Dolların bu günə olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 23 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, aprelin 23-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2,0862 manatdır.

1 türk lirəsi 0,4147 manat, 1 rus rublu 0,0269 manat, 100 İran rialı 0,0037 manat, 1 gürcü larisi isə 0,7050 manatdır.

Qeyd edək ki, aprelin 20-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 2.0981 manata, 1 rubl  0,0279 manata bərabər idi.