Ermənistanda “Xalq məxməri inqilabı” elan edildi – VİDEO

İrəvanda keçirilən etiraz aksiyalarının rəhbəri, müxalif deputat Nikol Paşinyan Ermənistanda “məxməri inqilab”ın başladığını elan edib.

Turkustan.info xəbər verir ki,  Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz olaraq İrəvanda mitinqin keçirildiyi Fransa meydanına təqribən 3 min nəfər toplaşıb.

N.Paşinyan bildirib ki, onun tərəfdarları dövlət orqanlarının fəaliyyətini iflic etmək niyyətindədir:

“Ölkədə inqilabi vəziyyət yaranıb və mən qeyri-zorakı xalq “məxməri inqilab”ının başladığını elan edirəm”.

Qeyd edək ki, hazırda Ermənistan parlamentində xüsusi iclas keçirilir. İclasda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsi müzakirə olunur.   /Avropa.info/