpinistlər açıqlamasında bildiriblər ki, axtarışların çətinləşməsinə səbəb əraziyə yenidən qar yağmasıdır: “Aprelin 15-də […]

Dilqəm və Şahbazdan xəbər var

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüblər. Turkustan.info xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri martın sonu və aprelin əvvəlində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: “Biz münaqişə […]

Bu dövlət qurumları bir həftə işləməyəcək – SİYAHI

Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar Hökumət Evində yerləşən dövlət qurumları bir həftə işləməyəcək. Turkustan.info “Report”a istinadən xəbər verir ki, orada fəaliyyət göstərən nazirlik, komitə və digər dövlət müəssisələrinin əməkdaşları 5 günlük tətilə buraxılacaqlar. İşçilərin tətili aprelin 25-dən 30-nə qədər davam edəcək. Bu müddət ərzində Hökumət Evinə giriş […]

Aztəminatlı əhaliyə edilən yardımın məbləği açıqlandı

Bu gün ölkədə sosial ödənişlər sisteminin ikinici komponenti kimi kateqorial yanaşma əsasında müxtəlif əhali qruplarına təyin olunan sosial müavinət və təqaüd sistemi fəaliyyət göstərir. Bu ödənişlərin də mütəmadi artırılması təmin edilir. Turkustan.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində […]

Bakı metropolitenində AXC-nin 100 illiyi ilə bağlı flaşmob keçirilib – VIDEO

Bakı metropolitenində növbəti sosialyönümlü aksiya keçirilib. Newscenter.az-a qurumun mətbuat xidmətindən bildirilib ki, budəfəki tədbirin mövzusu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi olub. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı sərəncama əsasən, Cümhuriyyətin yubileyi geniş qeyd edilir. Həmçinin dövlət başçısının bu il yanvarın 10-da imzaladığı digər […]

Azərbaycanlılar 130 milyon avro qazana bilərlər

Artıq hər bir azərbaycanlı yerli lotereyalarla yanaşı, ölkə xaricində keçirilən ən sanballı lotereya tirajlarının onlayn şəkildə iştirakçısı olmaq şansına sahibdir. 20 apreldə azərbaycanlılar rəsmi qaydada 130 milyon avro məbləğində “EuroMillions” lotereyasında oynanılmasında iştirak edə biləcək. “EuroMillions” lotereyası ildə 2-3 dəfə keçirilir. Azərbaycanlılar “EuroMillions” lotereyasında necə iştirak edə bilər? “EuroMillions” qaydalarına görə, rəsmi lotereya bileti olan […]

Prezident Ramiz Mehdiyevi qəbul etdi – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib, onu Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edib.  Azərtac xəbər verir ki, Ramiz Mehdiyev bu təltifə və onun fəaliyyətinə verdiyi yüksək qiymətə […]

“Eldar Həsənova bu anlamlı işinə görə böyük təşəkkür düşür” – Millət vəkili Fazil Mustafa

“Böyük Hüseyn Cavidin büstünü Monteneqronun paytaxtında gözəl bir parkda ziyarət etmək insanda istər-istəməz ayrı bir duyğu yaradır.   Serbiya, Bosniya və Monteneqrodaki səfirimiz hörmətli Eldar Həsənova bu anlamlı işinə görə böyük təşəkkür düşür. Hələ Bosniyada Serebrenitsa soyqırımı abidəsi ilə yanaşı Xocalı soyqırımı abidəsinin ucaldılması da Eldar müəllimin gördüyü ən əhəmiyyəli işlərdən biridir. Azərbaycanı […]

1 manata görə oğul atasını baltaladı – Azərbaycanda

Qurban bayramı günü 70 yaşlı atasını öldürən oğula 17 il cəza verildi Övladının intiharından sonra əsəbləri korlanan ailə başçısı çıxış yolunu spirtli içkiyə qurşanmaqda görüb. Ailəsinə, doğmalarına içki şüşəsinin arxasından boylanıb, getdikcə daha da həyatın dibinə çöküb… Qurban bayramı günü arvadından bir manat araq pulu istəyən Qadir Cahangirov növbəti insident […]

Azərbaycanda ərəb turisti döydülər – Əxlaqsızlığa görə

Azərbaycanda ərəb turist döyülüb. Bakı-Qazax marşutu üzrə hərəkət edən avtobusda olan ərəb turist azərbaycanlı qadınla qeyri-əxlaqi hərəkətlər edib. Onun bu hərəkəti avtobusdakılar tərəfindən hiddətlə qarşılanıb. Mahmud adlı sərnişin ərəb turistinə xəbərdarlıq edib: “Özünü yığışdır, camaatın ana-bacısı var”. O, xəbərdarlığa məhəl qoymayan turisti döyüb. Sərnişinlər turisti və həmin qadını avtobusdan düşürüblər. […]

Deputat Sona Əliyeva SÜKUTU POZDU: “Məni və övladlarımı öldürməklə təhdid etdilər”-QALMAQAL

“Bu səbəbdən də həqiqətləri söyləmək məcburiyyətindəyəm” Milli Məclisin 99 saylı Şəmkir kənd seçki dairəsinin deputatı Sona Əliyevanın anası onun haqqında mətbuata bəzi açıqlamalar verib. Bildirib ki, qızı onlarla əmlak davası aparır və iş məhkəməyə qədər gedib çıxıb. Turkustan.info bildirir ki, deputat Sona Əliyeva nəhayət sükutu pozaraq, Modern.az-a açıqlamasında deyilənlərə münasibət bildirib. […]

Ermənistan yenə özünü bəlaya saldı – Ağ Evi qəzəbləndirəcək ADDIM

ABŞ, Böyük Britaniya və Fransa Suriya ordusunun mövqelərinə zərbələr endirdi, bu hadisə hazırda beynəlxalq siyasətin prioritet müzakirəsinə çevrilib. Rusiyanın idarəçiliyi altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Daimi Şurasında fövqəladə iclasında qəbul edilmiş bəyanatda Suriyaya endirilən raket zərbələri pislənilib. Üçlüyün raket zərbələrinə qarşı “Putin İttifaqı”nın diplomatik reaksiyası Qərblə münasibətlər kontekstində […]

​“Kim Tərcümə Mərkəzinin “Sözlüy”ünü “plagiat” sayırsa, çox böyük səhv eləyir” – Deputatdan rektora CAVAB

“Azərbaycan Tərcümə Mərkəzinin keçən ilin sonlarında nəşr olunmuş “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” mütəxəssislər arasında həm böyük maraq doğurmuş, təqdirlə qarşılanmış, həm də müəyyən mübahisələrə rəvac vermişdir ki, bu, tamamilə təbiidir… Əlbəttə, əsas “anlaşılmazlıq” ondan ibarətdir ki, lüğət tərtibi sahəsində kifayət qədər təcrübəsi olan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun ənənəvi […]

Oteldə ölən Astan Şahverdiyevlə bağlı – Prokurorluqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, millət vəkili Astan Şahverdiyev Qusarın Çiləgir kəndində yerləşən “Chateau” otelində ürək tutmasından ölüb. Sosial şəbəkələrdə və bəzi KİV-lərdə deputatın ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Qeyd olunur ki, Astan Şahverdiyev yüksək dozalı həbdən (Viaqra) istifadə etdiyi üçün dünyasın dəyişib. Məsələ ilə bağlı Qusar rayon prokurorluğundan Unikal.org-a verilən […]

Nazir sərəncam verdi: “Qanuni oğru” Bakıya göndərildi – VİDEO

Azərbaycanlı “qanuni oğru”, İlqar Dmanisski kimi tanınan  İlqar Əliyev  Rusiyadan çıxarılıb.  Turkustan.info xəbər verir ki, həbsxanadan çıxdıqdan sonra Rusiyada yaşaması üçün  ona lazımı icazə verilməyib və o, deportasiya edilib.  Vnukovo hava limanından Bakıya deportasiya edilən “oğru” ömürlük Rusiyaya qayıtmaq şansını itirib. Çünki Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev  onunla bağlı xüsusi […]

Qaranlığı aydınladan işıqlar silsiləsindən – Məhəmməd Əmin Rəsulzadə

Məhəmməd İsrafiloğlu ZƏRBAYCAN CÜMHURİYYƏTİNİN YARANMASININ 100 İLLİYİNƏ. ƏZİZ CANLARINI, QANLARINI, YORULMAZ MÜBARİZƏLƏRİNİ ÜÇRƏNGLİ İSTİQLALİYYƏT BAYRAĞIMIZA ÇEVİRƏN CÜMHURİYYƏTÇİ NƏSLİN İŞIQLI XATİRƏLƏRİNƏ… “Azərbaycanda qiyam baş verir, bu qiyamın başında ya Vartazar durmuş, ya Əliheydər.[1] Bunun adı qiyamdır…”[2] Mən hər ildə bir mayısa Lap çox ümidlər bağlaram. Hər gələcək mayıs üçün Nisan ağlar, […]

Mübariz Mənsimov İlham Əliyevə məktub yazdı

“PALMALİ” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident. Prezident seçkilərində qazandığınız inamlı və möhtəşəm qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Vətəndaşların Sizə göstərdiyi bu böyük etimad indiyədək Azərbaycan dövlətinin və xalqının rifahı üçün istər beynəlxalq, istərsə də yerli miqyasda gördüyünüz misilsiz […]

Əsədin ailəsini gizlətdiyi ölkə ilk dəfə AÇIQLANDI

ABŞ, Fransa və İngiltərənin Əsəd rejiminə yönəlmiş hücumlarından sonra Suriyada bu rejimə yaxın ailələrlə keçirilən görüşdə Əsəd ailəsi ilə bağlı bəzi suallara cavab verib. Turkustan.info xəbər verir ki, Bəşər Əsədin ailəsinin Rusiyada yerləşdirildiyi bildirilib. Mənbənin aldığı məlumata görə, Suriyada əli qanlı lider kimi tanınan Əsəd müharibənin əvvəlindən bu günə qədər gerçəkləşdirdiyi […]

Türkiyənin döyüş təyyarələri SƏMAYA QALXDI – On minlərlə insan…

Türkiyə Hərbi Hava Qüvvələrinin ölkənin Konka bölgəsindəki hərbi hissəsində yerləşən döyüş təyyarələri möhtəşəm uçuşlarla vətəndaşların görüşünə gəliblər. Turkustan.info xəbər verir ki, bir sıra beynəlxalq uçuş yarışlarının qalibi olan türk hərbi pilotlar cəsur və məharətli uçuşlar həyata keçiriblər. On minlərlə vətəndaş onların seyrinə çıxıb.   /Azərtac/

ABŞ Rusiya nəhəngini çökdürdü

“Rusal” kompaniyasının səhmlərinin dəyəri bazar ertəsi Honq Konq fond birjasında daha 20 faiz ucuzlaşaraq, ABŞ-ın sanksiyaları fonunda yeni tarixi minimumuna çatıb.  Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə RİA fond birjasının göstəricilərinə əsasən yazıb. Alüminium nəhənginin 11.255 səhmi 20.1% ucuzlaşıb – hər səhmə görə 1,63 Honq Konq dollarına qədər. Buna […]

Rusiya iqtisadiyyatı üçün əsl zəlzələ gözlənilir – Politoloq

Layihənin qəbulu gözlənilmirdi, amma mümkün qədər çox tərəfdar toplamaq baxımından Moskva üçün vacib idi. Turkustan.info xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli dünən axşam BMT Təhlükəsizlik Şurasında Rusiya qətnaməsi üzrə keçirilən səsverməyə münasibət bildirərkən qeyd edib. O bildirib ki, ABŞ, Britaniya və Fransanın qınandığı layihəni 15 üzv ölkədən 3-ü (Rusiya […]

Azərbaycanda deputat anasını dəlixanaya saldırmaq istəyir – Əmlak davası

Şəmkir kənd seçki dairəsindən deputat olan Sona Əliyevanın anası Bəsirə Əliyevanın gözü yaşlı qalıb. Yaşlı qadını ağlar qoyan isə özgəsi deyil, elə özünün qızı, deputat Sona Əliyevadır.  Bu ilin fevralında mətbuatda deputatın ailəsində baş verən əmlak davası haqda materiallar dərc olunub. Həmin materialların dərcindən sonra deputat Sona Əliyeva anasına, qardaşlarına […]

Gizli danışıq yayıldı: İRANI DA VURUN!

İsrail Baş naziri Benyamin Netanyahu Suriyanı bombardman edən müttəfiqlərə İranı vurmaqla bağlı çağırış edib. Turkustan.info xəbər verir ki, bu iddia ilə İsrailin “Yerusəlim Post” qəzeti çıxış edib. Məlumata görə, Netanyahu Britaniya Baş naziri Tereza Meylə gizli telefon danışığı zamanı bu barədə deyib. İsrail rəsmisi həmçinin ABŞ-ın Suriyaya kimyəvi silahlardan istifadəyə […]