Türkiyədən daha bir acı xəbər: Ölənlər və yaralanan var

Terrorçular hərbi bazaya iriçaplı silahlardan atəş açıblar.

PKK terrorçularının Türkiyənin Şırnak vilayətində hərbi bazaya hücumu nəticəsində 3 əsgər şəhid olub, 1 əsgər isə yaralanıb.

Turkustan.info “Haber7″ə istinadla xəbər verir ki, hücumdan sonra təhlükəsizlik qüvvələri bölgədə genişmiqyaslı əməliyyata başlayıb. Terrorçular hərbi bazaya iriçaplı silahlardan atəş açıblar.

Şəhid olanların cəsədi və yaralı əsgər bölgədən vertolyotla götürülərək Şırnak dövlət xəstəxanasına gətirilib. Regionda havadan dəstəklənən əməliyyat başlanılıb.  /Sputnik Azərbaycan/