Erdoğan və Bahçelidən Elçibəy qərarı – Yubileyinə elə bir hədiyyə etdilər ki… – FOTO

Xəbər verdiyimiz kimi iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. 

Turkustan.info-nun xəbərinə görə 24 iyun tarixinin növbədənkənar seçki günü kimi qəbul edilməsi ətrafında maraqlı yozumlar səsləndirilir. Belə ki, əvvəlcə seçkinin 26 avqustda keçirilməsi nəzərdə tutulurdu.  Ancaq prezident Rəcəb Tayyib Erdoğanla MHP lideri Devlet Bahçelinin görüşündən sonra erkən seçkinin 24 iyunda keçirilməsi qərarlaşdırılıb.    

Bu il 24 iyun Azərbaycanın eks–prezidenti, Türk Dünyasının abidə şəxsiyyətlərindən biri, milli azadlıq hərəkatının lideri mərhum Əbülfəz Elçibəyin 80 illik yubileyidir. Mülahizələrə görə əvvəl 26 iyunda keçirilməsi nəzərdə tutulan növbədənkənar seçkinin vaxtının dəyişdirilərək 24 iyuna təyin edilməsi – Əbülfəz Elçibəyin 80 illik yubileyinə bir ərməğandır. MHP lideri ilə görüşdən sonra bu qərarın verilməsi sözügedən mülahizənin məntiqidi bir qədər də gücləndirir.

Elçibəylə Erdoğanın tarixi görüşü