ABŞ Rusiya nəhəngini çökdürdü

“Rusal” kompaniyasının səhmlərinin dəyəri bazar ertəsi Honq Konq fond birjasında daha 20 faiz ucuzlaşaraq, ABŞ-ın sanksiyaları fonunda yeni tarixi minimumuna çatıb.

 Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə RİA fond birjasının göstəricilərinə əsasən yazıb.

Alüminium nəhənginin 11.255 səhmi 20.1% ucuzlaşıb – hər səhmə görə 1,63 Honq Konq dollarına qədər.

Buna qədər isə ən aşağı göstərici 2.09 dollar (12 iyun 2016), 2.13 (17 yanvar 2016), 2.19 (17 noyabr 2013) olub.