“WhatsApp”dan hamının səbirsizliklə gözlədiyi – YENİLİK

Dünyaca məşhur sosial media platforması “WhatsApp” Android versiyasına istifadəçilərin işini asanlaşdıracaq yeni funskiya əlavə edib.

Turkustan.info xəbər verir ki, yeni funksiya silinən foto və videoları geri qaytarmaq imkanına malikdir.

Yenilənmə ilə istifadəçilər səhvən, yaxud qəsdən sildiyi foto, sənəd və videoları geri qaytara biləcəklər.

Bu da “WhatsApp”ın paylaşılan informasiyaları depo şəklində saxladığının göstəricisidir.

İlk olaraq Android istifadəçilərinə təqdim olunan bu funksiya yaxın günlərdə iOS sistemlərində də olacaq.

/Oxu.Az/