“Elçibəy” restoranı – Bunu da “yapdılar” – FOTOLAR

Türkiyədə Azərbaycanın eks-prezidenti, milli azadlıq hərəkatının lideri, mərhum Əbülfəz Elçibəyin adına restoran açılıb.

Turkustan.info xəbər verir ki, İstanbulda – Aksaray səmtində, Elçibəy prospektində fəaliyyət göstərəcək restoranda daha çox gənclərin toplanacağı gözlənilir. Belə ki, xidmət menüsündə daha çox çay, sulu qəlyan və digər tütün məmulatlarının təqdimatı göstərilir.

Restorandan çəkilmiş fotoları təqdim edirik: