Novruz Məmmədova ilk təbrik Beynəlxalq Türk Akademiyasından

Bu gün Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisdə Azərbaycanın yeni Baş naziri seçilən Novruz Məmmədova ilk təbrik qardaş Qazaxıstandan gəlib.

Turkustan.info xəbər verir ki, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırəli Novruz Məmmədova təbrik ünvanlayıb. Təbrikdə deyilir: 

  • Türk dünyasının və Beynəlxalq Türk Akademiyasının yaxın dostu, görkəmli dövlət xadimi cənab Novruz Məmmədovu Azərbaycan Respublikasının Baş naziri təyin olunması münasibəti ilə səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayıram!

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası  25 may 2010-da Qazaxıstanın paytaxtı Astana şəhərində qurulan İnstitutdur. 23 avqust 2012-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Şurasının II. Zirvə toplantısında Beynəlxalq Akademiya statusui verilib.