Gün: Aprel 23, 2018

Hüseyn Abdullayev həbs olunacağını bilirmiş? – MARAQLI FAKT

Xəbər verdiyimiz kimi bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, “Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib. Hüseyn Abdullayev həbs olunacağını sanki əvvəldən bilirmiş. Turkustan.info xəbər verir ki, hər zaman Facebook sosial şəbəkəsində aktiv olan Hüseyn Abdullayevin hazırda səhifəsi bağlıdır. Güman olunur ki, artıq həbs ediləcəyinə […]

“Qəzaların baş verməməsi üçün son üç ildə ciddi tədbirlər görülür…”

Son zamanlar hava şəraitinin kəskin dəyişməsi nəticəsində elektrik enerjisinin istehlakçılara fasiləsiz verilməsində problemlər yaranır. Son iki gündə Bakının bir neçə qəsəbəsində də elektrik enerjisinin verilməsində fasilələr yaranıb. “Azərişıq”sa bu cür fors-major hallara bir çox hallarda hazırlıqsız yaxalanır.  Turkustan.info bildirir ki, Moderator.az-ın suallarını cavablandıran “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri […]

Erməni deputatlar NATO-nun Batumidə keçirilən seminarından geri çağırılıblar

Ermənistan parlamentinin NATO-nun Parlament Assambleyasının (NATO PA) Batumidə keçirilən “Rouz-Rout” seminarında iştirak edən deputatları aprelin 23-də geri çağırılıblar. Turkustan.info bildirir ki. bu barədə “Report”un Gürcüstan bürosuna Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı məlumat verib. Onun sözlərinə görə, buna səbəb Ermənistanda baş verən son hadisələr, xüsusilə də baş nazir […]

Ruslar Sarkisyanı niyə qurban verdi: İstefanın sirri – TƏHLİL

Sarkisyan 11 günlük etirazdan sonra istefa verdi, həm də “Paşinyan haqlı idi, mən səhv etdim” deməklə. Hərçənd, bir gün öncə Paşinyanla görüşdə o, “sən qanuni hakimiyyəti hədələyirsən” deyərək, salonu tərk etmişdi. Ardınca Paşinyanın həbs olunması Sarkisyanın geri çəkilməyəcəyini göstərirdi. Nə dəyişdi, doğrudanmı hər şeyi Paşinyan və tərəfdarları həll etdi? Əlbəttə, […]

Nazim Ibrahimov danışdı: “Fuad Muradova hər zaman dəstək olmuşam”

Bu gün ölkə Prezidenti İlham Əliyev hökumətin yeni üzvlərinin təyinatı ilə bağlı sərəncam imzalayıb və bu sərəncama əsasən millət vəkili Fuad Muradov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Prezidentin digər bir sərəncamı ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tutduğu vəzifədən azad […]

“Qarabağ klanı”nın getməsi Bakıya ciddi şans verir – Markov

Ermənistanın ABŞ-ın təsiri altına düşməsi və etibarsız müttəfiqə çevrilməsi ehtimalı şəraitində Rusiya Dağlıq Qarabağ münaqişəsi məsələsi də daxil olmaqla Cənubi Qafqazda üstünlüyü məhz Azərbaycana verməlidir. Turkustan.info bildirir ki, bunu Trend-ə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Ermənistanın baş naziri Serj Sərkisyanın istefasını şərh edərkən deyib. S.Markovun sözlərinə […]

Nazirlər Kabinetində bu vəzifələr hələ də boşdur – TƏYİNAT OLMAYIB

Prezident İlham Əliyev bu gün Nazirlər Kabinetində boş qalmış yerlərə təyinatlarla bağlı sərəncamlar imzalasa da, bəzi yerlərə hələ də təyinat olmayıb. Turkustan.info BakuPost-a istinadən xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Əqli Mülkiyyət Agentliyi və Milli Arxiv İdarəsinə (rəis vəzifəsini Ataxan Paşayev tutub) hələlik rəhbər təyin olunmayıb.

Yeni yaradılan quruma sədr təyin edilən şəxs kimdir?

Ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Dövlət Turizm Agentliyinə sədr təyin olunub. Turkustan.info xəbər verir ki, dövlət başçısının sərəncamı ilə bu vəzifəyə Fuad Hümbət oğlu Nağıyev təyinat alıb. Qeyd edək ki, Fuad Hümbət oğlu Nağıyev 22 iyul 1975-ci ildə Bakı şəhərində anadan olub. Fuad Nağıyev Bakı şəhərində 23 […]

Yeni nazir Muxtar Babayev kimdir? – DOSYE

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən, Muxtar Bahadur oğlu Babayev ekologiya və təbii sərvətlər nazir təyin edilib.  Turkustan.info Oxu.Az-a istinadən M.Babayevin dosyesini təqdim edir: Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət […]

Dövlət Gömrük Komitəsinin yeni sədri kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Səfər Mehdiyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədri təyin olunub. Mehdiyev Səfər Məmməd oğlu 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub. 1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirib. Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR, Babək rayonu Nehrəm kənd kolxozunda […]

Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Naziri təyin olundu

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyunqulu Bağırov vəzifəsindən azad olunub. Qeyd edək ki, Muxtar Babayev Sumqayıt 43 saylı üçüncü seçki dairəsindən Milli Məclisə deputat seçilib. Yeni nazirin tərcümeyi- halı: Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. M.V.Lomonosov adına Moskva Dövlət […]

Fuad Muradov Nazim İbrahimovu əvəz etdi – Oqtay Şirəliyev, Əbülfəs Qarayev… – SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli  Sərəncamına əlavələr edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla aşağıdakı şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri təyin ediliblər: 1.1. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev; 1.2. Azərbaycan Respublikasının […]

Azay Quliyev: “Sarkisyanın istefası erməni xalqının reallığı düzgün qiymətləndirməsinə imkan verəcək”

ATƏT Parlament Assambleyasınının vitse-prezidenti Azay Quliyev Serj Sarkisyanın baş nazir vəzifəsindən istefasına münasibət bildirib.  Turkustan.info xəbər verir ki, Azay Quliyev Twitter hesab;ndan S.Sərkisyanın istefası ilə bağlı mühüm mesaj verib: “Ümid edirəm ki, Qarabağ münaqişəsi dalğasında qanla hakimiyyətə gələn Serj Sarkisyanın istefası erməni xalqının reallığı düzgün qiymətləndirərək qonşuları ilə münasibətlərə yenidən […]

Sərkisyan istefa verdi: Qarabağın həlli yolu açılır? – Politoloq

Rusiyanın Ermənistandakı təsiri bundan sonra zəifləyəcək. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanın baş naziri Serj Sərkisyanın istefasına münasibət bildirərkən deyib. O bildirib ki, bundan sonra ermənilər qərbyönümlü siyasətə daha çox üstünlük verəcəklər: “Ermənistanda gedən proseslər bölgədəki hadisələrə də təsir edəcək. Bütövlükdə Dağlıq Qarabağla bağlı danışıqlara da […]

Sərkisyanın getməyi Bakının ziyanınadır – Millət vəkili

Turkustan.info Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir: – Seçkilərin nəticələrinə və son Baş nazir təyinatına münasibətiniz necədir? – Seçkilərin nəticələri göstərdi ki, xalqımız dəyişikliklərdən çəkinir və ölkənin gələcəyini İlham Əliyevlə görür. Mövcud problemlərin onun tərəfindən həll olunacağına inanır. Digərləri isə mövcud vəziyyətin onları qane […]

Ərdoğanın kürsüsündə oturan uşaq verdiyi cavabla hər kəsi güldürdü – VİDEO

Bildiyimiz kimi 23 aprel günü Rəcəb Tayyib Ərdoğan uşaqları sarayında qəbul edib. Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə prezident kürsüsündə 12 yaşlı Fatih Mintaş əyləşib. Jurnalistlərin suallarını cavablandıran 12 yaşlı Fatih Mintaş “ilk icraatım millətimizə xidmət olacaq” deyib. Daha sonra jurnalistlərin bayramı nəvələri ilə necə keçirməsi ilə bağlı […]

“Bu gün yeni təyinatlar olacaq” – Ramiz Mehdiyev AÇIQLADI – VİDEO

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ATV Xəbər-ə ekskuliziv açıqlamasında daha bir mühim məqama da toxunub. Turkustan.info xəbər verir ki, o, bundan sonra da yeni təyinatlar zamanı Dövlət Başçısının gənc kadrlara üstünlük verəcəyini deyib: “Bu günləri də təyinatlar olacaq. Bu təyinatlara baxıb görəcəksiniz ki, cənab prezident gənc kadrları irəli […]

Türklərə həqarət Güney Azərbaycanı ayağa qaldırdı

Sədrəddin Soltan: “Əli Yunisi, Həsən Ruhani tipli dövlət adamları fars şovinizminə qulluq edənlərin görünənidir” İran İslam Respublikası prezidentinin müşaviri Əli Yunisinin “İranda türk yoxdur” açıqlaması ciddi etiraz doğurub. Güneyli milli fəalların sözlərinə görə, Əli Yunisi Güney Azərbaycandakı türklərin “türkləşmiş azərilər” olduğunu bildirib.  Onun bu sərsəm açıqlamasından sonra İran parlamentinin deputatları […]

Ürəyi xalqı ilə döyünən alim – VİDEO

Böyük alim və tənqidçi, görkəmli ictimai-siyasi xadim, Turan Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, filologiya elmləri doktoru, professor Əjdər İsmayılovun 80 illik yubileyi tamam olur. Öz geniş tədqiqat əsərləri ilə erməni yalanlarını dünya ictimaiyyətinə çatdıran və ermənilərin tarixi saxlataşdırmaq cəhdlərinə qarşı zəngin əsərlərin müəllifi Əjdər İsmayılov elm fədaisi olan alimlərimizdəndir.  Ömrünün böyük hissəsini elm yolunda qurban verən alim Azərbaycanımızın dilbər güşəsi olan Naxçıvanın sayılıb […]

Kreml Sarkisyanı qorumaq istəmədi – ŞƏRH

Ermənistan cəmiyyətinin qatil Serj Sarkisyandan qurtulması bölgədəki durumu dəyişir. Turkustan.info bildirir ki, bunu Oxu.Az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. “Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar. Ancaq yeni gələcək baş nazir Rusiya və Qərb arasında manevr etmək imkanında deyil. Ermənistan Rusiyanın təsir dairəsindədir”, – politoloq bildirib.  O əlavə edib […]

İlham Əliyev TƏHSİL NAZİRİ təyin etdi – SON DƏQİQƏ

Ceyhun Bayramov yeni Təhsil naziri təyin edilib. Turkustan.info bildirir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib. Qeyd edək ki, Ceyhun Əzizoğlu Bayramov 1973-cü ildə Bakıda anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Azərbaycan Dövlət İqtisad İnstitutuna fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Universitetində hüquqşünas ixtisasına da yiyələnib. O, 1996-2000-ci […]

Serj Sarqsyan istefa verdi

Sarqsyanın istefası Ermənistanda keçirilən çoxgünlük etiraz aksiyalarından sonra baş verib  Ermənistanın baş naziri Serj Sarqsyan istefa verib. Bu barədə Sputnik Ermənistan xəbər verir. Sarqsyanın istefası Ermənistanda keçirilən çoxgünlük etiraz aksiyalarından sonra baş verib. Xatırladaq ki, aprelin 13-dən Ermənistanda eks-prezident Serj Sarqsyanın baş nazir seçilməsinə etirazlar başlayıb. Aprelin 17-də müxalifət ölkədə “məxməri inqilab”ın […]

MTN-in 2 əməkdaşı azadlığa buraxıldı

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşları, Elşad Əzizov, Fərhad Atayev, general Natavan Mirvətova və digərlərinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Turkustan.info-nun  Report-a istinadən xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin […]

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur: Azərbaycanda oftalmologiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Əməkdar elm xadimi” Kərimov Kərəm Təbriz oğlu “Əməkdar həkim” Ağayev Misirxan Muradxan oğlu Şamilova Faiqə Hacıbala […]

Rusiyada azyaşlını döyən azərbaycanlı imiş – VİDEO

Rusiyada dörd yaşlı qızın atalığı tərəfindən amansız döyülməsinin bəzi təfərrüatı məlum olub.  Turkustan.info bununla bağlı “Zapad24”ə istinadla xəbər verir.  Krasnoyarskda yaşayan 20 yaşlı azərbaycanlı iki gün boyunca qaytan və kəmər vasitəsilə dörd yaşlı qızını döyüb.  Hadisəyə səbəb isə uşağın “5”ə qədər saya bilməməsi olub. Qızın altı yaşlı qardaşı isə gəncin sualına doğru cavab verib. İnsidentin azyaşlıların […]

Ermənistanda müxalifət lideri Nikol Paşinyan sərbəst buraxıldı

“Mənim addımım” hərəkatının lideri Nikol Paşinyan sərbəst buraxılıb. Turkustan.info  “RİA-Novosti”yə istinadən xəbər verir ki, Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edən Nikol Paşinyan polis nəzarətindən azad edilib. Onunla birlikdə daha bir deputat – Ararat Mirzoyan da sərbəst buraxılıb. “Mən bütün saxlanılanların sərbəst buraxılmasını tələb edirəm. Daha sonrasını bugünkü mitinqdə deyəcəm”, – […]

“İlham Əliyevi niyə xaricdən idarə edə bilmirlər?” – VİDEO

“Prezident İlham Əliyevin son 15 illik fəaliyyəti tam Azərbaycanın maraqları üzərində qurulmuş praqmatik bir siyasətdir. İlham Əliyev üçün daimi olan Azərbaycan xalqının maraqlarıdır. Fikir verdinizsə, andiçmə mərasimində İlham Əliyev sistemli Azərbaycanın ictimai-siyasi, iqtisadi, mənəvi həyatının bir səhnəsini nümayiş etdirdi. İlk növbədə nədən başladı? Azərbaycan xalqına dəstək göstərdiyi üçün təşəkkürünü bildirdi”. […]

ADAU-da intellektual yarışda qalib komandalar mükafatlandırılıb

Xəbər verildiyi kimi Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü və universitet rəhbərliyinin dəstəyi ilə təhsil müəssisəsinin  İqtisadiyyat fakültəsində tələbələr arasında intellektual yarış keçirilib. Gərgin  mübarizə şəraitində keçən yarışda universitetin bütün fakültələrindən 80 nəfər tələbə iştirak edib. İştirakçılar 30 sualı düzgün cavablandırmaq uğrunda mübarizəyə qoşulublar. Final mərhələsində ən çox […]

Rusiya Ermənistana ordu yeridəcək? – Moskvadan AÇIQLAMA

Rusiyanın Ermənistandakı proseslərə müdaxilə etmək planları yoxdur. Bu haqda Dövlət Dumasının MDB işləri üzrə dövlət komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin bildirib. “Ermənistandakı daxili hadisələrə qarışaraq aktiv güc rolunda çıxış etmək Rusiyaya lazımdırmı? Mən hesab etmirəm ki, bunun üçün hansısa bir an yetişib”, – o deyib. Zatulin vurğuladı ki, Ermənistan […]

Azərbaycan cəbhəyə ordu yığır? – VİDEO

Ermənistan müdafiə nazirliyi İrəvanı Azərbaycan tankları ilə qorxudur Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının cəmləşməsi ilə əlaqədar yayılan görüntülərin təxribat olduğunu bildirib.  Turkustan.info İstiPress-ə istinadən məlumatına görə, erməni mətbuatında Ermənistan müdafiə nazirliyinin adından qoşunların təmas xəttinə yaxın ərazilərdə Azərbaycan Ordusunun […]

İrəvanda təhlükəli Maydan ssenarisi gerçəkləşir – Şapovalov

Ermənistanda baş verənlərlə 4 il əvvəl Ukraynada baş tutan silahlı çevriliş hadisələri arasında narahatlıq yaradan bir oxşarlıq var. Turkustan.info xəbər verir ki, bu sözləri siyasi ekspert Vladimir Şapovalov Ermənistan keçirilən nümayişləri şərh edərkən deyib. Anlitikin sözlərinə görə, “rəngli inqilab”ların ssenarisi dəyişmir, çünki mövcud ssenari effektivliyini tam şəkildə sübut edib. İrəvan hadisələrinin […]

Sarkisyan son saatlarını sayır – Azərbaycana qarşı döyüşənlər inqilabçıların tərəfinə KEÇDİ – CANLI YAYIM

Ermənistanın Gümrü şəhərində Serj Sarkisyanın baş nazirliyinə qarşı təntənəli yürüş keçirilir. “Şirak” informasiya mərkəzinin sədri Vaan Tumasyan şəhərdə ümumi tətilin elan edildiyini bildirib. Onun sözlərinə görə, bu gün erkən saatlarından qadınlar, uşaqlar, dövlət və özəl müəssisələrin əmək kollektivləri şəhərin kənarlarından “Serjik rədd ol!” şüarı ilə Gümrünün Teatr meydanına hərəkət edirlər. […]

Emin Seyidov: ”Avropadakı ilanlara zəhər verən “kərtənkələnin” tutulması hüquq mühafizə orqanlarının ayıq-sayıqlığını göstərir”

Azərbaycan dövlətçiliyi əleyhinə işləyən qüvvələri ilan kimi bir şeylərdir. Bu sözləri “Qarabağ” Kikboksinq Klubunun rəhbəri Emin Seyidov bildirib. “Avropadakı ilanlara zəhər verən “kərtənkələnin” tutulması hüquq mühafizə orqanlarının ayıq-sayıqlığını göstərir. Bu,həm də Azərbaycan dövlətinin gücünü ortaya qoydu. Bir daha göstərdi ki, dövlətçilik əleyhinə işləyən qüvvələrin sonu belə olacaq. Xalqımız dövlətimizin ətrafında […]

Leyla Əliyevanın şeirinə MÖHTƏŞƏM mahnı bəstələndi: Çox bəyənildi – VİDEO

Elza Seyidcahan Leyla Əliyevanın “Kor olmuşam” şeirinə bəstələdiyi mahnını ilk dəfə efirdə oxuyub. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, əsərin dərin mənasından təsirləndiyini deyən bəstəkar-ifaçı mahnının necə ərsəyə gəldiyindən də danışıb. “Mən nəşriyyata gedəndə kitabı mənə verdilər. Maşına gedib kitabı açanda ilk “Kor oldum” şeiri qarşıma çıxdı. Oxudum, çox təsirləndim. Elə musiqisini […]

“ASAN Xidmət”ə rəhbərlik Ülvi Mehdiyevə tapşırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin səlahiyyətlərini qurumun sədr müavini Ülvi Mehdiyev icra edir. Turkustan xəbər verir ki,  Dövlət Agentliyinə sədr təyin olunana qədər quruma rəhbərliyi Ü.Mehdiyev həyata keçirəcək. Xatırladaq ki, aprel ayının 21-də Prezident İlham Əliyevin sərəcamı ilə Dövlət Agentliyinin sədri İnam Kərimov vəzifəsindən azad edilərək kənd […]

Azərbaycan EFİRİNDƏ BƏDBƏXT HADİSƏ: Verilişi YARIMÇIQ KƏSDİLƏR – VİDEO

Xəzər tv-də veriliş aparan Ağakərim Şamidzadənin başına bədbəxt olay gəlib. Turkustan.info xəbər verir ki, aparıcı-şef  qaynar suyu ehtiyatsızlıqdan üzərinə töküb. Bu gözləniməz olay qarşısnda veriliş yarımçıq kəsilib. O isə canlı yayım dayandırılmadan studiyonu tərk edib. Həmin kadrları təqdim edirik:     /A24.Az/ 

Energetika Nazirliyində yeni – TƏYİNAT

Energetika naziri Pərviz Şahbazov Rauf Zeynal oğlu Rzayevi özünə yeni köməkçi təyin edib.  Turkustan.info xəbər verir ki, o, bundan əvvəl Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin investisiyalar və layihələrin idarə olunması şöbəsinin müdiri olub.  Qeyd edək ki, Energetika Nazirliyində aparılmış struktur islahatları nəticəsində nazirin müşaviri vəzifəsi ləğv edilərək nazirin […]

Hüseyn Abdullayevin Bakıya gətirilmə anı – VİDEO

Hüseyn Abdullayevin Bakıya gətirilmə anının videosu yayılıb. Turkustan.info xəbər verir ki, beynəlxalq axtarışda olan sabiq deputat Hüseyn Abdullayev xaricdə tutularaq Azərbaycana gətirilib. H. Abdullayev Türkiyədə saxlanılıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib. Azərbaycana gətirilən H. Abdullayev istintaq orqanlarına təhvil verilib və hazırda onun ifadəsi alınır. Daxili İşlər Nazirliyindən […]

Səhiyyə Nazirliyi: Hazırda nazir vəzifəsini Oqtay Şirəliyev icra edir

Hazırda Azərbaycanın səhiyyə naziri vəzifəsini Oqtay Şirəliyev icra edir.  “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib. Xatırladaq ki, aprelin 21-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Kabinetin yeni tərkibində Oqtay Şirəliyevin adı yer almayıb.

İrəvandan ən son məlumat: Liderlər həbs olunsalar da, etirazlar davam edir

Paytaxt Yerevandan gələn ən son məlumata görə, etiraz aksiyaçıları liderlərsiz qalsalar da, bazar günü axşam keçirilən mitinq daha izdihamlı olub. BBC Azərbaycancanın müxbiri Alexsey Manvelyan xəbər verir ki, dünənki mitinqdə 100 mindən çox adam iştirak edib. Aprelin 22-də həbs edilən aksiyaların təşkilatçısı, millət vəkili Nikol Paşinyanın harada saxlandığı hələ də […]

Fəzail Ağamalı əlbəyaxa olduğu Hüseyn Abdullayevdən DANIŞDI: “…Cavab verməlidir!”

Ölkə mətbuatı bir neçə ildir ki, Almaniyada siyasi sığınacaq almış keçmiş deputat və biznesmen, “Quska” ləqəbli bəstəkar Hüseyn Abdullayevin həbs edilərək, Azərbaycana gətirildiyini yazır. Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə saxlanılıb. Onun təyyarə ilə  Azərbaycana gətirildiyi və istintaqa təhvil verildiyi vurğulanır. Qeyd […]

İki ayda 176 azərbaycanlı qadın xarici vətəndaşa ərə gedib – RƏSMİ

2018-ci ilin yanvar-fevral ayları ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər, qeydiyyat şöbələri tərəfindən ölkədə 8,1 nikaha daxilolma halları qeydə alınıb. Dövlət Statsitika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfael Süleymanov Modern.az–ın sorğusuna cavab olaraq bildirib ki, onlardan 176-sı Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 163-ü isə Azərbaycan […]

Rövşən Rzayev deputat mandatından məhrum ediləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayevin deputat mandatına xitam veriləcək. R.Rzayev deputat mandatından məhrum edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək. Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 89-cu (Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinin 4-cü hissəsinə […]

Sərkisyan Paşinyanı İrəvandan qaçırtdı

İrəvandakı aksiyaların təşkilatçısı Nikol Paşinyan İrəvandan təcili Sevana aparılıb.  Turkustan.info xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Paşinyanın vəkili Rüstəm Badasyan deyib. Onun sözlərinə görə, hələlik Paşinyanın Sevanda harada saxlanıldığı haqqında heç bir məlumat yoxdur. O, İrəvanda baş verənləri 1937-ci il repressiyaları ilə müqayisə edib və indiki vəziyyətin daha […]

Ərdoğan-Baxçalı planına böyük zərbə – Sürpriz qərar

Bu hadisə bir siyasi mədəniyyət, siyasi uzlaşma örnəyidir və 24 iyun seçkilərinin nəticələrindən asılı olmayaraq, Türkiyənin gələcəyi baxımından ümidvericidir. Turkustan.info xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli CHP-dən 15 millət vəkilinin istefa verərək, İYİ Partiyasına keçməsi ilə bağlı məsələni şərh edərkən qeyd edib. O bildirib ki, bu fakt həm də […]

Dolların bu günə olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 23 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan  verilən məlumata görə, aprelin 23-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2,0862 manatdır. 1 türk lirəsi 0,4147 manat, 1 rus rublu 0,0269 manat, 100 İran rialı 0,0037 […]

Xərçəngin səkkiz növünü müəyyən edən üsul tapıldı

ABŞ-dakı Con Hopkins Universitetindəki bir komanda xərçəng xəstəliyinin səkkiz çeşidini müəyyən edən üsul inkişaf etdiriblər. Turkustan.info xəbər verir ki, elm adamlarının hədəfi illik bir test hazırlayaraq xərçəngi erkən müəyyən etmək və xərçəngdən ölümlərin qarşısını almaqdır. İngilis alimləri bunu “çox həyəcanverici” hesab edirlər. Xərçəng şişləri mutasiyaya uğramış DNT-lərinin və proteinlərinin kiçik izlərini […]