Rusiya və ABŞ generalları BAKIDA

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kartis Skaparotti Bakıda görüşəcəklər.
Turkustan.info xəbər verir ki, Valeri Gerasimov bu gün Bakıya işgüzar səfərə gəlib.
Onun səfərinin məqsədinin Kartis Skaparotti ilə görüş olduğu bildirilir.
Qeyd olunur ki, tərəflər Rusiya və NATO-nun Avropa regionunda hərbi fəaliyyətini, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.
Səfər zamanı Valeri Gerasimovun Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü nəzərdə tutulub.  /Unikal.org/