ADAU-nun maldarlıq tədris mərkəzində növbəti müayinə keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) maldarlıq tədris mərkəzində mövcud sağmal iribuynuzlu heyvanlar arasında mastit xəstəliyinin aşkar edilməsi üçün növbəti müayinə keçirilib.

Müayinədən əvvəl müəllim və tələbələrlə görüşən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov kompleksdə olan mövcud vəziyyət, perspektiv layihələr barədə müzakirələr aparıb, təklf və tövsiyələrini verib. Müayinə prosesində baytarlıq təbabəti və zoomühəndislik fakültəsində çalışan Yeni Zelandiyalı mütəxəssis, doktor Brain Milestone, fakültənin dekanı, dosent Telman İsgəndərov, mərkəzin müdiri, dosent Suliddin Abbasov, yoluxmayan xəstəliklər kafedrasının assistenti Ramin Abbasov, “baytarlıq” ixtisası üzrə təhsil alan 3 və 4-cü kurs tələbələri ilə birgə CMT testi (Kaliforniya Mastit Testi) sınağını aparıblar.