Mətbuat Şurası ilə bağlı qanun layihəsi hazırlanır

“Mətbuat Şurası haqqında” qanun layihəsinin üzərində iş gedir.

Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, belə bir qanun layihəsinə ehtiyac var. “Mətbuat Şurasının Şurasının fəaliyyəti qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı qanuna uyğun olaraq tənzimlənir. Şuranın qəbul etdiyi müəyyən qərarlarla bağlı çətinliklər var. Belə qərara gəlmişik ki, yeni qanun layihəsi hazırlanarsa, qəbul edilən qərarlar daha çevik şəkildə həyata keçirilər”.

Ə.Amaşov bildirib ki, layihə üzərində işlər yekunlaşdıqdan sonra sənəd Milli Məclisə təqdim ediləcək.   /Modern.az/