Dövlət Bağçalıdan önəmli qərar: Növbədənkənar seçkilərdə namizədini açıqladı

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı növbədənkənar prezident seçkilərində dəstəkləyəcəyi namizədin kimliyini açıqlayıb.

Turkustan.info xəbər verir ki, MHP lideri “Twitter” səhifəsində hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyəcəyini bu cür bəyan edib:

“Bizim namizəd hörmətli Rəcəb Tayyib Ərdoğandır”.

İyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.   /Publika.az/