Rusiyadan gələnlərin diqqətinə: Biletlər bahalaşır

Aprelin 18-dən etibarən Rusiyada aviabiletlər bahalaşacaq.

Turkustan.info xarici mətbuata istinadən bildirir ki, bahalaşmanın 6-7 faiz civarında olacağı gözlənilir. Bu, Hava Nəqliyyatına dair Beynəlxalq Asossiasiyanın qətnaməsinə əsasən həyata keçiriləcək.

Yeni sistemə görə, bilet bron edilməsində avro 77, dollar isə 62,5 rubldan hesablanacaq. Bahalaşma qiyməti avro və ya dollarla aparan xarici aviaşirkətlərin biletlərinə şamil ediləcək. Ancaq rusiyalı daşıyıcılar da bundan “ilhamlanaraq” qiyməti artıracaq”,- deyə ekspertlər istisna etmir.

Səyahət üzrə menecer Timur Yusupov hesab edir ki, yerli şirkələr də əcnəbi rəqinlərinin olduğu marşrutlar üzrə qiymətləri qaldıra bilər.    /Cebhe.info/