Türkiyə ABŞ-ı TƏŞVİŞƏ SALDI: “Rusiya Suriyaya girsə…”

Həftə sonu İngiltərə və Fransa ilə birlikdə Suriyaya raket hücumu edən ABŞ-dan Suryada sülhü təmin etmək üçün diplomatik işlər həyata keçirən Türkiyə və Rusiya əməkdaşlığı haqqında açıqlama gəlib.

Turkustan.info xəbər verir ki, ABŞ-ın dövlət katibinin köməkçisi Uess Mitçel Türkiyə ilə Rusiya arasında Suriya böhranı ilə bağlı aparılan hərbi razılşamlardan narahat olduqlarını bildirib.

ABŞ Senatının Xarici Münasibətlər Komitəsində çıxış edən köməkçi Rusiyadan S-400 raket sistemlərini almağa hazırlaşan Türkiyəyə sanksiya tətbiq edəcəklərini qeyd edib: “Ankara Suriyada taktiki hədəflərə çatmaq bəhanəsilə Moskvaya strateji rollar verilməsinin riskini xatırlamalıdır. Türkiyə ABŞ ilə olan yaxın münasibətlərinə rəğmən, Rusiya və İranla əməkdaşlığı artırdı. Türkiyənin yalnız qərblə strateji və siyasi işbirliyini qoruması ABŞ-ın milli maraqlarına uyğun ola bilər”.   /Publika.az/