NATO-dan gündəmi dəyişdirəcək BƏYANAT: “Bu, Rusiya və İrana…”

“Suriyanın hökumət güclərinə qarşı keçirilən əməliyyat Rusiya və İrana açıq bir mesaj idi”.

Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, bu haqda NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Əməliyyat Rusiya və İrana açıq mesaj idi və beynəlxalq ictimaiyyətin kənarda səssiz qalmayacağını göstərdi. Bu, kimyəvi silahların potensialını azaltmaq üçün keçirilən bir əməliyyat idi. Rusiya kimyəvi silah tətbiqi ilə bağlı istintaqa maneə törətdi”, – o bildirib.

Hərbi alyansın rəhbəri NATO-nun Rusiya ilə siyasi danışıqlara qarşı olmadığını deyib.

Xatırladaq ki, parelin 14-də ABŞ, İngiltərə və Fransa Suriyaya 100-dən çox qanadlı raket atıb. Rusiya Baş qərargahının məlumatına görə, bunlardan 71-i zərərsizləşdirilib. Raket zərbələri aprelin 7-də Suriyanın Duma şəhərində kimyəvi silahın tətbiqinə cavab olub.   /Publika.az/