Ça. İyl 16th, 2019

Bakıda altı yaşlı qıza qarşı valideynlərindən iyrənc əməl – VİDEO

6 yaşlı Xatirə 10 gündür sığınacağa yerləşdirilib. O, tapılarkən üzərində yanıq və zorakılıq əlamətləri olub. Uşaq deyir ki, evə pul gətirmədiyi üçün valşdeynləri ona işgəncə veriblər.

Turkustan.info “xezerxeber.az”a istinadən xəbər verir ki, balaca Xatirə hələ körpə yaşlarından valideyinləri tərəfindən dilənçiliyə məcbur edilib

Qızcığaz deyir ki, evə az pul aparanda valideynləri ona işgəncə veriblər. 6 yaşlı Xatirə həm ailəsini dolandırır, həm də iki körpə qardaşına baxırmış. Üstəlik, ev işlərini də görürmüş.

Bədənində yanıq izləri və zorakılıq əlamətləri olan Xatirə Bakının Nizami rayonundan tapılıb. 10 gündür sığınacaqda yaşayır. Deyir ki, evinə qayıtmaq istəmir.

Xatirə Ağstafanın Poylu kəndindən olduğunu, hazırda Bakıda kirayə yaşadıqlarını bildirir. Sığınacağa gətirilərkən üzərində 11 manat xırda pul olub.

Azərbaycan Uşaqlar Birlyinin sədri Kamala Ağazadə deyir ki, Xatirə güclü zəkaya malik məntiqli uşaqdır. Sağlamlığı ilə bağlı heç bir problem yoxdur.

Xatırənin anasının adı Nuranə, atasının adı isə Suracdır. Məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədir.