Qarabağda erməni əsgər ölüb

 İşğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrdən birində erməni əsgər ölüb. 
Turkustan.info erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 19:15 radələrində, Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birində 1998-ci il təvəllüdlü Alek Nveri Karapetyan ölüb. 

Hadisənin fövqəladə hal nəticəsində baş verdiyi bildirilsə də detallar açıqlanmır.  /Ordu.az/