Netanyahu açıqladı: “6 ölkə səfirliklərini Qüdsə köçürməyə hazırdır”

Azı 6 ölkə səfirliklərinin Tel-Əvivdən Qüdsə köçürülməsinə dair İsrail hökuməti ilə ciddi danışıqlar aparıb.

Turkustan.info-nun “Times of Israel”ə istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

“Azı 6 ölkə səfirliklərinin Qüdsə köçürülməsinə dair bizimlə ciddi danışıqlar aparıb. Bu barədə məlumat verməkdən çox məmnunam. Qvatemalaya bu addıma görə təşəkkürümüzü bildiririk. Sizin ardınızca digərləri də gedəcək”, – deyə baş nazir əcnəbi diplomatlarla görüşündə bildirib.

Benyamin Netanyahu hansı ölkələrlə danışıqların aparıldığını açıqlamayıb.   /A24.az/