Ça. İyl 16th, 2019

İran generalı: Dostları gələnə qədər İsrail məhv olacaq

Dostları gələnə qədər İsrail məhv olacaq.

Turkustan.info xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilər Korpusu rəhbərinin müavini general Hüseyn Salami deyib.

“Biz sizi çox yaxşı tanıyırıq. Sizin müdafiəniz yoxdur. Bizim bir Beytül Müqəddəs əməliyyatımız qədərsiniz. Sizin qaçacaq yolunuz yoxdur, sanki əjdahanın ağzında yaşayırsınız. Yeni savaşların 2008-ci ildəki 33 və 51 günlük savaşlar kimi olacağını düşünməyin. Bu, yanlış fikirdir. Siz bizim indiyə qədər savaşdıqlarımızdan əsla güclü deyilsiniz. Hansısa savaşın başlanması məhvinizə səbəb olacaq. Aviabazalarınıza güvənməyin, çünki onlara çatanda yox olduğunu görəcəksiniz. Amerikaya, İngiltərəyə və Fransaya da güvənməyin. Onlar gəlib çatanda siz yox olacaqsınız. Hərəkətinizə diqqət edin”, – deyə o, İsrailə müraciətində bildirib.   /Axar.az /